Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5676/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin icra orqanının rəhbəri X5 ölkədən getmək hüququna tətbiq olunmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin icra orqanının rəhbəri X5 ölkədən getmək hüququna tətbiq olunmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ilə “Neptun" Birgə Azərbayca n-ingiltərə MMC-yə kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 1240303,14 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. Sözügedən qərar cavabdeh tərəfindən mübahisələndirilmişdir və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin məhkəmə prosesində iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMCyə hesablanmış vergilər ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının icrasının dayandırılması barədə, yəni Cəmiyyətin bank hesabları və ƏDV depozit hesabı üzərinə alınmalı və dondurulmalı sərəncamların qoyulmasının, həmçinin qərarın icrası ilə bağlı digər hərəkətlərin edilməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3430/2024 saylı Qərardadı ilə iddiaçı “Neptun" Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrası dayandırılmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın icrası ilə bağlı "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin direktoru X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 3430/2024 saylı Qərardadı əsasında "xxxx" Birgə Azərbaycan- İngiltərə MMC-nin direktoru X5 ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsinə dair müvafiq ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət olunsa da, sonuncu orqan tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-M- 3xx-xx/2024 saylı məktubda ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsindən imtina edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən "xxxx" Birgə Azərbaycan- İngiltərə MMC-yə qarşı xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın icrası ilə əlaqədar hesablanmış vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və hazırda həmin məhkəmədə 2- 1(112)-11047/2024 saylı iş üzrə məhkəmə mübahisəsinə baxılır. Göründüyü kimi, "Neptun” Birgə Azərbaycan-İngiltərə MMC-nin balansında kifayət qədər daşınmaz əmlaklar vardır və borc əsaslı olduğu halda həmin əmlakların satılması nəticəsində borcun ödənilməsi təmin oluna bilər. Bu baxımdan direktorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına heç bir ehtiyac yoxdur. Direktor xarici vətəndaşdır və istər şəxsi işləri ilə bağlı, istərsə də işgüzar məqsədlə tez-tez ölkədən getmək zərurəti yaranır. Lakin, hazırda tətbiq olunmuş məhdudiyyət şəxsin hüquqlarını pozmuşdur. Həmçinin, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-yə əlavə vergilərin hesablanmasına əsas olmuş xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar məhkəmədə mübahisələndirildiyindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3430/2024 saylı Qərardadı ilə bağlı direktorun ölkədən getmək hüququna tətbiq olunmuş müvəqqəti məhdudiyyət dərhal götürülməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)-576/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 mart tarixli, e-2-2(113)- 2526/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin dövlət büdcəsinə olan 901.105,60 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Birgə AzərbaycanX2 Cəmiyyətinin 2024-cü il 15 mart tarixinə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə ərizəçi tərəfindən həmin hüquqi şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq ödənilməsi tələb edilmişdir. Lakin həmin borc ödənilməmişdir. Borc məbləği ödənilmədiyindən ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, borc məbləği kifayət qədər yüksəkdir, maraqlı şəxs xarici ölkə vətəndaşıdır və ölkə hüdudlarını tərk edərək, borcun ödənilməsindən yayına bilər. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsinin qərar olsa belə, maraqlı şəxs ölkədən gedəcək və s. kimi oxşar ifadələr işlətməsi də həmin qənaətin əsaslı olmasını göstərir. Maraqlı şəxs X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 iyun tarixli, 2-2(103)-568/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs X6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin həmin qərarı ilə maraqlı şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 iyun tarixli, 2-2(103)-568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...məhkəmə kollegiyası qeyd edir ki, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması xüsusi icraat qaydasında baxılan işin predmetini təşkil etmir. Maraqlı şəxsin kassasiya şikayətində də qeyd etdiyi kimi, bu məsələ ayrıca məhkəmə və ya inzibati icraatda mübahisələndirə bilər. Hələ ki, müvafiq icraat qaydasında borcun əsassız olması və ləğv edilməsi nəticəsinə gəlinməmiş, bununla bağlı qərar qüvvəyə minməmişdir, borcun mövcudluğu prezumpsiyası qüvvədədir və vergi orqanının Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ, məhkəmələrin isə bu ərizəyə mahiyyəti üzrə baxmaqla, müvafiq qərar qəbul etmək səlahiyyəti olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallardan isə görünür ki, kassatorun dövlət büdcəsinə vergi borcu mövcuddur.” İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3430/2024 saylı qərardadından görünür ki, iddiaçı “Neptun" Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrası dayandırılmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, “...İddiaçı “Neptun" Birgə Azərbaycan- İngiltərə MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1240303,14 (bir milyon iki yüz qırx min üç yüz üç manat on dörd qəpik) manat əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli **********597100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7880/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir... İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçı “Neptun" Birgə Azərbaycan-İngiltərə MMC-yə kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 1240303,14 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd olunur: Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait mədaxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranmışdır.” İddiaçı hazırda rəhbəri olduğu “Neptun" Birgə Azərbaycan-İngiltərə MMC-yə əlavə vergi borcunun hesablanması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrasının dayandırılmasına istinad edərək onun ölkədən getmək hüququnun məhdudlaşdıırlmasının götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na 4 nömrəli Əlavəyə əsasən: Vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: - Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır. - Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilir. - Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər. - Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə edilən, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər. - Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər. - Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən borc məbləğlərinin avtonəqliyyat vasitələrinə və ya əmək haqqına yönəldilməsi məqsədi ilə məhkəmə orqanlarına müraciət edilə bilər. - Vergi borcunun məcburi qaydada alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına və ya icra qurumlarına müraciət edilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; - maddə 24.1. Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. İstinad olunan normalardan görünür ki, şəxsin vergi borcu olduqda onun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının vəzifəsidir. Vergi orqanının həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı vəzifəsi isə o zaman yaranır ki, müvəqqəti məhdudlaşdırılmaya səbəb olmuş əsas aradan qalxsın, yəni hazırkı halda “Neptun" Birgə Azərbaycan-İngiltərə MM-yə hesablanmış vergi borcu ödənilsin. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 mart tarixli, e-2-2(113)- 2526/2024 nömrəli qətnaməsindən də görünür ki, X5 ölkədən getmək hüququ "xxxx" Birgə Azərbaycan-X2 Cəmiyyətinin dövlət büdcəsinə olan 901.105,60 manat vergi öhdəliyinin tam yerinə yetirilməsinədək müvəqqəti məhdudlaşdırılmışdır. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarından MMC-nin həmin vergi borcunu ödəməsi müəyyən edilmir. Belə olan halda isə aydındır ki, cavabdehin məhdudlaşdırmanın götürülməsi vəzifəsi mövcud deyil. İddiaçı hazırkı tələbinin əsası kimi vergi öhdəliyi yaradan xx.xx.2024-cü il tarixli **********597100 nömrəli qərarın icrasının dayandırılmasına istinad edir. Lakin məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, iddiaçının ölkədən getmək hüququ cavabdehin qərarının icrası dayandırılana kimi məhdudulaşdırılmış, həmin inzibati aktın icrası sonradan dayandırılmışdır. Beləliklə, işin halları ilə iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5676/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5676/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver