Məhkəmə qərarları › İş №e-2-1(112)-5454/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5454/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5454/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 360000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 360000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə Qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan ********.62 manat borcuna görə 360000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Ərizəni imzalayan şəxs haqqında məlumat: Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 360000.00 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

3. xx.xx.2024-cü il tarixində vergi borclarını ödəməyən Cavabdeh (VÖEN: **********) barəsində “Əmlakın siyahıya alınması haqqında” **********9 nömrəli Qərar qəbul edilmişdir.

4. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********9 nömrəli protokola əsasən Cavabdehnə məxsus ümumilikdə 360.000 manat dəyərində əmlak siyahıya alınmışdır.

5. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərar əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixdə əmlakların siyahıya alınması haqqında protokol və digər sənədləri vergi ödəyicisi imzalamış, həmin sənədlərin bir nüsxəsi ona təqdim edilmiş və eyni tarixli aktlarla siyahıya alınmış əmlaklar vergi ödəyicisinə məsul saxlanmaya verilmişdir.

6. Şəxsi hesab vərəqəsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-ci il tarixə Vergilər üzrə 10.251.085,55 manat; xx.xx.2024-cü il tarixə Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 871,50 manat; xx.xx.2024-cü il tarixə Muzdla işlə əlaqədar (MDSS) üzrə 21.787,50 manat, xx.xx.2024-cü il tarixə İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsi üzrə 4.116,83 manat borcu var.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

9. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

12. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mübahisəsiz olaraq mövcudluğunun, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

13. Beləliklə, məhkəmə müəyyən edir ki, vergi ödəyicisinin xx.xx.2024-ci il tarixə Vergilər üzrə 10.251.085,55 manat; xx.xx.2024-cü il tarixə Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 871,50 manat; xx.xx.2024-cü il tarixə Muzdla işlə əlaqədar (MDSS) üzrə 21.787,50 manat, xx.xx.2024-cü il tarixə İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsi üzrə 4.116,83 manat borcu var. Odur ki, qeyd edilən borcun ödənməsi məqsədilə iddia tələbinin təmin edilməsi yolverilən hesab edilməlidir. Məhkəmə bu qənaəti yuxarıda qeyd edilən yanaşmaya uyğun hesab edir (borc mövcuddur, əmlak vergi ödəyicisinə məxsusdur (özünə məsul saxlanmaya verilib və sonuncu tərəfindən qəbul edilib) və borc siyahıya alınmış əmlakın dəyərinə mütənasibdir). Məhkəmə qeyd edilən müddətdə borcun ödənilməsi üçün cavabdehə vaxt vermiş, lakin məhkəmə tərəfindən verilmiş müddətdə borcun qismən də ödənilməsi təmin edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia siyahıya alınmış əmlak cavabdehin fəaliyyət göstərməsi üçün zəruri ola bilən avadanlıqlar olsa da, təmin edilməlidir. Belə ki, qeyd edilən müddətdə cavabdeh borc məbləğinin qismən də olsa, ödənilməsini təmin etməmişdir.

14. Məhkəmə cavabdehin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməli olduğu qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin siyahıya alınmış əmlakı vergi orqanının mübahisələndirilməmiş qərarı üzrə həyata keçirilmiş və şəxsi vərəqə üzrə üzrə cavabdehin həmin məbləğdən ən azı 20 dəfə artıq vergi borcu vardır.

15. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 360000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar