Məhkəmə qərarları › İş №e-2-1(112)-5781/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5781/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5781/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığım hissələri üzrə pensiya kapitalına toplanmış məbləğin yenidən hesablanmasının cavabdehin öhdəsinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2017ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığım hissələri üzrə pensiya kapitalına toplanmış məbləğin yenidən hesablanmasının cavabdehin öhdəsinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsində göstərilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci ildə yaranmış, həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı həmin tarixdən sonra 6 il işləmişdir. İddiaçı keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsini tələb etmişdir. Mərkəzi Filial tərəfindən verilmiş cavab məktubunda iddiaçının əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) 301,76 manat müəyyən edildiyi qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçıya ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği 2024-cü ilin may ayında pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Digər tərəfdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarixdən sonra əmək fəaliyyəti 6 ili (72 ay) əhatə etmədiyindən (faktiki 54 ay) əmək pensiyasının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 01,11,1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01.01,2006-cı il tarixədək 31 il 9 ay 17 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3172,44 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 26,04.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) 301,76 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği 01.01,2023-cü il tarixdən 328,68 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 377,00 manata, xx.xx.2024-cü il tarixdən 419,22 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği 2024-cü ilin may ayında vətəndaşın pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Cavabdeh məhkəməyə “icraata xitam verilməsi”nə dair vəsatət təqdim edərək bildirmişdir ki, mübahisə mərkəzi fiial tərəfindən məhkəmədənkənar qaydada həll edilmişdir. Belə ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/1- D-226013/2025 nömrəli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 il işlədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 7484,71 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 523,12 manat müəyyən edilmişdir. Eyni zamanda ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) yaranmış fərq məbləği aylıq pensiyanın üzərinə əlavə edilərək ödəniləcəkdir. Cavabdeh göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. - 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir:”İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin(məhkəmə iclaslarında iştirakı) irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia ərizəsində cavabdeh qismində -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəzinə əsl olmayan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını götərmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, “səhətidə yaranmış ciddi problemlə bağlı xx.xx.2025-ci il saat 11:30 təyin edilmiş məhkəmə prosesində iştirak etmək iqtidarında deyiləm və xahiş edirəm məhkəmə iclasını başqa vaxta keçirəsiniz”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-12-D-250737/2025 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubunun surətindən məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi hazırda davam etdirilir, pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 25 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 3172,42 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandığı tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 7848,71 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 523,12 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixindən 565,49 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış fərq məbləği aylıq pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. İş materiallarından göründüyü kimi, iddiaçı keçirilmiş məhkəmə iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, işə onun iştirakıolmadan baxılmasını xahiş etməmişdir Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciəti təmin edilmiş, arzuladığı qərarı qəbul etmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığım hissələri üzrə pensiya kapitalına toplanmış məbləğin yenidən hesablanmasının cavabdehin öhdəsinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2017ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığım hissələri üzrə pensiya kapitalına toplanmış məbləğin yenidən hesablanmasının cavabdehin öhdəsinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin, iş üzrə icraata xitam verilsin. . Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar