Məhkəmə qərarları › İş №e-2-1(112)-5527/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5527/2023

25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5527/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibai Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarından xaric edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 və Audit Baş İdarəsinin əməkdaşı İddiaçı xidmətə bərpa olunması, həmçinin 14 dekabr 2022-ci il tarixdən bugünədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildən əmək fəaliyyətinə Azərbaycan Respublikası Vergilər Nazirliyində başlamış, fəaliyyətini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyində davam etdirmiş,xx.xx.2018-ci ildən etibarən Dövlət Gömrük Komitəsinin X3 və Audit Baş İdarəsinin X9ması və Təhlili İdarəsinin Gömrük Risklərinin strateji araşdırılması şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/1002Ş nömrəli əmrinə əsasən AR Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli, 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21”nin 11.2-ci bəndinin tələbini kobud şəkildə pozduğuna görə X3 və Audit Baş İdarəsi X3 və təhlili idarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin baş inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Sözügedən əmrin verilməsinə əsas X5 İdarəsinin arayışı olmuşdur. İddiaçı işlədiyi dövrdə çalışdığı müəssisə tərəfindən onu narkotik vasitələrin psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçmək üçün X13 Gömrük Hospitalına göndərilmişdir. Həmin Hospitalın ekspress testinin verdiyi rəyə əsasən ondan götürülmüş sidik nümunəsində narkotik maddə şübhəsi yaranmışdır. Daha sonra dəqiqləşmə aparılması üçün toplanmış nümunələr Respublika Gigiyena və X10 Hüquqi şəxs Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasına göndərilmişdir. Qeyd olunan laboratoriyanın rəyinə əsasən, iddiaçıda morfin aşkar edilmişdir. Bundan sonra, rəy ilə razılaşmayan İddiaçı xx.xx.2022ci il tarixdə müstəqil olaraq Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və narkotestdən keçmiş və 5236 nömrəli akta əsasən ekspress test üsulunun nəticəsinə müvafiq olaraq müayinə zamanı İddiaçı götürülmüş sidik nümunəsində - sidikdə opioidə aid olan narkotik maddə morfin aşkar edilməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə Sağlam Ailə laboratoriyasında ondan götürülmüş qan serumu nümunəsi analiz üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyasında ondan götürülən sidik nümunəsinin LCMS-8030 cihazı ilə xromatoqrafik analizinin nəticəsində də onda morfin aşkar edilməmişdir. Bunlardan əlavə, xx.xx.2022-ci il tarixdə Ege və X16, eləcə də xx.xx.2022-ci il tarixində Referans və X4, eyni zamanda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyasında da ondan götürülmüş sidik nümunələrində heç bir narkotik maddə aşkar edilməmişdir. Bunlardan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X22in narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2022-ci il tarixli, 1781 saylı aktına əsasən də İddiaçı morfin aşkar edilməmişdir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, Respublika Narkoloji Mərkəzi X22 tərtib etdiyi 5550 saylı akta əsasən İddiaçı sidik nümunəsində hər hansı maddənin olduğu aşkar edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edərək, yuxarıda qeyd olunan məsələ ilə bağlı AR Səhiyyə Nazirliyinin Münaqişə Komissiyasının sözügedən mübahisəyə baxılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən xx.xx.2022-ci il tarixdə daxil olmuş MİHO 1.3-2-2022-20880 saylı cavab məktubuna əsasən, həmin ərizə araşdırılması üçün Respublika Narkoloji Mərkəzi PHŞ-nin baş direktoru O.Cəfərova göndərilmişdir. Bundan sonra, tərəfimdən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verərək İddiaçı gömrük orqanlarından xaric edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022- ci il tarixli, 1000/1002Ş nömrəli əmrinə əsas olmuş bütün sənədlərin (arayışın və s.), İddiaçı ilə bağlanmış əmək müqaviləsi və ona əlavə edilmiş sənədlərin (əmrlər və s.), həmçinin İddiaçı Məməmmədəli oğluna məxsus şəxsi işin (işlədiyi dövrdə çıxdığı əmək məzuniyyətləri, bülletenlər və s.) surətlərinin mənə təqdim edilməsi xahiş edilmişdir. Lakin bugünədək sorğuya müsbət cavab verilməmişdir. Bundan əlavə, tərəfimdən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə İddiaçı gömrük orqanlarından xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1000/1002Ş nömrəli əmrin ləğv edilməsini, İddiaçı işə bərpa olunmağını, həmçinin sözügedən tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma müddətinə dair hesablanmış əmək haqqının ödənilməsinə dair əmr qəbul edilməsi barədə müraciət edilmişdir. İnzibati orqan tərəfindən bu ərizəyə də cavab verilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X14solunması və Audit Baş İdarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi barədə 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinin birinci müavini İsmayıl Hüseynov tərəfindən imzalanmışdır. Halbuki, sözügedən əmri imzalamaq səlahiyyəti sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovda olmuşdur. Həmin vaxt Şahin Bağırov məzuniyyətdə, ezamiyyətdə olmamış, əmrləri imzalamaq səlahiyyəti İsmayıl Hüseynova verilməmişdir. Buna baxmayaraq, qeyd olunan əmri sədrin birinci müavini İsmayıl Hüseynov imzalamışdır. Bu da öz növbəsində həmin əmrin qanunsuz olduğunu bir daha sübut edir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, İddiaçı heç vaxt siqaret və digər vasitələrdən nə istifadə edib nə də aludəçisi olmuşdur. Bu da öz növbəsində İddiaçı könüllü şəkildə verdiyi analizlərin nəticəsinin doğruluğunu təsdiq edir. Bundan başqa qeyd etmək istərdik ki, İddiaçı 6 ildir pedaqoji fəaliyyətlə məşğul olmaqla dövlət universitetlərində tədris aparır, 2015-2017-ci illərdə Azərbaycan höküməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı hesabına Böyük Britaniyada təhsil almış, hal hazırda disertantdır elmi iş yazır, O, beynəlxalq konfraslarda iştirak etmiş və nüfuzlu beynəlxalq jurnallarda məqalələri dərc olunmuşdur. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X15 11.2-ci maddəsində qeyd edilmişdir ki, gömrük orqanı əməkdaşı həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə, xidmətdə olmadığı hallarda xidməti geyim formasında olarkən spirtli içki qəbul etməməməli, onları xidmət yerinə gətirməməlidir. Hazırkı halda bu aktual deyildir. Çünki iddiaçının narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapmır, əksinə tam təkzib olunur. Odur ki, hesab edirəm ki, İddiaçı Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X15 11.2-ci maddəsinə əsasən gömrük orqanlarında xaric edilməsi barədə əmr ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasənbu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının 2-ci bəndinə əsasən tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diqanozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Həmin Qaydanın 3-cü bəndinə əsasən tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkimməsləhət komissiyası müəyyən edir. Göründüyü kimi, tibbi yoxlamanın aparılması şəxsin könüllü müraciəti və ya təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıla bilər. Lakin əsassız olaraq işəgötürən tərəfindən iddiaçı müvafiq analiz verilməyə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasənhüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci maddəsinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Həmin Əsasnamənin 128-ci maddəsinə əsasən isə gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Həmin əsasnamənin 130-cu maddəsinə əsasən, xidmətə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. Odur ki, hesab edirəm ki İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarından xaric edilməsinə dair 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrinin ləğv edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 və Audit Baş İdarəsinin əməkdaşı İddiaçı işə bərpa olunmalı, həmçinin 14 dekabr 2022-ci il tarixdən bugünədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və məcburi iş buraxma müddətinin xidmət illərinə aid edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarından xaric edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrinin ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, Komitənin Tibbi Xidmət İdarəsinin 23 noyabr 2022-ci il tarixli raportunda gömrük orqanı əməkdaşlarının sidik nümunələrində narkotik və psixotrop maddələr üzrə aparılan skrininq müayinəsi zamanı 21 noyabr 2022-ci il tarixdə müayinədən keçirilmiş Komitənin X3 və Audit Baş İdarəsi X3 və təhlili idarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin (bundan sonra - Şöbənin) baş inspektoru, gömrük xidməti baş leytenantı X1 nümunəsində "Morfin adlı narkotik maddə aşkar edildiyi və müsbət nəticənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Toksikoloji- Kimyəvi Müayinələr üzrə Referens laboratoriyası tərəfindən təsdiq edildiyi barədə məlumat verilmişdir. Şöbənin baş inspektoru, gömrük xidməti baş leytenantı X7 xidməti araşdırma zamanı verdiyi izahatda heç bir narkotik və ya psixotrop maddədən istifadə etmədiyini, 21 noyabr 2022-ci il tarixdə skrininq müayinəsi üçün sidik nümunəsi götürülərkən təqdim edilən blankda qeyd etdiyi “Normased” adlı dərman preparatından istifadə etdiyini, həmin dərman preparatının tərkibində narkotik maddə olmasından şübhələndiyini bildirmişdir. İddiaçı izahatında Normased adlı dərman preparatını həkim təyinatı olmadan istifadə etdiyini, sözügedən dərman preparatının apteklərdə reseptsiz buraxıldığını bildirmişdir. “Normased” adlı dərman preparatının sidik nümunəsindən “Morfin” adlı narkotik maddənin aşkar edilməsinə səbəb olub-olmayacağı barədə məlumat əldə edilməsi məqsədilə 24 noyabr 2022-ci il tarixdə Tibbi Xidmət İdarəsinə sorğu göndərilmiş, sonuncudan daxil olmuş 28 noyabr 2022-ci il tarixli cavab məktubunda “Normased” adlı dərman preparatının tərkibində “Morfin” adlı narkotik maddənin mövcud olmadığı və həmin dərman preparatının istifadəsinin narkotestin müsbət nəticəsinə səbəb ola bilməyəcəyi göstərilmişdir. Zərurət yarandığına görə İddiaçı 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin təkrar skrininq müayinəsindən keçirilməsi üçün 30 noyabr 2022-ci il tarixdə Tibbi Xidmət İdarəsinə müraciət edilmiş, sonuncudan daxil olmuş 6 dekabr 2022-ci il tarixli məktubda əməkdaşdan 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında 06 dekabr 2022-ci il tarixdə X19 Spektrometriya üsulu ilə təkrar yoxlanıldığı və nümunədə “Morfin” adlı narkotik maddə aşkar olunduğu göstərilmişdir (əlavə olunur). Komitənin Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21”nin (bundan sonra - Kodeks) 1.3-cü bəndində göstərilmişdir ki, bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. Kodeksin 11.2-ci bəndində göstərilmişdir ki, gömrük orqanı əməkdaşı həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməlidir. Kodeksin 12.1-ci bəndində isə bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsinin, həmçinin digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulmasının xidməti intizamın pozulması kimi qiymətləndirildiyi və intizam məsuliyyəti doğurduğu göstərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şöbənin baş inspektoru, gömrük xidməti baş leytenantı Sultanov X8 11.2-ci bəndinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd olunan Kodeksin müvafiq tələbini pozduğuna gorə sabiq əməkdaş Komitənin 1000-1002ş nömrəli 14 dekabr 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qeyd olunanlara əlavə olaraq Komitə işin halları ilə bağlı aşağıda göstərilənləri diqqətinizə çatdırmağı zəruri bilir. Belə ki, ilk əvvəl Komitə hesab edir ki, sabiq əməkdaşın izahatında göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıyır. Əsasnamənin 69-cu maddəsində göstərilir ki: -Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:  irad;  töhmət;  sonuncu xəbərdarlıqla şiddətli töhmət;  6 ay müddətinə aşağı vəzifəyə keçirilmə;  xüsusi rütbənin bir pillə aşağı salınması;  vəzifədən azad etmə;  gömrük orqanlarından xaric etmə:  qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə Əsasnamənin 44-cü maddəsində gömrük orqanının vəzifəli şəxsinin borcu kimi sadalanan tələblər arasında Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək və gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək müəyyən olunmuşdur. Əsasnamənin 44-cü maddəsində nəzərdə tutulmuş tələblərdən hər hansı birinin pozulması Əsasnamənin 69cu maddəsində göstərildiyi kimi intizam tənbehlərindən hər hansı birinin tətbiq edilməsinə səbəb olur. Əsasnamənin 69-1-ci maddəsinin tələblərinə əsasən həmin Əsasnamənin 69cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli qərarı ə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkolojı tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nın 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər ("Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və .əzifələrin Siyahısı və məhdudiyyətin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli qərarına müvafiq olaraq gömrük orqanlarında xidmətə qəbul zamanı şəxslərin və gömrük əməkdaşlarının dövlət narkoloji tibb müəssisəsində müayinədən (tibbi yoxlamadan) keçirilməsi işinin təkmilləşdirilməsi məqsədilə Komitənin 17 may 2022-ci ıl tarixli 1000/102 nömrəli sərəncamının 2-c bəndinə əsasən Komitənin Tibbi Xidmət İdarəsinə Daxili Təhlükəsizlik idarəsi ilə birlikdə gömrük əməkdaşlarının xidmət etdikləri dövrdə ildə bir dəfə Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında və ya dövlət narkoloji tibb müəssisəsində müayinədən keçirilməsinin təşkil edilməsi tapşırılmışdır (əlavə olunur). Həmin sərəncamın icrasından irəli gələrək X5 İdarəsinin müvafiq məktubu əsasında Komitə strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə məlumat verilmiş, cari il ərzində gömrük əməkdaşlarının narkotik və psixotrop maddələrin sidik nümunələrində skrininq müayinəsinin keçirilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Qeyd olunan məktuba qoşma şəklində məlumat vərəqəsi daxil edilmiş, həmin məlumatda müayinənin keçirilməsinin qaydaları izah edilmişdir (əlavə olunur). Məhkəmənin xüsusilə diqqətinə çatdırırıq ki, gömrük əməkdaşlarının narkotik və psixotrop maddələrin sidik nümunələrində skrininq müayinəsinin keçirilməsi zamanı əvvəlcədən təyin olunmuş nəzarətçilərin (müvafiq gömrük əməkdaşlarının iştirakı ilə) sidiyin bədəni tərk edərək birbaşa sidik nümunə qabına tökülmə prosesini izləmələrinin zəruri olduğu vurğulanmış və bu prosesə mütləq şəkildə riayət edilmişdir. Nümunə götürüləcək gömrük əməkdaşına müayinədən 2 (iki) saat əvvəl məlumat verilərək analizə cəlb edilməsi, müvafiq nəzarətçilərin iştirakı və xüsusi nəzarəti ilə analizin götürülməsi, götürüldükdən sonra həmin nəticənin xüsusi şəkildə qablaşdırılaraq dərhal Komitənin Tibbi Xidmət idarəsindən ayrı, müstəqil fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Toksikoloji-Kimyəvi Müayinələr üzrə "Referens” laboratoriyasına göndərilməsi Komitə tərəfindən aparılan müayinənin olduqca şəffaf keçirilməsinin təzahürdür. Sadalanan hallar nəzərə alınaraq qeyd olunan şərtlər altında götürülmüş analiz nəticələrinin şübhə doğurması Komitə tərəfindən istisna edilmədiyindən, gömrük əməkdaşlarının başqa müayinə mərkəzlərində yenidən müayinəyə cəlb edilməsi tərəfimizdən məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, Komitə hesab edir ki, müayinəyə cəlb olunan əməkdaşların təyin olunmuş şərtlər və qaydalardan kənar, fərqli vaxt və tibb müəssisələrində verdiyi analizlərin nəticələri üzrə şübhəli məqamların olması, o cümlədən müəyyən müdaxilələr və üsullarla analiz nəticələrinə təsir olunması, dəyişdirilməsi tibbi cəhətdən yolveriləndir. Bütün bunlar deməyə əsas verir ki, hüquq mühafizə orqanı olaraq Komitənin həyata keçirdiyi tədbir əsaslı və qanuni, nəticələri isə şəffaf və sübutlarla dayanıqlıdır. Əlavə olaraq bildiririk ki. eyni nömrəli və tarixli iş üzrə sorğunuza cavab olaraq İddiaçı Məmmədli oğlunun şəxsi işinin materialları məhkəmə baxışında Komitənin iş üzrə səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə şəxsən təqdim ediləcəkdir (digər əlaqəli sənədlər məktuba əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə 5.7-ci bəndinə əsasən Komitənin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - AR İPM) 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə Tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - İddiaçıya məxsus 135619 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmət etmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 və Audit Baş İdarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21”nın 11.2-ci bəndinin tələbini kobud şəkildə pozduğuna görə X3 və Audit Baş İdarəsi X3 və təhlili idarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin baş inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. - Həmin Əmr İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21”nın 11.2-ci bəndinin tələbinin kobud şəkildə pozulması ilə əsaslandırılmışdır. - Məhkəmənin 2-1(112)-6934/2023 iş üzrə verilmiş sorğusu əsasında Komitənin cavab məktubunun surəti. - Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, gömrük orqanı əməkdaşlarının sidik nümunələrində narkotik və psixotrop maddələr üzrə aparılan skrininq müayinəsi zamanı 21 noyabr 2022-ci il tarixdə müayinədən keçirilmiş Komitənin X3 və Audit Baş İdarəsi X3 və təhlili idarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin baş inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı sidik nümunəsində “Morfin” adlı narkotik maddə aşkar edildiyi və müsbət nəticənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Toksikoloji- Kimyəvi Müayinələr üzrə Referens laboratoriyası tərəfindən təsdiq edildiyi barədə məlumat verilmişdir. Zərurət yarandığına görə İddiaçı 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin təkrar skrininq müayinəsindən keçirilməsi üçün 30 noyabr 2022-ci il tarixdə Tibbi Xidmət İdarəsinə müraciət edilmiş, sonuncudan daxil olmuş 6 dekabr 2022-ci il tarixli məktubda əməkdaşdan 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında 06 dekabr 2022-ci il tarixdə X19 Spektrometriya üsulu ilə təkrar yoxlanıldığı və nümunədə “Morfin” adlı narkotik maddə aşkar olunduğu göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 xx.xx.2022-ci il tarixli, xx/xx-15931 saylı (HMK) cavab məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə baxılaraq, qaldırılan məsələ araşdırılmışdır. xx.xx.2022-ci il tarixində mərkəzə müraciət edən İddiaçı Həkim-Məsləhət Komissiyasının baxışı keçirilmişdir. HMK-nın rəyinə əsasən, hal-hazırda narkoloji xəstəlik əlamətləri aşkar edilmir. Mərkəzin Klinik laboratoriyasında ekspress-test üsulu ilə müayinənin nəticəsi: OPİ(-) mənfi, MOP(- )mənfi, COC(-) mənfi, THC(-) mənfi, BZO(-)mənfi, MTD(-)mənfı TML(-)mənfi, MDMA(- )mənfi, AMP(-) mənfi, TCA(-) mənfi. - Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, gömrük orqanı əməkdaşlarının sidik nümunələrində narkotik və psixotrop maddələr üzrə aparılan skrininq müayinəsi zamanı 21 noyabr 2022-ci il tarixdə müayinədən keçirilmiş Komitənin X3 və Audit Baş İdarəsi X3 və təhlili idarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin baş inspektoru, gömrük xidməti baş leytenantı X1 nümunəsində “Morfin” adlı narkotik maddə aşkar edildiyi və müsbət nəticənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Toksikoloji- Kimyəvi Müayinələr üzrə Referens laboratoriyası tərəfindən təsdiq edildiyi barədə məlumat verilmişdir. Zərurət yarandığına görə, İddiaçı 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin təkrar skrininq müayinəsindən keçirilməsi üçün 30 noyabr 2022-ci il tarixdə Tibbi Xidmət İdarəsinə müraciət edilmiş, sonuncudan daxil olmuş 6 dekabr 2022-ci il tarixli məktubda əməkdaşdan 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında 06 dekabr 2022-ci il tarixdə X19 Spektrometriya üsulu ilə təkrar yoxlanıldığı və nümunədə “Morfin” adlı narkotik maddə aşkar olunduğu göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə əsasən Komitənin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər. Qeyd olunan normanın məzmunundan da görünür ki, səlahiyyətlərin bir hissəsinin həyatə keçirilməsi müvafiq tapşırıq əsasında mümkündür. Belə ki, 14 dekabr 2022-ci il tarixdə Komitə sədri səlahiyyətlərinin bir hissəsini, yəni yuxarıda adıçəkilən Əsasnamənin 5.6.6ci yarımbəndində müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi ilə bağlı səlahiyyətini Komitə sədrinin birinci müavini cənab İsmayıl Hüseynova tapşırmışdır. Bu tapşırıqdan irəli gələrək gömrük orqanlarında intizam qaydalarının tələbini kobud şəkildə pozduğuna görə sabiq əməkdaş Komitənin 1000/1002ş nömrəli 14 dekabr 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddənin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” phş-nin strukturunda Taksikoloji-kimyəvi müayinələr üzrə Referens laboratoriyası dövlət narkoloji tibb müəssisəsi hesab olunmur. Respublika Narkoloji Mərkəzi, Bakı şəhər Narkoloji Mərkəzi, Gəncə Narkoloji Xəstəxanası, Sumqayıt Narkoloji Xəstəxanası, Lənkəran Narkoloji Xəstəxanası, Mingəçevir Narkoloji Xəstəxanası və Naxçıvan şəhər Psixiatriya Xəstəxanasının Narkoloji şöbəsi dövlət narkoloji tibb müəssisəsi hesab olunur. "Normased" adlı preparat qida əlavəsidir və tərkibində narkotik maddə (morfin) yoxdur. Şəxs narkotik maddə qəbul etdikdən sonra həmin maddənin onun bədənində qalma müddəti maddənin növündən və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Müxtəlif ədəbiyyatlara əsaslanaraq, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq immunoxromatoqrafiq test üsulu ilə sidikdə morfin psixoaktiv maddəsini 48-72 saat ərzində təyin etmək mümkündür. Dövlət Gömrük Komitəsi tərəfindən AA2628 kodu altında “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" phş-nin strukturunda Taksikoioji-kimyəvi müayinələr üzrə Referens laboratoriyasına daxil olan bioloji material nümunəsinin müayinəsi laboratoriya müdiri Gülşən Hüseynova tərəfindən aparılmışdır. Sorğunuzla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" phş-nin strukturunda Taksikoioji-kimyəvi müayinələr üzrə Referens laboratoriyasının əsasnaməsi və G.Hüseynovanın sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 xx.xx.2022-ci il tarixli, xx/xx-15931 saylı (HMK) cavab məktubunun surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı könüllü müraciətə əsasən HMK- ya təqdim olunur. Psixi status: Bələdliyi bütün istiqamətlərdə qorunur. Zahiri görünüşü səliqəlidir. Əhval-ruhiyyəsi fonu stabildir. Emosional reaksiyaları şəraitə uyğundur. Aktiv psixoproduktiv əlamətlər qeyd edilmir. İntellektual-mnestik funksiyaları aldığı təhsilə uyğundur Müayinənin mahiyyətini dərk edir. Diaqnoz: Hal-hazırda narkoloji xəstəlik əlamətləri aşkar edilmir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2-Kimyəvi müayinələr üzrə Referans laboratoriyasında saxlanılan sidik nümunəsi əsasında onun narkotik və psixotrop maddələrdən istifadə edib-etməməsi müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin ekspertlərinə həvalə edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin məhkəməyə təqdim etdiyi 3476/k nömrəli Ekspert Rəyindan görünür ki, Azərbaycan Respuplikası Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2-1(112)-5527/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixdə təhviltəslim aktı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ Toksikoloji-kimyəvi müayinələr üzrə Referens laboratoriyası tərəfindən Birliyin məhkəmə-kimya şöbəsinə AA-2628 şifrə ilə kodlaşdırılmış 0.7 ml sidik nümunəsi təqdim edildi. AA-2628 şifrə ilə kodlaşdırılmış sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı Agilent 5977B İntuvo GC-MS (kütlə spektrometriyalı qaz xromatoqrafı) və Agilent Ultivo LC-MS/MS (ikiqat kütlə spektrometriyah maye xromatoqrafı) xromatoqraflarında aparılmış və nəticədə təqdim edilmiş sidik nümunəsinin tərkibində tiryək qrupu alkaloidlərinə aid olan morfin aşkar edilmədi. GC-MS cihazı skrininq üçün nəzərdə tutulmuş bir cihazdır. Adətən tədqiqata təqdim olunmuş naməlum nümunələri müxtəlif metodlarlarla ekstraksiya edib cihaza vuraraq ilkin istiqamət əldə olunur. Həmçinin GC-MS cihazı vasitəsilə miqdarı təyinat da aparmaq mümkündür. Öncə skrininq edib hər hansı bir maddənin varlığını müəyyən etdikdən sonra standartların iştirakı ilə SİM metod vasitəsiylə miqdari təyinat aparılır. GC- MS cihazı vasitəsi ilə müəyyən edilmiş maddənin əlavə təsdiqi daha həssas və daha effektiv olan LC-MS/MS cihazı vasitəsilə öncədən tanıdılmış konkret standartlar üzrə aparılır. LC-MS/MS cihazı standartlarla tanıdıldığına görə əgər tədqiqat aparılan nümunədə hər hansı bir maddə varsa həmin maddənin miqdarını cihaz avtomatik müəyyən edir. Bu səbəbdən də nəticə daha etibarlı hesab edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 2 hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə də, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, tərəfləri dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı iddiadır və aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanlarından xaric edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmri ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın kobud surətdə pozulmasına dair məhkəmə qeyd edir ki, kobud surətdə pozulmanın nədən ibarət olması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” ilə müəyyən edilir. Belə ki, “Əsasnamə”nin 2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər,narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalaravə ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi əmək vəzifələrinin kobud şəkildə pozulması alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi hesab edilir. İnzibati Prosessual Məcəlləyə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin üzərinə düşür. Məhkəmə qeyd edir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. İddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Aydınlaşdırılmalı olan ilk məsələ ondan ibarətdir ki, şəxsin narkoloji xəstə olduğu təsdiq olunmadığı halda belə, narkotik maddələrin qəbulu faktı özü-özlüyündə gömrük orqanlarından xidmətdən xaric edilmə üçün yetərli əsas təşkil edirmi? “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur; ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir; Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmə qeyd edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində narkoloji nəzarətin təmin edilməsinə yönəlmiş xüsusi tədbirlərdən biri kimi müəyyən peşə fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən gömrük orqanı əməkdaşlarının işlədikləri müddətlərdə ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməli olduqları təsbit edilmişdir. Sözügedən müayinə həm də insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunmasını təmin etməyə yönəlmişdir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir. Məhkəmə hesab edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü gömrük orqanlarından xaric edilmə üçün yetərli əsas ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydasının: “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” AzərbaycanRespublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır:

1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir.

2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir.

3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir.

6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir.

7. Tibbi yoxlama nəticəsində şəxsin narkoloji xəstəliyinin diaqnozu müəyyən və ya təsdiq edildikdə yaxud şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarını qəbul etməsi faktı müəyyən edildikdə, həmin şəxs qeydiyyata götürülür. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69.7-ci maddəsinə əsasən gömrük orqanlarından xaric etmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir. Əsasnamənin 69-1-ci bəndinə əsasən Bu Əsasnamənin 69cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Əsasnamənin 120-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: ........ 8) gömrük orqanlarından xaric edildikdə. Əmək Məcəlləsinin 72-ci maddəsi isə narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələri qəbul edərək sərxoş vəziyyətdə işə gəlməni əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” də təsdiq edilmişdir. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu gömrük orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün fövqəladə hallar orqanlarından xaric edilməyə əsas ola bilər. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvericilikdə şəxsin narkotik vasitələr və psixotrop maddə qəbul etsə belə onun sərxoş vəziyyətdə işə gəlməsi kobud pozuntu kimi müəyyən olunmuşdur. Yəni, onun iş yerində sərxoş vəziyyətdə olması xidməti intizamın kobud surətdə pozulması kimi hesab olunur. Belə olan halda isə, məhkəmə bildirir ki, sübut etmə yükü üzərində olan cavabdeh inzibati orqan tərəfindən İddiaçı sərxoş vəziyyətdə işdə olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu, eyni zamanda sərxoş vəziyətdə işdə olması faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş və hazırda mübahisələndirilən inzibati aktın əsasını DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında narkoskrininq müayinəsi aparılmış və götürülən sidik nümunəsində qadağan olunmuş maddə aşkar edilmişdir. Zərurət yarandığına görə İddiaçı 21 noyabr 2022-ci il tarixdə götürülmüş sidik nümunəsinin təkrar skrininq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasında 06 dekabr 2022-ci il tarixdə X19 Spektrometriya üsulu ilə təkrar yoxlanıldığı və nümunədə “Morfin” adlı narkotik maddə aşkar olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” phş-nin strukturunda Taksikoloji-kimyəvi müayinələr üzrə Referens laboratoriyası dövlət narkoloji tibb müəssisəsi hesab olunmur. Göründüyü kimi, mübahisələndirilən inzibati aktın əsasını təşkil edən tibbi müayinənin nəticəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilməmişdir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. - 87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir. - 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçıdən ilk dəfə götürülmüş nümunə məhkəmə icraatı zamanı ekspertizaya təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5527/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin məhkəməyə təqdim etdiyi 3476/k nömrəli Ekspert Rəyindan görünür ki, Azərbaycan Respuplikası Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli e-2-1(112)-5527/2023 nömrəli qərardadı əsasında xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ Toksikoloji-kimyəvi müayinələr üzrə Referens laboratoriyası tərəfindən Birliyin məhkəmə-kimya şöbəsinə AA- 2628 şifrə ilə kodlaşdırılmış 0.7 ml sidik nümunəsi təqdim edilmiş və AA-2628 şifrə ilə kodlaşdırılmış sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı Agilent 5977B İntuvo GC- MS (kütlə spektrometriyalı qaz xromatoqrafı) və Agilent Ultivo LC-MS/MS (ikiqat kütlə spektrometriyah maye xromatoqrafı) xromatoqraflarında aparılmış və nəticədə təqdim edilmiş sidik nümunəsinin tərkibində tiryək qrupu alkaloidlərinə aid olan morfin aşkar edilməmişdir. Beləliklə də, iddiaçının gömrük orqanlarından xaric olunması səbəb olan sidik nümunəsində "Morfin adlı narkotik maddə aşkar edilmədiyi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi və məhkəməyədək iddiaçının özünün təqdim etdiyi nümunələrə əsasən verilmiş həkim mütəxəssis rəyləri ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının yuxarıda göstərilən kobud pozuntuya yol verdiyini sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının nə narkotik tərkibli maddələrdən istifadə etməsi, nə də onun sərxoş vəziyyətdə işdə olmasına dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmişdir. Beləliklə də, iddiaçı tərəfindən yuxarıda qeyd edilən pozutulara yol verilməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə mübahisə predmeti olan əmrin ləğvinin digər əsası ilə bağlı qeyd edir ki, həmin inzibati akt qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, müvafiq əmr qəbul edilərkən Komitənin Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21”nin (bundan sonra - Kodeks) 11.2-ci bəndinə əsasən götürülmüşdür. Həmin bənddə qeyd edilmişdir ki, gömrük orqanı əməkdaşı həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predemti olan inzibati akt qəbul edilərkən “Azərbaycan Respubilikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21” normativ hüquqi akt statusunda olmamışdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X20 Reyestrinə (bundan sonra – X20 Reyestri) daxil edilməlidir. 78.2-ci maddəsinə əsasən hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X20 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 85.1-ci maddəsinə əsasən Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X20 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə əsasən: 3.2.Mərkəzi icra hakimiyyətiorqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi aktmərkəzi icra hakimiyyətiorqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədəmərkəzi icra hakimiyyətiorqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır. 3.3. Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmişicra hakimiyyətiorqanı onu Azərbaycan Respublikasının X20 Reyestrinə daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Məhkəmənin icraatında olan digər iş üzrə xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21" hazırlanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edildiyi, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən X20 Reyestrinə daxil edilmədiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi inzibati akt normativ hüquqi akt statusunda olan normalara əsaslanmalıdır. İddiaçının yol verildiyi iddia olunan pozuntunun hüquqi əsası olan və cavabdehin istinad etdiyi “Azərbaycan Respubilikası gömrük orqanlarının vəzifəli şəxslərinin X21” isə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunununa uyğun olaraq Azərbaycan Respublikasının X20 Reyestrinə daxil edilmədiyi üçün normativ hüquqi akt hesab edilə bilməz. Cavabdehin həmin “Kodeks”ə istinad edərək hər hansı hüquqi addım atması da leqal hesab edilə bilməz. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının narkotik tərkibli maddə qəbul etmədiyi və sərxoş vəziyyətdə işə gəlmədiyi məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçı barəsində əlverişsiz olan inzibati aktın qəbul edilməsini şərtlərindən faktiki halların mövcudluğunu sübuta yetirə bilmədiyindən, inzibati akt qəbul edilərəkən maddi hüquq normalarının tələbləri pozulduğundan, pozuntunun əsası kimi istinad edilən aktın hüquqi qüvvəsi olmadığından iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmrinin ləğv edilməlidir. Məhkəmə inzibati aktın ləğv edilməsinin hüquqi nəticələri ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin norma anlamında, barəsində şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə cavabdehin əmri mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. Müvafiq əmr ləğv edildiyindən iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı məsələlər isə, əslində məzmun baxımından mübahisələndirilən əmrin ləğvinə dair tələbə bağlıdır və həmin tələb üzrə mübahisənin həllindən asılıdır. Yəni, həmin tələblərin həlli əslində mübahisələndirilən əmrin ləğvinə dair tələbin həlli ilə ehtiva olunur. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın təmin olunması və mübahisələndirilən əmrin qəbul olunduğu tarixdən ləğv edilməsi, prinsip etibarı ilə şəxsin əvvəlki hüquqi statusunun bərpasını (status quo ante bellum) nəzərdə tutur. Başqa sözlə, əmrin ləğvi şəxsin ilkin hüquqi vəziyyətinə qaytarılmasını, yəni azad edildiyi tarixdən vəzifəyə bərpasını və bundan irəli gələn bütün hüquqi nəticələrin də baş verməsini (əmək haqqı, staj və s.) şərtləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanununun14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı gömrük orqanlarından xaric edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmri ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük orqanlarından xaric edilməsinə dair 14 dekabr 2022-ci il tarixli, 1000/1002Ş saylı əmri ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar