Məhkəmə qərarları › İş №e-2-1(112)-5762/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5762/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5762/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məktubun etibarsız hesab edilməsi və müqavilə müddətinin uzadılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “bildirişin etibarsız hesab edilməsi və müqavilə müddətinin uzadılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra mətndə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli, 3/27/2-7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, 3/27/2-8783/2024 nömrəli bildirişlərin etibarsız hesab edilməsi və İddiaçı MMC-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə İddiaçı MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə bağlanmışdır. Müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün iddiaçıya cavabdeh tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Müqaviləyə əsasən mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumi sayı 10001 ədəd olan “*0000-9999” nömrə resursu (qısa nömrələr) iddiaçı üçün ayrılmışdır. AR Tarif (Qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli iclasının “Azərbaycan Respublikasının ümumi istifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli qərarına uyğun olaraq iddiaçı birdəfəlik 28000 manat və illik 2000 manat olmaqla 30000 manat ödəniş həyata keçirmişdir. Cavabdeh tərəfindən 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqaviləyə əsasən nömrə resursları ayrıldıqdan sonra iddiaçı operatorlarla “qısa nömrələr üzrə distribyutorluq müqaviləsi” və sifarişçilərlə (abunəçilərlə) “qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi” bağlayaraq gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu məqsədlə iddiaçı Mobil və Stasionar Operatorlarla (məsələn, Bakcell MMC, Azercell Telecom MMC, Bakı Telefon Rabitəsi MMC, Ultel MMC və s) müqavilə bağlayaraq, onlardan texniki dəstək almaqla ona ayrılmış *-lu qısa nömrə resurslarından prefikslərin istifadəsi ilə bağlı abunəçiləri ilə xidmət müqaviləsi bağlayır. Məsələn, abunəçiyə *7000 qısa nömrəsi ayrılır və bu qısa nömrəyə gələn zənglər onun Stasionar və ya Mobil Operatora məxsus korporativ alt nömrəsinə inteqrasiya olunur, yəni zənglər həmin nömrəyə gəlir. İddiaçı bu xidmətin göstərilməsi üçün Nazirliklə bağladığı müqavilə əsasında həm Mobil və Stasionar Operatorlarla, həm də abunəçi ilə yuxarıda adlarıçəkilən müqavilələri bağlayır. Cavabdehlə müqavilə 1 il müddətinə bağlansa da tərəflər uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün müqavilə müddəti avtomatik qaydada uzanmışdır. Ona görə də iddiaçı 2024-cü il də daxil olmaqla həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZ59CTRE******************** saylı hesabına illik 2000 manat ödənişlər həyata keçirmiş, həm də bu müddət ərzində bir çox sifarişçiyə qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət göstərmişdir və hazırda da qısa nömrələrin istifadəsi ilə bağlı 400-dən artıq yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 10 oktyabr 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, cavabdeh 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasını məqsədəuyğun hesab etmir. İddiaçı 10 oktyabr 2024-cü il tarixli bildirişə cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkil edilməsini xahiş etsə də onun xahişi cavabsız qalmışdır. X4 və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 29 noyabr 2024- cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin 09 fevral 2025-ci ildə dayandırılacağı qeyd edilərək iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində nazirliyə təqdim olunması xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə bildiriş təqdim edilərək müqavilənin uzadılmamasına dair müraciətin iddiaçının hüquqlarını pozduğu əsaslandırılmışdır. Yazılı müraciətlər göndərilən ərəfədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xidmət göstərdiyi abunəçilərin (sifarişçilərin) qısa nömrələrinə zənglər edilərək X13 MMC ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış müqavilənin qüvvədə olmayacağı, abunəçilərə müqavilə bağlamaları üçün nazirlik tərəfindən yeni şirkət təqdim olunacağı bildirilmişdir. X7 və Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edən Sevinc Vəliyeva abunəçilərə X13 MMC ilə Nazirlik arasında bağlanmış müqavilənin müddətinin dekabr ayında bitdiyini bildirsə də bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müqavilə 09 fevral 2011-ci il tarixində 1 il müddətinə bağlanmış və 13 ildir ki, avtomatik qaydada uzadılmışdır. Yuxarıda göstərildiyi kimi X13 MMC-nin isə müqavilənin uzadılmasında üstünlük hüququ vardır və nömrə resursunun müddətli yoxsa daimi istifadəyə ayrılması iddiaçının müraciətindən asılıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, № 3-27/2-58/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, № 3-27/2-58/2025 saylı iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə İddiaçı MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “*” işarəsi ilə başlayan “*0000-9999” nömrə resursları iddiaçıya ayrılaraq ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılmışdır. Müqavilə mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Müqavilə əsasında mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumi sayı 10001 ədəd olan “*0000-9999” nömrə resursu (qısa nömrələr) iddiaçı üçün ayrılmışdır. Müqavilə şərtlərinə əsasən müqavilə 1 (bir) il müddətinə (müqavilənin 5.1-ci bəndi üzrə) bağlansa da, tərəflər müqavilə müddətinin uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün sözügedən müddət 2025-ci il 9 fevral tarixinədək avtomatik qaydada uzadılmışdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il 10 oktyabr tarixli 3-27/2 7402/2024 nömrəli və 29 noyabr tarixli 3-27/2-8783/2024 nömrəli bildirişləri ilə həmin müqavilə üzrə münasibətlərin 2025-ci il 9 fevral tarixindən etibarən dayandırılacağı (müqavilənin 5.1-ci bəndinə istinadən) qeyd edilərək iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində Nazirliyə təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 2.0.2-ci yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra sahələrlə yanaşı, telekommunikasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirir. Həmin Əsasnamənin 3.0.45-ci yarımbəndinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək Nazirliyin vəzifələri kimi müəyyən edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Həmin Qanunun 1.0.7- ci maddəsinə əsasən icazə şərtləri icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərdir. Qeyd edilən Qanunun 26.1.2-ci maddəsinə əsasən icazə müddəti bitdikdə ləğv edilir. Nömrə resurslarının ayrılması və onlardan istifadə ilə bağlı tələblər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə müəyyənləşdirilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora və provayderə ayrılır. Adıçəkilən Qanunun 7.3-cü maddəsinə əsasən isə nömrə resursu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə operator və ya provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. Qaydaların 3.2-ci bəndinə əsasən nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı, qeyd edilən Qanunun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın tələblərindəndir. Belə ki, həmin Qanunun 3.1.7-ci maddəsinə əsasən radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi telekommunikasiya fəaliyyətinin əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.95-ci yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra sahələrlə yanaşı, telekommunikasiya sahəsində təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək vəzifəsi daşıyır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-ci maddəsinə görə istehlakçıların hüquqlarını pozmamaq isə telekommunikasiya operatorunun vəzifəsidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə görə həmin Qanun qüvvəyə minənədək operatora və ya provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Telekommunikasiya sahəsində olan qanunvericilik nömrə resurslarının müddətli və ya daimi istifadəyə verilməsini bağlanan müqavilə şərtlərindən asılı edir və nömrə resurslarından istifadəyə dair münasibətlər müqavilə əsasında yaranır. Nömrə resurslarının istifadəsinin müddətli olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilmişdir. Belə ki, qeyd edilən münasibət üzrə müqavilənin 1 (bir) il müddətinə bağlanılması konkret icazənin müddətli olmasına dəlalət edir. Bu hal özlüyündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müqavilənin ləğvi barədə bildirişi təqdim etməsinin həm qanunvericiliyə, həm də müqavilənin şərtlərinə tam uyğun olduğunu göstərir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının nə “Lisenziyalar və icazələr haqqında”, nə də “Telekommunikasiya haqqında” qanunlarında “icazə müddətinin tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter alması” institutu müəyyən edilməmişdir. Sözügedən qanunlara əsasən icazə müddətinin bitməsi nəticəsində həmin icazənin ümumi əsaslarla yenidən alınması nəzərdə tutulur. İddiaçının xidmət göstərdiyi şəxslərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəng edilməsi iddiası ilə bağlı bildiririk ki, qanunvericiliyə əsasən Nazirlik telekommunikasiya sahəsində istehlakçıların hüquqlarının qorunması vəzifəsini daşıyır. Müqavilənin ləğv edilməsi halında iddiaçının xidmət göstərdiyi şəxslərin hüquqlarının qorunması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq bildirişlər ən azı 4 (dörd) ay əvvəlcədən verilərək iddiaçıya öz öhdəliklərinin vaxtında icrasına və tənzimlənməsinə şərait yaradılmışdır. Eləcə də iddiaçının xidmət göstərdiyi şəxslərin telekommunikasiya xidmətlərindən fasiləsiz istifadə edə bilməsinin təmini üçün müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda, iddiaçıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda həmin resurslardan səmərəli istifadə edilməmiş, təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Həmçinin, nömrə resurslarının ayrılmasında üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanunun qüvvəyə minənədək (xx.xx.2005) operatora və ya provayderə verilmiş nömrə resursuna şamil edilir. Eləcə də müqavilənin müddəti əvvəlcədən bəlli olduğu halda iddiaçı tərəfindən bu hal nəzərə alınmadan abunəçilər ilə münasibətlər düzgün tənzimlənməmişdir. Bu baxımdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə və müqaviləyə uyğun olaraq icazənin ləğv edilməsi səbəbindən iddiaçı ilə abunəçilər arasındakı münasibətlərin həlli iddiaçının özü tərəfindən müqavilənin şərtləri nəzərə alınmaqla həyata keçirilməli idi. Belə ki, müqavilənin müddətinin bitmə tarixi iddiaçıya əvvəlcədən məlum olmuşdur. Bununla yanaşı, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İddiaçı MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi haqqında” 97 nömrəli 09 fevral 2011-ci il tarixli müqavilədsən görünür ki, bu Müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Sifarişçiyə, Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir (bənd 1.1). Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir. Tərəflərdən heç biri qarşı tərəfə ən azı bir ay qabaqcadan bu Müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim etməzsə, bu Müqavilənin qüvvədə olma müddəti növbəti il üçün uzadılmış hesab olunur (bənd 5.1). Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X13” MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli, № 3-27/2-7402/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə İddiaçı MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilə ilə “*” işarəsi ilə başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən İddiaçı MMC-yə “*0000-9999” nömrə resursları ayrılmışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri qarşı tərəfə ən azı bir ay qabaqcadan yazılı müraciət təqdim etməklə müqavilənin qüvvədə olma müddətini növbəti il üçün uzatmaya bilər. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə ayrılmış və istifadəyə verilmiş nömrə resurslarının daha səmərəli istifadəsini təmin etmək üçün Nazirliklə İddiaçı MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədə uyğun hesab etmirlər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, telekommunikasiya fəaliyyəti o cümlədən nömrə resurslarının səmərəli istifadəsi prinsipi əsasında həyata keçirilir. Ölkənin nömrə resursları dövlətə məxsusdur və ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur”. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X13” MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli, № 3-27/2-8783/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə İddiaçı MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə bağlanmış və “*” işarəsi ilə başlayan “*0000-9999” nömrə resursları ayrılaraq ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılmışdır. Qeyd olunan sənədin müvafiq şərtinə əsasən, müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasının məqsədəuyğun hesab edilməməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-27/2-7402/2024 nömrəli məktubu ilə İddiaçı MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi zərurəti və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin, həmçinin “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5.1.2-ci yarımbəndinin, eləcə də mövcud müqavilənin 5.1-ci yarımbəndinin tələbləri nəzərə alınaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İddiaçı MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 09 fevral tarixli 97 nömrəli müqavilə üzrə münasibətlər, onun qüvvədə olma müddətinin xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Mövcud müqavilə əsasında tərəfinizdən abunəçilərə ayrılmış nömrə resursları barədə məlumatların bu məktuba əlavə olunan cədvələ uyğun tərtib edilməklə mümkün qısa müddət ərzində nazirliyə təqdim edilməsi xahiş olunur”. ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 6.1.7. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində də həyata keçirilir. ... Maddə 12.1. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər. 12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır. 12.3. Operator hər bir ümumi istifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. 12.4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 56.1. Telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir. 56.2. Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli, 277 nömrəli Fərmanı: Bənd 2.3. həmin Qanunun 12.2-ci, 12.3-cü, 12.4-cü və 56.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliliyinin 03 sentyabr 2012-ci il tarixli, 01 №-li qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” nın təsdiq edilməsi haqqında: ... 3.1. Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. 3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. 3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. ... 5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə; 5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda. 5.2. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır. 5.3. Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir. 5.4. Nömrə resurslarının ərizəçidən geri alınması barədə qərar qəbul edilən zaman, abunəçilərin və istifadəçilərin müvafiq müəssisələrlə müqavilə hüquqları və öhdəlikləri Nazirlik tərəfindən nəzərə alınır, onlara göstərilən telekommunikasiya xidmətlərində fasilələrə yol verilmir. 5.5. Nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə Nazirliyin İnternet səhifələrində məlumatlar verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: ... 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. ... 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. … Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. … İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.

Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır. Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. Belə ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır. Başqa sözlə, inzibati aktın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. Bu konteksdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin məktubları “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmədiyindən inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda ləğv olunması tələb olunan məktub adından göründüyü kimi məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş və onun məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sənədin ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan bildirişə münasibətdə iddia mümkün sayıla bilməz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə bir daha qeyd edir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, mübahisələndirilən məktublar özlüyündə ərizəçi ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam vermədiyinə görə, onun qəbul edilməsi nəticəsində ərizəçinin hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə məktubun özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Bundan əlavə, məhkəmə qeyd edir ki, məktubun verilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Lakin cavabdehin məktubu “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmədiyindən inzibati akt kimi qiymətləndirilə bilməz. Cavabdehin məktubunda iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraatın başlanılması və keçirilməsi əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya münasibətdə hər hansı məcburedici hərəkətlər edilməmişdir. Hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz. X9 Məhkəməsinin presedent hüququna əsasən: - “Mübahisə” sözü (Fransız dilində “contestation”) formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X8rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). - “Mübahisə” real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). - Mülki “hüquq”un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). - Məhkəmə yerli qanunvericiliyə əsasən “ictimai hüquq” sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi “contestations sur (des) droits et obligations de caractère sivil” nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki “... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, müvafiq hesablamaya dair bildiriş inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, İddiaçı MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilə hal-hazırda ləğv edilməmiş, yalnız müqavilənin müddətinin uzadılması məqsədəuyğun hesab edilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”(9-cu bənd). Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda məhkəmə vurğulayır ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş qanunvericiliyə uyğun hər hansı məcburedici hərəkətlər edilməmişdir. İddiaçının müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan Qaydaların (“Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” nın təsdiq edilməsi haqqında) tələblərinə əsasən nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Beləliklə göründüyü kimi, iddiaçı Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair ərizə ilə müraciət eməli olduğu halda, cavabdeh inzibati orqana belə müraciət etmədən üstünlük hüququnun həyata keçirilməsi barədə tələb irəli sürmüşdür.

İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məktubun etibarsız hesab edilməsi və müqavilə müddətinin uzadılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar