Məhkəmə qərarları › İş №e-2-1(112)-5413/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5413/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5413/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********177490 nömrəli səyyar vergi aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********89404 nömrəli Qərarla İddiaçı MMC barəsində 255117,05 manat məbləğində vergilərin əlavə hesablanması, 9732,35 manat artıq hesablama olması qərara alınmış, 146633.48 manat məbləğində

maliyyə sanksiyası tətbiq edilmişdir.Yoxlama zamanı xx.xx.2024-cü il tarixli qərarla aktın tərtib edilmə müddətinin uzadılması həyata keçirilsə də yoxlamaların vahid məlumat reyestrində həmin hərəkət barədə heç bir qeyd aparılmamışdır. Kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2433/2024 nömrəli qərarında 42-ci bənddə əks etdirilmişdir kı, “Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlarm maraqlarının müdafiəsi haqqında" Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nın tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz". Bundan başqa xx.xx.2023-cü ildə müəssisənin təsərrüfat obyektinə baxış keçirilsə də, həmin məlumat da yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.Yoxlama zamanı cavabdeh tərəfindən “X11” MMC-dən X6 mütəxəssis kimi dəvət olunmuş və hesablamanın əsasını təşkil edən istehsal həcmi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur.İlk növbədə bildirilir ki, qeyd olunan şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin işçi geyimi, uniformaların istehsalı sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs bu sahədə mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdr və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.Təqdim edilən rəyin faktiki iqtisadi göstəricilərə uyğun gəlməməsi həmçinin aşağıdakılarla təsdiq olunur.Rəydən göründüyü kimi, “mütəxəssis" kimi təqdim olunan şəxs tərəfindən xəyali xammal miqdarı hesablanaraq müəssisənin satışa təqdım etdiyi məhsulların parça tələbi kimi göstərilmişdir. Hər bir məhsulun 1 ədədinə sərf olunan xammalın necə müəyyən olunmasına dair heç bir əsaslandırma aparılmamış, istehsal prosesi zamanı itki normaları nəzərə alınmamışdır. Başqa sözlə, təqdim olunan rəyin bu sahə üzrə mütəxəssis olmayan şəxs tərəfindən verildiyi həmin sənədin məzmunu ilə də uyğunluq təşkil etmişdir.Göründüyü kimi, cavabdeh mütəxəssis adlandıran şəxsin yalnız excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə yaratdığı istehsal həcmini əsas götürərək əlavə vergi öhdəliyi yaranmasına çalışmışdır.Xüsusilə bildirilir ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(102)- 1356/2022 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1161/2021 nömrəli, xx.xx.2022-cı il tarixli, 2-1 (102)-1299/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-386/2022 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)- 862/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1 (102)-231/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1720/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2258/2023 nömrəli, 19.01 2024-cü il tarixli, 2-1 (102)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1 (102)-1345/2024 nömrəli və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********175374 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir, (yoxlama dövrü: iyul 2020 iyun 2023). Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə İddiaçı MMC-nin mühasibi R. Qaraşova təqdim edilmiş, onun tərəfindən qəbul edilmiş və həmin şəxs sənədlərin alınmasını öz imzası ilə təsdiq etmişdir.Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər "Alyans Tekstil” MMC tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir.Bundan əlavə vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********227600 nömrəli və xx.xx.2023-cü il tarixli **********829000 nömrəli xəbərdarlıq məktubları da göndərilmişdir.Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanı tərəfindən tələb edilmiş sənədlər vergi ödəyicisi tərəfindən qismən təqdim edildiyi üçün “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir.Yoxlama zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176877 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, habelə vergi orqanına göndərilmiş elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən istehsal ərazisində "işçi geyimi” istehsalı fabrikinə baxış keçirilmişdir. Belə ki, həmin ərazi cəmiyyətin təsisçisi X2 icarəyə götürülmüşdür.Həmin ərazidə 2 mərtəbəli inzibati bina, o cümlədən 2-ci mərtəbəsində mühasibatlıq, xammal təchizat, istehsal planlaşdırma şöbələri, satış şöbəsi və cəmiyyətin direktorunun otaqları yerləşir, 1-ci mərtəbədə isə elektrik otağı, kompüter server otağı yerləşir. Cəmiyyətin kompüterləri vahid server bazasına qoşulub və istifadə olunan mühasibat proqramı “Logiks" adlandırılır. Əraziyə və istehsal sahələrinə baxış keçirilərkən xammal anbarı, kəsim sexi, nümunələrin hazırlanması otağı, loqoların tikiş otağı, hazır məhsulun istehsal sahəsi, istehsal olunmuş hazır məhsul anbarı müşahidə edilmişdir, eyni zamanda ərazidə nəqliyyat vasitələrinin olduğu nəqliyyat parkı, qazanxana və yeməkxana ərazisinin olduğu müşahidə edilmişdir.Təsərrüfat subyektinin yerləşdiyi anbarlara baxış zamanı, yarımfabrikatların hazırlanması, o cümlədən kəsim sexində qış qeyimi üçün nəzərdə tutulan içliklərin və parçadan olan məhsulların olduğu, anbarlarda xammal-materialların, o cümlədən idxal olunmuş və daxili istehsalçılardan alınmış fərdi mühafizə vasitələrinin, o cümlədən ayaqqabıların, əlcəklərin və digər hazır məhsulların olduğu müşahidə edilmişdir. İstehsal sahələrinin otaqlara bölünərək bir ərazidə yerləşdiyi, hazır məhsulların paketləmə otaqlarının yan-yana fəliyyət göstərdiyi və 2 ədəd kəsim avadanlığının, sərmə masasının və 75 ədəd (bir iynəli düz tikiş masını) və 13 ədəd (iki iynəli tikiş maşını), cəmi 88 ədəd tikiş maşınlarının olduğu müşahidə edilmişdir.İstehsal sexlərinə baxış zamanı müxtəlif növ yay və qış işçi geyimlərinin, o cümlədən şalvar, polo köynəklərin, gödəkçə, kombinizon və digərlərin istehsalı müşahidə olunmuşdur. Həmçinin təsərrüfat subyektində dizayner konstuktor və kəsim otaqları mövcuddur. Baxış keçirilən zamanı sexlərdə işçilərin olduğu, eyni zamanda istehsalın həyata keçirildiyi müşahidə olunmuşdur.Baxışın nəticələri “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********176048 nömrəli protokol ilə rəsmiləşdirilmişdir. “Alyans Tekstil" MMC tərəfindən istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcmini müəyyənləşdirmək üçün xüsusi bilik və təcrübə tələb olunduğundan mütəxəssis dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar “Alyans Tekstil" MMC-yə məxsus AZ5006, ünvan 2 ünvanında yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin (işıq və qaz sərfiyyatı, kalkulyasiyalar, material hərəkəti və sair istehsal göstəricilərinə əsasən) müəyyənləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli **********176890 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla "X12" MMC-dən X10 oğlu mütəxəssis kimi dəvət edilmişdir.Mütəxəssis tərəfindən rəy vermək üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisindən götürülmüş, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə sənədlər təqdim edilmiş və mütəxəssis tərəfindən həmin sənədlərdən istifadə edilməklə xx.xx.2024-cü il tarixli, İST 037 №-li rəy verilmişdir. Həmin rəyə əsasən “Alyans Tekstil " MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi ev 2-də yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 68354.29 kv.m parça kənarlaşması aşkar edilərək müəssisənin satış məlumatlarına əsaslanaraq, xüsusi çəki üzrə hazir məhsula bölünmüş və illər üzrə əlavə satış dövriyyəsi müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin iyul-dekabr ayları üzrə istehsal olunan 6141 ədəd, 2021-ci il üzrə 8166 ədəd, 2022-ci il üzrə 6842 ədəd və 2023-cü ilin 1-2 ci rübləri üzrə 3395 ədəd - cəmi yoxlanılan dövr üzrə 24543 ədəd hazır məhsul istehsalı satış kimi qiymətləndirilərək səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilən, yəni vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət sübuta yetirilmədiyi üçün vergi ödəyicisinin öz qiymətləri bazar qiyməti kimi qəbul edilərək və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən "xxxx" MMC-nin tətbiq etdiyi satış qiymətləri nəzərə alınmaqla, hal-hazırki yoxlama ilə əlavə satış dövriyyəsi müəyyən edilmişdir.Yoxlama ilə əhatə olunan dövrdə "xxxx" MMC faktiki olaraq geyim məhsullarının, parça, tekstil məhsullarının istehsalı və idxal olunmuş geyim aksesuarlarının daxili bazarda satışı fəaliyyəti ilə məşğul olmuşdur.Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlər və mütəxəssis rəyi əsasında aparılmışdır.Cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 7635954,51 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatların (ƏDV-siz) 2512,71 manat + icarədən gəlir 2400,0 manat + digər gəlirlər 188007,68 manat + mütəxəssis rəyinə əsasən müəyyən edilmiş istehsaldan və satışdan gəlir 149862,54 manat (ƏDVsiz), ümumilikdə 7978737,44 manat dövriyyənin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 7828874,90 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 149862,54 manat ƏDV-siz dövriyyənin (o, cümlədən mütəxəssis tərəfindən müəyyən edilən istehsal və satış dövriyyəsinin 149862,54) az göstərilməsi aşkar edilmiş, eyni zamanda 2020-ci il üzrə xərclərin artıq və əskik göstərilməsi nəticəsində yekun olaraq 4431,61 manat az göstərilməsi aşkar edilmiş, vergiyə cəlb edilən mənfəət 2349294,35 manat, həmin mənfəətdən 20% dərəcə ilə 469858,80 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 440772,68 manat mənfəət vergisi nəzərə alınmaqla 29086,19 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.2021-ci il üzrə:Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 6010110,98 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatların (ƏDV-siz) 6386,55 manat + icarədən gəlir 2400,0 manat + mütəxəssis rəyinə əsasən müəyyən edilmiş istehsaldan və satışdan gəlir 228411,11 manat (ƏDV-siz), ümumilikdə 6247308,64 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 6018164,53 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 229144,11 manat ƏDV-siz dövriyyənin (o cümlədən mütəxəssis tərəfindən müəyyən edilən istehsal və satış dövriyyəsi 228411,11 manat + EQF-lar üzrə təqdim etmə 733,0 manat) az göstərilməsi aşkar edilmiş eyni zamanda 2021-ci il üzrə xərclərin artıq və əskik göstərilməsi nəticəsində yekun olaraq 3783,85 manat az göstərilməsi aşkar edilmiş, vergiyə cəlb edilən mənfəət 810164,96 manat, həmin mənfəətdən 20% dərəcə ilə 162032,99 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə müəssisənin 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 116960,94 manat mənfəət vergisi nəzərə alınmaqla 45072,05 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.2022-ci il üzrə:Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 5923523,77 manat ƏDV-siz dövriyyənin + icarədən gəlir 2400,0 manat + mütəxəssis rəyinə əsasən müəyyən edilmiş istehsaldan və satışdan gəlir 242029.40 manat (ƏDV-siz), ümumilikdə 6167953,17 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 6034661,52 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 133291,65 manat ƏDV-siz dövriyyənin, o cümlədən (mütəxəssis tərəfindən müəyyən edilən istehsal və satış dövriyyəsi 242029,40 manat (ƏDV-siz)) - (vergi ödəyicisi tərəfindən 2022-ci ildə təqdim edilmiş EQF-lər üzrə 108737,75 manat gəlirin bəyannamədə artıq göstərilməsi nəzərə alınaraq) az göstərilməsi aşkar edilmiş, eyni zamanda 2022-ci il üzrə xərclərin artıq və əskik göstərilməsi nəticəsində yekun olaraq 34418,21 manat az göstərilməsi aşkar edilmiş, vergiyə cəlb edilən mənfəət 637579,20 manat, həmin mənfəətdən 20% dərəcə ilə 127515,84 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə müəssisənin 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 107741,15 manat mənfəət vergisi nəzərə alınmaqla 19774,69 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 2020-2022-ci illər üzrə 93932,93 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 93932,93 manat vergi məbləğinin 50% miqdarında, yəni 46964,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Səyyar vergi yoxlaması ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəssisənin gəlirləri e-qaimələrə, nəzarət-kassa aparatı məlumatlarına, ixrac YGB məlumatlarına və mütəxəssis tərəfindən istehsal həcminin müəyyən edilməsi haqqında rəyə əsasən müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 1ST 037 №-li rəyə əsasən “Alyans Tekstil" MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi, ev 2 yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü iİ tarixədək 68354,29 kv. m parça kənarlaşmasi aşkar edilərək müəssisənin satış məlumatlarına əsaslanaraq, xüsusi çəki üzrə hazir məhsula bölünmüş və illər üzrə əlavə satış dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2ci maddəsində qeyd edilən, yəni vergitutma məqsədləri üçün mallann (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət sübuta yetirilmədiyi üçün vergi ödəyicisinin öz qiymətləri bazar qiyməti kimi qəbul edilərək və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, 2020-ci ilin iyul-dekabr ayları üzrə istehsal olunan 6141 ədəd hazır məhsul, EQF üzrə təsbit edilən satış qiymətlərinə vurularaq 149863.0 manat (ƏDV-siz), 2021-ci il üzrə 8166 ədəd hazır məhsul EQF üzrə təsbit edilən satış qiymətlərinə vurularaq 228411,0 manat (ƏDV-siz), 2022-ci iİ üzrə 6842 ədəd hazır məhsul EQF üzrə təsbit edilən satış qiymətlərinə vurularaq 242029,0 manat (ƏDV-siz) və 2023-cü ilin 1-2-ci rübləri üzrə 3395 ədəd hazır məhsul EQF üzrə təsbit edilən satış qiymətlərinə vurularaq 196617,0 manat (ƏDV-siz) - cəmi 24543 ədəd hazır məhsul istehsalı satış kimi qiymətləndirilərək, "xxxx" MMC-nin EQF-lar üzrə tətbiq etdiyi satış qiymətləri nəzərə alınmaqla, əlavə olaraq 816920,0 manat (ƏDV-siz) satış dövriyyəsi müəyyən edilmişdir.2020-ci iİ üzrə:Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2020-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3053521,55 manat (ƏDV 549633,88 manat), əvəzləşdirilən ƏDV-nin 387049,54 manat, büdcəyə çatası ƏDV-nin 162584,34 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3204506,24 manat (ƏDV 576811,14 manat), əvəzləşdirilməli olan ƏDV-nin 387049,54 manat, büdcəyə çatası ƏDV-nin isə 189761,60 manat olduğu müəyyən edilmişdir. Nəticədə 27177,25 manat əlavə ƏDV hesablanmışdır.2021-ci il üzrə:Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2021-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 5704218,75 manat (ƏDV 1026759,38 manat), əvəzləşdirilən ƏDV-nin 608805,86 manat, büdcəyə çatası ƏDV-nin isə 417953,53 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 5905334,42 manat (ƏDV 1062960,20 manat), əvəzləşdirilməli olan ƏDV-nin 608079.16 manat, büdcəyə çatası ƏDV-nin isə 454881,04 manat olduğu müəyyən edilmişdir. Nəticədə 36927,51 manat əlavə ƏDV hesablanmışdır.2022-ci il üzrə:Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2022-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 4993661,39 manat (ƏDV 898859,05 manat), əvəzləşdirilən ƏDV-nin 579243,60 manat, büdcəyə çatası ƏDV-nin isə 319615,45 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 5234641,11 manat (ƏDV 942235,40 manat), əvəzləşdirilməli olan ƏDV-nin 579130,95 manat, büdcəyə çatası ƏDV-nin isə 363104,45 manat olduğu müəyyən edilmişdir. Nəticədə 43489,0 manat əlavə ƏDV hesablanmışdır.2023-cü il üzrə:Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2023cü ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3018732,16 manat (ƏDV 543371,79 manat), əvəzləşdirilən ƏDV-nin 373637,48 manat, büdcəyə çatası ƏDV-nin 169734,31 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3210160,75 manat (ƏDV 577828,94 manat), əvəzləşdirilməli olan ƏDV-nin 373410,14 manat, büdcəyə çatası ƏDV-nin 204418,79 manat olduğu müəyyən edilmişdir. Nəticədə 34684,48 manat əlavə ƏDV hesablanmışdır.Beləliklə, yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 165557,45 azaldılması və 23276,68 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 142280,77 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 142280,77 manat əlavə dəyər vergisinin az hesablandığı müəyən olunmuşdur.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayn-ayn aylar üzrə azaldılmasına görə, azaldılmış 165557,45 manat vergi məbləğinin 50% miqdarında, yəni 82778,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı ünvan 1 ünvanında yerləşən 7200 kvadrat metr istehsal ərazisini “Alyans Tekstil’’ MMC-nin təsisçisi X2 xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələrinə əsasən icarəyə götürmüşdür. 01 yanvar 2020-ci il tarixli, 01/2020 №li “İcarə haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 15000 (on beş min) manat təşkil edir, icarə haqqının 2100 (iki min yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 12900 (on iki min doqquz yüz) manat hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada icarəyə verənə ödənilir.xx.xx.2021-ci il tarixli, 01/2021 №-li icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 30000 (otuz min) manat təşkil edir, icarə haqqının 4200 (dörd min iki yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 25800 (iyirmi beş min səkkiz yüz) manat hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada icarəyə verənə ödənilir.Yoxlanılan dövrün xx.xx.2020-dən xx.xx.2021-ci il tarxədək aylıq icarə haqqı 12900,0 manat (vergilər nəzərə alınmadan) və xx.xx.2021-dən xx.xx.2023-cü iİ tarixədək aylıq icarə haqqı 25800,0 manat (vergilər nəzərə alınmadan) müəyyən edilmişdir (icarə müqavilələrinə əsasən). Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “Vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir”. Belə ki, əvvəlki icarə müqaviləsi üzrə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 15000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 2100,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 12900,0 manatı 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 12900,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir.Yeni icarə müqaviləsi üzrə isə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 30000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 4200,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 25800,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 25800,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir.Belə ki, yoxlama ilə əhatə olunan dövr üzrə daşınmaz əmlak üzrə (icarə haqqından) ayrı-ayrı aylar üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan verginin 28927,91 azaldılması və 22627,91 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ÖMV-nin 6300,0 manat olduğu müəyyən edilmişdir.Müəssisə tərəfindən idxal olunan malların daşımasını həyata keçirən qeyri- rezident nəqliyyat ekspeditor şirkətləri ilə bağlanmış müqavilələrə əsasən qeyri-rezident şirkətlərə daşıma xidmətləri üçün bank vasitəsi ilə ödəmələr həyata keçirilmiş, lakin İddiaçı MMC tərəfindən ödəmə mənbəyində vergilər tutulmamış və hesablanmamışdır. Beləliklə də, müəssisə tərəfindən yoxlanılan dövr üzrə daşınmaz əmlak üzrə (icarə haqqı) və qeyri-resident hüquqi şəxsdən tutulmalı olan ÖMV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən, cəmi rüblər üzrə 9120,99 manat azaldılması müəyyən edilmişdir.Müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamələrinə əsasən 223009,87 manat hesablama aparılmalı olduğu halda 213888,88 manat hesablama aparılmış və nəticədə yoxlama dövrü üzrə 9120,99 manat ödəmə mənbəyində tutulmalı olan vergi az hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmasına görə, azaldılmış 31021,87 manat vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir.Ödəmə mənbəyində tutulan verginin müqayisəli cədvəli və hesablamanın əsasları barədə məlumatlar səyyar vergi yoxlaması aktında ətraflı qeyd olunmuş və akt sübut kimi etiraza əlavə olunur.Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə:Səyyar vergi yoxlaması ilə 4-cü rüb 2020-ci il - 3-cü rüb 2023-cü il üzrə bəyannamələrin (hesabatların) düzgünlüyü yoxlanmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığorta edənlərdə işləyən sığorta olunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 200 manatadək hissəsindən sığorta olunanın hesabına 3 faiz, sığorta edənin hesabına isə 22 faiz MDSS haqqı, 200 manatdan çox olan hissəsi üçün isə sığorta olunanın hesabına 10 faiz, sığorta edənin hesabına isə 15 faiz dərəcə ilə MDSS haqqı tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi fondundan sığorta edənin hesabına 0,5 faiz və sığorta olunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən siğorta haqqı tutulur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari sığorta haqqı tutulur.Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 58,64 manat az və 8,63 manat artıq hesablama olmaqla, ümumilikdə 50,01 manat büdcəyə az hesablama müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə:Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə 2796,0 manat məbləğində malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsəsən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində 2796,0 manat ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 1398,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla əlaqədar vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü iİ tarixli, **********177490 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli qərar qəbul edilmişdir.Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar aidiyyəti üzrə təqdim edilməsi üçün xx.xx.2025-ci iİ tarixli, **********416500 nömrəli məktub aidiyyəti üzrə göndərilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.Yuxarıda qeyd olunanlara əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmaması iddiası əsassızdır.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonradan iddiaya etirazına əlavəni təqdim edərək göstərmişdir ki, inzibati iş üzrə xx.xx.2025-ci ildə saat 14:25-də keçirilmiş məhkəmə araşdırmaları zamanı İddiaçı MMC-nin nümayəndəsi “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmədiyini əsas gətirərək, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Alyans Tekstil” MMC-nin nümayəndəsinin “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024cü il tarixli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barədə dəlilini aşağıda qeyd olunanlara görə əsassız hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli, 1299 nömrəli Fərmanı ilə həmin əsasnamədə dəyişikliklər edilmişdir. Həmin əsasnamə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestrdən çıxarışda göstərilməli olan məlumatların isə hər birinin vergi orqanı tərəfindən çıxarışda əks etdirildiyini nəzərə alaraq hesab edirik ki, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi zamanı yoxlamanın müddətinin uzadılması ilə yoxlamanın nəticələri üzrə aktın tərtibi müddətinin uzadılmasının müqayisəli təhlilini düzgün aparmamış, bununla da “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175374 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY231954766, xx.xx.2023-cü il).Bildiririk ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi, yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.1ci bəndinə əsasən yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğusu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.Çıxarışda aşağıdakı məlumatlar göstərilir:.1.1. yoxlamanın kodu; 5.1.2. yoxlayıcı orqanın adı; 5.1.3. yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.1.4. yoxlamanın aparılması müddəti (başlanılması və sona çatması tarixləri); 5.1.5. yoxlamanın hüquqi əsası; 5.1.6. yoxlamanın aparılacağı yoxlama obyektinin adı, təsviri, fəaliyyət növü, ünvanı və kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 5.1.7. yoxlamanın növü; 5.1.8. yoxlanılan dövr; 5.1.9. yoxlama zamanı araşdırılacaq suallar; 5.1.10. vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 5.1.11. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar); 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı tələb olunduğu hallarda onun soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti; 5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar.Qeyd olunan məlumatlardan göründüyü kimi yoxlamanın başlanması və sona çatması tarixləri, eyni zamanda yoxlamanın dayandırılması və vergi yoxlamasının müddətinin artırılması barədə məlumatların reyestrdən çıxarışda əks olunması zəruri məlumatlar sırasına daxildir.Göründüyü kimi faktiki olaraq səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması barədə məlumatlar əsasnamənin 5.1-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməli məlumatlar sırasında yer almamış, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarının təsiri altına düşmür.Bundan əlavə, "vergi yoxlamasının müddətinin artırılması” və "səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması” fərqli anlayışlar olduğundan, eyni zamanda "səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması” ilə bağlı qərar yoxlama müddəti başa çatandan sonra qəbul edildiyinə görə həmin qərar barədə məlumatlar reyestə daxil edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən aşağıda göstərilən hallarda və yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: 'nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.Bildiririk ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında olan səyyar vergi yoxlaması aktından göründüyü kim İddiaçı MMC-də səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmış, yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılmasına zərurət yarandığına görə 38.2-ci maddənin tələbinə uyğun yuxarı vergi orqanının, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. Bu da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə tam uyğun, qanini və əsaslıdır.Odur ki, iddiaçının səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barədə dəlili əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.Yuxarıda qeyd olunanlara əsaslanaraq “Alyans Tekstil" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi H.Baloğlanov məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.İş materiallarında olan: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********175374 nömrəli, xx.xx.2023cü il tarixli qərara əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iyul 2020-iyun 2023 dövrü üzrə İddiaçı MMC-də növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya iyul 2020-iyun 2023 dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçiriləcəyi barədə məlumat verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023cü il tarixli çıxarışa əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iddiaçıda xx.xx.2020xx.xx.2023-cü il dövrü üzrə vergi qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlama aparılması qeydiyyata alınmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üçün vergi ödəyicisinin dövlət qeydiyyatı, habelə təşkiİati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəlləri,vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilatı strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisələri barədə məlumat, bağlanmış müqavilələr, nizamnamə və ya əsasnaməsinin surətləri, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxsin - vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin/subyektlən siyahısı, dəyəri 10 000 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2000 min manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatdı olan bütün NKA üzrə Zhesabatlan, yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəlləri, yerli və xarici bank hesablannın hərəkəti, aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları, yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə sənədlər, əmlakın sığortası üzrə sığorta polisləri, qeyri-rezidentlərlə bağlanmış müqavilələr, işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri, hazır məhsulların və yarımfabrikatlann hərəkəti barədə məlumatlar, təsdiq edilmiş kalkulyasiyalar və vergilərin hesablanması ilə bağlı olan digər mühasibatmaliyyə sənədlərinin təqdim edilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli, **********177490 nömrəli səyyar vergi yoxlaması aktına əsasən 2020-ci ilin mənfəət vergisi üzrə 31116,56 manat azalma müəyyən edilmiş, 31116,56 manat əlavə vergi hesablanmış, 15558,28 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir, 2021-ci ilin mənfəət vergisi üzrə 49969,52 manat azalma müəyyən edilmiş, 49969,52 manat əlavə vergi hesablanmış, 24984,76 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2022-ci ilin mənfəət vergisi üzrə 21238,89 manat azalma müəyyən edilmiş, 21238,89 manat əlavə vergi hesablanmış, 10619,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2020-ci ilin ƏDV üzrə 27463,52 manat azalma müəyyən edilmiş, 27463,52 manat əlavə vergi hesablanmış, 1373,76 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2021-ci ilin ƏDV üzrə 44880,28 manat azalma müəyyən edilmiş, 36927,51 manat əlavə vergi hesablanmış, 22440,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2022-ci ilin ƏDV üzrə 47887,71 manat azalma müəyyən edilmiş, 43491,53 manat əlavə vergi hesablanmış, 23943,86 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2023-cü ilin ƏDV üzrə 45325,94 manat azalma müəyyən edilmiş, 34684,48 manat əlavə vergi hesablanmış, 22662,97 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2021-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi,məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 0,17 manat azalma müəyyən edilmiş, 0,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir, həmin hesabat üzrə 2022-ci il üzrə 58,46 manat azalma müəyyən edilmiş,57,83 manat əlavə vergi hesablanmış, 29,23 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2023-cü il üzrə 0,01 manat azalma müəyyən edilmiş, 0,01 manat əlavə vergi hesablanmış, 0,01 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir,ödəmə mənbəyində vergi üzrə 2020-ci il üzrə 6909,11 manat azalma müəyyən edilmiş, 6909,11 manat əlavə vergi hesablanmış, 3454,56 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2021-ci il üzrə 13809,20 manat azalma müəyyən edilmiş, 5669,24 manat əlavə vergi hesablanmış, 6904,60 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, 2022-ci il üzrə 10303,56 manat azalma müəyyən edilmiş, 6267,17 manat əlavə vergi hesablanmış, 5151,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, cəmi 298962,93 manat azalma müəyyən edilmiş, 263509,09 əlavə vergi hesablanmışdır,155134,2 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir, qeyd edilən səyyar vergi yoxlaması aktından göründüyü kimi hesablamaların əsasını “X12” MMC-dən dəvət edilmiş mütəxəssis X4 xx.xx.2024-cü il tarixli, İST 037 nömrəli mütəxəssis rəyi əsas götürülmüşdür, həmin aktdan görünür ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü ildə başlamış, xx.xx.2024-cü ildə başa çatmışdır, səyyar vergi yoxlamasının keçirilməsi müddəti iki dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə uzadılmışdır, habelə 17 dəfə dayandırılmışdır,habelə aktın tərtib müddəti də uzadılmışdır. “X12” MMC-nin xx.xx.2024-cü il tarixli, İST037 nömrəli mütəxəssis rəyinə əsasən həmin mütəxəssis rəyini Avstraliyanın Sidney Universitetindən Kommersiya üzrə magistr dərəcəsinə malik olan, İngiltərənin Uarvik Universitetinin kommersiya ixtisası üzrə doktorantı X6 imzalamışdır, rəyin ümumi məlumat hissəsindən görünür ki, istehsal olunmuş mallar üzrə istehsal həcmi aylar üzrə istehsal və satış rəqəmləri, xammal hərəkəti, kalkulyasiyalar, YGB əsasında müəyyən edilmişdir, monitorinq və enerji üzrə ölçmə işləri aparılmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarxli, **********189404 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı”na əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2024cü il tarixli, **********177490 nömrəli səyyar vergi yoxlaması aktında göstərilənlər əsas götürülərək iddiaçıya 190570,89 manat məblğində verginin azaldılmasına görə 146683,48 manat maliyyə sanksiyası tətbiq edilmiş, ona 255117,05 manat əlavə vergi hesablanmışdır.

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə iddiaçının vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 10.Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir: 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəəmaterial ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 11.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir: Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

12. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də göstərilir: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

11. Məhkəmə inzibati iş materiallarında olan sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-də vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparmış, yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli **********177490 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt və aktda istinad edilən mütəxəssis rəyi əsas götürülməklə cavabdeh iddiaçıda iyul 2020-iyun 2023 dövründə mənfəət və ƏDV-nin, ödəmə mənbəyində tutulan verginin, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, məcburi dövlət sosial sığorta haqqının, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının azaldılmasını müəyyən etmişdir. Səyyar vergi yoxlamasında vergilərin azaldılması nəticəsinin əsasını təşkil edən mütəxəssis rəyində 3-cü bənddə (Yekun hesablama) qeyd edilmişdir ki, “Alyans Tekstil " MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi ev 2 yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 68354.29 kv.m parça kənarlaşması aşkar edilmişdir, kənarlaşmış 68354,29 kv metr parça müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəki üzrə hazır məhsula bölünmüşdür.Bu bölgüyə əsasən yoxlanılan dövr üzrə cəmi 24543 ədəd hazır məhsul kənarlaşması hesablanmışdır. Beləliklə mütəxəssis rəyi əsasında tərtib edilmiş səyyar vergi yoxlamasının nəticələrinə əsasən cavabdehin xx.xx.2024-cü il tarxli, **********189404 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı”na əsasən iddiaçıya 190570,89 manat məblğində verginin azaldılmasına görə 146683,48 manat maliyyə sanksiyası tətbiq edilmiş, ona 255117,05 manat əlavə vergi hesablanmışdır. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması aktında istinad edilən və məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi iddiaçıya əlavə vergilərin hesablanması üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi, səyyar vergi yoxlaması zamanı əlavə vergilərin hesablanması zamanı əsas götürülmüş mütəxəssis rəyindən məhkəmə müəyyən etmişdir ki, mütəxəssis rəyini tərtib etmiş şəxs təsərrüfatın yüngül sənaye sahəsi üzrə mütəxəssis deyildir, həmin şəxs “Kommersiya üzrə” ali təhsil almışdır, mütəxəssis kimi cəlb olunan şəxsin işçi geyimi, uniformaların istehsalı sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilməmiş və rəydə istinad edilməmişdir, belə olduqda məhkəmə hesab edir ki, mütəxəssis rəyini vermiş şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə olan halda nə qədər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 45.2ci maddəsinə görə, mütəxəssis xüsusi bilik və təcrübəyə malik olmalıdır, hazırda isə cavabdehin istinad etdiyi mütəxəssis isə iddiaçının fəaliyyət sahəsi üzrə xüsusi biliyə və təcrübəyə malik deyildir, həmin mütəxəssisin rəyi iddiaçıya əlavə vergi hesablanmasının əsasını təşkil edə bilməz və vergi orqanı tərəfindən istifadə oluna bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının iddiaçı Elşad Umudovun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı verigilərin hesablanmasının əsassız hesab edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqda qərarın ləğv edilməsi tələbi üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli, 2-1(102)-980/14 nömrəli qərarında əks olunmuş mövqeyinə əsasən isə “iddiaçının fəaliyyət göstərdiyi obyektdə istehsal həcmi və satış dövriyyəsinin müəyyən edilməsi vergi orqanının fəaliyyət dairəsinə aid olduğundan və onun müəyyən edilməsinin ən əlverişli üsulu kimi xronometraj metodu ilə yoxlama aparılması mümkün olduğu halda mütəxəssisə müraciət edilməsi və ehtimallara əsaslanmaqla verilmiş rəy üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı əsaslı hesab edilə bilməz, müvafiq olaraq həmin akt əsasında cavabdeh tərəfindən qəbul olunmuş digər inzibati aktlar da qanuni qəbul edilə bilməz...qanunvericiliyin,.o cümlədən vergi qanunvericiliyinin müddəaları dispozitiv şərtləri nəzərdə tutmaqla, eyni zamanda müəyyən hallara münasibətdə imperativ şərtləri müəyyən etmişdir.Mübahisəli məqama münasibətdə yuxarıda göstərildiyi kimi mütəxəssis cəlb olunmaqla səyyar vergi yoxlamasının aparılmasında vergi orqanına seçim hüququ verilsə də lakin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə məhz xronometraj metodu ilə müşahidənin aparılması qanunvericilikdə imperativ qaydada nəzərə tutulmuşdur.” İşin faktiki hallarına əsasən isə iddiaçıya hesablanmış vergilər xronometraj üsulu ilə deyil, mütəxəssis qismində cəlb edilmiş, iddiaçının fəaliyyət sahəsində xüsusi bilik və təcrübəsi olmayan şəxsin nəzəri hesablamaları əsasında hesablanmış satış həcmi əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. 12.Məhkəmə habelə qeyd edir ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü ildə başlamış, xx.xx.2024-cü ildə başa çatmışdır, səyyar vergi yoxlamasının keçirilməsi müddəti iki dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə uzadılmışdır, habelə 17 dəfə dayandırılmışdır, həmçinin aktın tərtib edilmə müddəti də uzadılmışdır. Lakin səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddəti cavabdeh tərəfindən uzadılsa da bu barədə qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınması barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qənaətinə görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qeyd edilən yoxlamanın nəticələri əsasında qəbul edilmiş qərar da “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal hüquqi baxımdan qanunsuzdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)-827/2023, 2-1(102)-1090/2023, 2-1(102)- 1174/2023, 2-1(102)-1741/2023, 2- 1(102)-2063/2023, 2-1(102)-2433/2024 nömrəli işlər üzrə qərarları, həmçinin 2-1(102)- 1197/2024 nömrəli iş üzrə qərardadı). “

13. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanının xx.xx.2024-cü il tarxli, **********189404 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməs haqqında qərarı” qanuna uyğun qəbul edilməmişlər. 14.Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli,2-1(102)-508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir. 15.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarxli, **********189404 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” ləğv edilməlidir. 18.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyiin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı” ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar