Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5631/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati iş icraata daxil olduqdan sonra məhkəmə hazırlıq iclası xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025–ci il tarixlərə təyin edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişləri göndərilmişdir. Eyni zamanda iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vardır və məhkəmə iclaslarının vaxtından məlumatlıdır. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə xəbərdarlıq məktbubu iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində işin mürəkkəb olduğunu və vəkillə müdafiə olunacağını, vəkilin iş materialları ilə tanış olmasını nəzərə alaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəsatəti nəzərə alınaraq məhkəmə iclası xx.xx.2025-ci il tarixə (1 ay sonraya) təxirə salınmışdır. Lakin iddiaçı məhkəmənin həmin iclasında da iştirak etməmiş, vəkillə müqavilə bağlayıb-bağlamamasına dair, həmçinin, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclası təkrarən xx.xx.2025-ci il tarixə təxirə salınmış və iddiaçıya xx.xx.2025-ci il tarixli iddianın mümkünlüyü ilə bağlı hüquqi yardım məktubu göndərilmişdir. Lakin iddiaçı məhkəmənin 9.04.2025-ci il tarixli iclasında da iştirak emtəmiş, hüquqi yardım məktubuna münasibət bildirməmiş, vəkillə müqavilə bağlaması barədə vəsatətin verilməsindən 2 aya yaxın müddət keçməsinə və məhkəmə iclası iki dəfə təxirə salınmasına baxmayaraq məhkəmə iclasında iştirak etməməsinə dair hər hansı məlumat verməmiş, işin araşdırılmasında iştitak etməmiş və nəticədə ardıcıl olaraq məhkəmə icraatından yayınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri götürülmüş hesab edilməsi ilə bağlı münasibət bildirilməsi təklif edildi. Cavabdehin nümayəndəsi iddia ərizəsinin geri götürülmüş hesab edilməsinə etiraz etmədiyini bildirdi. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Məhkəmə qeyd edir ki, iddiaçı elektron kabinetə malik olmaqla məhkəmə tərəfindən aparılan bütün prosessual hərəkətlərdən, o cümlədən məhkəmə iclasının təyin edilməsindən xəbərdardır. Məhkəmənin məhkəmə icraatında yayınma barədə xəbərdarlıq məktubu da iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə sənədlləri Mülki Prosessual Məcəllənin 10-1, 135 və İnzibati Prosessual Məcəllənin 1.2, 9-1.3, 9-1.4-cü maddələrinin tələblərinə əsasən rəsmi qaydada təqdim edilmiş hesab edilir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş məhkəmənin icraatında olan inzibati işə marağını itirmişdir. İddiaçı vəkillə müqavilə bağlayacağını bildirirərək iclasın təxirəsalınmasını xahiş etmiş, lakin 2 aya yaxın müddət keçməsinə, ümumiyyətlə inzibati iş məhkəmə icraatına 4 aya yaxın müddət daxil olmasına baxmayaraq, bu barədə məhkəməyə hər hansı məlumat verməmiş, məhkəmənin sonrakı iclaslarında iştirak etməməsinin səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə hesab edir ki, 2 ay vəkillə müqavilə bağlanması və vəkilin iş materialları ilə tanış olması üçün kifayət müddətdir. Eyni zamanda iddiaçı göstərilən müddət ərzində vəkillə müqavilə bağlamağın mümkünsüzlüyü, məhkəmə iclasında iştirak etməməyinin üzrlü səbəblərdən olmasına dair məhkəməyə hər hansı məlumat verməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyi hazırkı işə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatından yayınmış, iddia ərizəsinin geri götürülməyə əsas ola biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5631/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5631/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver