Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5782/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Vəkil Kamran oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Vəkil Kamran oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarın ləğv ediməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ona mart ayı ərzində 23400,00 USD ekvivalenti 39832.40 manat xarici valyuta aldığı və gəlirin əldə edilməsinin mənbəyi ilə bağlı təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 12.03.2020-ci il tarixli, **********352700 nömrəli “Valyuta mübadiləsi əmliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” əmrinə əsasən ona xərclər çıxılmadan gəlirinin 14%-i həcmində gəlir vergisi hesablanacağı bildirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli qərar qəbul edilərək, ona 5576.54 manat məbləğində vergi hesablamışdır. Onun tərəfindən 2019-cu ilin mart ayında bank vasitəsilə 23400 USD (iyirmi üç min dörd yüz ABŞ dolları) xarici valyuta alınmışdır. Bu məbləğin bərabər gəldiyi 39832.40 AZN onun illərlə yığıdığı vəsait olmuşdur. O, həm əmək müqaviləsi ilə işləmiş, həm də, fərdi sahibkar olmuşdur. Əldə etdiyi vəsaitin vergisi tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bu səbəbdən, həmin dövr üzrə boş olaraq gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. "xxxx" KB ASCdə olan bank hesabından çıxarışdan görünür ki, iddiaçıya 2014-2015-ci illər üzrə ümumilikdə 11949.21 manat məbləğində əmək haqqı köçürülmüşdür. Bundan əlavə o, həmin dövrdə avtomobilini satmış və əlində nağd vəsaiti olmuşdur. Avtomobilin alğı-satqısına əsas olmuş sənədlərin surətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən tələb etsə də, İdarə tələb olunan sənədləri ona təqdim etməkdən imtna etmişdir. Göründüyü kimi, sübutların məhkəmədənkənar qaydada, tələb olunan müddətdə toplanıb təqdim edilməsi mümkün olmamışdır. Vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya vaxtında təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənədin təqdim edilməsi də, mümkünsüz olmuş, buna baxmayaraq, iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmişdir. Bir halda ki, onun tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır. Vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə 08.06.2020-ci il tarixli “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Cavabdeh tərəfindən ona göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab verməmişdir (həmin elektron sənədin həqiqiliyi təsdiqlənməmiş, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməmiş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmamış, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməmişdir). Bu hallar “Elektron imza və elektron sənəd haqqında” Azəbraycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab edilməsi üçün əsasdır. Vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi sənədlər elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin sənəd vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bundan əlavə vəsaitin sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmədiyi məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.37ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak ifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Lakin, 2019-cu ilin mart ayında valyuta mübadiləsi əməliyyatı aparan zaman onun gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. O da, qeyd edilmişdir ki, Vergi Məcəlləsində 20.000 ABŞ dolları dəyərində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. O, valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-qanuni sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən, fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncamvermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri”anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. İddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyri-qanuni gəlir əldə etməsi sübuta yetirilməmişdir və bu səbəbdən iddiaçının valyuta mübadiləsi əməliyyatını aparması qeyriqanuni gəlir kimi şərh edilə bilməz. Cavabdeh valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyrisahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin 09.03.2021-ci il tarixli, **********276400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ərizəsində mart ayı ərzində 23400,00 USD (ekvivalent 39832,40) xarici valyuta aldığını və gəlirin əldə edilməsinin mənbəyi ilə bağlı təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 12.03.2020-ci il tarixli **********352700 nömrəli “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” məktubuna əsasən ona xərclər çıxılmadan gəlirin 14%-i həcmində gəlir vergisi hesablandığını, nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli **********516100 nömrəli qərar qəbul edilərək ona 5576,54 manat məbləğində vergi hesablandığını qeyd etmişdir. Göstərilənlərlə bağlı bildirirlər ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin vergi orqanı tərəfindən 07.12.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışından ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 39832,42 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.05.2020-ci il tarixli **********796500 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 5576,54 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli **********516100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı ərizəsində 2019-cu ilin mart ayında bank vasitəsilə 23400,00 USD xarici valyuta aldığını, bu məbləğin ekvivalenti 39832,40 manat məbləğin illərlə yığdığını, həm əmək müqaviləsi üzrə həm də, fərdi sahibkar kimi işlədiyini, "xxxx" KB ASC-dən olan bank hesabından çıxarışa əsasən 2014-2015ci illər üzrə ümumilikdə 11949,21 manat məbləğində onun hesabına əmək haqqı köçürüldüyünü, özünə məxsus avtomobilin satışından gəlir əldə etdiyini, bununla bağlı DYP müraciət etdiyini, lakin heç bir təsdiqedici sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Göstərilən ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisinə 10.03.2021-ci il tarixli **********488200 və **********674800 nömrəli “Sənədlərin təqdim edilməsi barədə" məktublar göndərilmiş və müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir bankla üzləşmə aktları, o cümlədən satışdankənar gəlirlər - bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən müvafiq sənədlər, pul vəsaiti digər şəxsə aid olduğu hallarda həmin şəxsdən notarial qaydada təsdiq olunmuş iltizam, mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə məlumat və təsdiqedici sənədlər (Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyiniz gəlirlər daxil olmaqla) və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və s), alğı-satqı müqavilələri, üzləşmə aktları, təhvil-təslim aktları və araşdırma üçün zəruri hesab etdiyiniz digər sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırmaya təqdim edilməsi bildirilməsinə baxmayaraq fiziki şəxs tərəfindən araşdırmaya gəlirlərini təsdiq edən hər-hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda fiziki şəxsin 01.12.2014-cü il tarixdən 07.11.2016-cı il tarixədək "X7" ASC-də (VÖEN **********) aylıq əmək haqqı məbləği 700,0 manat olmaqla “mütəxəssis” vəzifəsində işlədiyi, 05.10.2019-cu il tarixdən fərdi sahibkar X2 (VÖEN **********) ilə aylıq əmək haqqı məbləği 550,0 manat olmaqla əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Göründüyü kimi, fiziki şəxs müraciətində qeyd etdiyi gəlirin mənbəyi barədə təsdiqedici sənədləri tam təqdim etməmiş, 550,0 manat orta aylıq gəlir məbləğinin ay ərzində yaşayış minimumunu təmin edilməsinə, həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu üçün həmin vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsinin real olmadığı ilə müəyyən edilmiş, bununla da, mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 39832,40 manat məbləğdən artıq olması təsdiqlənməmiş, eyni zamanda avtomobilin alğı- satıqısı ilə də, bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı ərizəsində vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya vaxtında təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim edilmədiyi üçün “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 08.06.2020-ci il tarixli **********516100 nömrəli qərarın qanunsuz olduğunu, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab vermədiyini, sənədin həqiqliyi təsdiqlənmədiyi, elektron sənəd “Unicode” standartları, “UTİF-8” formalarını dəstəkləmədiyini, vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqliyinin yoxlanılması mümkün olmadığından, həmin sənədin vergi ödəyicisinə çatdırılmamış kimi hesab edildiyini qeyd etmişdir. Göstərilən ilə bağlı bildirirlər ki, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin 19.06.2020-ci il tarixli, **********626500 nömrəli elektron sənəd mübadiləsi haqqında ərizəsinə əsasən vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsi haqqında 19.06.2020-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə kağız daşıyıcıda imzalanmaqla, habelə fiziki şəxslərin vergi orqanında elektron uçotu və yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı gücləndirilmiş elektron imza ilə imzalanmaqla bağlanır. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilənin 1.5-ci bəndinə əsasən tərəflər arasında elektron kabinet vasitəsilə elektron üsulla mübadilə edilən akt, protokol, qərar, müraciət ( ərizə, sorğu təklif və şikayət) tələbnamə, bildiriş xəbərdarlıq, bəyannamə (hesabat) arayış, çıxarış və digər sənədlər (bundan sonra sənəd), habelə məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd hüquqi qüvvəyə malikdir. Bu müqavilə tərəflər arasında elektron kabinet vasitəsilə sənəd və məlumatların elektron üsulla mübadilə edilməsini, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasına uyğun olaraq vergi ödəyicisi tərəfindən kod-parol və ya gücləndirilmiş elektron imzadan istifadə edilməklə bəyannamələrin (hesabatların) göndərilməsini, həmçinin vergi orqanı tərəfindən onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsini müəyyən edir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən elektron kabinet vasitəsilə sənədlər (onların surəti) və məlumatlar elektron üsulla göndərildiyi gündən 3 gün keçdikdən sonra tərəflərə çatdırılmış sayılır. Eyni zamanda Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış sayılır. Bu müqavilənin 4.1.5-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş vergi ödəyiciləri ilə yazışma haqqında cədvələ əsasən vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla bütün sənədlər göndərilmiş və qeyd olunan sənədlər vergi ödəyicisi tərəfindən oxunmuşdur. Həmçinin İddiaçı ərizəsində əlavə vəsaitin sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmədiyi məhkəməyə təqdim edilmiş sənədlər də, sübuta yetirildiyini, iddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyri-qanuni gəlir əldə etməsi sübuta yetirilmədiyini, qeyd etmişdir. Göstərilənlərlə bağlı qeyd etmək istəyirlər ki, vergi ödəyicisi tərəfindən istər kameral vergi yoxlaması istər də, inzibati araşdırma zamanı əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər-hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Vergi ödəyicisinin gəlirinin sahibkarlıq, qeyri-sahibkarlıq və ya muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir kimi nəzərə alınmaması həmin gəlirin qeyri-qanuni əldə edilən gəlir kimi qiymətləndirilir, həmin gəlirdə Vergi Məcəlləsinin 66-ci maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Gəlirin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilməsi müəyyən edilməsə də, faktiki olaraq gəlir mövcuddur. Vergi Məcəlləsinin 97.3-cü maddəsin əsasən gəlirə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3.vergilərdən azad edilən gəlirdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirdən ibarətdir. Vergi Məcəlləsinin 67.6-ci maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən hesablanır. Əlavə olaraq qeyd etmək istəyirlər ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi sənədlərdə bir sıra ziddiyətli məqamlar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 09.03.2021-ci il tarixli (AVİS:**********326400 və **********882200) nömrəli müraciətlərində və iddia ərizəsində əldə olunmuş vəsaitin illərlə yığdığını, özünə məxsus nəqliyyat vasitəsinin satışından əldə etdiyini və fərdi sahibkar kimi və əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində bu vəsaitin topladığını, digər tərəfdən isə vergi orqanına təqdim etdiyi 07.05.2021-ci il tarixli (AVİS **********558600) nömrəli müraciətində qeyd olunan vəsaitin digər vergi ödəyicisi X1 məxsus olduğunu, X.Hümbətov tərəfindən 40000 manat məbləğin ABŞ dollarına çevrilməsi üçün ona verildiyini və onun tərəfindən qeyd olunan məbləği 23400 ABŞ dollarına çevirib X.Hümbətova qaytardığını bildirimişdir (məktublar etiraza əlavə olunur). Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məblğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Həmçinin İddiaçı qərarın mübahisələndirilməsi ilə əlaqədar inzibati icraat qaydasında yuxarı vergi orqanına müraciət etdiyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması idarəsinin 06.05.2021- ci il tarixli **********536600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə inzibati şikayətinin təmin edilməməsi və 9 saylı Ərazi Vergilər İdarəsinin 09.03.2021-ci il tarixli **********276400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərar alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və cavabdehin etirazına dair mülahizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.05.2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, ididaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Tərəflərindən mart ayı ərzində 23400,00 (ekvivalenti 39832,40 manat) USD xarici valyuta lınmışdır. Gəlirin əldə edilməsinin mənbəyi ilə bağlı təsdiqedici sənədləri vergi orqanına təqdim etmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətindən daxil olmuş 12.03.2020-ci il tarixli, **********352700 nömrəli “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” əmrinə əsasən ona xərclər çıxılmadan gəlirinin 14 %-i həcmində gəlir vergisi hesablanacaqdır. Sənədlər: Cari vergi bəannaməsi. İşdə olan 9 saylı Ərazi Vergilər İdarəsinin 08.06.2020-ci il tarixli, **********516100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının surətindən görünür ki, iddiaçıya 2019-cu ilin gəlir vergisi üzrə Vergi Məcəlləsinin müddəalarına əsasən Gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 5.576,54 manat məbləğində gəlir vergisi hesablanmışdır. İşdə olan iddiaçı tərəfindən 9 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış 09.03.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı bildirmişdir ki, tərəflərindən 2019-cu ilin mart ayında bank vasitəsilə 23400 USD xarici valyuta alınmışdır. Bu məbləğin bərabər gəldiyi 39832.40AZN onun illərlə yığdığı vəsait olmuşdur. Bildirir ki, o, həm əmək müqaviləsi ilə işləmiş, həm də, fərdi sahibkar olmuşdur. Əldə etdiyi vəsaitin vergisi tutulmuşdur. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şxəs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bu səbəbdən, həmin dövr üzrə boş olaraq gəlir vergisi bəyananməsi təqdim edilmişdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış 07.05.2021-ci il tarixli müraciətdən görünür ki, müraciətinə baxılmasına cavab olaraq əlavə sənədləri təqdim edərək, nəzərə alınmasını xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının 07.05.2021-ci il tarixli müraciətinə cavab olaraq verilmiş məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, müraicətində 2020-ci ilin mart ayı ərzində əldə etdiyi 23400 (ekvivalenti 39832.42 manat) USD xarici valyutanın ona aid olmadığını, həmin vəsaitin fərdi sahibkar X1 (VÖEN: **********) məxsus olduğunu bildirərək, təsdiqedici sənədlər əlavə etsə də, vəsaitin mənbəyi barədə təsdiqedici sənədlər əlavə olunmamışdır. Müraciətinin ətraflı araşdırılması üçün 25.05.2021-ci il tarixdə, **********231600 nömrəli məktubla təsdiqedici sənədləri vergi orqanına təqdim etməsi bildirilsə də, tərəflərindən heç bir təsdiqedici sənədlər təqdim edilməmişdir. İşdə olan X4 tərəfindən verilmiş **********947 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X.Hümbətov bildirmişdir ki, ona məxsus 40000 manat pulun İddiaçı ABŞ dolları dəyişmək üçün 2020-ci ilin mart ayının əvvəlində vermişdir. İddiaçı həmin pulu ABŞ dollarına dəyişib (23400 ABŞ dolları) ona qaytarmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 06 may 2021-ci il tarixli, **********56600 nömrəli qərarının surətindən görünür ki, fiziki şəxs İddiaçı şikayətlərində 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 5576, 54 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Aparılan inzibati şikayət zamanı müəyyən edilmişdir ki, uçot məlumat bazasına əsasən fiziki şəxsin 08.01.2013-cü il tarixdən 29.11.2017-ci il tarixədək ünvan 1 ünvanında “Şirniyyat mağazası” adlı təsərrüfat subyektində fərdi sahibkar kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı, fiziki şəxsin 01.12.2014-cü il tarixdən 07.11.2016-cı il tarixədək “X7” ASC-də (VÖEN **********) aylıq əmək haqqı məbləği 700.0 manat olmaqla “mütəxəssis” vəzifəsində işlədiyi, 05.10.2019-cu il tarixdən fərdi sahibkar X2 (VÖEN **********) ilə aylıq əmək haqqı məbləği 550.0 manat olmaqla əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Fiziki şəxs müraciətində qeyd etdiyi gəlirin mənbəyi barədə təsdiqedici sənədləri inzibati araşdırmaya tam təqdim etmədiyindən, 550.0 manat orta aylıq gəlir məbləğinin ay ərzində yaşayış minimumunun təmin edilməsinə, həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu üçün həmin vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsinin real olmadığı inzibati araşdırma ilə müəyyən edilmiş, bununla da, mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 39832.40 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Beləliklə, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbətinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.) sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da, konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq, fiziki şəxsin 09.03.2021-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 09.03.2021-ci il tarixli, **********276400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən qərarla İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 09.03.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbu ledilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09.03.2021-ci il tarixli, **********276400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, uçot-baza məlumatına əsasən İddiaçı vergi orqanı tərəfindən 07.12.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulalrın pərakəndə satışı”ndan ibarətdir. O, 08.01.2013cü il tarixdən 29.11.2017-ci il tarixədək ünvan 2 ünvanında “şirnyyat Mağazası” adlı təsərrüfat subyektində fərdi sahibkar kimi fəaliyyət göstərmiş, 01.12.2014-cü il tarixdən 07.11.2016-cı il tarixədək “X7” ASC-də (VÖEN **********) aylıq əmək haqqı məbləği 700.0 manat olmaqla (mütəxəssis” vəzifəsində işləmiş, 05.10.2019-cu il tarixdən fərdi sahibkar X2 (VÖEN **********) ilə aylıq əmək haqqı məbləği 550.0 manat olmaqla əmək müqaviləsi bağlamışdır. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 39832,42 manat məbləğində valyuta mübadiləsi əməliyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kim qiymətləndirərək, qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.05.2020-ci il tarixli, **********796500 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari gəlir vergisi bəyananməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 5576.54 manat vergi məbləği hesablanaraq Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə cari, daha sonra dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq gəlir və xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 5576,54 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının heablanması barədə” 09.03.2021-ci il tarixli, **********276400 nömrəli qərar qəbul olunarq iddiaçıya göndərilmişdir. İddiaçı həmin qərardan inzibati şikayət vermiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06.05.2021-ci il tarixli, **********536600 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Hazırki, iddiasında iddiaçı 9 saylı ərazi Vergilər İdarəsinin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının heablanması barədə” 09.03.2021-ci il tarixli, **********276400 nömrəli qərarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 09.03.2021-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə 06.05.2021-ci il tarixli qərarından sonra 11.10.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə başlamışdır. Məhkəmə Vergi Məcəlləsinin 70,1 , 70.2-ci maddəsi, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4, 1.1.15, 27.3-cü maddələri və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci bölməsinin əlaqəli təhlili nəticəsində hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş mübahisəli qərar elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab vermədiyindən (həmin elektron sənədin həqiqiliyi təsdiqlənməmiş elektron sənəd” Unicode” standartını, “UTF-8” formatını dəstəkləməmiş, “Elektron imza və elektron sənəd haqqında” Azəbraycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmamış, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməmişdir), iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Eyni Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İşin hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi 07.12.2012-ci il tarixdə uçota alınmış, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı”ndan ibarətdir. İddiaçı 2019-cu ilin mart ayında 23400,00 ABŞ dolları məbləğində valyuta mübadiləsi əməliyyatı aparmış, vergi orqanın tələbi əsasında pul vəsaitinin mənbəyini illərlə yığdığı, həm əmək müqaviləsi, həm də, fərdi sahibkar kimi işlədiyini, həmçinin, özünə məxsus avtomobilin satışından gəlir əldə etdiyi ilə əlaqələndirmişdir. Sözügedən məbləğ vergiyə cəlb ediləcək nə sahibkarlıq, nə də, qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olmadığından, bununla bağlı müvafiq təsdiqedici sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi orqanı isə iddiaçının pul vəsaitinin mənbəyi ilə bağlı arqumentini qəbul etməmiş və həmçinin müvafiq dövr üzrə təqdim edilmiş bəyannamədə xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün sözügedən halları vergidən yayınma halı kimi qiymətləndirərək, nəticədə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablamışdır. Belə ki, vergi orqanının mövqeyinə görə iddiaçı müraciətində qeyd etdiyi gəlirin mənbəyi barədə təsdiqedici sənədləri inzibati araşdırmaya tam təqdim etməmiş, 550.0 manat orta aylıq gəlir mənbəyin ay ərzində yaşayış minimumunun təmin edilməsinə, həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu üçün həmin vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsini real olmadığı, bununla da, mənbəyi bəlli olan faktiki gəlirlərin xarici valyutaya konvertasiya edilən 39832,40 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyrisahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.) shibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyi, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyi, bununla da, konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyrisahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməlidir. Qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da, təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını yəqin etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. Hazırkı iş üzrə vergi orqanı konvertasiya olunmuş vəsaitin mənbəyi ilə bağlı iddiaçının əsas gətirdiyi arqumentlə razılaşmasa da, bunun əksini sübut edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Bu səbəbdən də, vergi orqanının istinad etdiyi həmin hallar iddiaçının konvertasiya etdiyi vəsaitin mənbəyini təkzib etməyə kifayət deyildir. Belə ki, vergi qanunvericiliyi vergi orqanına vergi ödəyicisinin əldə etdiyi gəlirin məbləği, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olub-olmamasını, həmin gəlirin əldə olunmasına əsas verən əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri müəyyən etmək və əldə etmək üçün geniş hüquqi imkanlar nəzərdə tutmuşdur. O cümlədən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vergi orqanının vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilmə imkanı təsbit olunmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 09.03.2021-ci il tarixli, **********276400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-5782/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5782/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver