Məhkəmə qərarları › İş №e-2-1(112)-5576/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5576/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5576/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondü publik hüquqi səxsin Xüsusi Sərtlərlə Təyina üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 12 yanvar 1989-cu ildən prokurorluğa əməliyyat işinə qəbul olunmaqla, 12 yanvar 1989-cu ildən 30 iyun 1990-cı ilə kimi Qax rayon prokuroru köməkçisi, 30 iyun 1990-cı ildən 24 noyabr 1992-ci ilə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi, 24 noyabr 1892-ci ildən 20 may 1992-ci ilə kimi Göyçay rayon prokurorluğunun böyük müstəntiqi, 20 may 1992-ci ildən 25 iyun 1996-cı ilə kimi Yevlax rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1996-ci il tarixli əmri ilə Yevlax rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad olunub Qarabağ Qarnizionunun Hərbi prokuroru vəzifəsinə təyin olunmuşdur. Göstərilən müddətlərdə, Respublika Baş Prokurorunun 31 mart 1992-ci il tarixli 261 saylı əmri ilə ona İİİ dərəcəli hüquqşünas, xx.xx.1994-cü il tarixli 38 saylı əmri ilə İİ dərəcəli hüquqşünas, xx.xx.1996-cı il tarixli əmrlə İİİ dərəcəli hüquqşünas, 24 sentyabr 1999- cu il tarixli əmrlə kiçik ədliyyə müşaviri, 28 dekabr 1995-ci il tarixli əmrlə ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir. Respublika Baş Prokurorunun xx.xx.2001-ci il tarixli 03\580-k saylı əmri ilə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar Qarabağ Qarnizionu hərbi prokuroru vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ilə kimi sərəncamda, həmin tarixdən Baş prokurorun 03V678-K saylı əmri ilə 31 yanvar 2002-ci il tarixə kimi müvəqqəti olaraq Naxçıvan MR Şərur rayon prokurorunun müavini vəzifəsinin hesabına Respublika Prokurorluğunun ştatında saxlanılmaqla, həmin müddətdə Respublika Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyi ilə birgə yaratdıqları istintaq qruppunda Milli Təhlükəsizlik nazirliyində cinayət işlərinin istintaqında iştirak etmiş, 31 yanvar 2002-ci il tarixli 09/20 a-k saylı əmrlə sərəncama götürülmüş, Baş prokurorun 03/678-K saylı əmri ilə Ağdaş rayon prokurorluğuna müstəntiq, yanvar 2004-cü il tarixli 09/04-k saylı əmrlə Ağdaş rayon prokurorunun köməkçisi, xx.xx.2005-ci il tarixli 09/24-k saylı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci il tarixli 11/178-k saylı əmrlə Goranboy prokurorunun müavini vəzifəsinə təyin olunmuş, 11/279-k saylı əmrlə öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilərək prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı barəsində 2014-cü ilin mart ayında Respublika Hərbi Prokurorluğundan Dövlət Sosial Müdafiə Fonduna məlumat göndərilərkən, «Hərbi xidmət kecmə haqqında» Əsasnamənin 16-cı maddəsinin (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçular ücün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur) tələbləri nəzərə alınmamış və xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət keçdiyi müddət hərbi qulluqçu kimi hesablanılmaqla bütün xidimətləri, o cümlədən güzəştli xidmət illəri təqvim üzrə xidmət illərinə əlavə edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu atusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. 23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsində qeyd olunur ki, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliynə uyğun olaraq yaradılmış başqa hərbi birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Həmin Qanunun 11-ci maddəsində qeyd edillir ki, hərbi vəzifəlilər (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun rütbələr xüsusi siyahılara əsasən hərbi hissələrin ştatlarında nəzərdə tutulur. Hərbi prokurorluq orqanlarında hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını Azərbaycan Respublikasının Baş Prokurorunun və Azərbaycan Respublikasının Müdafiə Nazirinin birgə təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. «Prokurorluq haqqında» Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla, Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tulmuş digər hərbi birləşmələrdə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizionlarının yerləşdiyi ərazilərdə, bu prokurorluğun fəaliyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndini ” yarımbəndi xx.xx.2005-ci il tarixli, 125 nömrəli dəyisiklik edilənə qədər qüvvədə olmuşdur. Göründüyü kimi, Abbasov X1 Qarnizonu hərbi prokuroru vəzifəsində xidmət edərkən ona hərbi rütbə verilməsini istisna edən heç bir hal olmamış və öz iradəsindən asılı olmayaraq xüsusi rütbədə olmaqla hərbi rütbə tələb edən vəzifədə xidmət emişdir. Odur ki, İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarizionunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulmalıdır. İddiaçının bununla bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İddiaçı hərbi qulluqçu statusuna malik olmadığından xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində işlədiyi müddətin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması mümkün deyildir. İddiaçı barəsində xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi dövrlə bağlı 2014-cü ilin mart ayında Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsinin və qoşma sənədlərin surətlərini təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/333 saylı məktuba Respublika Hərbi Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, tələb olunan sənədlər saxlama müddəti keçdiyindən məhv edilmişdir. İddiaçı pensiyasının tərkibi (təminat xərcliyi) haqqında məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/335 saylı məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X2 səxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Bərdə rayon Şöbəsi tərəfindən 12 yanvar 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması haqqında 1 dekabr 2022-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumlikdə vəzifə maaşının orta aylıq məbləği 4740 manat, qulluq stajına görə əlavəsi 2229,48 manat, rütbəyə görə əlavəsi 214,40 manat, digər növ əlavələr 91,94 manat olmaqla orta aylıq əmək haqqısı 10775,82 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası 1 dekabr 2022-cin tarixindən hesablanmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanününün 20.8.2-ci maddəsinə əsasən 26 il, 7 ay, 20 gün qulluq illərinə uyğun araq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının haqqısının (10775,82 manat) 80 faizi- 8620,66 manat məbləğində müəyyən edilib. "Əmək pensiyalari haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 9482,73 manat, 29-cu maddəsinə əsaəsn indeksləşdirmə ilə əlaqədar 10876,69 manat məbləğində müəyyən edilməklə onu müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sabiq prokurorluq işçisi İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokuroru vəzifəsində qulluq keçdiyi illərin hərbi qulluqçu kimi güzəştli hesablanaraq xidmət illərinə əlavə edilməklə yeni “Məlumat vərəqəsi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması haqqında iddia ərizəsi öyrənilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin arxivində saxlanılan sənədlərdən görünür ki, İddiaçı həqiqi hərbi xidmətə çağırılaraq ilkin zabit hərbi rütbəsinin verilməsi barədə xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokuroru tərəfindən təqdimat verilmiş, lakin o, ehtiyatda olan çavuş olduğundan həmin vaxt qüvvədə olan qanunvericiliyə (“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “q” bəndi) əsasən yalnız 35 yaşınadək olan vətəndaşlar zabitlərin həqiqi hərbi xidmətinə qəbul edildiyindən ona müvafiq zabit hərbi rütbəsinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 16-cı maddəsinin sonuncu bəndində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur” ifadəsi öz əksini tapmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanının (6 dekabr 2017-ci il tarixli, 1709 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasında “müvafiq icra hakimiyyəti orqanı”nı kimi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti göstərilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi prokurorluq orqanlarına şamil edilmir. Hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağrıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları gündən bu statusu itirirlər.” Göründüyü kimi, İddiaçı Hərbi prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə həqiqi hərbi xidmətə çağırılmadığından və ona müvafiq hərbi rütbə verilmədiyindən hərbi qulluqçu statusu əldə etməmişdir. Odur ki, İddiaçı hərbi qulluqçu statusuna malik oimadığmdan xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokuroru vəzifəsində işlədiyi müddətin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması mümkün deyildir. Göründüyü kimi İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokuroru vəzifəsində qulluq keçdiyi illərin hərbi qulluqçu kimi güzəştli hesablanaraq xidmət illərinə əlavə edilməklə yeni “Məlumat vərəqəsi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması haqqında iddia ərizəsi əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı iddia İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. -Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanları müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -19 iyun 1975-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1989-cu ilədək Bərdə rayon prokurorluğunda dəftərxana katibi, xx.xx.1989-cu ldən xx.xx.1990-cı ilə kimi Qax rayon prokurorunun köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Göyçay rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Yevlax rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək Qarabağ qarnizonunun hərbi prokuroru, səlahiyyət müddətinin qurtarması ilə əlaqədar Qarabağ Qarnizionu hərbi prokuroru vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi Naxçıvan MR Şərur rayon prokurorunun müavini, xx.xx.2002-ci ildə sərəncama götürülmüş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək Ağdaş rayon prokurorluğunda müstəntiq, xx.xx.2004-cü ildən xx.xx.2012-ci ilədək Ağdaş rayon prokurorluğunda prokuror, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək Goranboy rayon prokurorunun müavini, xx.xx.2015-ci ildə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 26.1.6cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilib, xx.xx.2015-ci ildə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqnlarından xaric edilmişdir. Müvafiq sorğu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş: -AR Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 2693 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq işçisi kimi yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1602/2023 nömrəli qərarı ilə iddiaçının prokuror kimi yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixli artıma əsasən yenidən hesablanmış, hazırkı pensiya məbləği 6629.05 manat, vəzifə maaşı 4740 manat, ixtisas dərəcəsinə görə əlavə 214,40 manat, qulluq stajına görə əlavə 2229,48 manat, mükafatlara görə 3591,94 manat olmaqla, pensiya faizi 80 faiz yenidən hesablanmış pensiya məbləği 8620 manat 66 qəpik təşkil etmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək prokurorluq orqanlarında qulluq etmiş və “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. AR Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 2014-cü ildə pensiyaya çıxarkən Hərbi Prokurorluq tərəfindən verilmiş məlumat vərəqində 1996-2001-ci illərdə Qarabağ Qarnizonunda hərbi prokuror vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqinin pensiya qurumuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Bununla bağlı cavabdeh Hərbi Prokurorluğa müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, imtina qanunazidd olmamışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanundan: -1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. -20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -20.8-ci maddəsinə əsasən, Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (01 iyul 2017-ci il tarixədək olan redaksiya): 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Göründüyü kimi, pensiya qanunvericiliyi hərbi prokurorluq orqanlarının prokurorluq işçisi kimi pensiyaya çıxan hərbi qulluqçularının yaşa görə əmək pensiyasının məbləğini hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi, prokurorluq orqanlarının əməkdaşı kimi pensiyaya çıxan şəxslərin isə orta aylıq əməkhaqqından hesablanmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən hal, iddiaçının prokurorluq orqanlarından hərbi qulluqçu kimi, yaxud mülki prokurorluq əməkdaşı kimi əmək pensiyasına çıxmasının müəyyən edilməsidir. İddiaçının pensiya işinin materiallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi qulluqçu kimi deyil, prokurorluq əməkdaşı kimi yaşa görə müddətsiz əmək pensiyası təyin edilmiş və onun pensiyası orta aylıq əməkhaqqından hesablanmışdır. Vurğulandığı kimi, mülki prokurorluq əməkdaşı pensiya təyin edilərkən hesablama təminat xərcliyinə əsasən aparılmadığından məlumat vərəqinin təqdim edilməsinə ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, pensiya işinin materiallarında iddiaçının bildirdiyinin əksinə olaraq xidmət etdiyi dövlət orqanı tərəfindən 2014-cü ilin mart ayında verilmiş məlumat vərəqəsinə rast gəlinməmişdir. Həmin dövr üzrə yeganə sənəd Hərbi Prokurorluq tərəfindən DSMF-ə təqdim edilməsi üçün verilmiş xx.xx.2014-cü il tarixli arayışdır ki, həmin arayışda iddiaçının 1996-2001-ci illərdəki aldığı ödənişlər qeyd edilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1 nömrəli Əlavəsində göstərilmiş məlumat vərəqi hesab oluna bilməz. Göründüyü kimi, iddiaçı prokurorluq əməkdaşı kimi pensiyaya çıxdığından ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün zəruri olan məlumat vərəqi təqdim edilməmişdir. Belə olan halda, cavabdehin imtinası qanunsuz olmamış və iddiaçının hər hansı hüququnu pozmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məqsədinə uyğun olaraq aidiyyəti pensiya qurumuna müraciət etməklə mübahisəli xidmət dövrünün güzəştli şərtlərlə stajına əlavə edilməsi və pensiyasının yenidən hesablanması ilə bağlı məsələ qaldıra bilər. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar