Məhkəmə qərarları › İş №e-2-1(112)-5587/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5587/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5587/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı «gömrük ödənişinin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 gömrük borcunun ödənilməsinə dair 14 iyul 2023-cü il tarixli bildirişin və 17 iyul 2023-cü il tarixli sərəncamın ləğv olunması, 4636.19 məbləğində tutulmuş dəbbə pulunun geri qaytarılması vəzifələrinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinə: iddia ərizəsinin dəqiqləşdirilməsinə dair Cavabdeh Bakı Baş Gömrük İdarəsinin №3-33-1100/ə- 006964/ə023 saylı “Gömrük borcunun ödənilməsinə dair 14 iyul 2023-cü il tarixli bildirişinə görə iddiaçı "xxxx" MMC-yə dəbbə pulu 4636,19 (dörd min altı yüz otuz altı manat ,19 qəpik ) məbləğində borc hesablanmışdır. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin 17 iyul 2023-cü il tarixli məktubuna görə Gömrük İdarəsində keçirilən yoxlama zamanı "xxxx" MMC-nin ünvanına idxal olunan mallara tərtib olunmuş 6 ədəd gömrük bəyannaməsi ilə rəsmiəşdirilən malların “ müvəqqəti saxlanc “ xüsusi gömrük proseduru altında qalma müddəti Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən başa çatdığı müəyyən edilmişdir.Bundan başqa Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən dövlət büdcəsinə köçürülməli olan dəbbə pulu 4636,19 (dörd min altı yüz otuz altı manat ,19 qəpik ) məbləğində ödənişdən yayınma halını müəyyən etmişlər. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin №-si00100/23000409 nömrəli ,xx.xx.2023 tarixli hesba görə 6 ədəd gömrük bəyannaməsi üzrə artıq 3 il müddəti keçdikdən sonra iddiaçı "xxxx" MMC-yə dəbbə pulu hesablanmışdır: 1.№ **********8031 saylı xx.xx.2019-cu il tarixli bəynnamə ilə 806.76 m, 2. №**********5862 saylı xx.xx.2018-ci il tarixli bəyannamə ilə 270.03 m, 3.№**********8000 saylı xx.xx.2019-cu il tarixli bəyannamə ilə 907.5 m, 4.№**********2640 saylı xx.xx.2019-cu il tarixli bəyənnamə ilə 478.5 m, 5.№**********0706 saylı 30.10.208-ci il tarixli bəyannamə ilə 1940.21 m, 6.№**********2101 saylı xx.xx.2020-ci il tarixli bəyannamə ilə 806.76 m, cəmi 4636,19 İddaçı "xxxx" MMC-nin ödənilməmiş gömrük borcları üzrə gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il müddətinin keçdiyi altı ədəd gömrük bəyənnaməsindən görünür . Lakin, buna baxmayaraq cavabdeh Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149-cu maddəsinin tələblərini pozaraq iddaçı "xxxx" MMC-dən 4636,19 (dörd min altı yüz otuz a manat ,19 qəpik ) məbləğində dəbbə pulu tutmuşdur. İddaçı "xxxx" MMC-dən 4636,19 (dörd min altı yüz otuz altı manat ,19 qəpik) məbləğində tutulmuş dəbbə pulu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsinə görə ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.Eyni zamanda cavabdeh tərəfindən bildiriş, məktub və dəbbə pulunun tutulmasına dair digər sənədlər rəsmi qaydada yalnız xx.xx.2023-cü il tarixdə iddiaçıya verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin idarəolunması və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin fəaliyyəti təftiş olunmuş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 2022-ci ildə idxal olunan mallara tərtib edilmiş **********5862, **********0706, **********8031, **********8000, **********2640 və **********2101 sorğu nömrəli gömrük bəyannamələrində ümumilikdə 4636.19 manat dəbbə pulu "xxxx" MMC-yə hesablanmış və tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. Həmçinin, gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən qeyd edilən xidmət tərəfindən hesablandığından cavabdehin hesablama ilə bağlı hər hansı bir qərarı yoxdur. Qeyd edildiyi kimi, iddiaçı ‘'Aqromall” MMC tərəfindən 2018-2020-ci illərdə idxal olunan mallara tərtib edilmiş **********5862,**********0706, **********8031, **********8000, **********2640 və **********2101 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən malların "müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında qalma müddəti Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən başa çatdığı müəyyən edilmişdir. Bundan başqa Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən dövlət büdcəsinə köçürülməli olan dəbbə pulu 4638,19 (dörd min altı yüz otuz səkkiz manat, 19 qəpik) manat məbləğində ödənişdən yayınma halını müəyyən edilmişdir. Aparılmış yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə, 4638,19 (dörd min altı yüz otuz səkkiz manat, 19 qəpik) manat məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi və ödənişləri təsdiq edən sənədlərin Bakı Baş Gömrük İdarəsinə təqdim edilməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-33-11002-********** nömrəli məktub göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçı "xxxx" MMC-dən tutulmuş 4638.19 AZN məbləğində tutulmuş dəbbə pulunun qaytarılması barədə qərar qəbul edilməsi və müvafiq rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsi vəasitəsilə məhkəmə iclaslarında təmsil olunmamışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 355 nömrəli gömrük borcunun ödənilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 255 nömrəli, Nəsimi rayonu, X6 2A ünvanında yerləşən, X2 rəhbərlik etdiyi "xxxx" MMC-nin ümumilikdə 4638.19 manat borcu vardır. Göstərilən borcların 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33-1100/2-001269/2024 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, N-120 nömrəli əmrinə əsasən Bakı Baş Gömrük İdarəsində gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, həmçinin Dövlət Gömrük Komitəsinin 24.01 2021-ci il tarixli 1000/150 nömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyəti audit olunmuş, nəticədə "xxxx" MMC-nin ünvanına idxal olunan mallara tərtib edilmiş 6 ədəd gömrük bəyannaməsi ilə rəsmiləşdirilən malların “müvəqqəti saxlanc" xüsusi gömrük proseduru altında qalma müddətinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələblərinə əsasən başa çatdığı, bununla da, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən dövlət büdcəsinə köçürülməli olan 4638.19 AZN dəbbə pulu ödənişindən yayınma halının baş verdiyi müəyyən olunmuşdur. Həmçinin, bildiririk ki, gömrük borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 13.10 2022-ci il tarixli əmrinə və Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən qeyd edilən hesablandığından Bakı Baş Gömrük İdarəsinin hesablama ilə bağlı hər hansı bir qərarı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33-1100/2-004698/2024 nömrəli məktubunda qeyd olunur ki, həmin borcla əlaqədar Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-1100/2- 001835/2024 nömrəli məktubla iddiaçının gömrük borcunun "xxxx" QSC-nin Xırdalan filialında olan bank hesabından tutularaq Baş idarənin büdcə hesabına mədaxil edilməsi barədə sərəncam göndərilmişdir. Həmin sərəncam Access Bank QSC tərəfindən icra edilərək 4638.19 manat gömrük borcu dövlət büdcəsinə mədaxil olunmuşdur” İş materiallarına əlavə edilmiş Acessbank tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 087076 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2024cü il tarixli 3-33-11002-********** saylı məktubunuza əsasən təqdim etdiyiniz Gömrük sərəncamı tərəfimizdən icraya qəbul edilmişdir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hesabından sərəncam tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 3-33-1100/2-006964/2023 nömrəli məktubunda qeyd olunur ki, "xxxx" MMC- nin ünvanına idxal olunan mallara tərtib edilmiş 6 ədəd gömrük bəyənnaməsi ilə rəsmiləşdirilən malların “müvəqqəti saxlanc" xüsusi gömrük proseduru altında qalma müddətinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələblərinə əsasən başa çatmışdır. Bununla da, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən dövlət büdcəsinə köçürülməli olan 4638.19 AZN dəbbə pulu ödənişindən yayınma halının baş vermişdir. Odur ki, aparılan auidit yoxlamasının nəticələrinin aradan qaldırılması məqsədilə qeyd edilən gömrük bəyənnaməsi üzrə 4638.19 AZN dəbbə pulu vəsaitinin tam şəkildə qısa zamanda dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Gömrük məcəlləsinin 249.3 “Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq ödəyicinin bank hesablarından tutulur” madəsinin tələblərinə müvafiq olaraq qeyd edilən gömrük bəyənnaməsi üzrə gömrük borcunun ödənişləri tərəfinizdən həyata keçirilmədiyi təqdirdə "xxxx" MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyəti audit olunmuş, cavabdehin mövqeyinə görə yoxlama nəticəsində "xxxx" MMC-nin ünvanına idxal olunan mallara tərtib edilmiş 6 ədəd gömrük bəyannaməsi (xx.xx.2018-ci il tarixli **********0706 nömrəli, xx.xx.2018-ci il tarixli **********5862 nömrəli, xx.xx.2019-cu il tarixli **********2640 nömrəli, xx.xx.2019-cu il tarilxi **********8000 nömrəli, xx.xx.2019-cu il tarixli **********48031 nömrəli, xx.xx.2020ci il tarixli **********2101 nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən malların “müvəqqəti saxlanc" xüsusi gömrük proseduru altında qalma müddətinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələblərinə əsasən başa çatdığı, bununla da, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən dövlət büdcəsinə köçürülməli olan 4638.19 AZN dəbbə pulu ödənişindən yayınma halının baş verdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının ünvanına xx.xx.2023-cü il tarixdə 355 qeydiyyat nömrəli bildiriş göndərilərək iddiaçıya hesablanmış 4638.19 mant dəbbə pulunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuş, daha sonra inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-33-1100/2-001835/2024 nömrəli məktubla iddiaçının gömrük borcunun "xxxx" QSC-nin Xırdalan filialında olan bank hesabından tutularaq Baş idarənin büdcə hesabına mədaxil edilməsi barədə sərəncam göndərilmiş, sərəncam Access Bank QSC tərəfindən icra edilərək 4638.19 manat gömrük borcu dövlət büdcəsinə mədaxil olunmuşdur. Hazırkı iddiasında iddiaçı tutulmuş həmin vəsaitin geri qaytarılmasını mübahisələndirir. İlk növbədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sözügedən gömrük borcunun tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmişdir. Cavabdeh inzibati orqan məhkəmə sorğusuna verdiyi cavabda da bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin gömrük borcunun hesablaması ilə bağlı hər hansı bir qərarı yoxdur. “İnzibati icraat haqqında” Qanunun 81-ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur (maddə 81.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir (maddə 81.2). İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur (maddə 81.3). Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin aşağıdakı maddəlrəinə əsasən: -247.1.Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. -247.2.Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1.gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək: 247.2.2.bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. -247.4.Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. -247.5.Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. - 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. - 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək, bank hesablarına həbs qoyulması ilə bağlı iddia qaldırmaq və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. İşdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı gömrük rəsmiləşmələrinin aparıldığı 2018, 2019, 2020-ci illərdə qeyd edilən tədbirlərdən hər hansı birini görməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; -152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. -152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. -162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. -163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. -162.2.Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. - 249.1 Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Məhkəmə qeyd edir ki, istinad olunan normaların tələblərinə əsasən, gömrük borcunun qanuvericiliklə müəyyən edilən məbləğdən az ödənildiyi aşkar olunduğu hallarda, həmin səhvin düzəldilməsi istiqamətində pul idxalçıdan 3 ərzində tutula bilər, yəni gömrük qanunvericiliyi ilə gömrük borcunun tutulması üçün 3 illik tələbetmə müddəti müəyyən edilmişdir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2018ci il tarixli **********0706 nömrəli, xx.xx.2018-ci il tarixli **********5862 nömrəli, xx.xx.2019cu il tarixli **********2640 nömrəli, xx.xx.2019-cu il tarilxi **********8000 nömrəli, xx.xx.2019-cu il tarixli **********48031 nömrəli, xx.xx.2020-ci il tarixli **********2101 nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 4638.19 AZN gömrük borcu hesablasa da, həmin bəyannamələr 2018, 2019, 2020-ci il tarixlərdə təsdiq edilmiş, deməli, iddiaçının gömrük borcunu ödəmək öhdəliyi həmin tarixlərdə yaranmışdır. Cavabdeh isə borcun iddiaçının bannk hesabından tutulması ilə bağlı xx.xx.2024-cü il tarixdə banka sərəncam göndərmişdir. Beləliklə, gömrük rəsmiləşmələrinin aparıldığı tarixdən 3 ildən artıq müddət keçdiyindən cavabdehin həmin gömrük borcunu məcburi qaydada tutmaq, gömrük borcunun tutulması ilə bağlı iddiaçıya münasibətdə hər hansı bir tədbir, o cümlədən məhdudiyyət tədbiri tətbiq etmək hüququ aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin gömrük bəyannamələri üzrə iddiaçıya hesabladığı 4636,19 manat gömrük borcu ilə bağlı onun hüquqlarına hər hansı müdaxilə etməsinin hüquqi əsası olmamışdır və bu səbəbdən iddia təmin olunmalıdır. Gömrük Məcəlləsinin 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1 -ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Məcəllənin 269-cu maddəsinin tələbinə görə gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1 -ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” isə aşağıdakıları müəyyən edilmişdir: “6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8. tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9. gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1. maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2. gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.” İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və "xxxx" MMC-dən tutulmuş 4638.19 AZN məbləğində tutulmuş dəbbə pulunun iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-dən tutulmuş 4638.19 AZN məbləğində tutulmuş dəbbə pulunun "xxxx" MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsi Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar