Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5694/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1035.51 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 80000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh (VÖ1E5N********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 1035.51 manat borcuna görə 80000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1035.51 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-561/2022 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış öhədliklərinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, habelə tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
3. xx.xx.2024-cü il tarixində vergi borclarını ödəməyən Cavabdeh (VÖEN:**********) barəsində “Əmlakın siyahıya alınması haqqında” **********0 nömrəli Qərar qəbul edilmişdir.
4. Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə Xəbərdarlı məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun tərkibi aşağıdakı kimidir: ümumi borc – 10.853,69 manat; əsas vergi borcu – 7.891,77 manat; faiz borcu – 2.921,92 manat; maliyyə sanksiyası üzrə borc – 40,00 manat. ...Odur ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinə məxsus əmlaklar qanunvericilikdə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Nəzərə çatdırılır ki, aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən, vergi ödəyicisinin mülkiyyətində olan GMC YUKON XL MİNİK markalı 10AZ203 dövlət nömrə nişanlı, MİTSUBİSHİ L200 MİNİK markalı 10PZ203 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin (vasitələrinin) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən vergi ödəyicisi qeyd olunan daşınar əmlakın (əmlakların) siyahıya alınması məqsədilə şəxsiyyəti təsdiq edən sənədi və həmin daşınar əmlaka (əmlaklara) dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri təqdim etməklə xx.xx.2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 181A dəvət olunur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədlər təqdim edilmədiyi halda, avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və vergi borcunun məcburi qaydada avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir.
5. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********0 nömrəli protokola əsasən, Cavabdehnə məxsus 1 ədəd 30000 manat dəyərində Mitsubishi L200 minik markalı 10PZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 1 ədəd 50000 manat dəyərində GMC YUKON XL minik markalı 10AZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ümumilikdə 80000 manat məbləğində əmlakı siyahıya alınmışdır.
6. Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməməsi (imtina edilməsi) barədə xx.xx.2024-cü il tarixli Akt iş materiallarına əlavə edilmişdir.
7. Şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə vergilər üzrə 4.449,12 manat (faiz üzrə qalıq 2.160,72 manat) borcu var.
8. Cavabdeh orqan tərəfindən təqdim edilmiş “Avtomobillərin siyahısı” barədə Elektron sistemdən çıxarışa əsasən iddiaçı Cavabdeh MMC-nin mülkiyyətində 1 ədəd Mitsubishi L200 minik markalı 10PZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 1 ədəd GMC YUKON XL minik markalı 10AZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır.
9. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.
11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
14. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mübahisəsiz olaraq mövcudluğunun, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə vergilər üzrə 4.449,12 manat (faiz üzrə qalıq 2.160,72 manat) borcu var. Vergi orqanı müvafiq borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçıya məxsus 1 ədəd 30000 manat dəyərində Mitsubishi L200 minik markalı 10PZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 1 ədəd 50000 manat dəyərində GMC YUKON XL minik markalı 10AZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ümumilikdə 80000 manat məbləğində əmlak siyahıya alınmışdır. Müvafiq avtonəqliyyat vasitələrinin iddiaçı Cavabdeh MMC-yə məxsusluğu işin mübahisəsiz halıdır.
16. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının 4.449,12 manat (faiz üzrə qalıq 2.160,72 manat) vergi borcuna münasibətdə ümumi dəyəri 80000 manat təşkil edən 2 avtonəqliyyat vasitəsinin siyahıya alınması mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
17. Odur ki, iddiaçının qeyd edilən borcunun ödənməsi məqsədilə yalnız 30000 manat dəyərində Mitsubishi L200 minik markalı 10PZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin siyahıya alınması yolverilən hesab edilməlidir. Belə ki, hətta qeyd edilən bir avtomobilin dəyəri borc məbləğindən bir neçə dəfə artıqdır. Məhkəmə bu qənaəti yuxarıda qeyd edilən yanaşmaya uyğun hesab edir (borc mövcuddur, əmlak vergi ödəyicisinə məxsusdur və borc siyahıya alınmış əmlakın dəyərinə mütənasibdir).
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 30000 manat dəyərində Mitsubishi L200 minik markalı 10PZ203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva