Məhkəmə qərarları › İş №e-2-1(112)-5611/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5611/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5611/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2023-cü il tarixli, **********594000 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə əsasında "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 7069 manat dəyərində minik avtomobili üçün ehtiyat hissələri alınmış və daha sonra həmin mallar müvafiq müqavilə əsasında Xaçmaz rayonu İcra Hakimiyyətinə təqdim edilmişdir. “MEGA 98 LT" MMC-nin Nazirlər Kabinetinin 2020-ci il 28 iyul 265 nömrəli Qərarına əsasən Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixindən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Əməliyyat aparıldığı vaxt həmin ödəyici riskli vergi ödəyicisi olmamışdır. “Marona" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanmış müqaviləyə görə elektron qaimə-faktura əsasında 34764.8 manat dəyərində (sənaye əleyhqazı, rezin əlcəklər, birdəfəlik geyimlər, qoruyucu kombinezon, eynəklər və sair) mallar alınmış və həmin mallar daha sonra Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə xx.xx.2022-ci il tarixində təhvil-təslim aktı əsasında təqdim edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Əməliyyat aparıldığı vaxt həmin ödəyicinin riskli vergi ödəyicisi olması barədə heç bir yerdə məlumat olmamışdır. Hər iki hüquqi şəxslə əqdlərin bağlandığı və əməliyyatların (maliyyə, malların təhvili və s.) aparıldığı tarixdə həmin hüquqi şəxslər riskli vergi ödəyicisi olmamış və onların gələcəkdə riskli vergi ödəyicilərinin siyahısına daxil ediləcəyini güman etmək mümkün deyildi. Ümumi dövriyyədən irəli gələrək, müvafiq elektron qaimə-fakturalar əsasında təqdim edilən mallara görə 205.266,07 (ƏDV- siz) manat məbləğində gəlir, elektron qaimə-faktura əsasında əldə edilən mallara görə isə 200 493,77 manat (ƏDV-siz) məbləğində xərc 2022ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əks etdirilmişdir. Göstərilən xərc məbləğindən "xxxx" MMC-yə ödənilmiş 7069 manat və "xxxx" MMC-yə ödənilmiş 34764.8 manat xərcin (cəmi 41833.8 manat) həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi səbəbindən gəlirdən çıxılmasına yol verilməmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlaması ilə kənarlaşma yaranmışdır. xx.xx.2023-cü il tarixli **********422800 nömrəli məktub göndərilmiş, qeyd edilən kənarlaşmalar ilə əlaqədar uyğunsuzluq barədə məktuba xx.xx.2023-cü il tarixdə **********756200 nömrəli əsaslandırılmış izahat verilmişdir. Lakin vergi orqanı əsaslandırılmış izahatı nəzərə almayaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə əlavə olaraq (41833.8*20%) 8366,76 manat mənfəət vergisi hesablamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2022-ci ilin mənfəət vergisi üzrə 8366,76 manat (səkkiz min üç yüz altmış altı manat 76 qəpik) vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra kameral vergi yoxlaması ilə əlaqədar hesablanmış verginin azaldılması ilə əlaqədar iddiaçının xx.xx.2023 il tarixli (AVİS qeydiyyatı xx.xx.2023 il tarixli) **********439200 nömrəli inzibati şikayətinə baxılma müddəti xx.xx.2023-ci il tarixli, **********800800 nömrəli və xx.xx.2023-cü il tarixli, **********815000 nömrəli məktublarla iki dəfə uzadılmışdır. Nəhayət, xx.xx.2023-cü il tarixdə müraciətdən 80 gün sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsində iddiaçının müraciətinə baxılaraq 27 sentyabr 2023-cü il tarixli, **********999700 nömrəli qərar qəbul edilməklə şikayət təmin edilməmişdir. Həmin qərardan müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmişdir. Şuranın 01 dekabr 2023cü il tarixli, 89 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlanın hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərarı,İnzibati şikayətlərə baxılması baş idarəsinin 27 sentyabr 2023-cü il tarixli **********999700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.İlkin olaraq nəzərə alınmalıdır ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar aparan digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasın görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı idi. Çünki hazırkı mübahisənin yarandığı tarixdə qüvvədə olan Vergi məcəlləsinin 109.9-cu maddəsinin mətninə görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri Vergi Məcəlləsinin 14-cü, 14- 1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.Lakin inzibati orqan hər iki hissədə əsassız qərarlar qəbul etmiş və iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Çünki yuxarıda qeyd edilən hüquqi şəxslərin əməliyyat aparılan zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks etdirilməmiş və e-taxes.gov.az saytında yoxlama aparılarkən həmin ödəyicilər riskli vergi ödəyicilərinin siyahısında olmamışlar. Bu fakt bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləriinn siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə yuxarıda qeyd edilən hüquqi şəxslərin digər əməliyyatlarının riskli hesab edilərək sonuncuların riskli vergi ödəyicilərinin siyahısına salınması isə iddiaçının apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3 və 1.4cü bəndlərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergı ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytında dərc edilir.Eyni zamanda riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin internet vergi idarəsi portalında elektron qaimə sistemi vasitəsilə aparılmış əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.Lakin iddiaçının apardığı əməliyyatlar zamanı qeyd edilən məlumat və bildiriş dərc olunmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “MR SUPPLY" MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli şikayəti araşdırılaraq xx.xx.2023-cü il tarixli **********057800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü iİ tarixli, **********594000 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı və ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu müəyyən edilmişdir.Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 41 833,8 manat məbləğinin təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********422800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə 8 366,76 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.Belə ki, kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər" bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 180706,78 manat məbləğin 41 833,8 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 8366,76 manat mənfəət vergisi hesablanmışdır.Daxil olmuş müraciət ilə əlaqədar Cəmiyyətə xx.xx.2023-cü il tarixli **********387000 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin səlahiyyətli nümayəndəsi X9 xx.xx.2023-ci il tarixdə araşdırmada iştirak etmişdir.T.Hümbətov verdiyi izahatda Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəələrin əmtəəsiz hesab edilmədiyini, təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxıldığını və Vergi Məcəlləsinin 14.2-ci maddəsinə görə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edildiyini bildirmişdir.Araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 200493,77 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların əldə edilməsi, bundan 7069,0 manat hissəsində olan EBBU seriyalı 668016 nömrəli elektron qaimə-fakturanın (sənaye əleyhiqazı, rezin əlcək, eynək və s.) "xxxx" MMC-dən (VÖEN: **********) və 34 764,8 manat hissəsində olan EBCJ seriyalı 806004 nömrəli və EBCK seriyalı 344419 nömrəli elektron qaimə-fakturalarının (benzin nasosu (BMW 2010 750İİ 4.4 motor), əyləc diski (ön və arxa) (BMW 2010 750 li 4.4 motor), amartizator(qabaq) (BMW 2010 750İİ 4.4 motor) və s.) "MARONA MMC-dən (VÖEN. **********) əldə edilməsi həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə- fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları (iş və xidmətləri) satdıqları müəyyən edilmişdir."MEGA 98 LT” MMC tərəfindən xx.xx.2022-ci - xx.xx.2022-ci il tarix aralığında cəmi 50 400,0 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Bayraq dirəyi (paslanmayan dəmir 600 sm x 60 mm diametrdə). Rolik tutqac plastik ip çatdırılma və quraşdırılma. Dəmir qab (20kq), dəmir qab (50kq), stul kino zal üçün, lak və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyətin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********359900 nömrəli qərar qəbul edilmişdir."MARONA’' MMC tərəfindən xx.xx.2022-ci - xx.xx.2022-ci il tarix aralığında e-qaimə- faktura məlumatlarına əsasən 41 022,46 manat (ƏDV-li) dəyərində "Bir dəfəlik geyim (qoruyucu kombenizon), sənaye əleyhqazı üçün filtr" və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən təqdim edilmiş mallar müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti (obyekti) mövcuddur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən Cəmiyyətin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********670900 nömrəli qərar qəbul edilmişdir.Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********479400 nömrəli və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş və qeyd edilən Cəmiyyətlərin rəhbərləri (səlahiyyətli nümayəndələri) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədi araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2023-cü il tarixli Aktlarla rəsmiləşdirilmişdir.Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********), ROM 22 LT MMC-nin (VÖEN: **********), "xxxx" MMCnin (VÖEN: **********) və "xxxx" MMC-nin rəhbəri X5, eyni zamanda "NOORMANS MMCnin (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir.Araşdırma zamanı, Cəmiyyətin 2022-ci il ərzində 205 266,07 manat (ƏDV-siz) məbləğində elektron qaiməfaktura təqdim etdiyi, 200 493,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura əldə etdiyi müəyyən edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinə (VÖEN: **********) 10 122,57 manat, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə (VÖEN: **********) 187286,5 manat, Xaçmaz rayon İcra Hakimiyyətinə (VÖEN:**********) 7857 manat, ümumilikdə 3 vergi ödəyicisinə 205266,07 manat məbləğində müxtəlif mallar və xidmətlər (akkumlyator (Khazar), amartizator (qabaq) (BMW 2010 750H 4.4 motor), elektrik samovar-50 litr və s.) təqdim edildiyi, "xxxx" MMC-dən (VÖEN: **********) 130 551,0 manat, X4 (VÖEN: **********) 2 656,77 manat, X6 (VÖEN: **********) 9 384,0 manat, ümumilikdə 10 vergi ödəyicisindən 200 493,77 manat məbləğində müxtəlif mallar və xidmətlər (benzin filtiri (BMW 2010 750İİ 4.4 motor), ayaqqabı, çəngəl-bıçaq, əyləc bəndi (naklatka) (Khazar) və s.) alındığı müəyyən edilmişdir.Beləliklə, Cəmiyyət tərəfindən "xxxx"xxxx"xxxx" MMC-dən elektron qaimə-fakturalar əsasında 41 833,8 manat dəyərində əldə etdiyini iddia etdiyi müxtəlif çeşidli malların (iş və xidmətlərin) (əyləc diski (ön və arxa) (BMW 2010 750İİ 4.4 motor), sənaye əleyhqazı, rezin əlcək, eynək ) uçot-baza məlumatlarına əsasən "xxxx"xxxx"xxxx" MMC-nin əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaklarlına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar səlahiyyətli nümayəndələrinin araşdırmada iştrak etmədiklərini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır, həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamənin 218-ci "Ümumi Gəlirlər" sətrində göstərilən 205266.10 manat məbləğ 200000.00 manatdan yuxarı olmasına baxmayaraq Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 6106.88 manat güzəşt hüququndan istifadə etməsi uyğunsuzluğun yaranmasına səbəb olmuşdur.Vergi Məcəlləsinin 13.2.69cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 4.Bundan əlavə etirazdan daha əvvəl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi haqqında ərizə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən **********594000 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir.İddiaçı xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixdə tanış olmasına baxmayaraq, iddianı xx.xx.2024-cü il tarixdə qaldırmışdır, iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 7.Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarın mövcud olması barədə iddiaçının məlumatlı olmasını, lakin iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməsini bildirsə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilmiş qərar məhkəməyə müraciət edilməsindən əvvəl də mübahisələndirildiyi üçün iddia müddətinin axımı kəsilmiş və yenidən başlanmışdır, belə ki, hal-hazırda mübahisələndirilən qərar cavabdeh tərəfindən xx.xx.2023-cü ildə qəbul edilmişdir, həmin qərardan iddiaçı inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin həmin inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının xx.xx.2023-cü ildə verdiyi şikayəti təmin etməmişdir, bundan sonra iddiaçı həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Şurasının Apellyasiya Şurasına müraciət etmiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli, 89 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir, bundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir, bu iddia ərizəsinin üzərinə vurulmuş məhkəmə ştampı ilə təsdiq edilir.Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat X2 qərarının iddiaçıya təqdim edilməsi tarixini təsdiq edən sübut və həmin tarix barədə cavabdeh tərəfindən məlumat məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən qərardan iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Şurasının Apellyasiya Şurasına şikayətlər verməsi iddia müddətinin axımını kəsmiş və sonuncu şikayətin təmin edilməməsi barədə qərar qəbul edildikdən sonra iddia müddəti yenidən başlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və iddia müddətinə əməl edilmişdir. İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.Məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********594000 nömrəli qərara əsasən 2022-ci il üzrə iddiaçıya cavabdeh tərəfindən 8366,76 manat əlavə mənfəət vergisi hesablanmışdır, bunun səbəbi kimi əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 41833,8 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması göstərilmişdir; 02 nömrəli “Ehtiyat hissələrinin satınalma müqaviləsi”nə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, AİBNDX-11/01-5/1467P nömrəli məktubu ilə xx.xx.2022-ci ildə 5p/1196 nömrəsi ilə qeydə alınmış yekun protokol əsasında Xaçmaz rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2022-ci ildə 7857.0 manat məbləğində ehtiyat hissələrin alqı-satqısı haqqında razılaşma əldə edilmişdir, müqaviləyə qiymət cədvəli müqavilənin xüsusi şərtləri adlı 2 əlavə tərtib edilmişdir; Elekton qaimələrə əsasən xx.xx.2022-ci ildə iddiaçı tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinə 1246 manat məbləğində EBBY 218638 №li, xx.xx.2022-ci ildə 2055 manat məbləğində EBBU 868724 №li, xx.xx.2022-ci ildə 4556 manat məbləğində EBCA 149349 №li elektron qaimə təqdim edilmişdir; “Ziraat bank”ın xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli hesablarına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 5500 manat (344419 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, 01/22 nömrəli müqaviləyə əsasən), 914,80 manat (344419 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, 01/22 nömrəli müqaviləyə əsasən), 28350 manat (344419 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə, 01/22 nömrəli müqaviləyə əsasən) məbləğləri ödənilmişdir; 01/22 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ilə "xxxx" MMC arasında müxtəlif məhsulların alqı-satqısı haqqında müqavilə imzalanmışdır; müqavilənin 1 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən müqavilə əsasında təchiz ediləcək məhsullar 26650 manat məbləğində birdəfəlik geyimdən (qoruyucu kombinezondan), 640 manat məbləğində sənaye əleyhqazından, 800 manat məbləğində sənaye əleyhqazı üçün filtrdən, 260 manat məbləğində rezin əlcəkdən ibarətdir, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC müqavilənin predmeti olan tikinti üçün geyimi satmış, iddiaçı isə qəbul etmişdir; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə iddiaçı arasında bağlanmış S-2022-21 nömrəli, xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzi, bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzi, heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzi üçün xüsusi geyim dəstlərinin satınalma müqaviləsinə əsasən iddiaçının xüsusi geyim dəstlərinin satın alınması üçün 220998,07 manat məbləğində təklifi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən qəbul edilmişdir və alqı-satqı şərtləri razılaşdırılmışdır; “Malların təhvil verilməsi barədə” xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə cəmi ƏDV daxil 50501,64 manat məbləğində mallar təhvil verilmişdir; “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli elektron qaimə fakturalara əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 33453 manat və 7569,46 manat məbləğində birdəfəlik geyim (qoruyucu kombinezon), sənaye əleyhqazı, sənaye əleyhqazı üçün filtr, rezin əlcək, rezin çəkmə, eynək əlcək (qutu) satılmışdır; İddiaçının “Ziraat Bank”da olan hesabından çıxarışlarda Xaçmaz rayon İcra Hakimiyyətindən, Aqrar Xidmətlər Agentliyindən və digər qurumlardan pul vəsaitlərinin daxil olması və köçürülməsi barədə məlumatlar əks olunmuşdur. İV.Məhkəmənin mövqeyi 11.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur 13.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın 2.1-ci bəndində göstərilir ki, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;.. 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Həmin Meyarların 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Həmin Meyarların 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 14.İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü iİ tarixli, **********594000 nömrəli Qərar qəbul edilmişdir, həmin qərarla iddiaçıya 2022-ci il üçün mənfəət vergisi üzrə 8 366,76 manat vergi məbləği hesablanmışdır. Cavabdehin etirazına əsasən buna səbəb kimi iddiaçı tərəfindən "xxxx"xxxx"MARONA MMC-dən təsdiqedici sənədləri olmayan malların satın alındığının müəyyən edilməsi, "xxxx"xxxx"xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul ediməsi göstərilmişdir. 15.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İşin faktiki hallarına əsasən, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Cavabdehin iddiaya dair etirazından göründüyü kimi cavabdeh özü də iddiaçının "xxxx"xxxx"MARONA MMC ilə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını inkar etmir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malları əldə etmələrinə dair elektron qaiməfakturaya, yük gömrük bəyannamələrinə və elektron alış aktlarına, yəni təsdiq edici sənədlərə malik olub-olmaması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də,qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. 16.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırmamışdır, onun xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir, nəticədə iddiaçı üçün əlverişsiz qanunsuz inzibati akt qəbul edilmişdir. 17.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 18.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2023-cü il tarixli, **********594000 nömrəli qərarı ləğv edilməlidir. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 34 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2023-cü il tarixli, **********594000 nömrəli qərarı ləğv edilsin.

Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar