Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5455/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehdən dəymiş ziyanın əvəzi kimi 7000 manat pul tutulması barədə” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “xx.xx.2024-cü il tarixindən, əlillyə görə əmək pensiyası məbləğinin xx.xx.2024-cü il tarixinə mövcud olan iş stajın və kapital yığımı nəzərə alınmaqla 1602 manat məbləğində yenidən hesablanmaqla təyin edilməsi pensiyanın yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ”xx.xx.2024-cü il tarixdən olmaqla əlilliyə görə əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq əlillik və əmək qabiliyyətini itirmə faizi dəyişdikdən sonra mövcud olan iş stajı, kapital yığımı, Azərbaycan Respublikasısı qanunvericiliyi ilə nəzərdə tutulan digər ödəniş, əlavə və faizlər nəzərə alınmaqla yenidən hesablanmaqla yenidən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehdən dəymiş ziyanın əvəzi kimi 7000 manat pul tutulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial – Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktını nəticəsinə görə iddiaçıya 2-ci qrup əlllik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Müayinə Aktına əsasən həmin gündən əmək qabiliyyətini 85 faiz itirməklə 1- ci qrup əlillik dərəcəsi təyin edilib. Cavabdeh tərəfindən həmin tarixdən, yəni 2021-ci ilin fevral ayından - 31 Oktyabr 2024-cü il tarixinə qədər, qanunvericiliklə nəzərdə tutulan qaydada iddiaçıya 910 (sonradan 20 manat artırılmaqla 2024-cü ilin dekabr ayından - 930 manat) əmək pensiyası təyin edilmişdir. “Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Qanununun 36-cı maddəsinin 1-ci hissəsini əsas tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bu Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna və digər dövlət orqanlarına müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Rspublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsinin əmək pensiyasına tədbiq edilməsini və 01.09. 2024-cü ildən yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının şikayətlərindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzə Mərkəzi Filialı mənim 910 manat olan pensiyamı ləğv etdi vəmənim əmək pensiyam yenidən təyin olaraq qanuni surətdə 700 manat artdı və 1602 manat oldu. 6. 2024-cü ilin noyabr ayında iddiaçıya atırılmış məbləğ olan - 1602 mnat məbləğində aylıq pensiya ödənildi. 2024-cü ilin dekabr ayından isə iddiaçının əmək pensiyanın məbləği gözlənilmədən dəyişdi və iddiaçıya 933 manat aylıq əmək pensiyası ödənildi. Lakin əmək pensiyası məbləğinin hansı əsas və ya səbəblərdən azaldılması barədə iddiaçıya məlumat verilmədi. 07 Noyabr 2024-cü ildən – 10 dekabr 2024-cü ilə qədər həm iddiaçının elektron sistemimdə (E-Sosialda), həm də Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzə Mərkəzi Filialının elektron sistemində iddiaçının aylıq əmək pensiyanın məbləği - 1602 manat göstərilirdi. 10 Dekabr 2024-cü il tarixindən isə azaldılmış məbləğ olan 933 manat. Lakin əmək pensiyası məbləğinin hansı əsas və ya səbəblərdən azaldılması barədə hər hansı bir məlumat verilmədi. 142 çağrı Mərkəzinə müraciəti əsasında şifahi olaraq bildirildi ki, guya ki, mənim həmin ay əmək pensiya artmayıb, sadəcə 20 manat az hesablandığına görə düzəliş edilib, az ödənilən pul əlavə olub əmək pensiyasına. Cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli İmtina məktubunu da aşağıdakı əsaslara görə əsassız və qanunsuz bir imtina olmuşdur. İmtina məktubundan da görünür ki, cavabdeh ümumiyyətlə, iddiaçının müraciətinin nədən ibarət olmasını araşdırmamış, əsaslandırılmamış və formal cavab olmuşdur. Cavabdeh verdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçının 2021-ci ildən təyin olunan əmək pensiyasının qanunvericiliklə nəzərdə tutulan artımlar və əmək pensiyasına aid digər məlumatlar sadalanır. Cavabdeh hələ də başa düşməmişdir ki, iddiaçı əvvəlki pensiya və ya digər artımları mübahisə etmir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsini iddiaçıya tədbiq etmir, əmək pensiyanı ləğv edib, yenidən köhnə əmək pensiyanı tədbiq edir. Əgər “Əmək pensiyaları haqqında Azərbaycan Rspublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsi bu halda pensiyanın məbləğinə təsir etmirsə, nədən qəbul edilib. Bu halda qanunda yazılardı ki, “orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulmasından asılı olmayaraq dəyişmir və əvvəlki məbləğdə saxlanılır”. İddiaçı hesab edir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 36.1cimaddəsinin tələbləri düzgün tədbiq olunmur, iddiaçının pensiya hüququ pozulur. Belə ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyası məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi dəyişərsə, bu qanunda yazıldığı kimi həmin şəxsin əvvəlki pensiyası ləğv edilir, növbəti ayın 1-dən yeni əmək pensiyası təyin edilir. Bu zaman həmin şəxsin əvvəlki pensiya təyini zamanı götürülən kapital yığımı və iş stajı deyil, yeni təyin olunan zaman mövcud olan iş stajı və kapital yığımı nəzərə alınır, yeni məbləğdə təyin edilir. · Nəticədə şəxsin əmək pensiyası formal olaraq yenidən təyin edilsə də, əmək pensiyası artırılmır və köhnə məbləğdə qalır. Halbuki, əlillik qrupu dəyişənə qədər onun iş stajı, məsələn, 3-5 il artır, yığdığı pensiya kapitalıda bu müddətdə artır, lakin bu hallar yeni təyin olunmuş əmək pensiyasının məbləğinə heç bir təsir etmir və yenidən təyin olunmasına baxmayaraq əmək pensiyasının məbləği dəyişmir və qanunun tələbləri pozulur. Hesab edirəm ki, şəxsin əmək pensiyası bu əsasla ləğv olunub, yenidən təyin edilərkən. Məhkəməyə bildirirəm ki, 2021-ci ildə ilk pensiya məbləği təyin olunan vaxtdan keçən müddət ərzində iddiaçının iş stajı: 4 ilə yaxın, kapital yığımı da demək olar ki, həmin məblğdə artıb. Lakin, cavabdeh iş stajı və kapital yığımı nəzərə almaqla iddiaçının əmək pensiyasını yenidən hesablamaq istəmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.2.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və sonrakı indekləşmələr nəzərə alınmaqla hazırda 1008.82 manat məbləğdə ödənilir. xx.xx.2006-cı il tarixinədək 28 il 11 ay 25 gün sığorta stajı (xx.xx.1976- cı il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) və xx.xx.2006- cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 65502,83 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 690,73 manat müəyyən edilmişdir.Eyni zamanda Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması yanlız işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra həyata keçirilə bilər. Qeyd olunan səbəbdən də iddiaçıya 2021-ci il tarixindən təyin edilmiş əmək pensiyasının pensiya təyinatından sonrakı sığorta göstəricilərinə əsasən yenidən hesablanması mümkün hesab edilməmişdir, və sonrakı indekləşdirmələr nəzərə alınmaqla hazırda 1008.82 manat məbləğdə ödənilir. Bundan narazı qalan iddiaçı A.Qulivev iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixindən müəyyən edilmiş İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi xx.xx.2024-cü il tarixindən İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə dəyişdirilmişdir. Bundan sonra İddiaçı Qanunun 36.1-ci maddəsinə istinad etməklə ona xx.xx.2021-ci il tarixində pensiya təyin edildikdən sonra işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyasının yenidən təyin edilməsini (əlilliyə görə əmək pensiyası təyin edildikdən sonrakı staj və fərdi şəxsi hesabındakı pensiya kapitalı nəzərə alınmaqla) tələb etmişdir. Qanunun 36.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Qeyd olunan maddənin mətnindən göründüyü kimi, orqanizmin funksiyalarının pozulması faizinin dəyişməsi şəxsin orqanizmin funksiyalarının pozulması faizindəki dəyişikliyə uyqun olaraq, pensiya məbləğinin yenidən təyin edilməsini nəzərdə tutur- onun pensiya təyinatından sonrakı sığorta göstəricilərinə əsasən pensiyasının yenidən hesablanmasını deyil. Həmçinin Qanunun 36.1-ci maddəsinin adından görünür ki, həmin maddə orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə və ya əmək qabiliyyəti bərpa olunduqda, əmək pensiyasının verilməsi müddətlərini tənzimləyir. Ümumiyyətlə sözügedən maddənin yerləşdiyi fəsildə yenidən hesablanma ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.Sözügedən maddədə qeyd olunan “orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir” fikri ilə bağlı bildiririk ki, bu maddə xüsusi səbəbdən yəni, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərə, əsasən hərbi qulluqçulara və s. əlilliyə görə əmək pensiyasının orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yeni faizlər əsasında təyin edilməsini nəzərdə tutur. Çünki Qanunun 20.16-cı maddəsindən də göründüyü kimi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə onların təminat xərcliyinin 100%-i, 61-80 faiz pozulmuş şəxslərə təminat xərcliyinin 80%-i, 31-60 faiz pozulmuş şəxslərə isə təminat xərcliyinin 55%-i miqdarında pensiya təyin edilir. Ümumi əsaslarla təyin edilmiş əlilliyə görə əmək pensiyasının orqanizmin funksiyalarının pozulması faizinin dəyişməsi halında isə Qanunun 41-ci maddəsinə əsasən əvvəlki pensiyanın ödənişi bərpa edilir. Ona görə ki, ümumi əsaslarla əlilliyə görə pensiya təyinatı orqanizmin funksiyalarının pozulması faizinə uyqun olaraq dəyişmir. Başqa sözlə, əvvəlki pensiya məbləği dəyişdirilmədən eyni pensiya məbləği bərpa edilir. Pensiya təyinatından sonrakı sığorta göstəricilərinə əsasən pensiyanın yenidən hesablanması Qanunun 37.3.2-ci maddəsinə əsasən yalnız işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra həyata keçirilə bilər və iddiaçı hazırda işləməkdə davam etdiyi üçün onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması mümkün hesab edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının” 6-cı bəndində əmək pensiyasının yenidən hesablanmasına əsas verən hallar, həmçinin Qanunun 33-cü maddəsinə əsasən əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsinə əsas verən hallar arasında “orqanizmin funksiyalarının pozulması faizi dəyişməsi” nəzərdə tutulmamışdır. Qeyd olunanlarla bağlı olaraq İddiaçı 2021-ci il tarixindən təyin edilmiş əmək pensiyasının onun pensiya təyinatından sonrakı sığorta göstəricilərinə əsasən yenidən hesablanması mümkün hesab edilməmişdir. Qanunun mövcud redaksiyasında orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq, pensiya məbləğinin fərqli hesablanması nəzərdə tutulmamışdır.Əlavə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi əmək pensiyasının 1602 manat olmaqla yenidən hesablanması, pensiyanın 2024-cü ilin noyabr ayında 1602 manat ödənilməsi və daha sonra yenidən əvvəlki məbləğə qaytarılması tələbi ilə bağlı bildiririk ki, iddiaçının müraciətinə əsasən avtomatlaşdırılmış qaydada təyin edilmiş əmək pensiyasının onun malik olduğu faktiki sığorta stajı əsasında yenidən hesablanması ilə bağlı olaraq ona əvvəlki 3 il üzrə 669.04 manat məbləğdə əksik ödəmə müəyyən olunmuşdur. Qeyd olunan məbləğ 2024-cü ilin noyabr avı üzrə iddiaçının fatiki əmək pensiya məbləği olan 933 manatın üzərinə əlavə edilərək həmin av üçün 1602 manat pul vəsiti ödənilmişdir (933+669=1602).Qeyd olunan hal iddiaçı tərəfindən pensiya məbləğinin sığorta göstəriciləri əsasında yenidən hesablanaraq artırılması və sonradan yenidən əvvəlki məbləğə qaytarılması kimi qiymətləndirilmişdir (bununla bağlı altsistemdən çıxarışlar məhkəməyə təqdim ediləcəkdir).Qanunun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Sözügedən Qanunun 36.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir.İddiaçı təqdim etdiyi 606687 nömrəli diplomun surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil illəri, ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1982-ci il tarixdən 21,06.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək onun 28 il 11 ay 26 gün sığorta stajı müəyyən edilmişdir.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 28 il 11 ay 26 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8870,60 manat təşkil edir:(28+(11+26/30gün)/12ay)x306=8870,60. İddiaçı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 22.091,39 manat təşkil edir: 2006 - 8870,6 2007 8,3 9.606,86 2008 16,7 11.211,21 2009 20,8 13.543,14 2010 1,5 13.746,28 2011 5,7 14.529,82 2012 7,9 15.677,68 2013 1,1 15.850,13 2014 2,4 16.230,53 2015 1,4 16.457,76 2016 4,0 17.116,07 2017 12,4 19.238,47 2018 5,7 20.335,06 2019 3 20.945,11 2020 2,6 21.489,68 2021 2,8 22.091,39 Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Qanuna əsasən sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Bu halda İddiaçı münasibətdə xx.xx.2021-ci il tarixdə vətəndaşın 59 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 176 ay sığorta stajı tələb olunur ((58-15)x4=176). K - 176/200=0,88 SH -22.091,39/144x0,88=174,33 Eyni zamanda bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı 01.01,2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 65539,49 manat pensiya kapitalı (xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. SH - 65539,49/144x0,88=517,19 Qeyd olunanlara əsasən xx.xx.2021 -ci il tarixə əmək pensiyasının sığorta hissəsi 691,52 manat məbləğində hesablanmışdır: 05.02.2021 - 174,33+517,19=691,52 01.01.2022 - 691,52+691,52+3,4%=715,03 Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 731,69 manat müəyyən edilib: 715,03+(200/12)=731,69 manat Qanunun 29.1 -ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği illər üzrə aşağıdakı qaydada indeksləşdirilmişdir: 01.01.2023 - 731,69+731,69+14,7%=839,25 01.01.2024 - 839,25+839,25x11,2%=933,23 01.01.2025 - 933,23+933,23x8,1 %=1008,82 Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
6. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən “cavabdehdən dəymiş ziyanın əvəzi kimi 7000 manat pul tutulması barədə”tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
8. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehdən dəymiş ziyanın əvəzi kimi 7000 manat pul tutulması barədə” iddiası mümkünlük şərtlərinə cavab vermir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova