Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-552/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisinə dair kameral vergi yoxlamasının nəticələri barədə **********420500 saylı, 01 sentyabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı aidiyyəti üzrə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçının heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2022-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə **********420500 saylı, 01 sentyabr 2023-cü il tarixli, vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixdə həmin qərardan yuxarı vergi orqanına şikayət verilmişdir. Yuxarı vergi orqanı olan Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli müddətin axımının dayandırılması haqqında məktubla bildirmişdir ki, cavabdeh inzibati orqanın qərarından verdiyi şikayət üzrə yuxarı vergi orqanı tərəfindən şikayətə baxılması dayandırılmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş 2022-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə **********420500 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə **********420500 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas kimi - “2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində büdcəyə hesablanmalı vergi məbləği 15308,63 manat azaldılmışdır” qeyd olunmuşdur. Lakin azaldılmalı məbləğ əlavə hesablanmışdır. Bu hal xx.xx.2023 - cü il tarixdə də təkrar olunmuşdur. Dəfələrlə cavabdeh vergi orqanına bu hal barədə müraciət olunsa da tədbir görülməmişdir. Belə ki, tərəfindən cavabeh inzibati orqana dəqiqləşmiş bəyannamə təqdim edildikdən sonra əlavə hesablanmış vergi məbləği 15308,63 manat azaldılsa da, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda bu öz əksini tapsa da, hal-hazırda şəxsi hesab vərəqəsində həmin vergi borcu qalmışdır. Bunun aydınlaşdırılması üçün, cavabdeh inzibati orqanın qərarından yuxarı vergi orqanına verdiyi şikayətin baxılması isə dayandırılmışdır. Bununla əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etsə də, hazırda mübahisələndirilən qərar ləğv edilməmiş, hesablanmış 15.308,63 manat dəyərində əlavə vergi borcu silinməmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunsuz inzibati akt olan mübahisələndirilən qərarın ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. 2022-ci il əlavə dəyər vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral vergi yoxlamasının aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları cavabdeh vergi orqanına təqdim edilsə də, cavabdeh vergi orqanı həmin alış aktlarını qanunsuz və əsassız olaraq, qəsdən, qərəzli şəkildə xərc sənədi kimi nəzərə almamışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə təqdim edilmiş alış aktlarının xərc sənədi kimi tanınmaması qanunsuz və əsassızdır, vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını sübut edə bilməmiş, bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli **********662600 nömrəli etirazında qeyd etmişdir ki, İşin mahiyyəti ilə bağlı bildirir ki, 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsi üzrə balıq məhsulu üçün dövrün sonuna qalıq (ƏDV-siz) 70418,75 manat, 2020-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar üzrə cəmi daxil olma 28629,22 manat, beləliklə dövrün sonuna qalıq məbləği 99047,97 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı müəyyən edilməmiş, ƏDV bəyannamələrinə əsasən cəmi təqdim etmə və daxil olma dövriyyəsi 14000 manat təşkil etmişdir ki, nəticədə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 99047,97-14000=85047,97 manat dövriyyə məbləği, 15308,63 manat vergi məbləği qədər kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********980800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla, cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il avqust ayı əlavə dəyər vergi bəyannaməsi üzrə 15308,63 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********521000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannaməsi təqdim edilmiş, lakin göstərilən uyğunsuzluqla bağlı kənarlaşma aradan qaldırılmadığından, hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********420500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli **********044500 nömrəli vəsatətində iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********420500 nömrəli qərarın xx.xx.2023-cü il tarixdə oxunduğunu və iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etsə də, cavabdeh məkəməyə müddətin ötürülməsi ilə bağlı əlavə sənədlər təqdim etməmişdir. İddiaçı tərəfindən sözügedən qərardan şikayət instansiyası qaydasında şikayət verilmiş, lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması barədə qərar qəbul edilmədiyindən və iddiaçıya həmin sənədin təqdim olunmasını təsdiq edən sənəd təqdim edilmədiyindən, həmçinin sənədlərin QR kod əks olunmuş şəkildə elektron imza ilə imzalanması müəyyən olunmadığından iddia müddətinin ötürülməsi ilə bağlı məsələ öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı mübahiləndirdiyi xx.xx.2023-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etirazı ilə təqdim olmuş inzibati icraat materiallaına əsasən: xx.xx.2023-cü il tarixli **********420500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2022-ci ilin avqust ayının əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 15.308,63 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.308,63 manat göstərilmişdir. xx.xx.2022-ci il tarixli **********521000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2022-ci ilin avqust ayının əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı olaraq 15.308,63 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 29.198,28 manat göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara ilə İddiaçı məxsus olan obyektdə (AZ1051, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 36A, məhəllə 1992-1993 ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifaris edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədən (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli KY221761422 nöməli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, yoxlamanın müddəti (başlanma və sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022-ci il; yoxlamanın predmeti və hüquqi əsasları Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, mallann elektron qaimə-faktura əsasrxla təqdim edilməsinə, habelə mallann əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; yoxlamanın növü operativ vergi nəzarəi; yoxlamanın tipi plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olmasıdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********2471 nömrəli tələbnaməyə əsasən, İddiaçı (**********) operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur: bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə e-qaimə, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron fayllar. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 006457 seriyalı 01 sentyabr 2022-ci il tarixli akta əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-cil tarixli **********2469 №-li qərarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı (**********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 36 A, məhəllə 1992-1993 ünvanında yerləşən anbara vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş, obyektdə İddiaçı məxsus mal material qalığının olmaması müəyyən olunmuş, aktda qeyd olunan ünvanda fərdi sahibkara məxsus hər hansı obyektin və ya saxlanc yerinin olmadığı aşkar olunmuşdur. İddiaçı aktla tanış olmaqdan, aktı imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli DVX 005183 seriya nömrəli malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısında qeyd olunmuşdur ki, İddiaçı (**********) məxsus məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 36 A, məhəllə 1992-1993 ünvanında yerləşən anbarda mal qalığı aşkar olunmamışdır. Vergi ödəyicisi İddiaçı siyahı ilə tanış olmaqdan, siyahını imzalamaqdan və nüsxəsini qəbul etməkdən imtina etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 16 avqust 2022-ci il tarixli izahatında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Glirlər Baş İdarəsinə tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmişlər. 2018-ci ildən balıq məhsullarının topdan satışı ilə məşğul olmuş və qeyd olunan mallar yalnız bazara satılmışdır. xx.xx.2022-ci il tarixə heç bir mal qalığı yoxdur. İdxal olunan bütün mallar topdan qaydada satılmışdır. Heç bir təsərrüfat subyekti (obyekti) və ya saxlanc müqaviləsi ilə mal yoxdur. 2020-ci ilin sonuna gəlir vergisi bəyannaməsində göstərilən 111723,35 manat dəyərində olan mal qalığı ilə bağlı bildirir ki, dəqiqləşmiş bəyannamə təqdim edərək vergi öhdəliyini yetirə yetirəcəklər. İzahat öz imzası ilə təsdiq edilmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 94.0-cü maddəsinə görə Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 161.1-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 175.1.3-ci maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. 175.6-cı maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2022-ci il avqust ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 15308,63 manat vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********521000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannaməsi təqdim edilmiş, lakin göstərilən uyğunsuzluqla bağlı kənarlaşma aradan qaldırılmadığından, hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə münasibətdə xx.xx.2023-cü il tarixli **********420500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli **********521000 nömrəli qərarın qəbul edilməsinə əsas Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya Əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ƏDV hesablanmışdır. Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik olaraq 29.198,28 manat göstərilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edildikdən sonra qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********420500 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində büdcəyə hesablanmalı vergi məbləği 15.308,63 manata azaldılmışdır. Məhkəmə icraatı gedişində iddiaçı tərəf vəsatətlə müraciət edərək mübahisənin məhkəmədən kənar həllinə nail olmaq üçün cavabdehə müraciət edildiyini bildirmiş, lakin icraat gedişatında hər hansı razılıq əldə edilməmişdir. İddiaçı tərəfindən cavabdehin qərarının qanunsuzluğunu təsdiq edən sübutlar təqdim edilməmiş, məhkəmə araşdırması ilə qərarın qanunsuzluğuna dəlalət edən sübut aşkar olunmamışdır. Sözügedən vergilər iddiaçının özü tərəfindən təqdim edilmiş məlumatlar (vergi bəyannaməsi və dəqiqləşdirilmiş ƏDV bəyannaməsi) əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablanmışdır. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********420500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6.
Məhkəmə qərarları › İş №e-2-1(112)-552/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-552/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver