Məhkəmə qərarları › İş №e-2-1(112)-5566/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5566/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5566/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “torpaq sahəsinə mülkiyyət hüququnun tanınıb qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 Bakixanov qəsəbəsinin cənub-qərb hissəsində 00/74 saylı 800 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun tanınıb qeydiyyata alınması və daşnmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, ölümündən əvvəl 18 yanvar 2006-cı il tarixində istifadəsində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, ev 2 “C” saylı ev və evin yerləşdiyi 8 sot torpaq sahəsinə dair 15 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamədə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı ev və 4 sot torpaq sahəsini oğlu X9, digər 4 sot torpaq sahəsini ona vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 15 saylı notariat ofisində tərtib olunmuşdur. Atası X1 həmin torpaq sahəsində özünə ümumi sahəsi 86 kv.m olan 1 mərtəbəli, 3 otaqlı ev tikdirmişdir və həmin evi bağışlama yolu ilə X7 adına keçirmişdir. xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə sonuncunun adına qeydiyyata alınmışdır. Vəsiyyətnamədə qeyd olunan torpaq Sabunçu rayon İH-nin xx.xx.2000-ci il tarixli, 1312 saylı sərancamı ilə atasının istifadəsinə verilmişdir və ölən günə qədər onun istifadəsində olmuşdur. Odur ki, qardaşı X13 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 804 keçid, 800 kv.m sahədə yerləşən 2 “C” saylı evi 2022-ci ildə bağışlama müqaviləsinə əsasən ona bağışlamış evə dair çıxarış almışdır. X2 ölümündən sonra Bakı şəhəri 30 saylı Notariat ofisində vərəsəliyin qəbulu haqqında verdiyi ərizə əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. xx.xx.2017-ci il tarixdə o və digər vərəsələrin adına şəxsi mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə o yenidən Bakı şəhəri 30 saylı Notariat ofisinə gedərək vəsiyyətnamədə qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin cənub-qərb hissəsində 00/74 saylı 800 kv.m. sahəsinə dair vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini istəmişdir. Lakin mərhum atasının adına adı çəkilən torpaq sahəsinə dair sərəncam olmasına baxmayaraq, onun hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənəd təqdim edə bilməmişdir. Bu səbəbdən Bakı şəhəri 30 saylı Notariat ofisinin rəisi Ə.Əliyev Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin cənub-qərb hissəsində 00/74 saylı 800 kv.m. torpaq sahəsinə dair mərhum X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlər reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə onun vasitəsi ilə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2023-cü il tarixdə formal olaraq səbəb göstərilmədən, torpaq sahəsinə aid olmasına baxmayaraq onun üzərində tikilən evə aid “aydınlatma” verməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və çıxarış verilməsindən imtina edilmişdir. Səbəbini soruşduqda həmin adı çəkilən torpağa dair vəsiyətnamənin etibarsızlığına dair məhkəmədə mübahisənin olmasını və sorğunun müsbət həllinin mümkün olmayacağını demişlər. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi X2 ölümündən əvvəl 18 yanvar 2006-cı il tarixində istifadəsində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 804 keçid, ev 2 “C” saylı ev və evin yerləşdiyi 8 sot torpaq sahəsinə dair 15 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnaməsinin etibarsızlığına dair bacısı X4 iddiasının təmin edilməməsi barədə qətnaməmə çıxarmış, həmin qətnamədən artıq kasassiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya etirazında göstərmişdir ki, idarənin arxiv məlumatlarına əsasən Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1312 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X6 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmiş, hazırda X4 mülkiyyətindədir. Bundan əlavə iddiaçı ərizəsində məhkəmədən mərhum X2 Bakıxanov qəsəbəsinin cənub-qərb hissəsində 00/74 saylı 800 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınıb qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılarkən məlum olmuşdur ki, torpaq sahəsində 2 ədəd fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1312 saylı, xx.xx.2000-ci il tarixli sərəcamından görünür ki, X10 Bakıxanov qəsəbəsinin cənub-qərb hissəsində 00/74 saylı 800,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 613 saylı, xx.xx.2004-cü il tarixli sərəcamından görünür ki, Bakıxanov qəsəbəsi, cənub-qərb hissəsində 00/74 saylı yerdə X12 tərəfindən tikilmiş birmərtəbəli 3 yaşayış otağından - sahəsi 52.62 kv.m, köməkçi sahəsi – 42.5 kv.m, açıq eyvan – 19.8 kv.m, torpaq sahəsində tikilmiş təsərrüfat otağı – 31.1 kv.m, torpaq sahəsi – 800.0 kv.m olan yaşayış evinin Bakıxanov qəsəbəsi, cənub-qərb hissəsinə 00/74 saylı yerdə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. xx.xx.2007-ci il tarixli şəxsi evin bağışlama müqaviləsindən görünür ki, X14 ünvan 1 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 101.8 kv.metr, yaşayış sahəsi 52.6 kv.metrdən ibarət faktiki 800 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini oğlu X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X13 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəni hədiyyə alan X8 mülkiyyəlinə vermişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evinə X5 mülkiyyət hüququ qeydə alınmış və ona bu barədə çıxarış verilmişdir. Çıxarışa əsasən fərdi yaşayış evinin yerləşdiyi 0,0132 ha torpaq sahəsi olmaqla dövlət mülkiyyətində olmaqla T.İsmayılovanın istifadəsində olmuşdur. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan isə görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ1118, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə X5 xüsusi mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda mərhum X2 Bakixanov qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 00/74 saylı 800 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun tanınıb qeydiyyata alınmasını xahiş edir. Lakin işin yuxarıda göstərilən hallarından görünür ki, həmin torpaq sahəsinə üçüncü şəxs X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə ona xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair digər şəxsin adına reyestrdə aparılmış qeyd qüvvədədir, həmin qeyd ləğv edilməmiş hər hans bir şəxsin hüququ qeydə alına bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırda arzuladığı nəticəyə nail olmaq üçün mübahisəli 800 kv.metr torpaq sahəsinə üçüncü şəxs T.İsmayılovanın adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatı mübahisələndirməklə nail ola bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar