Məhkəmə qərarları › İş №e-2-1(112)-5370/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5370/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5370/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı cavabdeh tərəfindən Cəmiyyət barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0961 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınmış və əsas fəaliyyəti malların pərakəndə satışı olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi (bundan sonra-cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-X1 qərbi ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) X7 tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı mağazada hər hansı qaydada malların satışı olmamış və eləcə də mağazada hər hansı mal qalığı aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Qeyd edilən hal nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104574 nömrəli Aktla təsdiq edilmişdir. Nəzarət tədbirin mövzusu üzrə mağazada real olaraq heç bir qanun pozuntu halı aşkar edilmədiyi halda, vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə və operativ nəzarət tədbirinin mahiyyətinə zidd olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 104556 nömrəli Akt tərtib edilməklə guya mağazada 829242,92 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. X7 tədbiri qanunun tələblərinə zidd və qeyri-obyektiv keçirildiyinə görə iddiaçının nümayəndəsi tərəfindən etiraz edilmiş və xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı şikayət (etiraz) verilmişdir. Cavabdeh tərəfindən şikayətin dəlilləri nəzərə alınmamış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0961 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 165885,98 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qanunla müəyyən edilən qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Hazırkı dövrdə dövlətimizin sahibkarlıq sahəsində əsas məqsədi sahibkarlığa hər çür dəstək göstərmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, maddi nemətlər bolluğu yaratmaq, sahibkarlığın inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması olduğu halda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi dövlətin bu sahədə apardığı iqtisadi siyasətə və eləcə də ədalətli və şəffaf vergi münasibətlərinin formalaşmasına ziddir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0961 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə və mövcud məhkəmə təcrübəsinə zidd olduğundan ləğv edilməlidir. X7 tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1ci maddəsinə əsasən X7 vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. X7 ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici X7nin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. X7 tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Cavabdeh tərəfindən X7 tədbiri həyata keçirilsə də, həmin tarixdə iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Cavabdeh X7 tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini əsas tutmaqla formal olaraq akt tərtib etmiş, bununla da X7 tədbirinin qanunla müəyyən edilmiş mahiyyətinə zidd olaraq inzibati qərar qəbul olunmuşdur. 2. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, X7nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X7 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İstinad edilən normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə X7 tədbiri ilə həyata keçirilir. 3. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də X7 tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi X7 tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Belə ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda X7 tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü X7 tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. 4. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X7nin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) Hazırkı iş üzrə cavabdehin X7nin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, X7nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X7nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. 5. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin X7nin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən X7nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. 6. Vergi Məcəlləsinə əsasən X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, X7 Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda X7 tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü X7 tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. 7. Cavabdehin mövqeyinə görə Vergi Məcəlləsinin 50.4-1-ci, 56.1-ci və 85.4-cü maddələrinə görə nəzarət tədbiri tədbirdən əvvəlki dövrlərə də şamil edilir. Hesab edirlər ki, cavabdeh vergi orqanının bu yanaşması işin faktiki və hüquqi hallarına münasibətdə düzgün hesab edilə bilməz. Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş 50.4-1-ci maddəsinə əsasən Məcəllənin 50.1- ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə Vergi Məcəlləsinin tələblərinin pozulması anından (....) 3 il (...) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə görə isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq (...) hüququna malikdirlər.Deməli burada əsas faktor “Vergi Məcəlləsinin tələblərinin pozulması halı” olmalıdır və yuxarıda qeyd edildiyi kimi tədbir zamanı pozuntu halı aşkar edilməmişdir. 8. Eyni zamanda bildirirlər ki, bütün hallarda “elektron-qaimə faktura təqdim edilməsi öhdəliyi” işin faktiki və hüquqi halları nəzərə alınmadan düzgün olmayaraq iddiaçının üzərinə qoyulmuşdur. Qanunvericilikdə bu öhdəlik kifayət qədər fərqləndirilmiş, hansı halda vergi ödəyicisi “elektron-qaimə faktura təqdim etmə öhdəliyi daşıması” konkret olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, yalnız topdansatış zamanı sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya elektron qaimə- faktura verilməlidir. Digər halda isə malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir. Malların “elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsi” vergi orqanı tərəfindən “ehtimal” edilsə də belə malların hansı subyektiv tərkibə (sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və ya hüquqi şəxslərə) satılması müəyyən edilməmiş və bu fakt hər hansı mənbəyi bəlli olan real sübutla (sübutlarla) təsdiq edilməmişdir. İşdə olan sübutlardan görünür ki, iddiaçı malların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 9. Cavabdehin formal dəlillərindən biri də budur ki, iddiaçı tərəfindən mallar toplu halında satılmışdır. Bildirirlər ki, pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut (sübutlar) mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Deməli, qanunvericilik bir təsərrüfat subyektində (obyektində) hər iki ticarət növündən istifadə etməyə yol verir. Göründüyü kimi, qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi olmadığı halda ehtimal (şübhə) əsasında şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi istər vergi, istərsə də digər qanunvericilik aktlarının mahiyyətinə ziddir. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********0961 saylı və xx.xx.2025-ci il tarixli **********4503 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisinin uçot məlumatlarına əsasən, İddiaçı xx.xx.2023- cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 40 kv metr) barədə ərizə ilə müraciət etdiyi və X7 tədbiri keçirilən tarixə aktiv 1 (bir) obyekti olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirirlər ki, aparılan təhlillər,müşahidə baxış tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş malların pərakəndə satış formasında NKA ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, qeyd olunan risklərin araşdırılması üçün X7 tədbiri təyin edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin pozulması barədə kifayət qədər əsası olması halı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və X7nin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə səbəb olmuş və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********7317 nömrəli qərarla X7 tədbiri təyin edilmişdir. Baş İdarənin “X7nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 829.249,92 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2024-ci il tarixli DVX seriyalı 104556 akt tərtib edilmişdir. Akt iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 tərəfindən imzalanmamış, lakin aktın bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0961 nömrəli qərarı ilə iddiaçıya **********-11001 kodlu anbarından əskik gələn maya dəyəri 688.974,67 manat olan mallara 2 faiz ticarət əlavəsi və 18 faiz əlavə dəyər vergisi (688.974,67 *1, 02*1,18) tətbiq edilməklə e-qaimə təqdim edilmədən 829.249,92 manata satıldığına görə VM-nin 58.13-cü maddəsinə əsasən (təqvi ili ərzində ikini dəfə yol verildiyi üçün 20%) 165.849,98 manat maliyyə sankiyası tətbiq edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, “İddiaçı məxsus obyekt aşağıdakılardır: Bakı şəhəri, Qaradağ ray, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan X3-qərbi (mağaza N 8-3-63 (**********-11001)). Malların üzərinə 2 % ticarət əlavəsi tədbiq etməklə topdan qaydada satış həyata keçirirlər. Başqa ünvanda onlara məxsus obyekt yoxdur, saxlanca mal verməmişlər və saxlanca mal götürməmişlər. İş fəaliyyətimiz həftədə 5 gün olmaqla, saat 9:00-dan 18:00-dəkdir”. Göründüyü kimi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 da malların topdan satış qaydasında satılması faktını X7 zamanı təqdim etdiyi arayışda etiraf etmişdir. Məlumat üçün bildirirlər ki, vergi ödəyicisinə ilk X7 tədbiri xx.xx.2024-cü il tarixdə keçirilmişdir və həmin tarixdə mal qalığı olmamışdır. Həmin tarixdən (xx.xx.2024- xx.xx.2024) növbəti yoxlama keçirilən dövrə qədər 702.699,9 manat (ƏDV-siz) dəyərində invoys dəyəri ilə idxal (ƏDV-siz), e-qaimə faktura tətbiq olunmaqla 80.808,1 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışını, e-qaimə faktura tətbiq olunmaqla 94.533,33 manat (ƏDV-siz və ticarət əlavəsiz) malların satışını aparmışdır. Həmçinin, qeyd olunan dövr üzrə (xx.xx.2024-xx.xx.2024) nəzarət kassa aparatına 359 çek üzrə 323.683 manat mədaxil əməliyyatları aparılmışmışdır? X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində hər hansı mal qalığının olmadığı, eləcə də 829.249,9 manat dəyərində malların elektron qaimə faktura təqdim edilməli olduğu halda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. X7 zamanı mal qalığının olmaması, həmçinin NKA-nın təsərrüfat subyektində olmaması, NKA-ya mədaxil edilmiş çeklərin qısa müddət aralığında vurulması, qeyd olunan obyektlərin pərakəndə ticarət üçün yararlı olmaması vergi ödəyicisinin fəaliyyətinin topdan satış olmasını dəlalət edir. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 12 manatdan aşağıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğlərin 600,0-1000,00 manat aralığında (orta hesabla 901 manat) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı əksər malların dəyəri 12 manatdan aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün 600,00-1000,00 manat mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, “X7 tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X7 vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbirirdir. X7 ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanının əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir”. Bildirirlər ki, Vergi Məcəlləsinə son dəyişikliklə yeni 50.4-1-cü maddə əlavə olunmuşdur. Həmin maddəyə əsasən, Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Yəni, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 85.4-cü maddəyə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, X7nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7317 nömrəli Qərarda göstərilmiş müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, "Hazırki iş üzrə cavabdehin "X7nin həyata keçirilməsi haqqında" qərarında Vergi Məcəlləsinin 50,2-ci maddəsində qeyd edilən hər hansı əsassa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50,2,2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş,lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarın 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, X7nin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etdiyi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur." Bununla əlaqədar bildirirlər ki, iddiaçı tərəfindən qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. X7nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7317 nömrəli Qərarda olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda” yoxlamanın təyin edilməsi üçün əsaslar vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (Vergi Məcəlləsi, maddə 50.2.2) kimi qeyd edilmişdir. Göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları, kassa mədaxilləri və digər məlumatlardır. Həmçinin İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ ray, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-X1 qərbi (mağaza N 8-3- 63) ünvanında yerləşən obyektin fotoşəkillərinə nəzər yetirdikdə həmin obyektin pərakəndə ticarət üçün uyğun olmadığını, anbar tipli olduğunu və faktiki olaraq boş olduğunu görmək olar. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 1.3.1 bəndinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Bildirirlər ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Mülki Məcəllənin 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə müəyyən edilir. Adətən, sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqı-satqısının həyata keçirilməsi hesab edilir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd edilir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 mart 2020-ci il tarixli qəbulda kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində aparılan işlərin davam etdirilməsi, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoymuşdur. İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi yolu ilə də kölgə iqtisadiyyatının miqyasının daha da daraldılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər əsas etibarilə sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsinə və habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsinə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq, vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur.

6. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsində və iddia ərizəsinin dəyişdirilməsi haqqında ərizədə qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən, İddiaçı xx.xx.2023- cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 40 kv metr) barədə ərizə ilə müraciət etdiyi və X7 tədbiri keçirilən tarixə aktiv 1 (bir) obyekti olduğu müəyyən edilmişdir. Aparılan təhlillər, müşahidə baxış tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş malların pərakəndə satış formasında NKA ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, qeyd olunan risklərin araşdırılması üçün X7 tədbiri təyin edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin pozulması barədə kifayət qədər əsası olması halı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və X7nin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə səbəb olmuş və vergi ödəyicisinə xx.xx.2025-cİ il tarixli **********1185 nömrəli qərarla X7 tədbiri təyin edilmişdir. Məlumat üçün bildirirlər ki, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza N 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar olunur (icarəyə götürürlən obyektin kodu **********-11001). Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, mağazada saxlanan hər hansı mal mövcud deyil və obyekt faktiki olaraq fəaliyyət göstərmir. Fərdi sahibkar İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi , Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən **********-11001 kodlu obyektində X7 zamanı obyektin boş olması, nəzarət kassa aparatının obyektə olmaması, pərakəndə ticarət üçün əlverişsiz yerdə yerləşməsi və insanların gediş-gəlişinin olmaması barədə sərbəst akt tərtib olunub. Vergi ödəyicisinə məxsus obyektin formal xarakter daşıması, malların mütamadi olaraq iri həcmli partiyalarla satılması pərakəndə satış fəaliyyətinin mahiyyətinə uyğun gəlmir. Baş İdarənin “X7nin keçirilməsi haqqında” xx.xx.2025-cü il tarixli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 594.228,24 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2025-ci il tarixli DVX seriyalı 105271 akt tərtib edilmişdir. Akt iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 tərəfindən imzalanmamış, lakin aktın bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4503 nömrəli qərarı ilə iddiaçıya **********-11001 kodlu anbarından əskik gələn maya dəyəri 493.709,08 manat olan mallara 2 faiz ticarət əlavəsi və 18 faiz əlavə dəyər vergisi (493.709,08 *1, 02*1,18) tətbiq edilməklə e-qaimə təqdim edilmədən 594.228,24 manata satıldığına görə VM-nin 58.13-cü maddəsinə əsasən 59.422,82 manat maliyyə sankiyası tətbiq edilmişdir. Məlumat üçün bildirirlər ki, vergi ödəyicisinə ilk X7 tədbiri xx.xx.2024-cü il tarixdə keçirilmişdir və həmin tarixdə mall qalığı olmamış, ikinci X7 tədbiri xx.xx.2024-ci il tarixdə keçirilmiş və həmin tarixdə mall qalığı olmamışdır. xx.xx.2024-cü il tarixdən (xx.xx.2024-xx.xx.2025) növbəti yoxlama keçirilən dövrə qədər 493709,08 manat (ƏDV-siz) dəyərində idxal (ƏDV-siz) olmuş, eqaimə faktura tətbiq olunmaqla alışı və satışı olmamışdır. Həmçinin, qeyd olunan dövr üzrə nəzarət kassa aparatına 378 çek üzrə 303.979 manat mədaxil əməliyyatları aparılmışdır. X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində hər hansı mal qalığının olmadığı, eləcə də 594.228,24 manat dəyərində malların elektron qaimə faktura təqdim edilməli olduğu halda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 12 manatdan aşağıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKAnın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğlərin 600,0-1000,00 manat aralığında (orta hesabla 901 manat) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı əksər malların dəyəri 12 manatdan aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün 600,00-1000,00 manat mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

9. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0961 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 165885.98 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

10. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4503 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 59422.8 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixdə hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli qərar isə məhkəmə icraatının gedişatında qəbul edildiyindən sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Belə ki, Vergi Məcəlləsindən: 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X7 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

22. “X7nin həyata keçirilməsi haqqında” Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi ödəyicisi İddiaçı məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 növbədənkənar operativ vergi nəzarətləri keçirilmişdir. X7 nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0961 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cu maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 253606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli, **********4503 nömrəli qərarına əsasən isə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 59422.8 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

23. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, operativ vergi yoxlamalarının İddiaçı münasibətdə X7 cavabdeh vergi orqanı faktiki olaraq X7 ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı X7 institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.

24. Məhkəmə nəzərə alır ki, X7nin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə X7 ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, X7 mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, X7 zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir.

25. Bununla belə məhkəmə xüsusilə nəzərə alır ki, vergi nəzarəti institutun əsas hüquqi məqsədi vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi, vergitutma prosesinin şəffaflığının təmin olunmasıdır. Belə ki, vergi nəzarəti yalnız inzibati prosedur deyil, ictimai maliyyə sabitliyinin qorunmasına xidmət edən hüquq-mühafizə mexanizmidir. Bu baxımdan vergi nəzarəti tədbiri zamanı faktiki olaraq aşkarlanmış və sübutlarla təsdiq edilmiş vergi pozuntularına hüquqi qiymət verilməsi qanunçuluq prinsipindən irəli gəlir. Vergi orqanı tərəfindən həyata keçirilmiş yoxlama zamanı vergi ödəyicisinin sistematik və məqsədyönlü şəkildə vergidən yayınması, vergi üstünlüyünün əldə edilməsi məqsədi ilə qəsdən vergidən yayınma sxeminin tətbiq edilməsi, kölgə iqtisadiyyatının yaradılması kimi hallar aşkar edildiyi təqdirdə, yalnız formal hüquqi çərçivədən yanaşılması (X7nin tətbiq olunduğu müddətlərlə məhdudlaşılması) vergi hüququnun maddi normalarının mahiyyəti və qanunvericiliyin məqsədi ilə ziddiyyət təşkil edə bilər. Vergi nəzarəti zamanı aşkar edilmiş sistematik və davamlı xarakter daşıyan vergi pozuntularına hüquqi qiymət verilməməsi vergi intizamının pozulması və vergidən yayınma hallarının artması ilə nəticələnə bilər.

26. Məhkəmə eyni zamanda qeyd edir ki, bu hallarda hüquqi yanaşma fərdi işin konkret hüquqi və faktiki halları əsasında balanslaşdırılmış tətbiq olunmalıdır. Vergi nəzarətinin tətbiq olunduğu hüquqi forma və müddət çərçivəsi nəzərə alınmaqla yanaşı, vergi pozuntusunun xarakteri, təkrar olunub-olunmaması, qəsdin mövcudluğu və ictimai təhlükəlilik səviyyəsi də qiymətləndirilməlidir. Odur ki, vergi nəzarətinin hüquqi sərhədləri ilə onun funksional məqsədi arasında prosessual və maddi hüquqi balans təmin edilməli, bu institut formal prosedur kimi deyil, vergi hüququnun effektiv tətbiq vasitəsi kimi qiymətləndirilməlidir.

27. Cavabdeh orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların qəbul edilməsi üçün əsas olaraq bildirmişdir ki, vergi ödəyicilərinin fəaliyyətləri pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş mallar NKA ilə pərakəndə satış formasında rəsmiləşdirilmişdir.

28. Məhkəmə nəzərə alır ki, sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə topdan qaydada sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsi məqsədilə iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Belə ki, faktiki olaraq topdan qaydada satılan malların vergi ödəyicisi tərəfindən pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur, nəticədə, kölgə iqtisadiyyatına zəmin yaranır və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Odur ki, dövlət büdcəsinə əhəmiyyətli ziyan vuran bu növ sistematik və məqsədyönlü vergidən yayınma sxemlərinin aşkar edilməsi halında (hazırki işin hallarına uyğun olaraq təkzibolunmaz dəlillərlə sübut edildiyi təqdirdə) vergi nəzarəti ilə bağlı formal hüquqi müddətlərin tətbiqi istisna edilməklə vergi ödəyicisinin keçmiş dövr üzrə fəaliyyətinin yoxlanılması qəbul ediləndir.

29. M.A. v. Finlandiya (Admissibilty) (application № 27793/95) işində Avropa İnsan Hüquqları Məhkəməsi vergi qanunvericiliyinin retrospektiv qaydada yanaşmasını aydın şəkildə nümayiş etdirir. Belə ki, X9 Məhkəməsi tərəfindən ifadə olunan mövqeyə əsasən vergi qanunvericiliyinin retrospektiv tətbiqi özlüyündə Konvensiyanın pozulması hesab edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, hüquqlara müdaxilə (vergilərin ödənilməsini təmin edən tədbir nəticəsində yaranan müdaxilə də daxil olmaqla) cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi arasında “ədalətli tarazlıq” yaratmalıdır. Maraqlı hökumət qarşıda qoyulan məqsədə yalnız retrospektiv müddəaların tətbiqi ilə nail ola biləcəyini müvafiq dəlillərlə əsaslandırmalı və qanunvericiliyin retrospektiv tətbiqi nəticəsində vergi ödəyiciləri əsassız vergi yükünə məruz qalmamalıdırlar. Müvafiq tədbirlər vergidən yayınma sxemi ilə mübarizəyə və ya süni vergi üstünlüyünün yaranmasının qarşısının alınmasına yönəldiyi hallarda qanunvericiliyin retrospektiv tətbiqinin əsaslandırılması hüquqi və iqtisadi cəhətdən daha məqbul hesab oluna bilər.

30. Məhkəmə İddiaçı münasibətdə müəyyən edir ki, vergi ödəyicisinə ilk X7 tədbiri xx.xx.2024-cü il tarixdə keçirilmişdir və həmin tarixdə mal qalığı olmamışdır. Həmin tarixdən (xx.xx.2024-xx.xx.2024) növbəti yoxlama keçirilən dövrə qədər 702.699,9 manat (ƏDV-siz) dəyərində invoys dəyəri ilə idxal (ƏDV-siz), e-qaimə faktura tətbiq olunmaqla 80.808,1 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışını, e-qaimə faktura tətbiq olunmaqla 94.533,33 manat (ƏDV-siz və ticarət əlavəsiz) malların satışını aparmışdır. Həmçinin, qeyd olunan dövr üzrə (xx.xx.2024-xx.xx.2024) nəzarət kassa aparatına 359 çek üzrə 323.683 manat mədaxil əməliyyatları aparılmışmışdır. X7 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində hər hansı mal qalığının olmadığı, eləcə də, 829.249,9 manat dəyərində malların elektron qaimə faktura təqdim edilməli olduğu halda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. X7 zamanı mal qalığının olmaması, həmçinin NKA-nın təsərrüfat subyektində olmaması, NKA-ya mədaxil edilmiş çeklərin qısa müddət aralığında vurulması, qeyd olunan obyektlərin pərakəndə ticarət üçün yararlı olmaması vergi ödəyicisinin fəaliyyətinin topdan satış olmasını dəlalət edir.

31. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 12 manatdan aşağıdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğlərin 600,0-1000,00 manat aralığında (orta hesabla 901 manat) olması müəyyən olunur. Nəzərə alsa ki, iddiaçının satdığı əksər malların dəyəri 12 manatdan aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün 600,00-1000,00 manat mal alması ziddiyyət doğurur və ağlabatan deyildir.

33. Həmçinin oxşar hallar cavabdeh tərəfindən keçirilmiş növbəti X7 tədbirləri zamanı da, aşkar edilmişdir.

34. Məhkəmə eyni zamanda müəyyən edir ki, Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza N 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********- 11001). Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, mağazada saxlanan hər hansı mal mövcud deyil və obyekt faktiki olaraq fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi izahatında bildirmişdir ki, vergi ödəyicisi (iddiaçı) daimi olaraq obyektdə olmamışdır, mallar gəldikcə fəaliyyət göstərmiş və malları satdıqdan sonra obyekti bağlamışdır. İddiaçının hər hansı digər obyektinin və ya saxlanc yerinin olması müəyyən edilmir. Belə olan təqdirdə vergi ödəyicisinə məxsus obyektin formal xarakter daşıması, malların mütəmadi olaraq iri həcmli partiyalarla satılması pərakəndə satış fəaliyyətinin mahiyyətinə uyğun gəlmir.

35. Məhkəmə həmçinin qeyd edir ki, Vergi ödəyicisinin (hər iki halda) məhz topdan ticarət fəaliyyətilə məşğul olması “isti izlərlə” yerində səlahiyyətli nümayəndəsi tərəfindən verilən izahat(lar)ı ilə təsdiq olunmuş və məhkəmə iclasında iddiaçının vəkili tərəfindən verilən izahatda da nümayəndənin iddiaçı(lar)ı təmsil etməyə (onun adından təsərrüfat fəaliyyəti apardığından) səlahiyyətli olduğu bildirilmişdir. Dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. X7nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır, iddiaçılar da bu hallara istinad etmir.

36. Cavabdeh bildirir ki, iddiaçının adına qeydə alınmış təsərrüfat obyekti istehlakçıların ümumiyyətlə əvvəllər də gediş-gəlişi olmayan bir yerdə yerləşir. Obyektin mövcud vəziyyətdə fotoşəkilləri iş materiallarına əlavə olunmuşdur.

37. Belə olan təqdirdə məhkəmə hesab edir ki, vergi ödəyicisi (hazırki iş üzrə iddiaçı) İddiaçı tərəfindən faktiki olaraq topdansatış fəaliyyəti həyata keçirilməsinə baxmayaraq, əldə edilmiş mallar NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş, malların alqı-satqısına dair elektron-qaimə faktura təqdim edilməmişdir.

38. .Məhkəmə hazırkı işin hallarına aşağıdakılar nəzərə alınmaqla iddiaçıların iş materiallarına əsasən müəyyən olunan davranışlarına məcmu halda qiymət verir: - pərakəndə satış obyektinin ümumiyyətlə mövcud olmaması (obyektin formal qeydiyyatı); - X7 zamanı iddiaçıların təsərrüfat fəaliyyətini aparan şəxslərin (malların topdan satışının həyata keçirilməsinə dair) etirafedici izahatları; - NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş malların faktiki olaraq topdansatış qaydasında satılması və X7 tədbiri zamanı bu halın təzibolunmaz şəkildə müəyyən olunması (malın maya dəyəri ilə müqayisədə davamlı intervallarla fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarətkassa aparatına mədaxil olunması).

39. Odur ki, məhkəmə qeyd edir ki, nəticə etibarilə, iddiaçılar tərəfindən geniş miqyaslı kölgə iqtisadiyyatının yaranmasına səbəb olan sistematik və məqsədyönlü vergidən yayınma sxemi qurulmuşdur (Bax: bənd 34).

40. Bu səbəbdən, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə vergi orqanı tərəfindən sistematik və məqsədyönlü vergidən yayınma sxemi aşkar edildiyindən vergi yoxlamasının keçmiş dövr üzrə həyata keçirilməsi qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Belə ki, müvafiq səlahiyyət Vergi Məcəlləsində nəzərdə tutulmaqla konkret halda qarşıya qoyulan məqsədə uyğun olaraq tətbiq edilmiş və iddiaçının yuxarıda qeyd edilən davranışlarına nəzər salınsa, ədalətli şəkildə tətbiq edilmişdir.

41. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

42. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

44. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

47. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

48. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar