Məhkəmə qərarları › İş №e-2-1(112)-5630/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5630/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5630/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X4 işə cəlb edilməklə bölgü sxemin verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X4 işə cəlb edilməklə bölgü sxemin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində cavabdehə torpaq bölgüsü ilə bağlı müraciət etmiş, lakin inzibati orqan ona bölgü sxeminin tərtib edilməsinə imtina vermişdir. Həmin torpaq sahəsini oğluna bağışlamaq istəyir, bu səbəbdən də, bölgü sxemin verilməsi zəruridir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********99 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sənəd üzrə sahənin döngə nöqtələrinin koordinatları ilə faktiki koordinatlar arasında fərq mövcuddur. Belə ki, plan və ölçüdə göstərilən torpaq sahəsinin bir hissəsi hasardan kənarda qonşunun istifadəsində qalır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi isə daşınmaz əmlakın dövlət reyestrindən (AZE 0********) X1 adına qeydiyyatdan keçmiş qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən bölgü sxeminin tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 44/312 saylı bağ sahəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçı sözügedən torpaq sahəsini notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı mqüaviləsi” əsasında X2 əldə etmişdir. - Cavabdeh tərəfindən əvvəlki mülkiyyətçi X3 adına torpaq sahəsinin planı (cizgisi) tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 4 iyun 2025-ci il tarixli, 3-21-3-30/2-23255/2025 nömrləi məktubla bildirilmişdir ki, idarənin arxivində X1 adına Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 44/312 saylı sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsinin koordinatları əks olunmuş sxemini və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən sənəd üzrə sahənin döngə nöqtələrinin koordinatları ilə faktiki koordinatlar arasında fərqin mövcud olmasına, plan və ölçüdə göstərilən torpaq sahəsinin bir hissəsinin hasardan kənarda qonşunun istifadəsində qalmasına, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi isə daşınmaz əmlakın dövlət reyestrindən (AZE 0********) X1 adına qeydiyyatdan keçmiş qonşu torpaq sahəsi ilə üstüstə düşməsinə istinad edilməklə imtina edilmişdir. Beləliklə məhkəmə hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağını və cavabdehin imtinasında göstərilənləri nəzərə alaraq hesab edir ki, o, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istadə etməmişdir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi mübahisəli deyildir. Üçüncü şəxsin həmin torpaq sahəsinə dair hər hansı bir iddiası mövcud deyildir. Mövcud vəziyyətin yaranmasına səbəb iddiaçıya məxsus torpaq sahəsinin faktiki koordinatları ilə plan-ölçü sənədindəki döngə nöqtələrinin koordinatları arasındakı fərqin olmasından qaynaqlanır. Belə olan təqdirdə o, düzgün hüquqi müdafiə vasitəsindən, o cümlədən əlverişli iddia növündən istifadə etməklə ilk öncə mülkiyyətində olan torpaq sahəsinin plan-ölçü sənədindəki koordinatlarının faktiki koordinatlarına uyğunlaşdırılması barədə ərizə ilə cavabdehə müraciət etməli, həmin uyğunsuzluq aradan qaldırıldıqdan sonra isə bölgü sxemin verilməsi ilə bağlı yenidən cavabdehə müraciət etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən tələblərlə bağlı müraciətləri təmin edilmədikdə onun inzibati qaydada məhkəməyə müraciət etmək hüququ saxlanılır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbində çatmaq istədiyi hüquqi marağa uyğun olaraq düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyindən, onun hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar