Məhkəmə qərarları › İş №e-2-1(112)-5532/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5532/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5532/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşı tamam olduğu, yəni 2020-ci ilin may ayından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş, müraciətinin nəticəsi barədə 03 noyabr 2022-ci il tarixli cavab məktubu təqdim edilərək onun güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Bildirmişdir ki, onun 60 yaşı tamam olduqdan sonra yəni 2020-ci ilin may ayında güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmin əmək stajının 13 (on üç) il 01 (bir) ay 14 (on dörd) gün müddətini Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nın 27 oktyabr 2009-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək elektrik radio quraşdırıcıları və gəmi elektrik quraşdırıcısı işləyir. O, 1978-ci il tarixdən 05 iyul 1983 tarixə kimi Azərbaycan Texniki Universitetində ali təhsil almış, 25 noyabr 1983-cü il tarixdən 31 avqust 1990-cı il tarixə kimi Bakı Radio Zavodunda, 03 sentyabr 1990-cı il tarixdən 29 aprel 1993-cü il tarixə kimi Radioqayırma Zavodunda mühəndis və aparatura tənzimçisi, 01 yanvar 1998-ci ildən 14 fevral 2002-ci il tarixə kimi Orion firmasında elektrik montiyoru, 18 mart 2002-ci il tarixdən 02 sentyabr 2002-ci il tarxə kimi X7 Qazma işlər idarəsində elektrik avadanlığı və təchizatçı təmir prokat sexinə elektrik montiyoru, 01 fevral 2007-ci il tarixdən 06 aprel 2009-cu il tarixədək "xxxx" MMC-də (2 il 2 ay 05 gün zərərli) gəmi elektriki, 27 oktyabr 2009-cu il tarixdən hal hazıradək Azərbaycan Respublikası Xəzər dəniz Gəmiçiliyi QSC Bibiheybət Gəmitəmiri Zavodunda gəmi radioelektron aparatlarının və cihazların tənzimləyicisi vəzifəsisində işləyir. Onun 2020-ci ilin may ayında ümümilikdə 25 (iyirmi beş) ildən artıq əmək stajı və həmin əmək stajının 12 il 06 aydan artıq əmək şəraiti zərərli işlər təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddəninin mətnindən aydın olur ki, güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə yasa görə əmək pensiyası almaq hüququ verən islərdə çalışmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı islər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan islər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsinin (11.6) fəhlələr bəndində (a) sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr: istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquraşdırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2009-cu il tarixindən bu günədək "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluqunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən İnzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan islərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə isləvib- işləmədivi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına və arayışa əsasən xx.xx.2009-cu il tarixdən bu günədək "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsinin (11.6) fəhlələr bəndində qeyd olunan sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi sahəsinə aid deyil. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqlarının eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı pensiya hüququ xx.xx.2020-ci ildən yarandığından həmin tarixdən güzəştli şərtlərlə ya.a görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИВ 040886 nömrəli, xx.xx.1983-cü il tarixli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Ç.İldırım adına Azərbaycan politexnik institutuna daxil olmuş və xx.xx.1983-cü ildə elektron hesablayıcı maşınları ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1977-ci ildə Xəlil k/m fəhlə qəbul edilib, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə fəhlə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1978-ci ildə 2-ci dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə “Orion” firmasına 5-ci dərəcəli elektrik mantyoru peşəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə “Qum adası” X5 elektrin avadanlığının və təchizatının təmiri prokat sexinə təmir üzrə 5-ci dərəcəli elektrik mantyoru işinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2007-ci ildə "xxxx"MMC-də 6-cı dərəcəli elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə X8 Donanması Gəmi Təmiri zavodunda elektrik quraşdırma sexinə 5-ci dərəcəli REA və cihazların tənzimləyicisi qəbul edilmiş, xx.xx.2014-cü ildə Bibiheybət gəmi təmiri zavodunun elektrik quraşdırma sexinə beçinci dərəcəli REA və cihazlarının tənzimləyicisi keçirilmiş, xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda işləyir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ № ******* nömrəli xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə Bakı Radio Zavodu 1 nömrəli yığma-quraşdırma sexinə 3-cü dərəcəli tənzimçi qəbul edilmiş, xx.xx.1984-cü ildə həmin sexdə 3-cü dərəcəli mühəndis-tənzimçi keçirilmiş, xx.xx.1987-ci ildə 6 nömrəli yığmaquraşdırma sexinə 3-cü (üçüncü) dərəcəli mühəndis-tənzimçi keçirilmiş, xx.xx.1988-ci ildə 1 nömrəli yığma-quraşdırma sexinə 3-cü dərəcəli mühəndis-tənzimçi keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə “Radio qayırma” BİB məhdulların dövlət qəbul orqanı “Radioqayırma” BİB köçürmə yolu ilə DQO nümayəndəsi qəbul edilmiş, xx.xx.1990-cı ildə “Radioqayırma” BİB köçürmə yolu ilə azad edilmiş, xx.xx.1990-cı ildə “Radioqayırma” BİB Bakı radio zavodu “Radioqayırma” BİB Dövlət qəbulundan köçürmə ilə TNŞ İ dərəcəli keyfiyyət üzrə mühəndis qəbul edilmiş, xx.xx.1992-ci ildə 1 №-li sexə 4-cü (dördüncü) dərəcəli r/aparatura təmzimçisi keçirilmiş, xx.xx.1992-ci ildə 21 №-li sexə 4-cü (dördüncü) dərəcəli r/aparatura təmzimçisi keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2023-cü il tarixli, 13-3-3/2-197/2023 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli, A-29 nömrəli Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda bildirilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən gəmi radioelektron aparatlarının və cihazların təmizləyicisi vəzifəsində "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodu xx.xx.2009 işə qəbul əmr № 97, xx.xx.2009-cu il xx.xx.2022-ci il hal-hazırda işləyir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndində 11.6 (yarımbəndində) a) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2023-cü il tarixli, 13-3-3/2-420/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2023-cü il tarixli, A-47 nömrəli Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda bildirilmişdir ki, Verilir İddiaçı ondan ötrü ki, o Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən gəmi radioelektron aparatlarının və cihazların quraşdırıcısı (təmizləyicisi) vəzifəsində "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodu xx.xx.2009 işə qəbul əmr № 97, xx.xx.2009-cu il xx.xx.2022-ci il hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 12 il 11 ay 9 gün. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmilərin qapalı sahələrində elektrik radio aparatların quraşdırılması, təmiri, tənzimləmə və sazlaması ilə məşğul olur. Gəmi elektrik radio aparatlarının kabel yollarını vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Gəmi elektrik və radioavadanlıqların mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Elektrik mexanizmlərinin iş rejiminin yoxlanılması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bənd, 11.6-cı yarımbənd, a) bölməsinin 11-ci abzası. Gəmi elektrik radioquraşdırıcıları, gəmi elektrik quraşdırıcısı vəzifələrinə uyğundur. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Bibiheybət Gəmi Təmiri zavodunun xx.xx.2014-cü il tarixli 63 nömrəli əmri ilə təsdiq edilmiş “Bibiheybət” Gəmi Təmiri Zavodunun Elektrik quraşdırma bölməsi Radioelektron aparatların və cihazların quraşdırıcısı (tənzimləyicisi) peşəsinin 5-ci dərəcə işlərin xüsusiyyəti: -Gəmi elektrik radioavadanlığının, kabel yollarının qurulma yerlərinin nişanlanması, orta gəmilərdə magistral kabelin çəkilməsi, düzülməsi və bərkidilməsi. Bütün növlərdən olan antena girəcəklərinin qurulması. Kabel uclarının hissələrə ayrılması və elektrik radioavadanlıqlarına daxil edilməsi, kabel naqillərinin kontaktlarının işlənməsi və uclarının mühafizəsi, mürəkkəb gəmi sxemlərinin qoşulması. Elektromexaniki və radiotexniki qurğu və sistemlərin nizamlayıcısı ilə birlikdə generatorların, parametrlərinin avtomatik nizamlanması ilə sabit və dəyişən cərəyanın elektrik maşın dəyişdiricilərinin işə salınması, işdə yoxlanması, nizamlanması və qəbul-təhvil sınaqları. Təhvil vermə sınaqları zamanı mürəkkəb aqreqatlara, qəbuledici ötürücü rabitə aparaturalarının paylaşdırıcı qurğularına, akkumlyatorlara və xarici qurğulara xidmət. Mürəkkəb aparaturaların güc hissəsinin iş rejiminin müşahidə edilməsi vəziyyətinin yoxlanması və ölçü cihazlarının göstərişlərinə əsasən elektrik mexanizmlərinin iş xasiyətnaməsinin tərtib edilməsi. Yüksək tezlikli naqillərin tədarükü və antena girəcəyinin şaxtasında çəkilməsi. Radiotexnika aparaturalarının ayrı-ayrı şəbəkələrinin dəyişdirilməsi və ya təmiri. Aparaturaların şəbəkələrinin hissələrə ayrılması və yığılması, antena qurğularının nizamlanması. Mürəkkəb elektrik avadanlığı və radio apataturaların işindəki xırda qüsurların tapılması .aradan qaldırılması. 1 kBt-a qədər gücə malik ötürücülərin .qəbuledicilərin yoxlanması və nizamlanması, qəbul-təhvil sınaqlarının keçirilməsi. Naviqasiya sistemlərinin nizamlanması və sınaqları zamanı işlədilən bütün ölçü cihazları və qurğularından istifadə qaydaları. Gəmi elektrik və radio avadanlığının mürəkkəb sxemlərinin quraşdırılması, qoşulması. Elektrik enerjisi kanalizasiyasının, kabel yollarının,cihaz və aparaturalarının yerləşməsinin, həmçinin elektrik naqillərinin, paylaşdırıcı qurğuların birləşdirmə və qoşulma sxemlərinin mürəkkəb, prinsipial quraşdırma sxem və çertyojlarının oxunması. Elektrik mexanizmlərinin iş rejiminin yoxlanması. Yoxlama ölçüləri, elektrik mexanizmlərinin işindəki qüsurların tapılması və aradan qaldırılması. Mürəkkəb gəmi elektrik avadanlığının ölçü cihazlarının, telefoniyanın, mühafizə qurğuları sxemlərinin, siqnalizasiya və avtomatikanın qüsurlarının müəyyənləşdirilməsi, təmir cədvəllərinin tərtib edilməsi. Elektrotexniki və radiotexniki qurğu və sistemlərin nizamlayıcısı ilə birlikdə gəmi elektrik avadanlığının mürəkkəb sxemlərinin texniki xüsusiyyətlərinin və avadanlığın iş parametrlərinin tərtib edilməsi ilə stend sınaqlarına hazırlanması və stenddə yoxlanması. İş materiallarına əlavə edilmiş Kaskad-3 şirkətinin 17 dekabr 2021-ci il tarixli 001 nömrəli məktubunda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Kaskad-3” İKŞ-də (VÖEN **********) quraşdırıcı vəzifəsində çalışmışdır. Aylıq əmək haqqı köhnə hesabla 150000 (bir yüz əlli min) manat olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli, 06 nömrəli Güzəştli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o, həqiqətən xx.xx.2007-ci il (09-K saylı əmrə əsasən) tarixindən xx.xx.2009-cu ilə (16-K saylı əmrə əsasən) kimi "xxxx" MMC-də 6-cı dərəcəli gəmi elektriki peşəsində tam iş günü ərzində, ağır və zərərli əmək şəraitində çalışmışdır. "xxxx" MMC-nin əsas fəaliyyət növü gəmilərin təmiri və texniki xidmətidir. İddiaçı işlədiyi dövr ərzində əmək funksiyaları aşağıda göstərilənlərdən ibarət olmuşdur : 1 .Mürəkkəb elektrik avadanlıqlarının təmiri və sınağı Gəmi elektrik avadanlıqlarının təmir edilməsi; Müxtəlif elektrik quraşdırma işlərinin yerinə yetirilməsi; Elektrik aparatlarında, siqnalizasiya sistemində, işıqlandırmada, kabellərdə yaranmış nasazlıqların aradan qaldırılması; Elektrik və ya elektronik naqilləri, avadanlıqları, aparatları, birləşmələrinin əl və ya elektrik avadanlıqlarından istifadə edərək yığırlması, quraşdırılması, sınaqdan keçirilməsi və sazlanması; Düzgün olmayan sistemləri, avadanlıqları və hissələri sınaq və əl avadanlıqlarından istifadə edərək yoxlayır, nasazlığın səbəbini və yerini aşkarlayır və problemi həll edir; Avadanlığın davamlı istifadəsinin təhlükəli olub-olmadığını məsləhət görür;

2. Yüksək voltlu elektrik avadanlıqlarının təmiri və sınağı. Xüsusi elektrik avadanlıqları və maşınlarının quraşdırılması, təmir edilməsi və xidmət göstərilməsi; Elektrik sistemlərini, avadanlıqları və hissələri təhlükələrin, qüsurların müəyyən edilməsi, təmirə ehtiyacı olub olmadıqlarını yoxlamaq və qanuna uyğun olduqlarını yoxlamaq məqsədi ilə sınaqdan keçirir; Elektrik sistemini və elektrik dövrələrinin hərəkətini sınaqdan keçirmək məqsədilə və sistemin uyğunluğunu və təhlükəsizliyini yoxlamaq üçün ommetr, voltmetr, osiloqraf və s. kimi avadanlıqlardan istifadə edərək ölçmələr aparır;

3. Elektrik mühərriklərinin təmiri və sınağı. Elektrik mühərriklərinin, transformatorların və s. avadanlıqların təmir olunması; Yüksək gərginlikli kabel sisteminin quraşdırılması; Dövrə elektrik diaqramlarının oxunması; Elektrik naqillərini elektrik açarına, transformatorlarına və digər hissələrə birləşdirir; İddiaçı gəmidə elektrik quraşdırma işlərini qapalı və açıq sahələrdə yerinə yetirmişdir. Ümumilikdə, gəmilərdə əmək şəraiti ağır və zərərli olan işlərlə iş stajı 2 il 2 ay 5 gündür. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11 -ci bəndi: 11.6 yarımbəndi a) bölməsinin 11-ci abzasında - gəmi elektrik quraşdırıcıları -vəzifəsinə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-1247733/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10923,25 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 34432,89 manat olmaqla cəmi pensiya kapitalı 45356,14 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq - hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 14 il 8 ay 25 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10923,25 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 34432,89 manat pensiya kapitalı qeydə alınmışdır. Eyni zamanda adıçəkilən şəxsin ümumi iş stajı 27 il 2 ay 25 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 8 ay 25 gün əmək stajı (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1983-xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1998- xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002~ci i! tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 6 ay sığorta stajı) təşkil edir. İnzibati icraat materialları ilə təqdim olunmuş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən 2006-cı ilin dekabr, 2007-ci ilin yanvar, 2008-ci ilin yanvar ayları üçün, "xxxx" MMC tərəfindən 2007-ci ilin fevral-dekabr, 2008-ci ilin yanvar-dekabr, 2009-cu ilin yanvar-aprel ayları üçün, X8 Donanma İdarəsinin Gəmi Təmiri Zavodu tərəfindən 2009-cu ilin oktyabrdekabr, 2010-2013-cü illərin yanvar-dekabr və 2014-cü ilin yanvar ayı, X2 tərəfindən 2010-cu ilin sentyabr-noyabr, 2011-ci ilin fevral-aprel, iyun-iyul, sentyabr, 2012-ci ilin fevral, iyun, iyul, sentyabr, oktyabr ayları, "xxxx" QSC tərəfindən 2014-cü ilin fevral-dekabr, 2015-2022-ci illərin yanvar-dekabr, 2023-cü ilin yanvar-iyun ayları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 avqust 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmir işləri bölməsinin (11.6) fəhlələr bəndində (a) sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr: istilik texnik nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları gəmi radioquradırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsi nəzərds tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.2009-cu il tarixindən bu günədə "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda radioelektro aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kim işlədiyiniz sahə yuxarıda qeyd olunan sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilmə sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyina qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli pensiya təminatı haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 20 oktyabr 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə ərrək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla emək şoraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsinin (11.6) fəhləər bəndində (a) sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr; istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquradırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.2009-cu il tarixindən bu günədək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Bibiheybət" Gəmi Təmiri Zavodunda radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə yuxarıda qeyd olunan sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 2 ay 5 gün (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. Eyni zamanda xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən məhkəmə həmin vaxtda qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinin tələbləri əsasında iddiaçının pensiya hüququnun mövcudluğuna qiymət verir. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2020-ci il tarixə 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla xx.xx.2020-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan diplom və əmək kitabçalarına əsasən iddiaçının xx.xx.1978-xx.xx.1983-cü ilədək təhsil dövrü 04 il 09 ay 10 gün, əmək fəaliyyəti dövrü xx.xx.1977- xx.xx.1977-ci ilədək 02 ay 05 gün, xx.xx.1977- xx.xx.1978-ci ilədək 02 ay 17 gün, xx.xx.1978- xx.xx.1978-ci ilədək 04 ay 08 gün, xx.xx.1983- xx.xx.1989-cu ilədək 05 il 05 ay 09 gün, xx.xx.1989- xx.xx.1990-cı ilədək 01 il 03 ay 28 gün, xx.xx.1990-xx.xx.1993-cü ilədək 02 il 07 ay 27 gün, xx.xx.1998- xx.xx.2002-ci ilədək 04 il 01 ay 14 gün,xx.xx.2002xx.xx.2002-ci ilədək 05 ay 15 gün, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2007- xx.xx.2009-cu ilədək 02 il 02 ay 06 gün, xx.xx.2009- xx.xx.2020-ci ilədək (60 yaşınadək) 10 il 02 ay 19 gün olmaqla işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənildiyi əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 40 ildən çox ümumi iş stajı toplamışdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Cavabdeh inzibati orqan da pensiya təyinatı apararkən iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. İddiaçının güzəştli iş stajına gəlincə cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu “Bibiheybət" Gəmi Təmiri Zavodunda işlədiyi radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsinin güzəştli pensiya təyinatına əsas verən zərərli peşə hesab olunmamasıdır. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajı ilə bağlı 2 iş yerindən arayış təqdim edilmişdir 1."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 06 nömrəli Güzəştli arayışında qeyd olunmuşdur ki, iddiaçının 6-cı dərəcəli gəmi elektriki peşəsində işlədiyi dövrü işəgötürən müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci bəndinin 11.6 yarımbəndində a) bölməsinin 11-ci abzasında - gəmi elektrik quraşdırıcıları -vəzifəsinə uyğunlaşdırılmışdır. Təqdim edilmiş müəssisənin güzəştli arayışı və həmin peşənin vəzifə təlimatında iddiaçının gəmi elektriki peşəsində əsas fəaliyyət növünün gəmidə elektrik quraşdırma işlərini həyata keçirdiyi, müxtəlif elektrik quraşdırma işlərinin təmiri və texniki xidməti ilə məşğul olduğu qeyd edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının Parabola MMC-dəki xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr fəaliyyətini güzəştli iş stajı kimi qəbul etmişdir. 2.Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Bibiheybət" Gəmi Təmiri Zavodunun verdiyi güzəştli arayışda radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bənd, 11.6-cı yarımbənd, a) bölməsinin 11-ci abzası. Gəmi elektrik radioquraşdırıcıları, gəmi elektrik quraşdırıcısı vəzifələrinə uyğunlaşdırılmışdır. Məhkəmə cavabdehin qeyd edilən dövrün güzəştli iş stajı kimi hesablanmaması əsası ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.6-cı yarımbəndi “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində: a) fəhlələr yarımbölməsində: -sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr: istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquradırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri; -gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifənin adı “gəmi radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi” vəzifəsidir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən vəzifənin (hərfi mənada) adı ilə birəbir eyni olan gəmi radioquradırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsinin məhz yuxarıda qeyd edilən “sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr” hissəsində göstərildiyini əsas götürmüş, iddiaçının işlədiyi gəminin də bilavasitə sualtı qayıq olmadığını nəzərə alaraq iş yerindən təqdim edilmiş güzəştli arayışı qəbul etməyərək iddiaçının işlədiyi vəzifəni güzəştli iş stajına daxil etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Belə ki, iddiaçının işlədiyi vəzifə gəmi radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi olmaqla əsas funksiyası gəmilərdə elektrik radio aparatların quraşdırılması, təmiri, tənzimləmə, sazlaması, gəmi elektrik radio aparatlarının kabel yollarını vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi, gəmi elektrik və radioavadanlıqların mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması, elektrik mexanizmlərinin iş rejiminin yoxlanılması və s. təşkil edir. Sözügedən əmək funksiyaları peşə təlimatına uyğun olaraq yuxarıda adıçəkilən “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinin funksiyaları ilə eynidir. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçının Bibiheybət” Gəmi Təmiri zavodunda işlədiyi vəzifənin əmək funskiyaları, işin zərərli xüsusiyyətləri cavabdehin özünün mübahisələndirmədiyi Parabola MMC-dəki gəmi elektrik quraşdırıcıları vəzifəsinin əmək funksiyaları ilə eynidir. Başqa sözlə, iddiaçının işləmiş olduğu vəzifə adı hərfi baxımdan siyahıda sualtı qayıqların quraşdırılması başlığında göstərilmiş olsa da görülən işin (xidmətin) xüsusiyyətləri əsasında vəzifələrin uyğunlaşdırılması mümkündür və bu halda işlədiyi vəzifə funksional təyinatı baxımından işəgötürən müəssisənin də təqdim etdiyi kimi siyahıda müstəqil olaraq qeyd edilmiş “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifələrinə uyğunlaşdırılmalıdır. İddiaçının Bibiheybət” Gəmi Təmiri zavodunda xx.xx.2009-cu ildən xx.xx.2020-ci il tarixədək işlədiyi vəzifə üzrə güzəştli sığorta stajı 10 il 02 ay 19 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2007-xx.xx.2009-cu il tarixləri və xx.xx.2009-cu ildən xx.xx.2020-ci il tarixədək güzəştli iş stajı ümumilikdə 12 il 06 ay təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunla tələb olunan ümumi sığorta stajı və yaş həddini daha əvvəl tamamlamış olsa da lakin tələb olunan 12 il 06 ay güzəştli stajını xx.xx.2020-ci il tarixdə tamamladığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da həmin tarixdən yaranmış hesab olunur. İddiaçının mübahisələndirilən dövr qanunvericiliyinə uyğun olaraq tələb olunan pensiya kapitalına gəlincə məhkəmə qeyd edir ki, ƏPQ-nun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, iddiaçı üçün pensiya ödənişi müddəti aylarının sayı 205-ə (65 yaş (Qanunun 7-ci maddəsi ilə həmin dövrə (01 iyul 2020-ci ildən pensiya yaşı) çıxılsın 60 yaş 01 ay (iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =61 ay (05 il x12 ay+01 ay)+144 ay = 205 ay) bərabərdir. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək yaşa görə minimum pensiya məbləği 200 manat olduğundan pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalı 41000 (200 man x 205 ay) təşkil edir. İddiaçının 60 yaş 01 aydan pensiya təyinatı üçün tələb olunan kapital 41000 olduğu halda iddiaçının xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10923,25 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 34432,89 manat olmaqla, cəmi pensiya kapitalı 45356,14 manat təşkil edir. Beləliklə, iddiaçı xx.xx.2020-ci il tarixədək tələb olunan 25 il ümumi sığorta stajı, 12 il 06 ay güzəştli iş stajını toplamışdır, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar