Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5327/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli, **********1060 saylı, xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı və xx.xx.2021-ci il tarixli, **********2544 saylı qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı aid təsərrüfat subyektlərində operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlamalar nəticəsində aşağıdakı vergi məsuıliyyəti tədbirləri görülmüşdür. ünvan 1 ünvanda yerləşən “Sooshi room” adlanan obyektdə keçirilmiş yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli, 008115 saylı aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:42-də müştəri tərəfindən udon vegan və pendirli çubuqlar alınmış və 15 AZN ödənilmiş, ödəniş müqabilində müştəriyə çek verilməmiş, məbləğ kassaya mədaxil edilməmişdir. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********1060 saylı qərarı ilə iddiaçıya 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni gündə, eyni obyektdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 002593 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********2542 saylı qərarı ilə iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid ünvan 2 ünvanda yerləşən “Sushi room” adlı kafedə keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002594 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021 -ci il tarixli **********2547 saylı qərarı ilə əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 24 ünvanda yerləşən “BakenRoll” adlı kafedə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002596 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 4 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********2544 saylı qərarı ilə iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilən səbəblərdən, inzibati orqanın xx.xx.2021-ci il tarixli **********1060 saylı, xx.xx.2021-ci il tarixli **********2542 saylı, xx.xx.2021-ci il tarixli **********2547 saylı və xx.xx.2021-ci il tarixli **********2544 saylı qərarlarının ləğv edilməsini zəruri hesab edir. İnzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********1060 saylı qərarın çıxarılmasına əsas olmuş xx.xx.2021-ci il tarixli, 008115 saylı aktda göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Belə ki, vergi orqanının əməkdaşları obyektdə olan kompüterə baxış keçirilmiş, 15 manatlıq onlayn sifariş verildiyini aşkar etmişlər, lakin həmin sifarişə görə ödəniş edilməmişdir. Ümumiyyətlə müştəri obyektə gəlməmiş, yalnız müştərinin verdiyi sifariş kompüterə daxil edilmişdir. Bu 11:40-da olmuş, müştəri yalnız saat 15:00-da obyektə gələrək sifarişə görə ödəniş etmişdir. Qeyd olunan akt vergi ödəyicisi tərəfindən nəğd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə tərtib edilmişdir. Lakin, qeyd olunduğu kimi, hələ ödəniş edilməmişdir. Beləliklə, həmin həqiqəti əks etdirmədiyi üçün, akt əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli, **********1060 saylı qərar da, əsassızdır. İddiaçıya məxsus 3 obyektdə əmək müqaviləsi bağlanmadan işçilərin cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 002593 saylı, xx.xx.2021-ci il tarixli 002594 saylı və xx.xx.2021-ci il tarixli 002596 saylı aktlarda, vergi müfəttişlərinin mülahizələrinə görə iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin iddiaçının işçiləri olmasını sübut edən hər-hansı hallar əsaslandırılmamış, şərh olunmamışdır. Həmin aktlar əsasında vergi orqanı tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********2542 saylı, **********2547 saylı və **********2544 saylı qərarlar əsassız tərtib edilmiş aktlar əsasında çıxarıldığından qanunsuzdurlar və ləğv edilməlidirlər. Əlavə olaraq qeyd etmək zəruridir ki, “BakenRoll” kafesində əmək müqaviləsi olmadan muzdlu əməyə cəlb edildiyi ehtimal edilən işçi - X21, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, iddiaçı tərəfindən X13 aylıq 100 manat ödəniş müqabilində, bir ay müddətinə ofisiant təlimi xidmətləri göstərilmişdir. Təlimin bitməsi nəticəsində, R.Bağırov, iddiaçı tərəfindən ofisiant kimi işə qəbul edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1060 saylı, xx.xx.2021-ci il tarixli **********2542 saylı, xx.xx.2021-ci il tarixli **********2547 saylı və xx.xx.2021-ci il tarixli **********2544 saylı qərarları poçt xidməti vasitəsilə xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İlk öncə qeyd edirlər ki, iddiaçı tərəfinin mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli **********1060 nömrəli qərar, xx.xx.2022-ci il tarixli **********537 nömrəli qərar ilə ləğv edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2542 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376A ünvanında yerləşən “SUSHİ ROOM” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvafiq olaraq əldə edilməsinə nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: 1. Aşbaz köməkçisi - Alıyev Ahmet. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********2547 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami 91,1–ci mərtəbədə yerləşən “SUSHİ ROOM” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Belə ki, obyektdə bir nəfər işçi X1 əmək müqaviləsinin olmağı müəyyən edlimişdir. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2544 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əfəndiyev 8-24 ünvanında yerləşən “BAKE AND ROLL” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: Belə ki, obyektdə bir nəfər işçi ofisant X11 əmək müqaviləsinin olmağı müəyyən edlimişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin “cavabdehin xx.xx.2022-ci il tarixli, **********1060 saylı qərarının ləğv edilməsi” hissəsində imtinası qəbul edilmiş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli qərarları xx.xx.2021-ci il tarixdə poçt rabitəsi vasitəsilə iddiaçıya təqdim edilmiş, iddiaçı sözügedən qərarların mübahisələndirilməsinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********06501 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1032, Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376 A, obyektin adı: Sushi Room (**********-20001), fəaliyyət növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 oktyabr 2021-cu il tarixli, KY211675337 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********6503 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********)-da operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir: 1.əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə e-qaimə və e-fakturalar, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron fayllar. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002593 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376 A ünvanında yerləşən “Sushi ROOM” kafesində özünü kafeni idarə edən şəxs kimi təqdim edən X9 iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:20-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşbaz, xadimə, aşbaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 5 (beş) fiziki şəxsdən 1 (bir) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsini 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı qərarla tanış olmuş, lakin, aktı imzalamaqdan və surətini almaqdan imtina etmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli, 002593 saylı akta əlavə edilmiş “Sushi ROOM” obyektində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 1 nəfər işçi – Alıyev Ahmetin adı göstərilmişdir. İşdə olan İddiaçı, Y.Muradzadə, Ə.Əzizov və İ.Məqsədlinin iştirakı ilə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********6501 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs, fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 376 A ünvanda yerləşən təsərrüfat obyekti “SUSHİ ROOM” restoranında (**********-20001) xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Nağd pul hesablaşmalarının pozulması ilə əlaqədar tərəflərindən akt tərtib olunmuşdur. Obyektdə fəaliyyət göstərən işçilərin əmək müqavilələri və ya xidmət müqavilələrinin mövcudluğunun yoxlanılması məqsədilə bütün işçilərin adı, familyası, doğum tarixi və tutduğu vəzifəsi qeyd edilməklə tərəflərindən siyahı tərtib olunmuşdur. İşçilərin siyahısı aşağıdakı kimi olmuşdur: X6 – idarə edən – xx.xx.1999-cu il təvəllüdlü, X14 – aşpaz – xx.xx.1997-ci il təvəllüdlü, X7 – xadimə - xx.xx.1974-cü il təvəllüdlü, X15 – idarəedən – xx.xx.1995-ci il təvəllüdlü, Alıyev Ahmet – aşpaz köməkçisi – xx.xx.1998-ci il təvəllüdlü. Araşdırma zamanı işçilərdən aşpaz köməkçisi Ahmet Alıyevin əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb olunduğu müəyyən olunmuşdur. İzahat almaq üçün dəvət olunduğunda artıq, Alıyev Ahmet obyektin arxa qapısından çıxaraq obyekti tərk etmişdir. İşçi obyekti tərk etdiyi üçün izahat alınması mümkün olmamışdır. Sahibkar əmək və ya xidmət müqaviləsi olmayan işçi barədə izahat verməkdən imtina etmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2542 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X10 tərəfindən İddiaçı dair keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 002593 nömrəli akta, eləcə də, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Baxıb müəyyən edilmişdir ki, vergi ödəyicisi X12 (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi məsuliyyət məsələsinə baxılmaq üçün xx.xx.2021-ci il tarixli, **********314600 nömrəli bildirişlə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Baş İdarəyə dəvət edilmiş, lakin İddiaçı və ya səlahiyyətli nümayəndəsi yoxlama materiallarına baxılmada iştirak etməmişdir. Yoxlama materiallarına İddiaçı və səlahiyyətli nümayəndəsinin iştirkaı olmadan baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcələsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, qərara alınmışdır ki, İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Gəncə şəhəri, xx.xx.1983, yaşayış yeri : AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 18, mənzil 19, FİN:xxxxxxx, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq eidlərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixədək 2000 manat məbləğ büdcəyə ödənilsin. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2543 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnaməsinin surətindən görünür ki, İddiaçı Fəxrədddin oğlundan büdcəyə ödənilməli olan 2000 manatvəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Başidarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6505 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 91, 1-ci mərtəbə, obyektin adı: Sushi Room (**********- 14001), fəaliyyət növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 oktyabr 2021-cu il tarixli, KY211675336 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002594 nömrəli aktın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən “Sushi ROOM” kafesində İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:05-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşbaz, xadimə, aşbaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 5 (beş) fiziki şəxsdən 1 (bir) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı qərarla tanış olmuş, lakin, aktı imzalamaqdan və bir nüsxəsini əldə etməkdən imtina etmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli, 002594 saylı akta əlavə edilmiş “Sushi ROOM” obyektində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 1 nəfər işçi – X2 adı göstərilmişdir. İşdə olan İddiaçı, X22 və X5 iştirakı ilə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********06505 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs, fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 8 ünvanda yerləşən təsərrüfat obyekti “SUSHİ ROOM” restoranında (**********-20001) xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirində 1 (bir) nəfər fiziki şəxslər əmək müqaviləsi (nkontraktı) və ya xidməti müqavilə bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmişdir. Həmin işçi X8 (FİN:6C8GXX7) olmuşdur. Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarəti tədbirində iştirak etmiş, qərar, çıxarış və tələbnamə ilə tanış olmuş və bu barədə yazılı qeydlər etmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edilməsi barədə həm özü, həm də, 1 nəfər işçi izahat verməkdən imtna etmişdir. Vergi ödəyicisi heç bir səbəb göstərmədən aktı imzalamaqdan və aktın bir nüsxəsini imzalamaqdan imtina etmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2547 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X10 tərəfindən İddiaçı dair keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 002594 nömrəli akta, eləcə də, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Baxıb müəyyən edilmişdir ki, vergi ödəyicisi X12 (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi məsuliyyət məsələsinə baxılmaq üçün xx.xx.2021-ci il tarixli, **********892500 nömrəli bildirişlə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Baş İdarəyə dəvət edilmiş, lakin İddiaçı və ya səlahiyyətli nümayəndəsi yoxlama materiallarına baxılmada iştirak etməmişdir. Yoxlama materiallarına İddiaçı və səlahiyyətli nümayəndəsinin iştirkaı olmadan baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcələsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, qərara alınmışdır ki, İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Gəncə şəhəri, xx.xx.1983, yaşayış yeri : AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 18, mənzil 19, FİN:xxxxxxx, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq eidlərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixədək 2000 manat məbləğ büdcəyə ödənilsin. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2548 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnaməsinin surətindən görünür ki, İddiaçı Fəxrədddin oğlundan büdcəyə ödənilməli olan 2000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6504 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1001, Bakı şəhəri, Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əfəndiyev, 8, 24 obyektin adı: “Bake and Roll” (**********-17001), fəaliyyət növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 oktyabr 2021-cu il tarixli, KY211675338 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002596 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 8, 24 ünvanında yerləşən “Bake and ROLL” kafesində İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 15:03-də təqdim edilmiş elektron əmək müqaviləsi bildirişlərinə əsasən idarəedən, aşbaz, xadimə, aşbaz köməkçisi işlərin görülməsinə cəlb olunmuş 4 (dörd) fiziki şəxsdən 1 (bir) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsini 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı qərarla tanış olmuş, lakin, aktı imzalamaqdan və bir nüsxəsini əldə etməkdən imtina etmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli, 002596 saylı akta əlavə edilmiş “Bake and ROLL” obyektində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 1 nəfər işçi – X11 adı göstərilmişdir. İşdə olan X21 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il, saat 15:30-da tərtib edilmiş izahatdan görünür ki, R.Bağırov izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 8, 24 ünvanında yerləşən İddiaçı məxsus “Bake and Roll” restoranında xx.xx.2021-ci il tarixindən 300 manat əmək haqqı ilə işləyir. Onun ilə heç bir əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış, elektron bildiriş bazasına vurulmamışdır. İzahatı özü yazmış, heç bir əlavə və etirazı olmamışdır. Doğruluğunu imzası ilə təsdiq edilmişdir. İşdə olan Zakir Həsənovun və Nəbiyeva Gülşənin iştirakı ilə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********6504 nömrəli qərarı ilə vergi ödəyicisi fiziki şəxs, fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 12 ünvanda yerləşən təsərrüfat obyekti “Bake and Roll” restoranında (**********-17001) xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. xx/xx/2021-ci il tarixdə, saat 15:03-də operativ vergi nəzarəti tədbirində 1 (bir) nəfər fiziki şəxslər əmək müqaviləsi (kontraktı) və ya xidməti müqavilə bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmişdir. Həmin işçi X21 (FİN:6M09WFG) olmuşdur. Həmin şəxsdən müvafiq izahat alınmışdır. Lakin, sahibkar İddiaçı heç bir səbəb gətirmədən buna dair tərtib olunmuş 002596 saylı aktı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2544 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X10 tərəfindən İddiaçı dair keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 002596 nömrəli akta, eləcə də, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Baxıb müəyyən edilmişdir ki, vergi ödəyicisi X12 (VÖEN: **********) və ya səlahiyyətli nümayəndəsi məsuliyyət məsələsinə baxılmaq üçün xx.xx.2021-ci il tarixli, **********892500 nömrəli bildirişlə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Baş İdarəyə dəvət edilmiş, lakin İddiaçı və ya səlahiyyətli nümayəndəsi yoxlama materiallarına baxılmada iştirak etməmişdir. Yoxlama materiallarına İddiaçı və səlahiyyətli nümayəndəsinin iştirkaı olmadan baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcələsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, qərara alınmışdır ki, İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan Respublikası, Gəncə şəhəri, xx.xx.1983, yaşayış yeri : AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 18, mənzil 19, FİN:xxxxxxx, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq eidlərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixədək 2000 manat məbləğ büdcəyə ödənilsin. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2545 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnaməsinin surətindən görünür ki, İddiaçı Fəxrədddin oğlundan büdcəyə ödənilməli olan 2000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Başidarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. İşdə olan “Təlim xidmətlərinin göstərilməsi haqqında” İddiaçı və X21 arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetinə əsasən İddiaçı özünün Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 8 ünvanında yerləşən “Bake and Roll” restoranında (ictimai iaşə obyektində) 1 aylıq praktiki “ofisiant” təliminin keçirilməsi xidmətlərini göstərir, sifarişçi X21 isə bunun əvəzində ona müavilə ilə müəyyən edilmiş 100 (yüz) manat xidmət haqqını ödəyir. Təlim 24 sentyabr 2021-ci il tarixdən başlayır və 1 ay müddətinə davam edir. İşdə olan Əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, işə götürən İddiaçı tərəfindən X25 barəsində xx.xx.2021-ci il, 16:10 tarixli müddətli əmək müqaviləsi bildirişi daxil edilmişdir. Sonradan onun barəsində xx.xx.2022-ci il,15:33 tarixli, xx.xx.2022-ci il, 10:25 tarixli və xx.xx.2022-ci il, 16:28 tarixli əmək müqaviləsi bildirişləri daxil edilmişdir. Beləliklə işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən hazırda cavabdehin xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı və xx.xx.2021-ci il tarixli, **********2544 saylı qərarları mübahisələndirilir. Məhkəmə iddia tələbinin cavabdehin xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı qərarlarının ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin qərarların qəbul edilməsinə əsas kimi cavabdeh tərəfindən aparılmış operativ vergi nəzarəti zamanı tərtib olunmuş 002593 saylı və 002594 saylı aktlar əsas göstərilmişdir. Sözügedən aktlarla iddiaçıya məxsus obyektlərdə X3 və Alıyev Ahmetin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilməsi rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən iş üzrə mübahisəli qərarlar qəbul edilmişdir. Məhkəmə sözügedən qərarların qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraata münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən şəxslərin izahatları alınmamış, həqiqətən həmin şəxslərin iddiaçıya məxsus obyektlərdə işçi kimi çalışması onların izahatları və digər sənədlərlə öz təsdiqini tapmamış və beləliklə, işin halları inzibati orqan tərəfindən hərtərəfli araşdırılmayaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla müvafiq qərarlar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə müvafiq olaraq aparılmış inzibati məhkəmə araşdırması zamanı da, cavabdeh orqan tərəfindən sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü (sübut etmə vəzifəsi) maddəsinin tələblərinə əsasən: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdehin xx.xx.2021-ci il tarixli, **********2544 saylı qərarının ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 13 ünvanında yerləşən obyektdə aparılmış operativ vergi nəzarəti zamanı 1 (bir) nəfər X11 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və bu hal 002596 nömrəli aktla rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri çərçivəsində R.Bağırovun izahatı alınmış və o, öz izahatında Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 8, 24 ünvanında yerləşən İddiaçı məxsus “Bake and Roll” restoranında xx.xx.2021-ci il tarixindən 300 manat əmək haqqı ilə işləməsini, onun ilə heç bir əmək müqaviləsi, xidmət müqaviləsinin bağlanmamasını, elektron bildiriş bazasına vurulmamasını bildirmişdir. 002596 nömrəli akt və işin digər halları nəzərə alınaraq iddiaçı barəsində müvafiq qərar qəbul edilmişdir. İddiaçı tərəfindən R.Bağırov ilə 1 ay müddətinə 24 sentyabr 2021-ci il tarixli “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmasına istinad edilsə də və sözügedən müqavilə məhkəməyə təqdim edilsə də, həmin müqavilə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı yoxlayıcılara təqdim edilməmiş, inzibati araşdırma aparılması zamanı vergi orqanına dəvət edilməsinə baxmayaraq, yoxlama materiallarına baxılmada iştirak etməmiş, zəruri sübutları vergi orqanına təqdim etməmişdir. Digər tərəfdən məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş R.Bağırovun 15:30-da tərtib olunaraq imzalanmış izahatından və əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, həmin izahat tərtib olunan vaxt R.Bağırov onunla heç bir əmək müqaviləsinin və xidmət müqaviləsinin bağlanmamasını, elektron bildirişin bazaya vurulmamasını bildirmişdir. İddiaçı tərəfindən R.Bağırovla bağlı əmək müqaviləsi bildirişi R.Bağırovun izahatı alındıqdan sonra, xx.xx.2021-ci il tarixdə, saat 16:10-da sistemə daxil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili öz izahatlarında R.Bağırov tərəfindən verilmiş izahatın mətnində “17:00” yazısının olmasına istinad etsələr də, həmin qeyd izahatın tərtib olunma saatı hissəsində deyil, izahatın mətnində göstərilmiş və sözügedən qeyd cümlə daxilində olmayıb, hər-hansı bir bitmiş fikir ifadə etmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehin xx.xx.2021-ci il tarixli, **********2544 saylı qərarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddələrin baxılan məsələyə münasibətdə mənasına görə, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şxəsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə maliyyə sanskiyasını tətbiq etməlidir. Beləliklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün Azəbraycan Respublikası Əmək Məcəlləsində (bundan sonra Əmək MƏcəlləsi) əmək müqaviləsinin (kontraktı) hansı qaydada hüquqi qüvvəyə minməsi müəyyən edilməlidir. Həmin Məcəllənin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -3-cü maddəsinin 5-1.-ci maddəsinə əsasən, Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanan maddələrin məzmunundan məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı qərarları ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-5327/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5327/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver