Məhkəmə qərarları › İş №e-2-1(112)-5369/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5369/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5369/2025 28.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi işə cəlb edilməklə “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi işə cəlb edilməklə “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı şəhid ailələri üçün nəzərdə tutulmuş mənzilin verilməsi və mənzil növbəsinə yazılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ələsgərli (Qasımova) Zülfiyyə İsmayıl qızı xx.xx.1970-ci il tarixində Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuşdur. Mərhum əri şəhid X11 ilə 2017-ci ildən faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 27 mart 2019-cu il tarixində 5 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində 952 nömrəli akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamə əsasında nikahlarını rəsmiləşdirmişlər. Mərhum əri şəhid X11 ilə 2018-ci ildən ünvan 2 ünvanında müəvqqəti kirayəçi olaraq yaşamışdır. Mərhum əri şəhid X11 gizir rütbəsində hərbi qulluqçu idi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Adına heç bir daşınmaz əmlak (ev) yoxdur. O, orta təhsillidir. Heç bir ixtisasa sahib olmadığı üçün və 3 dəfə cərrahi əməliyyat keçirdiyi üçün işləmək qabiliyyəti olmadığına görə heç bir yerdə işləyə bilmir. Yaşamağa evi yoxdur. Hazırda o tək xanım olaraq şəhid ailəsi xanımı olaraq Bakı şəhəri, Nizami rayonu, C.ünvan 5 ünmvanında məcburiyyətdən şəraitsiz, təmirsiz evdə maddi sıxıntılar içərisində, müvəqqəti kirayəşin olaraq yaşayır. Onun özünün yaşamağa evi yoxdur. Kirayə qaldığı mənzilin sahibi kimi onu həmin ünvana pasport qeydiyyatına almışdır. Kirayə qaldığı evin sahibi həmin evi satışa çıxarıb, o, ondan 1 ay möhlət almışdır ki, özünə sığıncaq ev tapsın. O, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Cavabdehnə ona imtiyazlı ailələr, şəhid ailələri üçün nəzərdə tutulmuş mənzil verilməsi və mənzil növbəsinə yazılması üçün ona köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixində imtina məktubu göndərilmişdir. Məhz bu səbəbdən də, cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək məcburiyyətində qalmışdır.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-1(112)-5369/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.1970-ci il təvəllüdlü İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, araşdırma zamanı müəyyən edilmişdir ki, X2 anası X1 Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli 198 No-li sərəncamına əsasən imtiyazlı əsaslarla mənzil növbəsinə götürülmüş və 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa edilmiş binada şəhid ailəsi kimi mənzillə təmin edilmişdir. Bu müddətdə İddiaçı Şəmkir rayonunda qeydiyyatda olmuş və şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi ilə bağlı aidiyyəti quruma müraciət etməmişdir. X2 anası X4 qeyd edilən mənzil verildikdən sonra, yəni 2024-cü ilin may ayında İddiaçı öz yaşayış yerini dəyişərək yuxarıda qeyd olunan ünvana daimi qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, şəhid ailələri üçün nəzərdə tutulan mənzil təminatı ilə bağlı imtiyaz hüququndan bir dəfə istifadə olunur. Yuxarıda qeyd olunanlara və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə etdiyindən İddiaçı xahişinin yerinə yetirilməsi imkan xaricində olmuş və bu səbəbdən də ona imtina cavabı verilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 5-16/1-Ə-157-068/2024 nömrəli məktubla imtina edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış 1 noyabr 2024-cü il tarixli, 5-76/2-477/2024 nömrəli məktubla bildirilmişdir ki, vətən müharibəsi şəhidi X7 anası X1 Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətində imtiyazlı mənzil növbəsinə götürülmüş və 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda yerləşən, şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binadan mənzillə təmin olunmuşdur. - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli sərəncamına əsasən X8 4 nəfər ailə üzvü ilə birlikdə Şəmkir Rayon İcra Hakimiyyətində imtiyazlı mənzil növbəsinə götürülmüşdür. - Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli, 3-17-7/2-Ə-41317/2024 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şəhid ailəsi üzvü kimi 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. - 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən” arayışa əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə əsasən aşağıdakı daşınmaz əmlak aşkar edilmişdir: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumat bazasına əsasən Şəmir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı, ümumbirgə mülkiyyətdə olan, **********63 JN:1124, xx.xx.2002-ci il qeydiyyat tarixli torpaq sahəsi.

11. Məhkəmənin sorğusuna əsasən Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 1 may 2025-ci il tarixli, 5-76/2-502/2025 nömrəli məktubla bildirilmişdir ki, Şəhid anası X5 digər imtiyazlı şəxslərlə birlikdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2021-ci il tarixli, 198 nömrəli Sərəncamı ilə imtiyazlı mənzil növbəliyinə götürülmüş və 28 iyun 2022ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonu ərazisində yerləşən şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binalardan mənzillə təmin edildiyindən mənzil növbəliyindən çıxarılmışdır. Şəhid anası X3 imtiyazlı mənzil növbəliyinə götürüldüyü Sərəncamdan çıxarış məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 19782/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 may 2025-ci il tarixli, 3-17-3/2-14795/2025 nömrəli məktubla bildirilmişdir ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının 198 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə vətən müharibəsi şəhidi X7 anası X5 güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və 28 iyun 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonu, Seyidlər kəndi ərazisində yerləşən Yaşayış Kompleksindən ikiotaqlı mənzillə təmin olunmuşdur. Mənzil ilə təmin olunarkən Nazirlik tərəfindən M.Ələsgərovaya təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 iyul 2025-ci il tarixli, 3-21-3-30/2- 31030/2025 nömrəli məktubla Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65 a, 47 saylı mənzilə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-3/2-26952/2025 nömrəli məktubla bildirilmişdir ki, Vətən müharibəsi şəhidi X7 anası X5 şəhid ailəsi üzvü kimi əri və 2 oğlu ilə birlikdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və Agentlik tərəfindən mənzillə təmin edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 51189/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ölkə ərazisində (son beş il ərzində) adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

17. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 17 iyul 2025-ci il tarixli, 3-52-13-7/2-237/2025 nömrəli məktubla təqdim edilmiş 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş məlumatdan müəyyən edilmişdir ki, İddiaçı C.ünvan 5 ünvanında qeydiyyatda olub-olmadığı barədə MKİS-də heç bir məlumat yoxdur və bu ünvanda yaşamır. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı əsassız olduğundan təmin edilməməlidir.

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra– yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra– uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra– uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

25. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli X5 icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar- mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5 icraiyyə komitəsində uçota götürülürlər.

26. XX çağırış Bakı şəhər X6 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”

4. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır.

7. Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər.

8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

17. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X5 İcraiyyə Komitəsinə ərizə verir. Ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi şəhid ailəsinin üzvü kimi yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehndə güzəştli mənzil növbəsinə götürülməsinə və nəticə etibarilə həmin növbə əsasında mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir.

27. Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və qüvvədə olan mövcud qanunvericilik “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”ndan və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Həmin Qaydaların müvafiq müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçı Bakı şəhərində (Nizami rayonunda) xx.xx.2024-cü ildən qeydiyyata düşmüşdür. Beləliklə, iddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Nizami rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. İddiaçının ümumiyyətlə qeydiyyatda olduğu ünvanda yaşamaması həmçinin, iş materiallarında olan 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışla da, təsdiq edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçı mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik deyildir. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia rədd edilməlidir.

29. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3015/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında ifadə olunmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar