Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5547/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC hüquqi şəxs kimi 8 yanvar 2004-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir (qeydiyyat nömrəsi – **********). Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 avqust 2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin fəlaiyyətində növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 20 avqust 2021-ci il tarixdə başlamış və 28 avqust 2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayınadək olan dövür əhatə etmişdir. Yoxlamanın nəticələri üzrə 6 oktyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilənlər faktiki vəziyyəti özündə olduğu kimi əks etdirmədiyindən və yoxlama qanunvericiliyin tələblərini pozmaqla aparıldığından, iddiaçının nümayəndəsi həmin aktı imza etməkdən imtina etmişdir. Bundan sonra cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 noyabr 2022ci il tarixli **********165189 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya ümumilikdə 187.516,78 manat mənfəət vergisi hesablanmış, ona münasibətdə 93.758,39 manat maliyyə sanksiyası tətbiq edilmiş, 1.332.917,28 manat ƏDV hesablanmış, ona münasibətdə 668.517,43 manat maliyyə sanksiyası tətbiq edilmiş, 634.266,73 manat əmlak vergisi hesablanmış, ona münasibətdə 317.133,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergilər qanunsuz hesablandığından, məsuliyyətə cəlbetmə haqqında qərar və həmin qərarla iddiaçıya əlavə hesablanan vergilər və maliyyə sanksiyaları ləğv edilməlidir. Belə ki, əlavə vergilərin hesablanması üçün nəzərə alınan ekspert rəyi qanunsuz və əsassızdır. Cavabdeh “ekspertizanın təyin edilməsi haqqında” 11 mart 2022-ci il tarixli qərar qəbul etmiş və ekspert qarşısında sual olaraq vergi ödəyicisi (hazırkı iddiaçı) tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının sahəsinin 1 iyul 2018-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək olan dövrdə icarə və satış üzrə real bazar qiymətinin müəyyən edilməsini qoymuşdur. İddiaçının satdığı, icarəyə verdiyi sahələr ticarət obyekti olaraq inşa edilən binada olmuşdur. Ekspertiza aparılan zaman karantin rejiminin tətbiq, əmlakın ilkin təyinatı, konstruksiyası, ofis sahələri kimi istifadə edilməsi üçün əlverişliliyi, sahələrin hansı mərtəbələrdə yerləşməsi, icarə müqavilələrinin individuallığı (müddətinin uzun və ya qısa olması), satılan və ya icarəyə verilən sahələrin təmiri, pəncərə sayı və ölçüsü, sanitar qovşaq, mənzərə, giriş-çıxışla olan məsafə və sair bu kimi amillər nəzərə alınmamışdır. 2020 – 2021-ci illərdə Azərbaycan Respublikasında sərt karantin rejimi tətbiq edilirdi, bu müddət ərzində Respublikada demək olar ki, əksər ticarət, ictimai iaşə, ticarət obyektləri öz fəaliyyətlərini dayandırmışdır. Bu hal öz növbəsində ticarət obyektlərində olan sahələrin satış və icarə qiymətlərinə əhəmiyyətli təsir edərək onların dəyərini aşağı salmışdır. Bu amillər əmlakın satış və icarə dəyərini müəyyən etdiyindən, onların nəzərə alınmaması əsassızdır. Yoxlama ilə 2018 – 2020-ci illərin ƏDV və mənfəət vergisi əhatə edilmişdir. İddiaçının vergi tutulan dövriyyəsi kimi onun tərəfindən satılan və icarəyə verilən əmlakın dəyəri hesablanmışdır. Bu hesablama zamanı İddiaçının faktiki əldə etdiyi gəlir deyil, ekspert rəyi ilə müəyyən edilən qiymətlər nəzərə alınmışdır. Qeyd olunduğu kimi, ekspertiza qanunun tələblərini pozmaqla aparıldığından rəydəki qiymətlərə istinad edilərək vergilərin hesablanması qanunsuzdur. Bundan əlavə, iddiaçı 2018 – 2019-cu illərdə ticarət mərkəzinin müəyyən sahələrini satmışdır. Həmin sahələrin satışı zamanı Vergi Məcəlləsinin qüvvədə olan 218.1.3-ci maddəsinin (maddə 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuşdur) tələblərinə görə iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Maddənin mətninə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyiciləridir. Həmçinin Vergi Məcəlləsinin 219.5-ci maddəsinin tələblərinə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. İddiaçı tərəfindən 2018 – 2019-cu illərdə satılan əmlaka görə ödəməli olduğu sadələşmiş vergi alqı-satqı zamanı notarius tərəfindən hesablanmış, əmlakın dəyərindən tutulmuş və büdcəyə ödənmişdir. Bu səbəbdən də iddiaçının 2018 – 2019-cu illərdə satdığı daşınmaz əmlaka görə əldə etdiyi vəsaiti onun mənfəət vergisi və ƏDV tutulan dövriyyəsi kimi nəzərə almaq qanunsuzdur. Cavabdeh tərəfindən iddiaçının vergi tutulan dövriyyəsi Vergi Məcəlləsinə zidd qaydada müəyyən edildiyindən, həmin dövriyyəyə də hesablanan ƏDV və mənfəət vergisi qanunsuzdur. Yoxlama ilə 2018 – 2020-ci illərin əmlak vergisi əhatə olunmuşdur. Məsuliyyət qərarında qeyd edilir ki, iddiaçının əmlakı "xxxx" ASC tərəfindən qalıq dəyərindən artıq qiymətə sığortalandığından, əmlak vergisi hesablanan zaman əmlakın real bazar qiyməti meyar olaraq götürülməlidir. Hüquqi əsas olaraq cavabdeh Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə istinad edir. Cavabdeh əmlakın bazar dəyəri kimi 11 mart 2022-ci il tarixli **********155324 saylı qərar əsasında keçirilən ekspertizanın nəticələrini meyar olaraq götürmüşdür. Ekspertizanın nəticələri əsassız olduğundan, rəydə qeyd edilənlər meyar kimi nəzərə alınmamalıdır. Bundan əlavə, ekspertizanın təyin edilməsi və nəticələri əmlakın özünün bazar dəyəri ilə deyil, əmlakın satışının bazar dəyəri ilə bağlıdır. Yəni, əmlakın bazar dəyəri və əmlakın satışının bazar dəyəri vergilərin hesablanması baxımından fərqli hallardır. Məsələn, əmlakın real satış dəyəri onun özünün dəyərini və satış zamanı üzərinə gələn marjanı, həmin məbləğə hesablanan ƏDV-ni ehtiva edir. Vergi Məcəlləsinin 201.1.1-ci maddəsində isə, əmlak vergisinin hesablanması üçün əmlakın real bazar dəyəri nəzərdə tutulmuşdur, yəni marjasız və ƏDV-siz dəyəri. Vergi Məcəlləsinin 143-cü maddəsinə görə aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Həmin Məcəllənin 13.2.17-ci maddəsinə görə əsas vəsaitlər aktivdir. Bundan əlavə, məsuliyyətə cəlbetmə haqqında qərarda əmlak vergisinin əmlakın bazar dəyəri nəzərə alınmaqla hesablanmasına əsas kimi əmlakın qalıq dəyərindən artıq qiymətə sığortalandığı əsas götürülür. Bununla bağlı qeyd olunur ki, iddiaçıya məxsus əmlakın sığortalanması müqaviləsi (sığorta şəhadətnaməsi № M-Pİ-0135/19) 10 yanvar 2019-cu il tarixdən – 14 aprel 2020-cil il tarixədək qüvvədə olmuşdur. Yəni, əmlakın sığortalanması müqaviləsi bağlansa da, sonradan ona xitam verilmişdir. Bu o anlama gəlir ki, yoxlanın əhatə etdiyi dövrün cüzi hissəsində əmlak qalıq dəyərindən artıq dəyərə sığortalanmışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmlak vergisinin əmlakın bazar dəyərinə mütənasib hesablanması qanunsuz olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 224-cü maddəsinə görə bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: (224.1.1) əmlak və torpaq vergiləri üzrə tam məbləğdə. Vergi Məcəlləsinin 222.5-ci maddəsinə görə bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: (222.5.9) koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). İddiaçının fəaliyyəti Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində qeyd edilən fəaliyyət növləri sırasında olmuşdur. Bu səbəbdən də iddiaçı əmlak vergisini ödəməkdən azaddır. Lakin inzibati orqan tərəfindən Məcəllənin qeyd edilən tələblərini nəzərə alınmadan iddiaçıya əlavə əmlak vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya əlavə hesablanan bütün növ vergilər və maliyyə sanksiyaları qanunsuzdur, bu səbəbdən də məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə və Vergi Məcəlləsinin 3.8, 53.3-cü maddələrinə, İPM-in 32, 70.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli **********165189 nömrəli qərarının, həmin qərarla İddiaçı MMC-yə əlavə hesablanmış 187.516,78 manat mənfəət vergisinin və tətbiq edilən 93.758,39 manat maliyyə sanksiyasının, 1.332.917,28 manat ƏDV-nin və tətbiq edilən 668.517,43 manat maliyyə sanksiyasının, 634.266,73 manat əmlak vergisinin və tətbiq edilən 317.133,37 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəqiqləşdirilərək «cavabdehin 28 noyabr 2022-ci il **********165189 nömrəli qərarının ləğv edilməs» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəqiqləşdirilməsini qəbul etmişdir. Cavabdeh inzibati orqan iddia ilə bağlı etirazında bildirir ki, İddiaçı MMC-nin dəlilləri əsassız olduğundan, iddia təmin edilməməlidir. İddianın mümkün sayılmaması barədə vəsatət məhkəməyə təqdim edilmişdir. Cavabdehin 5 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövr 1 iyul 2018-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olmuşdur. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici daşınmaz əmlakın icarəyə verilməsi və satışı fəaliyyəti ilə məşğul olmuşdur. Bakı ŞİH-in 22 noyabr 2007-ci il tarixli 574 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 1 girişli 5 mərtəbəli qeyriyaşayış binasının tikintisinə icazə verilmişdir və müəssisə 1 ədəd qeyri-yaşayış binasının tikintisini həyata keçirmişdir. Binanın ümumi sahəsi (28 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən) 19.730,3 kv.m, o cümlədən satışa yararlı sahəsi 14.702,8 kv.m təşkil edir. Əvvəlki yoxlamalarla 333,3 kv.m sahə, hazırkı yoxlama ilə isə, 3.065,1 kv.m sahə əhatə olunmuşdur. Yoxlama ilə əhatə olunmayan 11.304,4 kv.m ((14.702,8 – (333,3 + 3.065,1) kv.m) satışa yararlı sahədən qalıq qalmışdır. Müəssisə tərəfindən qalıq qalmış və istifadəyə yararlı sahələr icarəyə verilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 31 may 2022-ci il tarixli 8 nömrəli məktubda inşa edilmiş binanın tikintisinə 2008-ci ilin 4-cü rübündə başlanıldığı, 2011-ci ilin 4-cü rübündə başa çatdırıldığı qeyd edilmişdir. Yoxlama keçirilməsi barədə qərar, müvafiq bildiriş və yoxlamaların vahid məlumat reyestrində qeydiyyatda barədə çıxarış 5 avqust 2021-ci il tarixdə müəssisənin direktoruna təqdim edilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərlə bağlı tələbnamə təqdim edilmişdir. Lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Yoxlama zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 3 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və müəssisə tərəfindən təqdim olunan sənədlər həmin tarixli protokolla götürülmüşdür. Müəssisə tərəfindən sənədlər yoxlamaya qismən təqdim edilmiş və 3 sentyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Müvafiq zərurət yarandığından, 20 sentyabr 2021-ci il tarixli qərara əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. Ekspert qarşısında İddiaçı MMC tərəfindən inşa edilmiş binada 1 iyul 2018-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan dövr üzrə 1 kv.m sahənin satışının və icarə haqqının real bazar qiymətlərini müəyyənləşdirməsi sualı qoyulmuşdur. Lakin həmin qərarın icrası adıçəkilən qurum tərəfindən təmin olunmamışdır. Yoxlama zamanı xüsusi bilik tələb olunan məsələlərin araşdırılmasının vacib olması səbəbindən 11 mart 2022-ci il tarixli qərara əsasən həmin sullar qoyulmaqla "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 26 sentyabr 2022-ci il tarixli rəyə əsasən binanın qeyri-yaşayış sahəsinin 1 kv.m-nin (ƏDV ilə) satışının orta bazar qiymətinin 2.400 manat, zirzəmi sahəsi üzrə 2.000 manat, eyni zamanda qeyri-yaşayış sahəsinin 1 kv.m-nin (ƏDV ilə) icarə haqqının orta bazar qiyməti 20 manat, zirzəmi sahəsinin isə 10 manat olması gpstərilmişdir. Vergilərin hesablanması zamanı həmin rəyə istinad edilmişdir. Yoxlama zamanı mütəxəssisin dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar qqında” 25 oktyabr 2021-ci il tarixli qərarla "xxxx" MMC-dən mütəxəssis dəvət olunmuşdur. Həmin qərarla binanın ümumi və satışa yararlı sahələrinin müəyyən edilməsi sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən 28 sentyabr 2022-ci il tarixdə təqdim olunmuş rəyə vergilərin hesablanması zamanı istinad edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə MMC-də aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: 178.516,78 manat mənfəət vergisi və 93.758,39 manat maliyyə sanksiyası, 1.337.034,84 manat ƏDV və 668.517,42 manat maliyyə sanksiyası; 634.266,73 manat əmlak vergisi və 317.133,37 manat maliyyə sanksiyası; 4.117,56 manat ƏDV-nin artıq hesablanması. Vergi Məcəllsəinin 67.14, 83.9, 104.1, 134-cü maddələrinin tələblərini nəzərə alaraq, müəssisənin 2018 – 2020-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. İddiaçı MMC tərəfindən inşa edilmiş qeyri-yaşyış obyektində daşınmaz əmlakın satışı və icarəyə verilməsi fəaliyyətindən ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Bu məqsədlə analoji müəssisə olaraq 3 vergi ödəyicisinin həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin fəaliyyəti üzrə yerləşdiyi ünvan, binanın ümumi sahəsi, binanın görünüşü, mərtəbə sayı və digər göstəriciləri eyni olmadığından, analoji müəssisə olaraq təsdiq etmək mümkün olmamış, yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Yoxlama zamanı hesablama aparılarkən Vergi Məcəlləsinin 14-cü maddəsində göstərilənlər nəzərə alınmaqla bazar qiymətləri əsas götürülmüşdür. Bununla əlaqədar yoxlama zamanı ekspert cəlb edilərək bazar qiyməti alınmışdır. Müəssisənin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə ümumi dövriyyə 777.172,67 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 859.806,24 manat olmaqla 82.633,57 manat zərərlə, keçmiş illərin çıxılası zərərinə yoxlama ilə münasibət bildirilməklə 578.867,56 manat (2013-cü ildə 142.916,25 manat, 2015-ci ildə 175.952,93 manat, 2016-cı ildə 143.925,82 manat, 2017-ci ildə 116.072,56 manat) nəzərə alınmaqla 2018-ci ili 661.501,13 (82.633,57+578.867,56) manat zərərlə başa vurulduğu bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən mənfəət dövriyyəsi 2018-ci ildə 1.808.982,70 manat (daşınmaz əmlakın təqdim edilməsindən 615.614,40 manat, icarəyə verilmədən gəlir 1.127.812,20 manat, nəzarət kassa aparatlarının yaddaşından alınmış fiskal hesabatlara əsasən 15.453,60 manat, X2 adına kassa mədaxil orderi (KMO) ilə xidmət və digər sahələrdən daxilolma üzrə gəlir 50.102,50 manat olmaqla dövriyyə 1.808.982,70 manat) müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Müəssisənin 2018-ci il üçün məfəəti şərti rentabellik səviyyəsi 20% götürülərək 301.497,12 manat hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə 277.370,44 (578.867,56 – 301.497,12) manat zərər hesabalanmışdır. Müəssisə tərəfindən təqdim edilmiş ilkin sənədlərə əsasən mənfəət dövriyyəsi 2019-cu ildə 5.965.938,16 manat müəyyən edilmişdir. Belə ki, daşınmaz əmlakın təqdim edilməsindən 4.691.922,94 manat, icarəyə verilməsindən gəlir 1.236.638,67 manat, nəzarət kassa aparatlarının yaddaşından alınmış fıskal hesabatlara əsasən 14.904,51 manat, X2 adına KMO ilə xidmət və digər sahələrdən daxilolma üzrə gəlir 22.472,04 manat olmaqla dövriyyə 5.965.938,16 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Müəssisənin 2019-cu il üçün mənfəəti şərti rentabellik səviyyəsi 20% götürülərək 994.323,03 manat hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə 994.323,03 mənfəətə əvvəlki il üzrə 277.370,44 manat zərər nəzərə alınmaqla 143.390,52 ((994.323,03-277.370,44)*20%) manat məbləğində əlavə vergi hesablanmışdır. Müəssisə 2020-ci ilin mənfəət vergisi bəyannaməsində də ili zərərlə başa vurduğunu bəyan etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən mənfəət dövriyyəsi 2020-ci ildə 1.323.787,83 manat müəyyən edilmişdir. Belə ki, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1.255.306,38 manat, nəzarət kassa aparatlarının yaddaşından alınmış fiskal hesabtlara əsasən 7.301,80 manat, X2 adına KMO ilə xidmət və digər sahələrdən daxilolma üzrə gəlir 61.179,65 manat olmaqla dövriyyə 1.323.787,83 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Müəssisənin 2019-cu il üzrə mənfəəti şərti rentabellik səviyyəsi 20% götürülərək 220.631,31 manat hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə 220.631,31 mənfəətə 44.126,26 (220.631,31*20%) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlamanın nəticəsi üzrə ümumilikdə 187.516,78 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. İddiaçı MMC-nin faktiki mülkiyyətində olan və inşa edilmiş 1 ədəd 1 girişli, 7 mərtəbəli (5 mərtəbə + mansard və 1 mərtəbə zirzəmi) ümumi sahəsi (28 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən) 19.730,30 kv.m (o cümlədən satışa yararlı sahəsi 14.702,80 kv.m) sahədən 333,3 kv.m sahə əvvəlki yoxlamalarla əhatə olunmuş, 3.065,1 kv.m sahə təqdim olunmuş, 11.304,4 kv.m ((14.702,8-(333,3+3.065,1)) satışa yararlı sahədən qalıq qalmışdır. Müəssisə tərəfindən qalıq qalmış və istifadəyə yararlı sahələr müxtəlif dövrlərdə hüquqi və fiziki şəxslərə icarə müqavilələri əsasında icarəyə verilmişdir. Yoxlama zamanı təqdim olunmuş icarə müqavilələrinə əsasən icarə haqqı məbləğinin bəzi hallarda bazar qiymətlərindən aşağı olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14, 44, 124-cü maddələrinə nəzərə alınaraq, vergi ödəyicisi tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə vergi ödəyicisi tərəfindən icarəyə verilmiş qeyri yaşayış sahəsinin icarə haqlarının real bazar qiymətlərinin 1 iyul 2018-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək olan dövr üzrə müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş “Daşınmaz əmlakın satış qiymətinin və icarə haqqının müəyyən edilməsi barədə” 26 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən vergi ödəyicisinin icarəyə verdiyi binanın qeyri-yaşayış sahəsinin 1 kv.m-nin (ƏDV ilə) satışının orta bazar qiyməti 2.400 manat, zirzəmi sahəsi üzrə 2.000 manat, eyni zamanda qeyri-yaşayış sahəsinin 1 kv.m-nin (ƏDV ilə) icarə haqqının orta bazar qiyməti 20 manat, zirzəmi sahəsi üzrə 10 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilən icarə müqvilələri və müxtəlif dövrlərdə icarə müqavilələrinə xitam verilməsi barədə ərizələr də nəzərə alınmaqla daşınmaz əmlakın təqdim edilməsindən, icarəsindən və digər xidmətlərdən ƏDV üzrə əlavə hesablamalar aparılmışdır. Müəssisə tərəfindən təqdim edilmiş daşınmaz əmlakın (qeyri-yaşayış sahələrinin) alqı-satqı əməliyyatları notarius vasitəsi ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsaslanaraq əmlakın dəyərinə sadələşdirilmiş vergi hesablanaraq müvafiq olaraq 151.722,60 manat ödənilmişdir. Müəssisəyə məxsus binada quraşdırılmış nəzarət kassa aparatlarının yaddaşından alınmış və vergi ödəyicisi tərəfindən təqdim edilmiş fiskal hesabatlarada olan dövriyyələr və X2 adına KMO ilə xidmət və digər sahələrdən daxilolma üzrə ümumilikdə 9.038.119,20 manat (79.406,07 manat debitor qalıq nəzərə alınmaqla) ƏDV-siz dövriyyə aşkar edilmişdir. Belə ki, yoxlanılan dövr üzrə mal (iş, xidmət) üzrə dövriyyə-daşınmaz əmlakın təqdim edilməsindən (sadələşdirilmiş vergi üzrə hesablama 151.722,60 manat çıxılmaqla) 5.307.537,34 manat, nəzarət kassa aparatlarının fiskal hesabatına əsasən onlayn kassa üzrə daxilolma 6.457,81 manat, digər kassa aparatları üzrə 27.251,93 manat, X2 adına olan KMO üzrə 88.545,76 manat, daşınmaz əmlakın icarəyə verilməsindən 3.687.732,42 manat, cəmi 9.038.119,20 manat (9.117.525,27-79.406,07 manat debitor qalıq nəzərə alınmaqla) manat dövriyyə olduğu müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən kameral yoxlama ilə hesablamaya münasibət bildirilməklə dövriyyə 1.633.023,18 manat (ƏDV-siz) dövriyyədən hesablanan ƏDV 293.944,17 manat, əvəzləşdirilən ƏDV 102.308,49 manat, (büdcəyə ödəmə və büdcədən qaytarma nəzərə alınmaqla) 191.635.68 manat (dövriyyədən hesablama) təşkil etmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə və eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə kameral yoxlamalar üzrə hesablamalara münasibət bildirilməklə 9.038.119,20 manat (ƏDV-siz) məbləğində dövriyyə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1 və 67.16-ci maddələrinə əsasən (9.038.119,20*18%) 1.626.861,46 manat hesablanmış ƏDV-dən hesab faktura və onu əvəz edən digər sənədlər üzrə mallara (işlərə, xidmətlərə) görə ödənilməli olan (ödənilmiş) 102.308,49 manat əvəzləşdirilən ƏDV çıxılmaqla (1.626.861,46-102.308,49) 1.524.552,96 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə büdcəyə hesablanmış 191.635,68 manat ƏDV nəzərə alınmaqla, yoxlama ilə ümümilikdə 1.332.917,28 manat (1.524.552,96- 191.635,68) əlavə ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.8ci maddəsindəki arayış təqdim edilməmiş və yoxlama zamanı aşkar edilmiş satışlar Vergi Məcəlləsinin 67.16-cı maddəsinin müddəaları tətbiq edilməklə vergiyə cəlb edilmişdir. Beləliklə, yoxlama ilə (79.406,07 manat debitor qalıq nəzərə alınmaqla) 4.117,52 manat ƏDV-nin artıq hesablandığı, 1.332.917,28 manat azaldıldığı müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin balansında olan “Jalə Plaza” adlı əmlakın "xxxx" ASC tərəfindən qalıq dəyərindən artıq qiymətə sığortalandığı aşkar edilmişdir. Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuş və yoxlama ilə 2018 – 2020-ci illər əhatə olunmuşdur. Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələrinə əsasən 2018-ci ildə 23.323,05 manat ((2.428.473,18+2.236.135,96)72*1%), 2019-cu ildə 21.490,17 manat ((2.236.135,96+2.061.897,27)72:1%), 2020-ci ildə 19.827,51 manat ((2.061.897,27+1.903.605,27)72*1%) əmlak vergisinin hesablandığı müəyyən edilmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ilkin sənədlər əsasında əmlak vergisinin düzgünlüyü yoxlanılmış və aşkar edilmişdir ki, onun faktiki mülkiyyətində olan qeyri-yaşayış binasının (daşınmaz əmlak) sığortalanması barədə təqdim edilmiş əmlak sığortası şəhadətnaməsi üzrə sığorta dəyəri müəssisənin əmlak vergisi bəyannamələrində göstərilmiş qalıq dəyərindən artıq qiymət olduğuna görə binanın (daşınmaz əmlakın) dəyərinin müəyyənləşdirilməsinə zərurət yaranmışdır. İcarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqlarının real bazar qiymətlərinin 1 iyul 2018-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək olan dövr üzrə müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli rəyə əsasən vergi ödəyicisinin təqdim etdiyi qeyri-yaşayış sahəsinin 1 kv.m-nin (ƏDV ilə) satışının orta bazar qiymətinin 2.400 manat, zirzəmi sahəsinin 2.000 manat olduğunu müəyyən etmişdir. “Mütəxəssisin dəvət edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və "xxxx" MMCdən mütəxəssis rəyi alınmışdır. Rəyə əsasən müəssisəyə məxsus binanın zirzəmi sahəsinin satışa yararlı sahəsinin 4.530,7 kv.m, qeyri-yaşayışın yararlı sahəsinin 10.172,10 kv.m olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə təqdim edilmiş qeyri-yaşayış sahəsinin yararlı sahəsi (350 kv.m), əvvəlki səyyar vergi yoxlaması ilə əhatə olunan yararlı sahə (333,3 kv.m) nəzərə alınmaqla 9.488,80 kv.m (10.172,1-350-333,3) sahə, zirzəminin satışa yararlı sahəsi üzrə 4.530,70 kv.m sahə 2018-ci ilin sonuna qalıq qalmışdır. Bazar qiyməti (ƏDV-siz qeyri-yaşayış sahəsi üçün 2.033,90 manat, zirzəmi sahəsi üçün 1.694,92 manat) tətbiq edilməklə əmlakın dəyəri 26.978.406,78 manat ((9.488,8*2.033,9)+(4.530,7*1.694,92)), hesablanmış əmlak vergisi 269.784,07 manat (26.978.406,78*1%), vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə hesablanmış 23.323,05 manat məbləğ də nəzərə alınmaqla 246.461,02 manat (269.784,07-23.323,05) əlavə əmlak vergisi hesablanmışdır. 2019-cu il üzrə təqdim edilmiş qeyri-yaşayış sahəsinin yararlı sahəsi (2.715,1 kv.m) nəzərə alınmaqla 6.773,7 kv.m (9.488,80-271-5,1) sahə, zirzəminin satışa yararlı sahəsi üzrə 4.530,70 kv.m sahə 2019-cu ilin sonuna qalıq qalmışdır. Bazar qiyməti (ƏDV-siz qeyri-yaşayış sahəsi üçün 2.033,90 manat, zirzəmi sahəsi üçün 1.694,92 manat) tətbiq edilməklə əmlakın dəyəri 21.456.169,49 manat ((6.773,7*2.033,9)+(4.530,7*1.694,92)), hesablanmış əmlak vergisi 214.561,69 manat (21.456.169,49*1%), vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə hesablanmış 21.490,17 manat məbləğ də nəzərə alınmaqla 193.071,52 manat əlavə əmlak vergisi hesablanmışdır. 2019-cu il üzrə qeyri-yaşayış sahəsinin yararlı sahəsi 6.773,7 kv.m, zirzəminin satışa yararlı sahəsi 4.530,70 kv olmaqla ilin sonuna qalıq qalmışdır. Bazar qiyməti (ƏDV-siz qeyri-yaşayış sahəsi üçün 2.033,90 manat, zirzəmi sahəsi üçün 1.694,92 manat) tətbiq edilməklə əmlakın dəyəri 21.456.169,49 manat ((6.773,7*2.033,9)+(4.530,7*1.694,92)), hesablanmış əmlak vergisi 214.561,69 manat (21.456.169,49*1%), vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə hesablanmış 19.827,51 manat məbləğ də nəzərə alınmaqla 194.734,18 manat əlavə əmlak vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə 2018-ci il üzrə 146.461,02 manat, 2019-cu il üzrə 193.071,52 manat, 2020-ci il üzrə 194.173,18 manat, cəmi 634.266,73 manat əmlak vergisinin azaldıldığı aşkar edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 6 oktyabr 2022-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 noyabr 2022ci il tarixli **********165189 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən vergi ödəyicisinin fəaliyyətində AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İddia ərizəsində qeyd olunur: “İddiaçının fəaliyyəti Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində qeyd edilən fəaliyyət növləri sırasında olmuşdur. Bu səbəbdən də iddiaçı əmlak vergisini ödəməkdən azaddır.” İddiaçının dəlilləri əsassızdır. Belə ki, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarına əsasən insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin dayandırılmasına 31 mart 2020-ci il tarixdən başlanılmışdır. Göründüyü kimi, mübahisələndirilən qərar əsasında 2018-ci və 2019-cu illər üzrə hesablanmış əmlak vergisi məbləğinin koronavirus pandemiyasının yayılması ilə bağlı müvəqqəti vergi rejiminin tətbiq edildiyi dövrə ümumiyyətlə heç aidiyyəti yoxdur. İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növü (şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti; kod:68200 ) Vergi Məcəlləsinin 222.5-ci maddəsində (o cümlədən, 222.5.9-cü bəndinə əsasən Nazirlər Kabinetinin rnüvafiq qərarları ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında) qeyd olunan fəaliyyət sahələrinə aid edilmədiyindən 2020-ci il üçün də cəmiyyətə müvəqqəti vergi rejimi şamil edilməməlidir. Bundan əlavə, yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuş və verg ödəyicisinin özü tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən 2018-ci ildə 23.323,05 manat, 2019-cu ildə 21.490,17 manat, 2020-ci ildə 19.827,51 manat əmlak vergisinin hesablandığı müəyyən edilmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 219.5-ci maddəsinin tələbinə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçiriən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. İddiaçının qeyd edilən dəlili əsassızdır. Ona görə ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. Göstərilənlərə və İPM-in 58.7ci maddəsinə, Vergi Məcəlləsinin 16, 23, 36, 38, 42, 44, 45, 71.4, 130.2, 197.13, 201.1.1, 222.5.9-cu maddələrinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin 20 aprel 2023-cü il tarixli qərardadı ilə ekspet qarşısında aşağıdakı suallar qoyulmaqla iş üzrə məhkəmə kompleks mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş qeyri-yaşayış binasındakı sahələrin 1 iyul 2018-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək olan dövrdə icarə və satış üzrə hər kv.m-nin real bazar qiymətləri illər üzrə hansı məbləğdə olmuşdur? - Yoxlanılan dövrdə satılan və icarəyə verilən qeyri-yaşayış sahələrinə vergi ödəyicisi tərəfindən tətbiq edilən qiymətlərin səviyyəsi Vergi Məcəlləsinin tələblərinə (əməliyyatlar aparılan zaman qüvvədə olan redaksiyası nəzərə alınmaqla) əsasən 30 faizdən çox aşağı və yuxarı dəyişmişdirmi? - Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçı tərəfindən həyata keçirilən mülkiyyətində olan qeyri-yaşayış sahələrinin satışı əməliyyatları üzrə həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olması müəyyən edildiyi təqdirdə, həmin əməliyyatlara (satılan sahələrə) görə real bazar qiymətlərinin müəyyən edilməsi qanuna uyğundurmu? - İddiaçı tərəfindən yoxlanılan dövrdə gəlirlərin və xərclərin uçotu qanuna müvafiq qaydada aprılmışdırmı? Yoxlama zamanı cavabdeh tərəfindən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarının tətbiqi əsaslı olmuşdurmu? - Yuxarıdakı suallar da nəzərə alınmaqla İddiaçı MMC-nin fəaliyyəti üzrə tərtib olunan 6 oktyabr 2022-ci il tarixli səyyar vergi yoxlaması aktında və onun əsasında qəbul olunan “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli **********165189 nömrəli qərarda əlavə vergilər cavabdeh tərəfindən düzgün (qanuna uyğun) olaraq hesablanmışdırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinmdən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, 20 aprel 2023-cü il tarixdə təyin edilmiş kompleks mühəndis-texniki və məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Təyin edilmiş kompleks mühəndis-texniki və məhkəmə-mühasibat ekspertizasının aparılması ilə bağlı qərardadın ekspertlər qarşısında qoyulan sual hissəsində məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə dair suallar da öz əksini tapmışdır. Bu səbəbdən də ekspertizanın aparılmasına məhkəmə-əmtəəşünaslıq ekspertizası növü üzrə ekspert cəlb edilmişdir. Kompleks ekspertiza qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması və ünvan 1 ünvanında inşa edilmiş qeyri-yaşayış binasına baxış keçirilməsi barədə məhkəməyə vəsatət göndərilmişdir. Vəsatətə əsasən əmtəəşünas ekspert tərəfindən 1 iyun 2023-cü il tarixdə, mühəndis-texniki ekspert tərəfindən isə 21 iyun 2023-cü il tarixdə baxış keçirilmiş, həmçinin məhkəmənin 25 iyun 2023-cü il tarixli, 19 iyul 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli məktubları ilə Mərkəzə əlavə sənədlər təqdim edilmişdir. Lakin qeyd edilir ki, baxış zamanı ünvan 1 ünvanında inşa edilmiş qeyri-yaşayış binasındakı sahələrin (əvvəlki və hazırkı yoxlama dövrlərid ə daxil olmaqla satılmış və icarəyə verilmiş) yerləşməsinə (yəni mərtəbələrdə hansı istiqamətdə olmasına və s.) uyğun olaraq hansı hissənin icarəyə verilməsi, hansı hissənin isə satılması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Təqdim edilmiş iş materiallarında da həmin qeyri-yaşayış binasındakı sahələrin yerləşməsinə uyğun olaraq hansı hissəsinin icarəyə verilməsi, hansı hissəsinin satılması ilə bağlı məlumatlar mövcud deyildir. Belə ki, həmin məlumatlar real bazar qiymətinə təsir edən amillərdəndir. Bu səbəbdən də mühəndis-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasına dair suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə-mühasibat ekspertizası qarşısında qoyulan suallar üzrə tədqiqatın aparılması mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın nəticəsi ilə əlaqəli olduğundan məhkəmə-mühasibat ekspertizası üzrə də tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. MPM-in 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-də aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - ünvan 3 ünvanında yerləşən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış binasında 2018 – 2021-ci illərdə icarəyə verilən sahələrin icarə üzrə real bazar qiyməti hansı məbləğdə olmuşdur? - Həmin qeyri-yaşayış binasında yerləşən sahələrin 2018 – 2019-cu illərdə satış üzrə real bazar qiyməti hansı məbləğdə olmuşdur? - Həmin qeyri-yaşayış binasında İddiaçı MMC-yə məxsus (satılmamış) sahənin 2018 – 2020-ci illərdə real bazar dəyəri hansı məbləğdə olmuşdur? "xxxx" MMC-dən məhkəməyə təqdim olunmuş rəydə qərardadın 1-ci sualı üzrə ünvan 3 ünvanında yerləşən İddiaçı NNC-yə məxsus qeyri-yaşayış binasında 2018 – 2021-ci illər üzrə dövrdə icarəyə verilən sahələrin real icarə haqqı otaqların yerləşmə planı və sahələrin ölçülərin nəzərə alınmaqla müvafiq (müqayisəli) cədvəl təqdim edilmişdir. Rəydə qərardadın 2 və 3-cü sualları üzrə aşağıdakılar bildirilir: - (2-cu sual üzrə) 2018 – 2019-cu illərdə İddiaçı MMC tərəfindən həmin qeyriyaşayış binasında satışa çıxarılmış sahələrin (11 müqavilə əsasında) 2018-ci il üçün 1 kv.m-in real bazar satış qiyməti 600 manat, 2019-cu il üçün 1 kv.m-in real bazar satış qiyməti 1.865 manat, mansard mərtəbəsinin (4-cü mərtəbə) 1 kv.m-in real bazar satış qiyməti 750 manat müəyyənləşdirildi. - (3-cü sual üzrə) Həmin qeyri-yaşayış binasında İddiaçı MMC-yə məxsus əmlak hissəsinin 2018 – 2020-ci illərdə real bazar dəyəri – 2018-ci il üçün 1 kv.m satışa yararlı sahə – 600 manat (digər sahələr dəyərə daxil deyil), 2019 – 2021-ci illər üzrə 1 kv.m üçün satışa yararlı sahə – 1.865 manat, mansard mərtəbəsinin 1 kv.m üçün 750 manat (digər sahələr dəyərə daxil deyil) müəyyənləşdirildi. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" MMC-dən alınmış rəyə aşağıdakı məzmunda mülahizə təqdim etmişdir: - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli ekspert rəyini əsassız hesab edir. İPM-in 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Cavabdehə təqdim olunan "xxxx" MMC tərəfindən verilmiş rəydən göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vergilərin hesablanması üçün əsas olan sübutlar (4 qovluq, 1826 vərəq) ekspertiza tədqiqatına təqdim edilməmişdir. Bununla da cavabdeh tərəfindən təqdim edilmiş, inzibati işin materialları arasında olan vergilərin hesablanması üçün əsas olmuş sübutlar üzrə ekspertiza tədqiqatı aparılmamış və ekspertiza tədqiqatından kənarda qalmışdır. Bununla da İPM-nin 11.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, 17 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətlərinin məbləğlərindən göründüyü kimi, həmin məbləğlər Bakı şəhərinin Nəsimi rayonu ərazisində olan real bazar qiymətlərə uyğun deyil və mövcud bazar tələblərini nəzərə alsaq, həmin məbləğlərin reallığı sübhə yaradır. Bu hal da işin materialları arasında olan ekspert rəylərində göstərilən məbləğlərdə bir daha özünü göstərir. Bununla alaqədar qeyd edilir ki, inzibati işin materialları arasında vergilərin hesablanması ilə bağlı bir-birindən kəskin fərqlənən iki ekspert rəyi vardır. Bunlardan biri "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli ekspert rəyi, digəri isə "xxxx" MMC tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli ekspert rəyi. İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində MPM-in müvafiq müddəaları tətbiq olunur. MPM-in 102.2-ci maddəsinin tələbinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göstərilənlərə əsasən cavabdeh hesab edilir ki, mübahisənin obyektiv, tam və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların düzgün müəyyən edilməsi, bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı işin materiallarında olan iki ekspert rəyi arasındakı ziddiyyəti aradan qaldırmaq üçün təkrar məhkəmə ekspertizasının təyin edilməsi zəruridir. Göstərilənlərə əsaslanaraq, İPM-in 58.7-ci maddəsinə, MPM-in 76.1, 101.3, 103.1-ci maddələrinə əsaslanaraq, iş üzrə "xxxx" MMC-nin 17 noyabr 2023-cü il tarixli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, ilk növbədə iddiaçı istinad etmişdir ki, 2019-cu illə bağlı hər hansı yoxlama aparıla bilməzdi. Bu, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tətbiqi ilə bağlıdır. Bundan başqa, rəy vermiş "xxxx" MMC hər hansı sertifikasiyaya malik olan qurum deyil. Lakin məhkəmə qərardadı əsasında mütəxəssis rəyini verən "xxxx" MMC Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının üzvüdür, qurum müvafiq sertifikata malikdir. Qanunvericiliyə əsasən reyestrə daxil edilmiş müvafiq şəhadətnaməsi olan şəxslər rəy verə bilərlər. Bundan əlavə, 2018 və 2019-cu illərdə satılmış əmlaklarla bağlı iddiaçı tərəf Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 218.4-cü maddəsinə istinad etmişdir və bu halda yalnız sadələşdirilmiş vergi tutulur. Digər məsələ əmlak vergisi ilə əlaqədardır. Əlavə əmlak vergisi hesablanarkən əmlakın qalıq dəyərindən artıq məbləğdə sığortalanması əsas götürülmüşdür və bununla bağlı əmlak təkrar qiymətləndirilmişdir. Təkrar qiymətləndirilmə düzgün aparılmadığından, həmçinin qanunamüvafiq olmayan rəyə istinad edildiyindən, əmlakın faktiki olaraq hansı tarixlərdə sığortalı olması müəyyən edilmədiyindən, əmlak vergisinin də hesablanması qanunsuz sayılır. Hazırda formalaşmış məhkəmə təcrübəsi üzrə qərarlara əsasən inzibati mübahisəyə baxan məhkəmə inzibati icraatı aparmağa borclu deyildir. Bu, çəkişmə prinsipini pozur, inzibati orqan qəbul etdiyi inzibati aktı qanuni sübutlarla təsdiq etməlidir. Məhkəmədən iddianın təmin olunması xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, iddiay qarşı yazılı etiraz təqdim edilmişdir və etirala bərabər çoxlu sayda sübutlar da verilmişdir. Bunların hər birinin nəzərə alınması məhkəmədən xahiş olunur. Bundan başqa, İddiaçı MMC yoxlanılan dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. İddia əsassız hesab edilir. Yoxlama zamanı ekspert və mütəxəssis rəylərinə əsasən vergi məbləğlərinin hesablanması Vergi Məcəlləsinin tələblərinə uyöundur. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məyyən edilir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 avqust 2021-ci il tarixli **********148806 nömrəli qərarı ilə İddiaçı MMC-nin 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 20 avqust 2021-ci il tarixdə başlanmış, 29 avqust 2022-ci il tarixdə başa çatdırılmış və 6 oktyabr 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh inzibati orqan tərəfindən 28 noyabr 2022-ci il **********165189 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2019-cü il üzrə 143.390,52 manat mənfəət vergisi, 945.307,84 manat ƏDV, 193.071,53 manat əmlak vergisi, 2020-ci il üzrə 44.126,26 manat mənfəət vergisi, 164.963,11 manat ƏDV, 194.734,18 manat əmlak vergisi, 2021-ci il üzrə 64.742,81 manat ƏDV hesablanmış, eləcə də Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 28 noyabr 2022-ci il tarixli **********165189 nömrəli qərarını mübahisələndirir. İddiaçının dəlilləri: 1) İddiaçı MMC mülkiyyətində olan qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxs kimi Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin müvafiq dövrdə qüvvədə olmuş tələblərinə əsasən onun sadələşdirilmiş vergi öhdəliyi daşıdığından, həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən apardığı daşınmaz əmlakın satışı əməliyyatlarına görə ƏDV və mənfəət vergisinə cəlb edilə bilməz; 2) İnzibati orqan tərəfindən 28 noyabr 2022-ci il tarixli qərar qəbul olunarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş tələbləri pozulmuş və əsassız şəkildə 2018-ci il üzrə ƏDV və əmlak vergisi, 2019-cu ilin yanvar – oktyabr ayları üzrə ƏDV məbləğləri hesablanmışdır; 3) İddiaçı vergi ödəyicisi kimi Vergi Məcəlləsinin 222 və 224-cü maddələrinə əsasən əmlak vergisini ödəməkdən azaddır; 4) Yoxlama zamanı iddiaçıya qeyri-yaşayış binasında sahələrin satışı və icarə haqqı üzrə real bazar qiymətləri əsaslandırılmamış ekspert rəyi ilə müəyyən edilmişdir. 5) yoxlama zamanı iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakın sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə “qalıq dəyərindən artıq sığortalanma” əsası ilə əlavə əmlak vergisio hesablanmışdır. Cavabdeh inzibati orqan 28 noyabr 2022-ci il tarixli **********165189 nömrəli qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı cəlb olunmuş "xxxx" MMC tərəfindən verilən ekspert rəyi əsasında İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin satışı və icarəsi üzrə əlavə dövriyyə müəyyənləşdirilmiş və həmin dövriyyə üzrə ƏDV və mənfəət vergiləri hesablanmışdır; 2) Yoxlama zamanı vergi ödəyicisi kimi İddiaçı MMC xərclərini təsdiq edən sənədləri təqdim etmədiyindən, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun olaraq şərti rentabellik əsasında onun mənfəəti müəyyənləşdirilmiş və müvafiq vergi məbləğləri hesablanmışdır; 3) Yoxlama zamanı vergi ödəyicisinin balansında olan “Jalə Plaza” adlı əmlakın "xxxx" ASC tərəfindən artıq qiymətə sığortalandığı aşkar edildiyindən, iddiaçıya Vergi Məcəlləsinin 14 və 201.1.1-ci maddələri rəhbər tutularaq, əmlakın bazar dəyəri əsasında əmlak vergisi hesablanmışdır; 4) İddiaçı MMC yoxlanılan dövrdə ƏDV və mənfəət vergisinin ödəyicisi olduğundan, onun 2018 – 2019-cu illərdə satışını həyata keçirdiyi daşınmaz əmlakların dəyəri mənfəəti sayılmalı və müvafiq dövriyyəyə ƏDV məbləğləri də əlavə olunmalıdır; 5) iddiaçıya hesablanmış əlavə vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 50% həcmində maliyyə sanksiyaları tətbiq olunmuşdur; 6) Yoxlamanın əhatə etdiyi dövrdə İddiaçı MMC vergi ödəyicisi kimi Vergi Məcəlləsinin 222-ci maddəsində göstərilən kateqoriya şəxslərə aid edilməmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 28 noyabr 2022-ci il **********165189 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı prosessual müddət buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 28 noyabr 2022-ci il **********165189 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi “Elektron Məhkəmə” sistemindəki məlumatalara görə məhkəməyə 27 dekabr 2022ci il tarixdə, yəni qərarın qəbulundan 29 gün sonra göndərildiyindən, iddia tələbi üzrə iddia müddəti buraxılmamış qiymətləndirilir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.4-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.4-1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə – xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərə görə aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.3) müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri. Həmin Məcəllənin 218.4.3-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər. Həmin Məcəllənin 218.4.3-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən sonra qüvvədə olan tələblərinə görə bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 28 noyabr 2022-ci il **********165189 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması hallarına yol verildiyini müəyyən edir: 1) Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə növbəti səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın aparıldığı dövrdə qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 13 aydan artıq vaxt davam etmiş, bu müddət ərzində 9 dəfə “yoxlamanın dayandırılması barədə”, 2 dəfə “yoxlama müddətinin uzadılması barədə”, 1 dəfə “yoxlamanın nəticələrinə dair aktın tərtib edilməsi müddətinin uzadılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi məhkəmə icraatında əsaslandırılmamış, eləcə də yoxlamanın nəticələrinə dair aktında və akt əsasında qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qərarda bu xüsusatlara ümumiyyətlə toxunulmamışdır. Bununla da, “yoxlamanın dayandırılması barədə” qərarlarının formal olaraq qəbul olunmamasına ehtimallar aradan qalxmış olur. 2) İşdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi (hazırkı iddiaçı) İddiaçı MMC yoxlamanın əhatə etdiyi dövrdə binanın saxlanması və fəaliyyəti ilə bağlı kommunal xərcləri (elektrik enerjisi haqqı, sudan istifadə və s. üzrə), əmək haqqı xərclərini bank köçürmələri yolu ilə ödəmişdir. Lakin cavabdeh inzibati orqan həmin xərcləri təsdiq edən sənədlərə münasibət bildirmədən, birbaşa Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarının müddəalarına istinad edərək, əsassız olaraq əlavə vergi məbləğləri (şərti rentabellik əsasında) hesablamışdır. 3) Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə görə şəxs – istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsidir. Həmin Məcəllənin 218.4.3-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyasında “mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (müvafiq hallar istisna olmaqla) həyata keçirən şəxslər” sadələşdirilmiş verginin ödəyicisi kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 221.6-cı maddəsinə görə bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, 2018 – 2019-cu illərdə (1 yanvar 2020-ci il tarixədək) mülkiyyətində olan qeyri-yaşayış sahəsini satışını həyata keçirən şəxs, yəni hüquqi şəxs kimi hazırkı İddiaçı MMC Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin təsiri dairəsinə düşür və həmin dövrdə ƏDV və mənfəət vergisinin ödəyicisi olmasından asılı olmayaraq daşınmaz əmlakın satışından əldə olunan gəlirə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs kimi onun ƏDV və mənfəət vergisi ödəmək öhdəliyi olmamışdır. 4) Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş tələblərinə görə vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli qərarla yalnız həmin qərarın qəbul olunduğu tarixdən əvvəlki üç il üzrə vergilər hesablana bilərdi. Nəzərə alınmalıdır ki, vergi orqanının səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı 5 avqust 2021-ci il tarixdə qəbul olunsa da, yoxlama ilə hesablanmış bütün vergi məbləğləri üzrə öhdəliklərin yarandığı tarixlərdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin hazırkı (1 yanvar 2020-ci il tarixdən dəyişiklik edilmişdir) tələbləri qüvvədə olmamışdır. İddiaçının yoxlamanın əhatə etdiyi dövrün bir hissəsində fəaliyyətinə münasibətdə hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq oluna bilər. Bu baxımdan da onun apardığı əməliyyatlara görə 2018-ci il üzrə ƏDV və əmlak vergisi, eləcə də 2019-cu ilin yanvar – oktyabr ayları üzrə ƏDV məbləğləri hesablanması əsassızdır. 5) Yoxlama zamanı İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 179a ünvanında inşa edilmiş qeyri-yaşayış binasında sahələrin 1 iyul 2018-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək olan dövrdə satışı və icarə haqqı üzrə real bazar qiymətləri "xxxx" MMC-nin ekspert rəyi əsas götürülməklə müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" MMC-nin verdiyi rəy əsassızdır. Belə ki, həmin rəydə bir internet səhifələrində (bina.az, ünvan.az, arenda.az) yerləşdirilən elanlara istinad olunmaqla qeyri-yaşayış sahələrinə icarə haqları və satış dəyərləri müəyyənləşdirilmişdir. Lakin rəydə həmin qiymətlərin hansı üsullarla müəyyən edilməsi açıqlanmamış, 2020 – 2021-ci illərdə tətbiq edilmiş karatntin rejiminin daşınmaz əmlakın satış və icarə qiymətlərinə təsiri nəzərə alınmamış, hətta hazırkı İddiaçı MMC-nin sözügedən ünvanda (ünvan 4yaşayış sahələrinin icarə üzrə qiymətlərinə də istinad olunmuşdur. Lakin hazırkı məhkəmə icraatında məhkəmənin qərardadı ilə "xxxx" MMC-dən alınmış müvafiq mütəxəssis rəyində "xxxx" MMC-nin rəyindən fərqli olaraq, müvafiq qeyri-yaşayış binasında icarəyə verilmiş sahələrin hər birinə fərdi münasibət bildirilmiş, o cümlədən onların texniki göstəriciləri və əlverişlilik əlamətləri nəzərd alınmışdır. Məhkəmə diqqətə çəkir ki, "xxxx" MMC-nin rəyinə əlavə edilmiş şəhadətnamədən bəlli olur ki, qurum Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının həqiqi üzvüdür. Belə olan halda məhkəmə iddiaçının təqdim etdiyi qeyri-yaşayış sahələri üzrə icarə və satış qiymətlərinin müəyyənləşdirilməsi baxımından "xxxx" MMC-nin rəyini "xxxx" MMC-nin verdiyi rəydən daha əsaslı qiymətləndirir və mötəbər sübut sayır. "xxxx" MMC-nin rəyindən (müqayisəli cədvəldən) görünür ki, İddiaçı MMC-nin icarəyə verdiyi sahələrin icarə haqları bazarda olan qiymətlərlə müqayisədə, 30% çox (və ya aşağı) fərqlənmir. Bu isə, Vergi Məcəlləsinin 14-cü maddəsinin tətbiqini istisna edir. Odur ki, məhkəmənin qənaətinə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın "xxxx" MMC-nin verdiyi rəyə istinadən İddiaçı MMC-yə 2018 – 2020-ci illər üçün ƏDV, mənfəət vergisi və əmlak vergisi üzrə hesablanmış əlavə məbləğlər əsassızdır. 5) inzibati orqan iddiaçıya 2018 – 2020-ci illərə əmlak vergisi üzrə əlavə məbləğlər hesablayarkən ona məxsus daşınmaz əmlakın "xxxx" ASC tərəfindən qalıq dəyərindən artıq qiymətə sığortalanmasını əsas götürmüşdür. Halbuki, müvafiq əmlak yalnız 9 yanvar 2019-cu il tarixdən 14 aprel 2020-ci il tarixədək sığortalı olmuşdur və inzibati orqan sığorta müqaviləsinin qüvvədə olmadığı dövrə münasibətdə həmin vergi məbləğlərini hesablaya bilməz. Müqavilənin qüvvədə olduğu dövrdə (2019-cu il və 2020ci ilin yanvar – aprel ayları) isə, əmlak vergisinin vergitutma obyektinin müəyyən edilməsi məqsədilə müvafiq daşınmaz əmlakın dəyəri cavabdeh inzibati orqan tərəfindən düzgün qiymətləndirilməmişdir. Çünki, cavabdeh inzibati orqan əmlakın dəyəri ilə bağlı "xxxx" MMC-nin rəyinə istinad etmişdir, həmin rəy isə yuxarıda qeyd olunduğu kimi əsassızdır, həm də əmlakın vahid dəyərini özündə ehtiva etmir. Məhkəmə qeyd olunanlardan başqa, onu da diqqətə çəkir ki, məhkəmə icraatında İddiaçı MMC müvafiq dövrdə fəaliyyətində Vergi Məcəlləsinin 224 və 225-ci maddələrinə istinadən əmlak vergisini ödəməkdən azad olunma üzrə güzəştlərə malik olduğunu bildirsə də, bu mövqeyi təsdiqləyən tutarlı dəlil və sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının həmin dəlilini əsaslı saymır. Məhkəmə həmçinin qeyd edir ki, səyyar vergi yoxlaması ilə İddiaçı MMC-yə hesablanmış ƏDV, mənfəət vergisi və əmlak vergisi üzrə əlavə məbləğlər əsassız sayıldığı haıda, həmin məbləğlərə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə 50% miqdarında maliyyə sanksiyasının tətbiqi də qanunsuzdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 28 noyabr 2022ci il **********165189 nömrəli qərarı qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (28 noyabr 2022-ci il **********165189 nömrəliqərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 noyabr 2022-ci il **********165189 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 noyabr 2022-ci il **********165189 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-5547/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5547/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver