Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5553/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və son 3 ilin hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “zərərli əmək stajı nəzərə alınmaqla, İddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanını təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, ödənilməyən illər üçün hesablanaraq birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə başlamışdır. xx.xx.1995-ci il tarixədək Azərelektroişıq ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. Əmək fəaliyyətini xx.xx.1995-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərenerji ASC-də davam etdirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövr güzəştli iş stajı sayılır. Belə ki, LPO Azərelektroişıq ASC tərəfindən təqdim edilmiş LP-12- 1022 saylı, 05.10.22-ci il tarixli arayışa əsasən AR NK-in 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin 1130000a-17531-ci maddəsinə (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) əsasən güzəştli pensiya hüququna malikdir. Əmək pensiyaları haqqında qanunun 9.1-ci maddəsinin 29.06.22-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş X4 haqqında Qanunun 13-cü maddəsinin tələblərinə əsasən 15 il ümumi stajı olub, 7 il 6 ay zərərli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ var. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki son 3 ilin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan müddəalarına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X4 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (Xİİİ) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər bəndində (1130000b-17541): (23157) laborantlar; (23187) ustalar, böyük ustalar; (23485) mexaniklər; (24097) sahə rəisləri; (25062) texnoloqlar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli LP-09-0822 nömrəli arayışında xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə vakuumquraşdırıcı şagirdi, vakuum-quraşdırıcı, sınaqçı və lyuminoforcu-ekranlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının ümumi iş stajı 35 il 7 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 19 gün əmək stajı (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay sığorta stajı), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 41225,12 manat təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi, iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş LP-12-1022 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3 yığım sexində, Lüminisent lampaların yığım sexində və "xxxx" Kiçik Müəssisəsində vakum-quraşdırıcı, lyuminoforcu-ekranlaşdırıcı və sınaqçı vəzifələrində işləmişdir. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" ASC-nin arxivində mövcud olan əmək haqqı cədvəllərinə əsasən vətəndaş İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində ona hesablanmış illər üzrə əmək haqlarına dair məlumatlar təqdim edilmişdir. Cəmiyyətin keçmiş əməkdaşının verdiyi şifahi məlumata əsasən İddiaçı işlədiyi "xxxx" İB-nin Avtolampa yığım sexi, Lüminisent lampaların yığım sexi və "xxxx" Kiçik Müəssisəsində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan, həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir (Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı sənədlərində adıçəkilən şəxsin xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İstehsalat Birliyində vakuum-quraşdırıcı, lyuminoforçu-ekranlaşdırıcı və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində lyuminoforçu-ekranlaşdırıcı və sınaqçı peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun sözügedən müəssisədə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyinə dair arxiv sənədləri aşkar edilməmişdir. Qeyd olunan fakt “Azərelektroişıq" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********421200 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC (Ləğv prosesindədir) xx.xx.2001-ci il tarixdə D- 3363 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC- nin (Ləğv prosesindədir) fəaliyyəti xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa edilmişdir. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Hüquqi şəxsin əsas fəaliyyət növü "Elektrik lampaları və işıqlandırıcı avadanlıqların istehsalı" (27400) kimi qeyd edilmişdir. Vergi ödəyicisi hal-hazırda ləğv prosesindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********475400 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, dövlət reyestrində "xxxx" İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixdə 112 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2002-ci il tarixdə ləğv edilməsi barədə rnəlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********086400 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, dövlət reyestrində “Azərelektrikişıq” BİB-nin Qabaqcıl Zavodu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 3-21-3/2-15552/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərelektrikişıq” BİB-nin Qabaqcıl Zavodu ilə bağlı zəruri məlumatlar (ünvan, VÖEN və s.) təqdim ediləcəyi təqdirdə qaldırılan məsələyə müvafiq qaydada baxılması təmin ediləcəkdir. Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış LP-12-1123 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı "xxxx" İB-nin müvafiq sexlərində tutduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının hansı bəndinə və maddəsinə uyğun olması barədə məlumat Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli LP-12-0522 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. "xxxx" ASC-nin hazırda heç bir daşınar və daşınmaz əmlakı olmadığından, müəssisənin arxivinin digər müəssisənin ərazisinə köçürülməsi zamanı arxiv sənədlərinin bir hissəsi itdiyindən, vətəndaş İddiaçı "xxxx" ASC-də tutduğu vəzifələrə dair vəzifə təlimatları və qulluq funksiyaları barədə ətraflı məlumat verilməsi mümkün deyil (Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yasradılmışdır). İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, zavoda işə qəbul olunanadək əmək stajı olmamışdır. xx.xx.1982-ci il tarixdə (Əmr № 376, xx.xx.1982) avtomatik lampaların istehsalı üzrə sexə quraşdırıcı-vakuumçu şagirdi vəzifəsinə təyin olunub. xx.xx.1983-cü il tarixdə (Əmr № 50, xx.xx.1983) həmin sexdə ikinci dərəcəli quraşdırıcı-vakuumçu dərəcəsi verilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 443, xx.xx.1987) lyüminisent lampaların yığılması sexinə birinci dərəcəli lyüminoforçu-ekranlaşdırıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 7a/k, xx.xx.1991) "xxxx" Kiçik Müəssisəsinə köçürmə yolu ilə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilib. xx.xx.1991-ci il tarixdə (Əmr № 1a, xx.xx.1991) “Azərelektrikişıq” BİB-nin Qabaqcıl zavodundan köçürülmə yolu ilə lyüminisent lampaları yığma sexinə 2-ci dərəcəli lyüminoforçuekranlaşdırıcı vəzifəsinə qəbul edilib. xx.xx.1993-cü il tarixdə (Əmr № 38, xx.xx.1993) “Azərelektrikişıq” BİB-nin Qabaqcıl zavoduna köçürülmə yolu ilə, Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilib. xx.xx.1995-ci il tarixdə (Əmr № 73/ş, xx.xx.1995) “Azərenerjitəmirsazlama müəssisəsi” Təsərrüfat şöbəsinə katibə-maşinist vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə (Əmr № 37ş, xx.xx.1999) Elektrotexniki avadanlıqların yüksəkvoltlu sınaq, ölçü və sazlama işləri üzrə sahəyə sınaq və ölçü üzrə 2-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdə (Əmr № 91, xx.xx.1999) "xxxx" ASC-nin "xxxx" Müəssisəsinə S.İ Lətifov adı verilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 17-ş, xx.xx.2001-ci il) Azərbaycan SSR Əmək Məcəlləsinin 39-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 10-KŞ, xx.xx.2002) "xxxx" ASC "xxxx" MMC-yə yüksək gərginlikli elektrik avadanlıqlarının izolyasiyası və sınağı xidmətinə ölçmə və yoxlama üzrə 2-ci dərəcə elektrik montyoru peşəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə (Əmr № 162, xx.xx.2002) həmin Xidmətə ölçmə və yoxlama üzrə 3-cü dərəcə el montyoru keçirilmişdir. xx.xx.2003-cü il tarixdə (Əmr № 91, xx.xx.2003) həmin Xidmətə ölçmə və yoxlama üzrə 4-cü dərəcəli el montyoru keçirilmişdir. xx.xx.2004-cü il tarixdə (Əmr № 18, xx.xx.2004) həmin peşə ilə EARM və A sexinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə (Əmr № 29, xx.xx.2004) "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. xx.xx.2005-ci il tarixdə (Əmr № 40a, xx.xx.2005) "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. xx.xx.2008-ci il tarixdə (Əmr № 213/1-kş, xx.xx.2008) həmin sexdə 5-ci dərəcəli el montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixdə (Əmr № 03-kş, xx.xx.2008) "xxxx" MMC "xxxx" ASC adlandırılmışdır. xx.xx.2013-cü il tarixdə (Əmr № 68/12-kş, xx.xx.2013) həmin İdarənin elektrik avadanlıqları sınağı və geniratorlara xidmət sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə (Əmr № 75/12-kş, xx.xx.2014) X1 İdarəsinin EAS və GX sahəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № 11/10-kş, xx.xx.2015) RMAS və S İdarəsinin sınaq sahəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr xx.xx.2015) X5 və Sazlama İdarəsi adlandırılmışdır. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) RMAS və Sİ-nin X6 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) X2 İdarəsinin mühafizə sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № xx.xx.2015) X2 İdarəsinin X5 sazlama sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə (Əmr № 11/112,) struktur dəyişikliyi ilə əlaqədar olaraq Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması Xidmətinin Rele Mühafizəsi, Avtomatika Sazlama sahəsinə 5-ci dərəcəli sarıyıcı keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (Əmr № ATU/2, xx.xx.2021) struktur dəyişikliyi ilə əlaqədar olaraq Elektrik Avadanlıqlarının Təmiri və Quraşdırılması (sahəsinə) İdarəsinin Elektrik Avadanlıqlarının Təmiri və sınağı sahəsinə 5-ci dərəcəli sarıyıcı peşəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (xx.xx.2021) həmin İdarənin ümumi bölməsinə 5-ci dərəcəli kuryer keçirilmişdir. xx.xx.2021-ci il tarixdə (xx.xx.2021) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək ölkə xaricində olacağı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bunun nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X7 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “X4 haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “X4 haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “X4 haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçının ümumi iş stajı 35 il 7 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 19 gün əmək stajı (xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1993-cü il, xx.xx.1993- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 7 ay sığorta stajı), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 41225,12 manat təşkil edir. Bu işin mübahisələndirilməyən halıdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən güzəştli iş stajı onun xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə vakuumquraşdırıcı şagirdi, vakuum-quraşdırıcı, sınaqçı və lyuminoforcu-ekranlaşdırıcı vəzifələrində işlədiyi dövrlərdir. Məhkəmə araşdırması zamanı Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş LP-12-1022 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X3 yığım sexində, Lüminisent lampaların yığım sexində və "xxxx" Kiçik Müəssisəsində vakum-quraşdırıcı, lyuminoforcu-ekranlaşdırıcı və sınaqçı vəzifələrində işləmişdir və iddiaçının işlədiyi "xxxx" İB-nin Avtolampa yığım sexi, Lüminisent lampaların yığım sexi və "xxxx" Kiçik Müəssisəsində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan, həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr)). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və 47 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2010-cu il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2022-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır, eləcə də müraciətin həmin xx.xx.2022-ci il tarixədək edilməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019-cu tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 47 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5553/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5553/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver