Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5448/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon İcra Hakimiyyətində işə bərpa olunmağı barədə öhdəliyin cavabdehin üzərinə vəzifə kimi qoyulmasıı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə müraciət edərək Qaradağ Rayin İcra Hakimiyyətinin 150 nömrəli 5 iyun 2024-cü il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövrlərdə Qaradağ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu iş yeri Cavabdeh başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçisi-mühəndisi olmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İddarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq barəmdə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə iddiaçı barəsində istintaq orqanı tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İstintaq yekunlaşdıqdan sonra cinayət işi QaradağRayon Məhkəməsinə göndərilmiş, Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən mənə 5000 (beş min) manat cərimə cəzası kəsilmişdir. Göründüyü kimi məhkəmə hökmündə əlavə cəza kimi müəyyən vəzifə tutma səlahiyyətlərindən məhrum etmə cəzası verilməmişdir. Yalnız 5000 min manat cərimə edilmişdir. İddiaçı işə getmədiyi üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavininin 40 nömrəli 31 may 2024-cü il tarixli təqdimatı əsasında, 05 iyun 2024-cü il tarixli 150 nömrəli Sərəncamı ilə təlvöD“ qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3, 18.0.4, 18.0.12-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinin tələblərinə əməl etmədiyi üçün təlvöD“ qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Qeyd edilənlər barədə iddiaçıya heçbir rəsmi məlumat verilməmişdir. İşə gəlməməyinin səbəbi istintaq dövründə barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olmuşdur. İddiaçı eyni zamanda bildirir ki, barəsində təqdim olunan 18 iyul 2024-cü il tarixli, 5-13/2-681/2024 nömrəli “Xasiyyətnamə”də qeyd edilmişdir ki, İddiaçı oğlu işlədiyi müddət ərzində dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin icrasını vaxtında və layiqincə yerinə yetirərək, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Vətəndaşların qəbulu zamanı onlara mehriban münasibət göstərərə, vəndaşların problemləri iləyaxından maraqlanaraq və problemlərin həlli üçün ciddi səylər göstərməyi qeyd olunmuşdur. Göründüyü kimi işə gəlməməyinin səbəbi öz iradəsindən asılı olmamışdır. Sonradan iddiaçıya şifahi məlumat daxil olmuşdur ki, icra başçısının sərəncamı əsasında işdən azad olunmuşdur. Bunu əsas götürərək iddiaçı tərəfimdən Qaradağ rayon icra hakimiyyətinin başçısına işin faktiki halında göstərilən məzmunlu ərizə ilə müraciət ünvanlanaraq təlvöD“ qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3, 18.0.4, 18.0.12-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “a” bəndinin tələblərini bilərəkdən pozmamağı və yenidən işə bərpa olunmağı haqqında xahiş məzmunlu müraciət ünvanlanmışdır. 29 oktyabr 2024-cü il tarixli müraciətə 25 noyabr 2024-cü il tarixli № 5-13/1-H-100-061/24 saylı cavab məktubu ilə imtina verilmiş, imtinanın əsası kimi Qaradağ rayon məhkəməsinin 12 09.2024-cüil tarixli 1(002)-247/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə cəzasına məhkum olunmağı təlvöD“ Qulluğu Haqqında” Azərbaycan Respublikasının Qanununu və Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanununu kobud şəkildə pozmağı əsas götürülmüşdür. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı tərəfimdən edilmiş müraciətə Qaradağ rayon icra hakimiyyətinin cavabı hüquqi cəhətdən əsassız olduğu üçün işə bərpa olunmağı ilə bağlı öhdəlik cavabdehin üzərinə vəzifə olaraqdan qoyulmalıdır.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçı öz idddia ərizəsində də qeyd edir ki, 12 sentyabr 2024-cü il tarixli hökm ilə 5000 (beş min) manat cərimə edilmişdir. Daha sonra vəsatətə əlavə etdiyim Cavabdeh Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Qeydiyyat-Nəzarət Vərəqəsindən də görünür ki, iddiaçı inzibati orqana 30 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı hökm qəbul edildiyi gündən növbəti iş günü artıq iş yerinə gəldiyi üçün Cavabdeh başçısının 05 iyun 2024-cü il tarixli, 150 saylı sərəncamından məlumatı olmuşdur. Belə ki, iddiaçıya sərəncam həmin tarixdən əvvəl “ev dustaqlığında” olduğu müddətdə elan olunmuşdur. İddia ərizəsində bu hallar bir- birini təkzib edir. 17 dekabr 2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddiaçının ən son sərəncamla tanış olduğu ehtimal olunan tarix 13 sentyabr tarixində olan iş günüdür. İddiaçı sərəncamdan məlumatlı olmasaydı həmin tarixdə işə gəlməli olacaqdı, lakin iddiaçı bunu öncədən bilmiş və həmin tarixdən də işə gəlməmişdir. Qeyd olunan sərəncamın qəbul olunmasından artıq 6 ay ötmüşdür. Həmçinin vətəndaşın inzibati orqana müraciəti həmin müddətin axımını dayandırmır. Aşağıda qeyd olunan qanunvericilik normalarında müvafiq şikayət instansiyası bildirildikdə həmin orqana müraciət etməsi hesab oluna bilməz. Hüquqi əsaslar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 3.4-cü bəndinə əsasən Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “işə bərpa olunması öhdəliyinin qoyulması” barədə iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməyi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavininin 40 nömrəli 31 may 2024-cü il tarixli təqdimuttna əsasən 05 iyun 2024-cü il tarixdən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3. 18.0.4. 18.0.12-ci bəndlərinə və Azərbaycan Respublikası Oməfc Məcəlləsinin 70-e i maddəsinin “v” bəndinə, 72-ei maddəsinin "a” bəndinin tələblərinə əməl etmədiyiniz üçün “Dövlət qulluğu haqqında* Azərbaycan Respublikası Qanununun 33.1.6cı maddəsinə əsasən Cavabdeh başçısının 05 iyun 2024-cil il tarixli 150 nömrəli sərəncamı ilə dövlət qulluğunuza xilam verilmişdir. Aparılmış əlavə araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(002)-247/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-l.l-ei maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 lallı min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbi ərini ndə kobud şəkildə pozulması ilə nəticələnmişdir. Əlavə olaraq bildirilir ki, rayon icra hakimiyyətində inzibati vəzifələrin tutulması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə əsasında həyata keçirilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq şəxsin əvvəlki iş yerinə bərpa olunmağı rayon icra hakimiyyətinin səlahiyyəti xaricindədir.
6. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 150 nömrəli Sərəncamına əsasən Cavabdeh başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsləhətçisi-mühəndisi İddiaçı 05 iyun 2024-cü il tarixindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3, 18.0.4, 18.0.12-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-247/2024 nömrəli Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 312-1.1 -cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İddiaçı tutulduğu və “ev dustaqlığında” qaldığı 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Barəsində seçilmiş “ev dustaqlığı“ qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilmişdir. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmişdir.
8. İddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdehnə müraciətini əks etdirən mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, müvafiq sərəncam və əmək kitabçası bu günə kimi iddiaçıya təqdim edilməmişdir. İddiaçı barəsində “ev dustaqlığı” qətimkan tədbiri tətbiq edildiyindən şəxs sərəncam barədə yalnız müvafiq qətimkan tədbiri aradan qalxdıqdan sonra məlumatlı olmuşdur. İddiaçının xx.xx.2024-cü il tarixdə inzibati orqana müraciəti olmuşdur və bu faktı təsdiq edən mədaxil qəbzi mövcuddur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamsını xahiş etdi və bildirdi ki, sərəncam qəbul edildiyi dövrdə iddiaçı barəsində “ev dustaqlığı” qətimkan tədbiri tətbiq edildiyindən şəxslə rabitə vasitəsilə əlaqə saxlanılmış, sərəncam barədə şifahi məlumat verilmişdir. İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri aradan qalxdığı vaxtdan sonra iş yerinə gəlməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh tərəfindən İddiaçı sərəncamı və əmək kitabçasını götürməyi tələb edilsə də, iddiaçı buna əməl etməmişdir. İddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdehnə yazılı ərizə ünvanlaması məhkəmə müraciət edilməsi ilə bağlı müddətin dayanmasına səbəb olmur.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
12. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 150 nömrəli Sərəncamının ləğv edilməsini tələb edir.
14. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
17. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X4rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
18. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
19. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
21. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 150 nömrəli Sərəncamına əsasən İddiaçı dövlət qulluğuna xitam verilmişdir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müvafiq sərəncamın qəbul edilməsindən (xx.xx.2024-cü il tarixində) təxminən 06 ay 12 gün sonra məhkəməyə şikayət etmişdir.
24. Məhkəmə müəyyən edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(002)- 339/2024 saylı qərarı ilə İddiaçı barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-247/2024 nömrəli Hökmü əsasında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir.
25. Odur ki, məhkəmə nəzərə alır ki, dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli Sərəncam iddiaçıya münasibətdə “ev dustaqlığı” qətimkan tədbiri tətbiq edildiyi dövrdə qəbul edilmişdir. Belə olan təqdirdə İddiaçı xx.xx.2024-cü il tarixə (“ev dustaqlığı” qətimkan tədbirinin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edildiyi tarixə) kimi məhkəməyə müraciət etmək imkanı olmamışdır.
26. Məhkəmə digər tərəfdən nəzərə alır ki, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri aradan qalxdığı vaxtdan sonra iş yerinə getməmişdir. Bu fakt iddiaçının müvafiq sərəncam barəsində həmin tarixdən (xx.xx.2024-cü il tarixdən) etibarən məlumatlı olduğunu təsdiqləyir.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sərəncam qəbul edildiyi dövrdə iddiaçı barəsində “ev dustaqlığı” qətimkan tədbiri tətbiq edildiyindən şəxslə rabitə vasitəsilə əlaqə saxlanılmış, sərəncam barədə şifahi məlumat verilmişdir. İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri aradan qalxdığı vaxtdan sonra iş yerinə gəlməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh tərəfindən İddiaçı sərəncamı və əmək kitabçasını götürməyi tələb edilsə də, iddiaçı buna əməl etməmişdir.
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə inzibati orqana müraciəti olmuşdur və bu faktı təsdiq edən qəbzi mövcuddur.
29. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqana müraciət ərizəsinin mövcudluğu həmin tarixdən (xx.xx.2024-cü il tarixdən) müvafiq sərəncam barədə məlumatlı olduğunu təsdiqləyir. Digər tərəfdən vətəndaşın inzibati aktı qəbul etmiş inzibati orqana müraciəti məhkəməyə müraciət edilməsi ilə bağlı prosessual müddətin axımını dayandırmır. Belə ki, qeyd edilən ərizədən də görünür ki, iddiaçı Cavabdeh başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavininin 40 nömrəli 31 may 2024-cü il tarixli təqdimuttna əsasən 05 iyun 2024-cü il tarixdən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.3. 18.0.4. 18.0.12-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-e i maddəsinin “v” bəndinə, 72-ei maddəsinin "a” bəndinin tələblərinə əməl etmədiyiniz üçün “Dövlət qulluğu haqqında* Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Cavabdeh başçısının 05 iyun 2024-cil il tarixli 150 nömrəli sərəncamı ilə dövlət qulluğuna xitam verildiyindən məlumatlı olmuşdur.
30. Odur ki, iddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri aradan qalxdığı tarixdən təxminən 03 ay 05 gün sonra məhkəməyə şikayət etmişdir.
31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizə verilməsinə dair hüquqi yardım göstərilməsi zərurəti yoxdur.
32. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
33. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
35. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva