Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5545/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sorğuya cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli cavabla torpaq sahəsinin Maraqlı şəxs məxsus "xxxx" Kiçik Müəssisəsinin adına (balansına) keçməsi ilə bağlı hissədə sorğusuna cavab verilməməklə cavabdeh tərəfindən edilmiş hərəkətsizliyin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli sorğusunun qeyd olunan torpaq sahəsinin Maraqlı şəxs məxsus "xxxx" Kiçik Müəssisəsinin adına (balansına) keçməsi ilə bağlı hissədə cavablandırılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onunla X1 arasında xx.xx.2022-ci il tarixli 1367 saylı “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” bağlanmış və müvəkkilinin hüquqlarının müdafiəsi məqsədilə onun adına eyni tarixli ******* saylı vəkil orderi verilmişdir. X2 razılıq ərizəsi və "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixli 05/95 saylı məktubu nəzərə alınmaqla, Səbail RİHB-nın xx.xx.1995-ci il tarixli 1511 saylı Sərəncamına əsasən, avtomobillərə texniki xidmət stansiyası tikmək üçün Səlyan yolunun kənarında ayrılmış torpaq sahəsi - Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2660 saylı digər Sərəncamı ilə - "xxxx" Kiçik Müəssisəsinin adına sənədləşdirilmişdir. İcraatında olan işlə bağlı tərəfindən xx.xx.2022-ci il tarixli sorğu verilmiş və həmin Müəssisə barəsində nə kimi məlumatların olması ilə əlaqədar məlumatların verilməsi cavabdehdən sorğu edilmişdir. Cavabdeh tərəfindən sorğu verilən xx.xx.2022-ci il tarixli cavabda "xxxx" Kiçik Müəssisəsi barədə ümumi məlumatlar verilsə də, sorğu etdiyi torpaq sahəsinin, müvəkkilinin əmisi Maraqlı şəxs məxsus "xxxx" Kiçik Müəssisəsinin adına keçməsi ilə bağlı sorğusunda qoyulan suala konkret olaraq cavab verilməmiş və bununla da, sorğunun həmin hissədə cavablandırılmasına münasibətdə cavabdeh tərəfindən hərəkətsizlik edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində bildirmişdir ki, iddiaçı iddia ərizələrində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Bununla yanaşı, iddiaçı müraciətlərinin cavablandırılmadığını qeyd etsə də, iddiasında qeyd olunan hal həqiqəti əks etdirmir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********354900 nömrəli müraciəti müvafiq qaydada xx.xx.2022-ci il tarixdə **********438500 nömrəli və xx.xx.2022-ci il tarixdə **********316900 nömrəli məktubla cavablandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli vəkil orderindən görünür ki, iddiaçı ilə hüquqi yardım göstərilən şəxs olan X1 arasında xx.xx.2022-ci il tarixdə 1367 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış, tapşırığın məzmunu “sorğunun verilməsi” olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə vəkil sorğusu ünvanlayaraq Səlyan yolunun kənarında ayrılmış torpaq sahəsinin müvəkkilinin əmisi vətəndaş Maraqlı şəxs məxsus "xxxx" Kiçik Müəssisəsinin adına keçməsi və ümumiyyətlə, həmin Müəssisə barəsində nə kimi məlumatların olması barədə sorğunun cavablandırılmasını xahiş etmişdir. Həmin sorğu cavabdeh tərəfindən aidiyyəti orqanlarına göndərilmiş, Bakı şəhəri X7 üzrə Baş İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" kiçik müəssisəsi vergi ödəyicisi kimi xx.xx.2014-cü il tarixdən uçota alınmış, fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış, xx.xx.2015-ci il tarixdə araşdırma aktına əsasən aktivləşmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış, xx.xx.2016-cı il tarixdə araşdırma aktına əsasən aktivləşmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmış, xx.xx.2021-ci il tarixdə araşdırma aktına əsasən aktivləşmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Həmin sorğu həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********31690 saylı məktub ilə cavablandırılmış və "xxxx" Kiçik Müəssisəsinə dair dövlət reyestr məlumatları təqdim edilmişdir. Eyni zamanda məhkəmə icraatı gedişində İdarə tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, hüquqi şəxsin mülkiyyətində, balansında olan torpaq sahəsi və ya əmlakı barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Göründüyü kimi, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə aidiyyəti qurumları vasitəsilə onun sorğusunu cavablandırmışdır. İddia ərizəsindən və məhkəmə iclasında iddiaçının izahatından məlum olur ki, iddiaçı sorğusunun tam cavablandırılmadığını, yəni müvafiq torpaq sahəsinin Maraqlı şəxs məxsus "xxxx" Kiçik Müəssisəsinin adına keçməsi ilə bağlı sorğusunda qoyulan suala konkret cavab verilmədiyini iddia edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun tətbiq edilməsi haqqında Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Fərmanına əsasən binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər üzərində hüquqların qeydiyyatı ilə bağlı səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy həyata keçirir. Göründüyü kimi, qanunvericiliyə əsasən torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi Əmlak Məsələləri Dövlət Xidməti, daha doğrusu, həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeydə alınır. Buna görə də məhkəmə hesab edir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1511 saylı Sərəncamı ilə Səlyan yolunun kənarında ayrılmış torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin adına keçməsi barədə məlumat və sənədlərin təqdim edilməsinə münasibətdə informasiya sahibi cavabdeh deyil, əmlakın yerləşdiyi ərazi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq ərazi idarəsidir. Belə olan halda isə aydın olur ki, hazırkı iş üzrə cavabdeh iddiaçının torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin adına keçməsi barədə məlumatın təqdim edilməsindən ibarət informasiya sorğusuna münasibətdə cavabdeh qismində çıxış edə bilməz. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5545/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5545/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver