Məhkəmə qərarları › İş №e-2-1(112)-5412/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5412/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5412/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş 3-21-2-3/2-285686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "Buta Construction” MMC vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2008-ci ildə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. MMC-də 2008-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibatlıq sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində vergilərin azaldılması faktı aşkarlanmamışdır. "Buta Construction” MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 285686/2024 nömrəli qərarla 2024-cü ilin sentyabr ayı üçün 70,847,64 manat ƏDV hesablanmışdır. Müəssisə tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə “Orbis Group" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid Neftçala şəhərinə qədər 2-ci magistral su xəttinin çəkilməsi işləri görülərək və “Aqlay" üzlük daşları alınaraq müvafiq qaydada təhvil verilmişdir.Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibatlıq sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir.Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lər əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçıda həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə məlumat olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. İddiaçı həmin MMC-İər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışlar. 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti üzrə aparılan ilkin müşahidələrlə ödəyicinin riskli və ya əmtəəsiz əməliyyatlar aparması şübhəsi yarandığından vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı xidməti məktubla Operativ Vergi və Uçota Nəzarət Baş İdarəsinə müraciət olunmuş,vergi nəzarəti tədbirinin nəticəsi "Obyekt faktiki olaraq bağlı olduğu üçün müşahidə baxış keçirilməsi mümkün olmamış" olduğundan vergi ödəyicisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.”Buta Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024-cü ilin sentyabr ayı üçün xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV bəyannaməsində ( 06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 452002 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 18216.0 manat ƏDV məbləği əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324- cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 18216.0 manat kənarlaşma yaranmışdır", ƏDV bəyannaməsində ( 11.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı, 131977 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 43151.4 manat ƏDV məbləği əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43151.4 manat kənarlaşma yaranmışdır və " ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 375305 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 9480.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9480.24 manat kənarlaşma yaranmışdır" məzmunlu uyğunsuzluqlar yaranmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********760600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və dəqiqləşdirilmiş bəyannaməni təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 70 847.64 manat məbləğində vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi P.Kərimova məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.İş materiallarında olan: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarına əsasən iddiaçıya 2024-cü ilin sentyabr ayı üçün kameral qaydada 70847,64 manat ƏDV hesablanmışdır, qərarda hesablanmanın əsası kimi ƏDV bəyannaməsində ( 06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDİ seriyalı, 452002 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 18216.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324- cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 18216.0 manat kənarlaşma yaranması, ƏDV bəyannaməsində ( 11.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı 131977 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 43151.4 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətirində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43151.4 manat kənarlaşmanın yaranması və ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 375305 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 9480.24 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 9480.24 manat kənarlaşmanın yaranması göstərilmişdir. 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı ilə "xxxx" MMC arasında “Neftçala şəhərinə qədər 2-ci magistral su xəttinin çəkilməsi işlərinin həyata keçirilməsi barədə” müqavilə bağlanmış, iddiaçı Sifarişçi qismində həmin işin icrasını tapşırmış, "xxxx" MMC isə Podratçı qismində qeyd edilən işi icra etməyi öz öhdəsinə götürmüşdür. “Yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında” arayışa əsasən 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə çərçivəsində tikinti-quraşdırma işlərinin dəyəri 239730,0 manat, ƏDV 43151,40 manat, ümumilikdə 282881,40 manat təşkil etmişdir. “Yerinə yetirilən işlərin qəbulu haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə çərçivəsində dəyəri 239730,0 manat, ƏDV 43151,40 manat, ümumilikdə 282881,40 manat təşkil edən DN450 PN10PE boru xəndəyinin hər cür ərazidə açılması, yana atılması, artıq materialın daşınması, xəndəyin qrunt sularının kənara vurulması, xəndək dibinin materialla kipləşdirilməsi, borunun sahədə endirilməsi, PO borunun və boru üçlükləri, dirsək və s.parçalarının quraşdırılması, lazımi yerdə DN720, DN 530, polad boruların qaynaqlanması, yerinə quraşdırılması, DN450HDPE boruların polad boru içərisində yerinə quraşdırılması və əks doldurulması və kipləşdirilməsi, kommunikasiya xətlərinin keçilməsi, boruların üzərinə xəbərdarlıq lentinin çəkilməsi, magistral xəttin üzərində xətt nişanlarının quraşdırılması işləri görülmüşdür. Ödəniş tapşırığına əsasən iddiaçı 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə xx.xx.2022-ci ildə 89730 manat, xx.xx.2022-ci ildə 150000 manat ödəmişdir. Köçürmənin aparılması haqqında bildirişə əsasən EBCK 131977 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 16151,40 manat, 220922/01 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında 27000 manat iddiaçının ƏDV sub hesabından "xxxx" MMC-yə köçürülmüşdür. 150623RC nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır, qiymətlərin razılaşdırılması sənədinə əsasən müqavilə ilə cəmi 101200 manat, o cümlədən 18216 manat ƏDV, ümumilikdə 119416 manat dəyərində 4600 ədəd aqlay üzlük daşının alqı-satqısı razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 4600 kvadrat metr aqlay üzlük daşı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 2394 kv metr aqlay üzlük daşı "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. Ödəniş tapşırıqlarına əsasən iddiaçı xx.xx.2023-cü ildə 101200 manat məbləğini, xx.xx.2023-cü ildə 79 manat məbləğini "xxxx"” MMC-yə ödəmişdir. Köçürmənin aparılması haqqında bildirişə əsasən EBDİ 452002 nömrəli elektron qaimə əsasında 18216 manat, EBDJ 375305 nömrəli elektron qaimə əsasında 9480 manat iddiaçının ƏDV sub hesabından "xxxx" MMC-yə köçürülmüşdür. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” EBDİ 452002 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə fakturaya əsasən 101200 manat məbləğində aqlay üzlük daşı , EBDJ 375305 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə fakturaya əsasən 52668 manat məbləğində aqlay üzlük daşı "xxxx" MMC tərəfindən iddiaçıya verilmişdir, EBCK nömrəli, 131977 nömrəli elektron qaimə fakturaya əsasən 239730 manat məbləğində görülmüş iş "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. İnternet vergi idarəsindən “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” sənədinə əsasən "xxxx" MMC xx.xx.2024-cü ildə, "xxxx" MMC xx.xx.2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən VÖEN dəyişmə sxemindən istifadə edən riskli vergi ödəyiciləri barədə Forma 1, "xxxx" MMC-nin qanuni nümayəndəsinin vergi orqanına ünvanlanmış izahatı, hüquqi şəxs haqqında məlumat, xx.xx.2024-cü il tarixli akt ("xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən obyektdə fəaliyyət göstərməməsi barədə), xx.xx.2024-cü il tarixli akt (Orbis Group” MMC-nin qanuni nümayəndəsinin DVX-yə gəlməməsi barədə), fotoşəkillər “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub təqdim edilmişdir.

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; Həmin Məcəllənin 36.1.-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 175.1-ci maddəsinin xx.xx.2024-cü ilə qədər qüvvədə olan redaksiyasında göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Həmin Məcəllənin 175.1-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasında göstərilir: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir Həmin Məcəllənin 175.11-ci maddəsinin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nın 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına əsasən əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

12. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı tərəfindən 2022 və 2023-cü il üçün təqdim edilmiş bəyannamələri araşdırarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatları riskli və əvəzləşdirməyə əsas verməyən hesab edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli qərarı ilə iddiaçıya 2024-cü ilin sentyabr ayı üçün ƏDV üzrə 70847,64 manat əlavə vergi hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən etirazından müəyyən olunur ki, hazırda mübahisələndirilən qərar iddiaçının qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "xxxx" MMC və "xxxx" MMC ilə 2022 və 2023-cü ildə həyata keçirilmiş əməliyyatlar ilə bağlıdır, belə ki, həmin cəmiyyətlər cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab edilmişlər, habelə həmin cəmiyyətlərlə aparılmış əməliyyatlara dair elektron qaimələr də cavabdeh tərəfindən riskli, əmtəəsiz əməliyyatlara aid edilərək əvəzləşmə üçün əsas hesab edilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "xxxx" MMC və "xxxx" MMC 2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişlər, qarşılıqlı əməliyyatların aparıldığı 2022 və 2023-cü illərdə riskli vergi ödəyicisi olmamışlar. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etirazında qeyd olunan əməliyyatların riskli olduğunu göstərsə də konkret olaraq riskin başlanması tarixlərini təsdiq edə biləcək hər hansı bir dəlil və ya sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlərin (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı rəsmiləşdirilməsi sübuta yetirilmədiyi və həmin sənədlər riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. 13.Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3)

14. Məhkəmə hesab edir ki, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli Qərarı qanuna uyğun qəbul edilməmişdir. 15.Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir. 16.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 17.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı ləğv edilməlidir. 19.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 20.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

21.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 noyabr 2024cü il tarixli, 3-21-2-3/2-285686/2024 nömrəli "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar