Məhkəmə qərarları › İş №e-2-1(112)-5600/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5600/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5600/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 479227,93 manat pul vəsaitinin geri qaytarılmasının tələb edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və xx.xx.2021-ci ildən güzəştli şərtlərlə 52 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddaçının iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin.” məzmunda dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1975-xx.xx.1977-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.1977-ci ildən yenidən əmək fəaliyyətini hazırki vaxtadək davam etdirmişdir. Əmək fəaliyyətinin mühüm hissəsi 1 saylı güzəştli siyahıya aid edildiyinə görə, 52 yaşının tamam olduğu vaxtda aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə ərizə ilə müraciət edərək tələb olunan bütün sənədləri təqdim etmişdir. Müəyyən müddət araşdırma aparıldıqdan sonra ona 52 yaşdan güzəştli şərtlərlərlə pensiya təyin edilərək xx.xx.2021-ci il tarixədək ödənilmiş, sonradan isə əmək pensiyası azaldılmışdır. Bununla bağlı 2021-ci ilin iyun ayında cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ilə ərizəsi təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, yalnız xx.xx.1977- xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır, X3 rayon şöbəsi tərəfindən ona 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, bu səbəbdən ona xx.xx.2009- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilədək qüvvədə olmuş redaksiyasına uyğun) əsasən 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından, ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılığı razılığının verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, ona hədə-qorxu gəlib əlavə pul hesabladığını və həmin pulu geri qaytarmasını tələb edir. Halbuki, iddiaçı özü-özünə pensiya təyin etmək iqtidarında olmayıb, o yalnız pensiya təyinatı barədə ərizə ilə səlahiyyətli dövlət qurumuna müraciət edib, tələb olunan sənədləri təqdim edib, onun sənədləri DSMF-nin Nizami rayon şöbəsinin əməkdaşları, habelə yuxarı qurum olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən ətraflı araşdırılmış, yekunda isə haqlı olaraq 52 yaşdan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Hətta, həmin dövrdə cavabdehin əməkdaşları iddiaçının işlədiyi müəssisələrə gedib, onun iş rejimi barədə tanış olub, güzəştli iş stajı və əmək fəaliyyətini tam yoxlamış, bundan sonra ona pensiya təyin edilmişdir. Göründüyü kimi, 2009-cu ildə pensiya təyinatı aparılandan 12 ildən artıq müddət keçəndən sonra təkrarən pensiyanın düşüb-düşməməsinin yoxlanılması qanunsuz və əsassız olmuş, iddiaçı tərəfindən pensiya təyinatı ilə bağlı hər-hansı qanunsuz və ya saxta sənəd təqdim edilməsi müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın həmin hesablamanı aparmağa səlahiyyət verdiyi əməkdaşları tərəfindən aparılmışdır ki, bu zaman iddaçının həmin hesablamanın aparılmasında hər-hansı formada təqsiri mövcud olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılardır: iddiaçı Mərkəzi Filiala 01 iyul 2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Bildirilir ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 12 yanvar 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala miqrasiya olunmuş bütün pensiya işlərinin mərkəzi filialda davamlı araşdırılması prosesi çərçivəsində iddiaçıya məxsus pensiya işinə və ona əlavə edilmiş sənədlərə baxılarkən məlum olmuşdur ki, 12 mart 1974-cü il tarixində açılmış əmək kitabçasının surətində iddiaçının: xx.xx.1973xx.xx.1974-cü il tarixləri arasındakı dövr ərzində “Uşaq oyuncaqları fabrik”ində fəhlə; xx.xx.1977-xx.xx.1977-ci tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində tökücü şagirdi; xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri (1 №-li siyahı üzrə təsnifat kodu: 1110100a-13395); xx.xx.1982xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyahı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Tula metalkonstruksiya zavodu”nda yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyahı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis; xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq; xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində usta (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000b-23419); xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində mexaniki yığma sexində çilingər; xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində böyük usta; xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində sahə rəisi; xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “MakŞelf birgə müəssisəsində quraşdırıcı-çilingər; xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yığıcı-çilingər; xx.xx.1999xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Azfen” Birgə müəssisəsində quraşdırıcı (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000a-14612); xx.xx.2004-cü il tarixindən pensiya təyin olunan tarixədək AMEC Services LTD-də metal-konstruksiyaları üzrə quraşdırıcı (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000a-14612) vəzifələrində çalışdığı əks olunmuşdur. Göründüyü kimi, iddiaçının yalnız xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. X3 rayon şöbəsi tərəfindən iddiaçıya 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də iddiaçıya xx.xx.2009xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun) əsasən 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş vəsait 479227, 93 manat təşkil etmişdir. Həmin qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi iddiaçıdan xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tələb edilmiş iş materiallarından görünür ki: iddiaçının pensiya işində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi 053567 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1-ci siyahı üzrə xx.xx.2009-cu ildə əmək pensiyası təyin edilmiş, daha sonra pensiya təyinatı orqanının müvafiq sərəncamları ilə artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarı ilə iddiaçıdan xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 479227,93 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin İ və İİİ hissələri). «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. Həmçinin işin araşdırılan hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iddiaçıya pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ləğv olunmadığı halda, cavabdeh tərəfindən heç bir inzibati akt qəbul etmədən qanunsuz olaraq iddiaçıya pensiya ödənişinin ödənilməsini dayandırmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi “Əsassiz ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının dayandırıldıgı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi” hissəsində əsaslı oldugundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, “əmək pensiyasının ödənilməmiş hissəsinin birdəfəyə ödənilməsi” ilə baglı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarı ləğv edilməli, İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsi bərpa edilməli və əmək pensiyasının dayandırıldıgı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsi bərpa edilsin və əmək pensiyasının dayandırıldıgı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar