Məhkəmə qərarları › İş №e-2-1(112)-5642/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5642/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5642/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı “məxsus olma barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuşdur. mərhum X12 və X17 qızıdır. X12 və X21 13 dekabr 1966-cı il tarixdə nikaha daxil olmuşdur. X12 xx.xx.2006-cı il tarixdə, X21 isə xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət etmiş və iddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Bakı şəhəri 12 saylı notariat ofisinin 3779 saylı, xx.xx.2022-ci il tarixli 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubuna əsasən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün mərhum X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmadığından göstərilən ərazinin “955” saylı torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin “955” saylı torpaq sahəsinin ətrafında olan 954, 954 A saylı bağ sahələrinin olması onu göstərir ki, 955 saylı torpaq sahəsində heç bir dəyişiklik və ya sürüşmə yoxdur. Əgər 955 saylı bağ sahəsi həmin ünvanda yerləşməsəydi, bələdiyyə tərəfindən yerində baxış və yoxlama keçirilməklə həmin torpaq sahəsinin iddiaçıya aid olmadığını bildirərdi. Lakin faktiki və hüquqi olaraq 955 saylı bağ sahəsi iddiaçıya məxsus olduğuna görə bu günədək torpaq vergisi ödənilir, hər hansı vergi borcu yoxdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, arxiv qovluğunda olan sənədlərə əsasən, Ləhiş bağları sahəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1040 saylı (köhnə nömrə ilə) bağ sahəsi xx.xx.1967-ci il tarixli 14457 nömrəli müqavilə ilə Ağakərim Əjdər oğlunun icarəsinə verilmişdir. xx.xx.1974-cü il tarixdə sözügedən bağ sahəsinə dair müqavilə müddəti artırılmışdır. Sənədlər toplusunda saxlanılan xx.xx.1986cı il tarixli aktda bağ sahəsinin yeni nömrəsi “955” kimi qeyd edilmişdir və X21 ilə 955 saylı bağ sahəsinə dair xx.xx.1986-cı il tarixli 14457 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra X17 vəfatından sonra bağ sahəsi X6 adına keçirilmiş və onunla 955 saylı bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. Bakı Şəhəri Sabunçu rayonu Kürdaxanı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, arayış vətəndaş İddiaçı ondan ötrü verilir ki, həqiqətən də xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X6 ölüm tarixindən hazırki günə kimi xx.xx.1992-ci il tarixdə 14457 saylı müqavilə əsasında verilmiş Ləhiş bağ ərazisindəki 955 saylı bağ sahəsinin istifadəçisi və vergi ödəyicisidir. İddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmaqda davam edərək ona müvafiq əmlak üzrə çıxarşın verilməsi yubadılmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdehə təkrar müraciət olunaraq çıxarışın verilməsi üçün hər hansı maneənin olmaması, buna görə də ona çıxarışın verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmuşdur və buna görə də Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyiinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********35 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmadığından göstərilən ərazinin “955” saylı torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-1(112)-5642/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İ-ЖГ seriyalı 412152 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X20 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 2185 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 261072 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 936 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 261073 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X21 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 456 nömrəsi ilə qeyd edilmişdir. -Bakı şəhər 12 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 3779 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 12 saylı notariat ofisinə İddiaçı QİZİ tərəfindən müraciət daxil olmuş və o qanun üzrə vərəsə kimi tanınmışdır. X6 vəfat etməsi ilə əlaqədar vərəsələrin ərizəsi əsasında xx.xx.2022-ci il tarixində tərəfimizdən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X5 miras qalmış Bakı Şəhəri, Sabunçu Rayonu, Ləhiş bağ ərazisində yerləşən sahəsi 0.25ha olan 955 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət resestrindən çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6460/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ətrafında 954D, 1051a, 1057 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6498/2025 nömrəli məktubu ilə təqdim edilən sxematik xəritədən müəyyən olunur ki, 955 saylı bağ sahəsi 954, 956 saylı bağ sahələrinin arasında yerləşməklə ətrafında 1056,1057, 861, 862 nömrəli bağlar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6964/2025 nömrəli məktubu ilə təqdim edilən hüquqmüəyyənedici sənədlərdən görünür ki: -“Bağın icarəyə verilməsi haqqında” xx.xx.1992-ci il tarixli 14457 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin X2 və X15 qəsəbəsində 0.25 ha bağ sahəsini, sahəsi 14.9 kv.m olan 1 otaqdan ibarət binanı icarədar X6 istifadəsinə verir. Müqavilə xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək qüvvədədir. -“Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” xx.xx.1974-cü il tarixli 14457 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Ləhiş qəsəbəsində 0.25 ha sahəsi olan bağ sahəsini və bir otaqdan ibarət sahəsi 14.90 kv.m olan mənzil olan 1040 nömrəli bağ sahəsini köməkçi tikililər ilə birlikdə icarədar X17 istifadəsinə verir. -“Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli 14457 nömrəli Müqaviləyə əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Tresti Bakı şəhəri, Ləhiş qəsəbəsində 0.25 ha sahəsi olan bağı, 15.0 sahəsi olan evi ilə birlikdə 1040 nömrəli bağ sahəsini icarədar Ağakərim Əjdər oğlunun istifadəsinə vermişdir. -Bağ sahəsinin yerləşmə planına əsasən 1040/955 nömrəli bağın 3 tərəfi qonşu- 1039/951; 1041/953; 1150/1050 nömrəli bağlar və 1 tərəfi yoldur. Cizgidə 1040/955 nömrəli bağ ərazisində A tikilisi göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7333/2025 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq sahəsi 2500.0 kv.m təşkil edir. Bağ sahəsinin sərhədləri bir tərəfinin bir hissəsi qonşu hasar, digər tərəfləri isə 2-5 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Darvazası yoxdur. Arxiv cizgisində olan ev faktiki uçmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-34628/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ətrafında 954D, 858, 964, 1057 saylı bağ sahələri yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********09 nömrəli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Ləhiş bağlar sahəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1040 saylı (köhnə nömrə ilə) bağ sahəsi xx.xx.1967-ci il tarixli 14457 nömrəli müqavilə ilə Ağakərim Əjdər oğlunun icarəsinə verilmişdir, xx.xx.1974-cü il tarixdə sözügedən bağ sahəsinə dair müqavilə müddəti artırılmışdır. Sənədlər toplusunda saxlanılan xx.xx.1986-cı il tarixli aktda bağ sahəsinin nömrəsi yeni nömrəsi "955" kimi qeyd edilmişdir ve X25 ilə 955 saylı (0.25 ha) bağ sahəsinə dair xx.xx.1986-cı il tarixli 14457 mömrəli müqavilə bağlanılmışdır. Daha sonra X17 vəfatından sonra bag sahəsi X6 adına keçirilmiş və onunla 955 saylı bağ sahesinə dair xx.xx.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1039 (köhnə nömrə ilə) saylı bağ sahəsi xx.xx.1967-ci il tarixli 14458 nömrəli müqavile ilə X7 icarəsinə verilmişdir. xx.xx.1974-cü il tarixdə mügevie müddəti artırılmışdır. Sənədlər toplusunda saxlanılan xx.xx.1995-cı il tarudi aidda bağ sahəsinin yeni nömrəsi "954" kimi qeyd edilmişdir və X14 le xx.xx.1986-cı il tarixli 14458 nömrəli müqavilə bağlanılmışdır. xx.xx.1994-cü il tarixde müqavilə müddəti bir daha artırılmışdır. X7 vəfatından sonra 954 saylı bağ sahəsi X1 adına keçirilmiş, onunia xx.xx.2005-ci il tarixli 14458 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli Torpaq sahasının planı ve Ölçüsü senedi əsasında Sabunçu rayonu, Ləhiş bağ sahəsı. 954 saylı bağ sahası Ünvanında yerləşən 0.240506 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 40-767 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 954 saylı bağ sahəsinin 0.04 ha hissəsi X3 adına, 40-765 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.1002 ha hissəsi 954D saylı bağ sahəsi kimi X8 adına, 40- 766 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə 954 saylı bağ sahəsinin digər 0.1002 ha hissəsi 954C saylı bağ sahəsi kimi X9 adlarına xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********35 nömrəli məktubunda göstərilmişdir ki, ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmadığından göstərilən ərazinin 955 saylı torpaq sahəsinə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********33 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********35 nömrəli, xx.xx.2023cü il tarixli məktubla cavab verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Ləhiş Bağlar massivində 0.25 ha ölçüdə 955 saylı bağ sahəsinin xx.xx.1992-ci il tarixli, 14457 nömrəli icarə müqaviləsinə əsasən X6 istifadəsinə verildiyini əsas gətirərək, X6 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun mərhumun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsası ondan ibarət olmuşdur ki, bağ sahəsinin yerləşdiyi ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmadığından göstərilən ərazinin 955 saylı torpaq sahəsinə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən dəlilini müraciətin təminindən imtina üçün əsas hesab etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ sahəsi X11 və İstismarı Birliyi ilə ilk dəfə xx.xx.1967-ci il tarixli müqavilə əsasında Ağakərim Əjdər oğlunun istifadəsinə verilmiş,xx.xx.1974-cü il tarixdə, xx.xx.1986-cı ildə Ağakərim Əjdər oğlunun adına yenidən müqavilə bağlanaraq fasiləsiz istifadədə olmuşdur. Ağakərim Əjdər oğlunun xx.xx.1992-ci il tarixdə vəfatından sonra X12 xx.xx.1992-ci il tarixdə ərizə ilə müraciət edərək, 955 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında 14457 nömrəli müqavilənin onun adına keçirilməsini xahiş etmiş və 955 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilə X2 və İstismarı Birliyi ilə X12 arasında xx.xx.1992-ci il tarixli 14457 nömrəli müqavilə bağlanmışdır. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli 14457 nömrəli müqavilə arxivdə mövcuddur, həmin müqavilədə tərəflərin- bağlar təsərrüfatı idarəsinin rəisinin imzası və icarəçinin imzasının olduğu görünür və bu hal iddia olunan bağın qanuni istifadədə olduğunu təsdiq edir. Odur ki, xx.xx.1992-ci il tarixli 14457 nömrəli icarə müqaviləsi mübahisə predmeti olan bağ sahəsinə hüququn qeydiyyata alınmasına əsas verən mötəbər hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə bağın cizgi planına əsasən iddia olunan 955 saylı bağ sahəsi köhnə nömrə ilə 1040 olmaqla bağların nömrə ardıcıllığına uyğun olaraq 1039/951; 1041/953; 1150/1050, sxematik xəritəyə əsasən isə 954, 956, 1056, 1057, 861, 862 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşir. Eyni zamanda iddia olunan bağ sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündə, iddia olunan torpaq sahəsinin ətrafında 858, 954D, 964, 1051a, 1057 nömrəli bağ sahələri yerləşdiyi görünür. Beləlikə, iddia olunan sahəsinin bağların sxematik xəritədə yerləşmə ardıcıllığına uyğun yerləşdiyi müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilən yerli müayinə aktında torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə 2500.0 kv.m ölçüsü faktiki sahəsi ilə uyğunluq təşkil etdiyi qeyd edilmişdir və torpaq sahəsinin digər bağ sahələri ilə üst-üstə düşmə halı müəyyən edilməmiş, iddia olunan bağın iddiaçı tərəfin faktiki sahiblik və istifadəsində olduğu öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının (vərəsələrin) naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd olan xx.xx.1992ci il tarixli 14457 nömrəli icarə müqaviləsində qeyd edilən 955 saylı bağ sahəsi olduğu ortofoto görüntüdən və sxematik xəritənin qarşılıqlı müqayisəsindən müəyyən olunmuşdur.. Bundan əlavə, hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının faktiki istifadəsində olan hazırda bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olmasına dair arayışın verilməsini istisna edən faktiki və hüquqi əsas mövcud deyildir. Belə olan halda cavabdeh orqanın imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan 955 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Döclət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar