Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5571/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının 6- cı mərtəbəsində yerləşən 13 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarış verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən faktiki yaşayış sahəsi 264.3 kv. metrdən ibarət olan 13 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanın 6-cı mərtəbəsinin 13 saylı mənzilini almışdır. 14 yanvar 2022ci il tarixli, 149-M033 saylı maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 269 kv. m sahəsi olan 13 saylı mənzilin dəyəri 645.600 AZN məbləği MMC-nin hesabına ödənilmişdir. 21 noyabr 2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin və ünvan 3C yaşayış binasının yaşayışının zirzəmisində yerləşən bir ədəd qarajın İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində və qaydada rəsmi cavab verməmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirəm ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 13 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməlidir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu ilə müraciət olunmuş və hazırda "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 162 saylı binada hansı mənzillərin sakininə mülkiyyətçi hüququ çıxarışının verilməsi və hansı tarixdə verilməsi barədə məlumatların verilməsi xahiş edilmişdir. Adı çəkilən İdarədən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********903-21-3-30/2-39790/2023 saylı cavab məktubuna əsasən, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən, ünvan 1 ünvanında yerləşən binanın tərkibinə daxil olan və dövlət reyestrində qeydiyyat alınmış mənzillər haqqında cədvəl təqdim edilir. Qoşmaya əlavə edilmiş məlumatlandırma cədvəlindən müəyyən olunmuşdur ki, ümumi sahəsi 593,17 kv.m olan ünvan 4 ünvanında X1 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 412,87 kv.m olan ünvan 5 ünvanında X6 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 418.3 kv.m olan ünvan 6 ünvanında X2 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 178.5 kv.m olan ünvan 7 ünvanında X3 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 226.74 kv.m olan ünvan 8 ünvanında X10 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 225.84 kv.m olan ünvan 9 ünvanında X17 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 344.32 kv.m olan ünvan 10 ünvanında X4 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən, ümumi sahəsi 212 kv.m olan ünvan 7 ünvanında X7 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən və ümumi sahəsi 233.2 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev məhəllə 706 ünvanında X5 ********** nömrəli çıxarışa əsasən qeydiyyatda olmaları müəyyən edilmişdir. O, isə bugünədək buna heç bir əsas olmadan çıxarış əldə edə bilməmişdir. Göründüyü kimi, artıq həmin binada yaşayan digər sakinlər öz mənzillərinə dair çıxarış əldə etmişlər. Belə olan halda, onun hazırki müraciətindən imtina edilməsi üçün heç bir əsas yoxdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazları: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin mənzilin sənəd üzrə sahəsi 269 kv. m. olmasına baxmayaraq faktiki sahə 264.3 kv. m-dir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmin Qanunun 8.0.6.-cı maddəsinə əsasən mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə, saat 16:50-ə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X8 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, A-033 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Satıcı” "xxxx" MMC Bakı şəhəri, Nizami küçəsi, 96, 706-cı məhəllədə (hazırki 162) yerləşən, ona məxsus olan ərazidə tikilən “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın yaşayış binasının yaşayışının 6-cı mərtəbəsində yerləşən 13 saylı mənzili “Alıcı” İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 13 saylı mənzilin ümumi sahəsi 269 kv.metrdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 149-M033 №-li maliyyə arayışında (notarial qaydada təqdiq olunmuş surəti) göstərilmişdir ki, İddiaçı Səbail rayonu, ünvan 12 ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının 6- cı mərtəbəsində 269 kv. m sahəsi olan 13 saylı mənzilin dəyərini - 645600 (altı yüz qirx beş min alti yüz manat) məbləğdə şirkətin kassasına tam ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli, A-33 №-li arayışda (notarial qaydada təqdiq olunmuş surəti) göstərilmişdir ki, İddiaçı Səbail rayonu, ünvan 13 ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 13 saylı mənzildə qeydiyyatsız olaraq yaşayır. Həmin mənzildə heç kəs qeydiyyatda deyil. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2- 1156/2024 №-li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-19/2- 502/2024 saylı cavab məktubunda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istirmara qəbul edilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********42 №-li məktubu ilə məhkəməyə Milli Qeydiyyat Sistemi üzrə ünvan 14 ünvanında yerləşən (Yeni qaydalarla: 162) binanın tərkibinə daxil olan və dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara dair məlumatların əks olunduğu cədvəli, habelə həmin mülklərin bir neçəsinə aid arxiv sənədlərinin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məktub əlavə olunmuş qeyd olunan binanın tərkibinə daxil olan və dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara dair məlumatların əks olunduğu Cədvəldən görünür ki ünvan 15 ünvanında yerləşən 11, 22, 23, 29, 70, 71 75 saylı mənzillərə dair müvafiq olaraq, ayrı-ayrı fiziki şəxslərin mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2021-ci il tarixdə **********6 qeydiyyat nömrəsilə, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsilə, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********33 №-li cavab məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Müraciətə əlavə olunmuş ünvan 16 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qaraja dair xx.xx.2012-ci il tarixli müqavilə və A/42-01 saylı, A/42-02 saylı, xx.xx.2012-ci il tarixli maliyyə arayışları X9 adına verilmişdir. Həmçinin müraciətə 13 saylı mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışı əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanın tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti lahiyəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Tətbiq edilən hüquq. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə.
3. Xidmətin vəzifələri. ... 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək.
İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Normanın (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi) məzmunundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur. İddiaçı (“Alıcı”) "xxxx" MMC (“Satıcı”) ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, A-033 №-li alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami küçəsi, 96, 706-cı məhəllədə (hazırki 162) yerləşən, sonuncuya məxsus olan mübahisəli mənzili almış, xx.xx.2022-ci il tarixli, 149-M033 №-li maliyyə arayışına əsasən mənzilin tam dəyəri ödənilmişdir. İddiaçı hazırda qeyd olunan mənzildə yaşayır. Cavabdehin imtinasının əsasları ondan ibarətdir ki: 1) Binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmişdir; 2) Mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışı əlavə edilməmişdir. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş Milli Qeydiyyat Sistemi üzrə ünvan 14 ünvanında yerləşən (Yeni qaydalarla: 162) binanın tərkibinə daxil olan və dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara dair məlumatların əks olunduğu cədvəldən, habelə həmin mülklərin bir neçəsinə aid arxiv sənədlərinin təsdiqlənmiş surətlərindən müəyyən olunmuşdur ki ünvan 15 ünvanında yerləşən 11, 22, 23, 29, 70, 71 75 saylı mənzillərə dair ayrı-ayrı fiziki şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İddiaçı tərəfindən Səbail rayonu, ünvan 12 ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının 6- cı mərtəbəsində 269 kv. m sahəsi olan 13 saylı mənzilin dəyərinin tam ödənilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 149-M033 №li maliyyə arayışının notarial qaydada təqdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən faktiki yaşayış sahəsi 264.3 kv. metrdən ibarət olan 13 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev