Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5556/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********201800 nömrəli qərarının ləğv edilməsi və hesabından silinmiş 2107,3 manat miqdarında ƏDV məbləğinin şəxsi hesaba geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 avqust 2022-ci il tarixli, **********683200 nömrəli və xx.xx.2023-cü il tarixli **********946400 nömrəli qərarlarının ləğv edilməsi, habelə həmin qərarlara əsasən hesablanmış 2212,2 manat məbləğin iddiaçı "Sinteks” MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini bununla əsaslandırılmışdır ki, "xxxx" MMC-dən aldığı mallara görə xx.xx.2022-ci il tarixli EBBT 514359 və EBBT 512864 saylı qaimələrə əsasən 2022-ci ilin aprel ayında ödədiyi və əvəzləşdirdiyi 2107,3 manat məbləğində ƏDV məbləği Dövlət Vergi Xidmətinin (bundan sonra - DVX) **********01800 saylı kameral yoxlamanın qərarı ilə şəxsi vərəqədən silinmişdir. Səbəbini öyrənmək üçün xx.xx.2022-ci ildə DVX-yə şikayət ünvanlamış, xx.xx.2022-ci il tarixli məktubla bildirilmiş ki, "xxxx" MMC-yə riskli vergi ödəyicisi statusu verildiyindən xx.xx.2022 tarixdən etibarən ona olunan ƏDV ödənişləri əvəzləşmə üçün qəbul edilmir. Beləliklə, "xxxx" MMC-nin məsuliyyəti qanuna zidd olaraq iddiaçının da üzərinə qoyulmuşdur. Lakin, iddiaçı şirkət əmtəəsiz və ya riskli əməliyyat aparmamışdır. "xxxx" MMC-dən aldığı malların sayı və çeşidi müvafiq sənədlərdə göstərilən məlumatlarla uyğundur. Cavabdeh öz mülahizəsinə əsasən bu əməliyyatları riskli hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı MMC (VÖEN: **********) 2022-ci ilin aprel və may ayları üçün təqdim etdiyi ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsində araşdırılmışdır. xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 514359 nömrəli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli, EBBT seriyalı 513202 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməsinə əsas verilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********441900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 1641.83 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********201800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Hesablama aparıldıqdan sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci il aprel ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBU seriyalı 658817 nömrəli, EBBT seriyalı 514359 nömrəli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli, EBBT seriyalı 513202 nömrəli elektron qaimə-faktralar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməsinə əsas verilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********654900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il aprel ayı üzrə ƏDV bəyannaməsi üzrə 1746.20 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********946400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. xx.xx.2022-ci il tarixdə 2022-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 308ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 155.300,94 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 154.835,11 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********441900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il may ayı üzrə ƏDV bəyannaməsi üzrə 466 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********683200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, mübahisəli qərarların ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana müraciət etmiş, Dövlər Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə şikayət təmin edilmədiyindən xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********201800 nömrəli qərarından görünür ki, cavabdeh 2022-ci ilin aprel ayına iddiaçıya 1.641,83 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, tərəfindən ƏDV bəyannaməsində ( 04.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 514359 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 55.71 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 55.71 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində ( 04.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 512864 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 773.93 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 773.93 manat kənarlaşma yaranmışdır. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 avqust 2022-ci il tarixli, **********683200 nömrəli qərarından görünür ki, cavabdeh 2022-ci ilin may ayı üzrə iddiaçıya 466 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, hesab faktura məlumatlarına gorə vergi məbləği: təqdim etdiyi bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 155.300,94 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 154.835,11 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli **********946400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********201800 saylı qərarını ləğv edərək, iddiaçıya 2022-ci ilin aprel ayı üçün 1745,2 manat əlavə ƏDV hesablamış, qərar bununla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (04.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBU seriyalı 658817 nömrəli, EBBT seriyalı 513202 nömrəli, EBBT seriyalı 514359 nöməli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********707900 saylı qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayətlər vermiş, Xidmət tərəfindən şikayətlər təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********201800 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 9119,10 manat (ƏDV-si 1 641, 44 manat) məbləğində malların iş və xidmətlərin (emprium A1 kağız, hugo boss musteri kart, emporium blotter, emporium konvert və s.) əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBBT seriyalı 512864, 513202, 513743 və 514359 nömrəli elektron qaimə-fakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Araşdırma zamanı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci – xx.xx.2022-ci il tarixləri aralığında 240 275,02 manat dəyərində "qızıl gül, eldar şamı, geran, sərv, alyandra, xan çinarı, nar, rulon qazon və s " mallar təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün aparılmış əməliyyat riskli hesab edilmişdir Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin. o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********986500 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli **********836800 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktub göndərilmiş və Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir Lakin qeyd edilən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMCnin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisə tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduğu müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VOEN: **********) 9119,10 manat (ƏDV-si 1 641.44 manat) məbləğində malların iş və xidmətlərin (emprium A1 kağız, hugo boss musteri kart, emporium blotter, emporium konvert və s.) əldə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBBT seriyalı 512864, 513202, 513743 və 514359 nömrəli elektron qaimə-fakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş, xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, Cəmiyyətin və riskli vergi ödəyicisi "xxxx" MMC-nin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (qızıl gül, eldar şamı, geran, sərv, alyandra, xan çinarı, nar, rulon qazon və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün və təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********201800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda ona əlavə vergi hesablanması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki, iddiaçı: - xx.xx.2022-ci il tarixli EBBT seriyalı 512864 nömrəli elektron qaimə əsasında 773,93 manat; -xx.xx.2022-ci il tarixli EBBT seriyalı 513202 nömrəli elektron qaimə əsasında 14,4 manat; - xx.xx.2022-ci il tarixli EBBT seriyalı 513743 nömrəli elektron qaimə əsasında 797,4 manat; - xx.xx.2022-ci il tarixli EBBT seriyalı 514359 nömrəli elektron qaimə əsasında 55,71 manat; -xx.xx.2022-ci il tarixli EBBU seriyalı 658817 nömrəli elektron qaimə əsasında 104,76 manat olmaqla, cəmi 1746,2 manat ƏDV məbləğini əvəzləşdirmişdir. İşdən görünür ki, iddiaçı həmin əməliyyatları "xxxx" MMC ilə aparmış, cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyicisi ilə aparılmasına istinad edərək, bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatlar üzrə qaimə-fakturaları ƏDV əvəzləşdirilməsində nəzərə almamışdır. Lakin iş materiallarından görünür ki, müvafiq əməliyyatlar 29.03-xx.xx.2022-ci il tarixlərdə aparılsa da, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********986500 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vergi ödəyicisi tərəfindən 01.02.-xx.xx.2022-ci il tarixində 240 275,02 manat dəyərində “qızıl gül, eldar şamı, geran, sərv, alyandra, xan çınarı, nar, rulon qaon və s.” təqdim etmiş, qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi və təsərrüfat subyekti olmadığı üçün aparılmış əməliyyat riskli hesab edilmiş, buna görə də "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyiciləri ilə EBBT seriyalı 513202 nömrəli, EBBT seriyalı 514359 nöməli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar qeyd edilən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl, yəni müvafiq olaraq xx.xx.2022-ci il tarixə aid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBBT seriyalı 513202 nömrəli, EBBT seriyalı 514359 nöməli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlar üzrə ƏDV məbləğinin əvəzləşdirilməsini aparmış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən EBBT seriyalı 513202 nömrəli, EBBT seriyalı 514359 nöməli, EBBT seriyalı 512864 nömrəli, EBBT seriyalı 513743 nömrəli elektron qaimə-faktura üzrə ƏDV məbləğinin əvəzləşdirilməsinin ləğv edilməsi qanunsuz olmuşdur. Lakin yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, "xxxx" MMC xx.xx.2022-ci ildə artıq riskli vergi ödəyicisi hesab edildiyindən məhkəmə hesab edir ki, cavabdehin EBBU seriyalı 658817 nömrəli elektron qaimə əsasında 104,76 manat ƏDV məbləğinin əvəzləşdirilməsini nəzərə almaması əsaslı olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı 2022-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 155.300,94 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 154.835,11 manat göstərilmişdir. Beləlikə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qismən əsassız olduğundan, iddia qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********946400 saylı” qərarı 1641,44 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilsin və həmin məbləğin İddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5556/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5556/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver