Məhkəmə qərarları › İş №e-2-1(112)-5528/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5528/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5528/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən vətəndaş Behbudova (Zeynalova) Nəzakət Cəfər qızının istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, fərdi yaşayış evinin və evinin yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən vətəndaş Behbudova (Zeynalova) Nəzakət Cəfər qızının istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, fərdi yaşayış evinin və evinin yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən Bakı şəhəri, ünvan 1 ünvanı: ünvan 2anındakı fərdi yaşayış evinə bitişik 111.3 kv.m torpaq sahəsi və orada inşa edilmiş ümumi sahəsi 42.8 kv.m olan köməkçi tikililər (hamam, mətbəx və anbar) fərdi yaşayış evin də həmin evin yardımçısahəsi olaraq iddiaçıya vermişdir. Hazırda həmin torpaq sahəsində 1 otaqlı fərdi yaşayış evi və köməkçi tikililər inşa edilmişdir, evdə yaşayış var, qaz, su, işıq sayğacları var. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli, BA-05531-2021 nömrəli Arxiv arayışında qeyd edilmişdir ki, X3 barədə Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli, 116 saylı Qərar və həmin qərara əlavə edilmiş çizgi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Hazırda faktiki olaraq iddiaçının istifadəsində olan, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən vətəndaş X1 istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş köməkçi tikiliyə, fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə reyestrdən çıxarışın və texniki pasportun alınması zərurəti yaranmışdır.. İddiaçı hazırki tələb ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti, 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciətlər etmiş, cavabdeh tərəfindən iddiaçı xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddiaya dair etirazını onunla əsaslnadırmışdır ki, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin qərarı torpaq sahəsinin istifadədə saxlanılmasına dairdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.

6. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - “Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən vətəndaş Behbudova (Zeynalova) Nəzakət Cəfər qızının istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, fərdi yaşayış evinin və evinin yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi”ndən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin 116 nömrəli 16 iyun 2003-cü il tarixli Qərarına əsasən, X1 Qaraçuxur qəsəbəsi Saray küçəsi 5 saylı evin arxasında abadlaşdırılıb istifadə etdiyi 111,3 kv.m torpaq sahəsi və orada tikilmiş olan köməkçi tikililər (hamam, mətbəx və anbar) mövcud istifadə vəziyyətində onun istifadəsində saxlanılması qərara alınmışdır. Göründüyü kimi iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi inzibati akt onun mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq etmir. Belə ki, sözügedən inzibati akt ilə iddiaçıya torpaq sahəsi istifadəsinə verilməsi qərara alınmış, bu da mübahisəli əmlak üzərində yalnız istifadə hüququnu yarada bilər.

8. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

Beləliklə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını arzulayan iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması halları göstərməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 06 iyun 2003-cü il tarixli, 116 nömrəli Qərarına əsasən vətəndaş Behbudova (Zeynalova) Nəzakət Cəfər qızının istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, fərdi yaşayış evinin və evinin yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar