Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5782/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı və X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı evin 21-ci mənzili üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən İddiaçı və X1 birgə iddiaçılar kimi tanımasını və həmin əmlaka dair çıxarışın hər ikisinin ümumi əmlakı kimi qeydə alınaraq onalara çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil 21-ə onların ikisinin adına Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ünvan 5 üzərində iddiaçıların birgə xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardlı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X3 olmuşdur. X3 digər iddiaçının razılığı olmadan "xxxx" MTK-ya ərizə yazaraq mənzilin Maqerramov Malik Qadir oğlunun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin mənzil üzərində Maqerramov Malik Qadir oğlunun mülkiyyət hüququ 21 may 2020-ci il tarixdə "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019cu il tarixli protokolundan çıxarışa və 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin Maqerramov Malikin adına keçirilməsindən mənzilin qıfılı onun tərəfindən dəyişdiriləndən sonra məlumatı olmuş və məhkəmədə iddia qaldıraraq mənzilin onun adına keçrilməsinin etibarsız hesab edilməklə onun adına verilən çıxarışın ləğv edilməsi, mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)- 2554/2023 nömrəli qətnaməsi ilə onun İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qətnaməsi qismən – mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, Maqerramov Malik Qadir oğlunun ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. M.Məhərromovun Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə icraya yönəldilmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmurları 26 aprel 2024-cü il tarixdə qətnaməni icra edərək mənzili aktla ona təhvil vermişlər. Hazırda mənzil hüquqi və faktiki olaraq onun sahibliyində və istifadəsində olsa da, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmadığı üçün mənzilin üzərində tam sərəncam verə, mənzilin işıq, su, qaz və sair təminatlarını təmin edə bilmir. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının və Nərimanov rayon icra şöbəsinin 26 aprel 2024-cü il tarixli aktının təsdiq olunmuş surətini cavabdehə göndərərək qeyd olunan mənzilə onun adıma çıxarışın verilməsini təmin etməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2554/2023 saylı icra vərəqəsi İdarə tərəfindən icra edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 saylı evin, 21 saylı (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) mənzilinə dair Maqerramov Malik Qadir oqlının adına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış xx.xx.2024-cü il tarixdə tərəflərindən ləğv edilmişdir. Əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2554/2023 saylı icra vərəqəsində yeni çıxarışın verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü və 8.0.6-cı maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları və ya mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçılar hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətləri təmin olunmadığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallaında olan: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3584/2023 №-li Qərarında göstərilmişdir ki; ...
2. 12 aprel 2016-cı il tarixli müqavilə ilə "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58038 ABŞ dolları olan, 4 otaqlı mənzili X2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşlər.
3. "xxxx" MTK-nin maliyyə arayışına əsasən MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X3 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.
4. X1 "xxxx" MTK-yə ünvanladığı ərizənin surətindən görünür ki, Rasim Yusifov MTK-nın Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8 mərtəbə ümumi sahəsi 170,7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin Maqerramov Malik Qadir oğlunun adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzillə əlaqədar MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir.
5. 02 dekabr 2019-cu il tarixli müqavilə ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 8- ci mərtəbə, ümumi sahəsi 170,7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət mənzil Maqerramov Malik Qadir oğluna pay kimi verilmişdir.
6. "xxxx" MTK-nin 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı Maqerramov Malik Qadir oğlu tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil üzərində Maqerramov Malik Qadir oğlunun mülkiyyət hüququ 21 may 2020-ci il tarixdə "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışa və 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ...
8. İddiaçılar X3 və İddiaçı cavabdehlər Maqerramov Malik Qadir oğluna, "xxxx" MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK ilə ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1- ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının, X1 həmin mənzilin müqaviləsinin Maqerramov Malik Qadir oğlunun adına dəyişdirilməsinə dair verdiyi 02 dekabr 2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi, Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. ...
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)- 511/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 cavabdehlər Maqerramov Malik Qadir oğluna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MTK-ya qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil veriləsi” tələbinə dair iddiaları rədd edilmişdir. ...
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)- 511/2021 nömrəli əlavə qətnaməsi ilə iddiaçılar X1 və İddiaçı cavabdehlər Maqerramov Malik Qadir oğluna, "xxxx" MTK-ya və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddia rədd edilmişdir. ...
18. İddiaçılar X3 və İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)- 511/2021 nömrəli qətnaməsinin və 07 may 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)- 6540/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti və əlavə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021ci il tarixli, 2(005)-511/2021 nömrəli qətnaməsi və 07 may 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ...
21. İddiaçılar X3 və İddiaçı birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)-6945/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. ...
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 1953/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli əlavə qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, həmin mənzilə dair "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli, 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə 21 may 2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi, X1 apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin ona münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Rasim Yusifova münasibətdə tələbə qiymət verərək göstərmişdir ki, Mənzil Məcəlləsinin 113.1 və 117.1-ci maddələrinə görə kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənziltikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini tapmışdır. Bundan əlavə müəyyən olunur ki, iddiaçı Rasim Yusifov müqavilənin şərtləri ilə tanış olmuş, onu şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Rasim Yusifova münasibətdə əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin şəxsə aid hissədə iddianı təmin etməmişdir ...
31. İddiaçı və cavabdeh Maqerramov Malik Qadir oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-1953/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(102)-145/2023 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-6980/2020 nömrəli qətnaməsi qismən - “Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. ...
35. Apellyasiya məhkəməsi mübahisəli mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair 02 dekabr 2019-cu il tarixli müqaviləni, həmin mənzilə dair "xxxx" MTKnın 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışı, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız, daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş çıxarışı ləğv etməklə əşyaya münasibətdə tərəfləri əvvəlki hüquqi vəziyyətə gətirmişdir. Bu mövqe İddiaçı ilə yanaşı, digər iddiaçı Rasim Yusifovun da mənzil üzərindəki mülkiyyət hüququnun bərpa olunmasına dəlalət edir. Buna baxmayaraq məhkəmə, R.Yusifovun cavabdeh M.Maqerramovun mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin aktını qüvvəsində saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, hər iki iddiaçının qeyd edilən tələbi və onun əsaslandığı faktiki hallarla mülkiyyətin müdafiəsinə dair iddianın qanuni əsası olan MM-in 157.2 və ya 157.4-cü maddələrinin dispozisiya şərtləri arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamış, həmin tələbin rədd edilməsi bu qaydada əsaslandırılmamışdır. ....
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)- 2554/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qətnaməsi qismən – mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, Maqerramov Malik Qadir oğlunun ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MTK-dan 58038 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh Maqerramov Malik Qadir oğluna ödənilməsi qət edilmişdir. ...
43. Cavabdeh Maqerramov Malik Qadir oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)- 2554/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3584/2023 №-li Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-2554/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində cavabdeh Maqerramov Malik Qadir oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********68 №-li cavab məktubunda bildirilmişdir ki, “... Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2554/2023 saylı icra vərəqəsi İdarə tərəfindən icra edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 saylı evin 21 saylı (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) mənzilinə dair Maqerramov Malik Qadir oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış xx.xx.2024-cü il tarixdə tərəflərindən ləğv edilmişdir. Bununla bağlı olaraq Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə **********79 saylı, xx.xx.2024-cü il tarixli, Nizami rayon icra şöbəsinə **********66 saylı, xx.xx.2024-cü il tarixli məktublar ünvanlanmışdır. Əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2554/2023 saylı icra vərəqəsində onların adına yeni çıxarışın verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.4cü və 8.0.6-cı maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qəraraları və ya mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacağı bildirilmişdir”.
Məhkəmənin müvafiq sorğusuna əsasən:
DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-7691/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 21 saylı evin 21 saylı mənzilin otaqların sayı faktiki və hüquqmüəyyənedici sənəd üzrə 4, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 170.7 kv. metr və faktiki olaraq 162.5 kv.metr, yaşayış sahəsi faktiki olaraq 101.1 kv.metr təşkil edir. Akt təqdim olunmuş məhkəmə sənədləri və sözügedən mənzilin texniki pasportuna əsasən tərtib olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: ... - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ....
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi ünvan 5 üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçılar onlar üçün nəzərdə tutulmuş yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçılar yuxarıda qeyd edilən yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçılar yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıların yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçıların iddia etdiyi yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Eyni zamanda təkzibolunmaz digər bir arqument odur ki, qanunini qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən X3 və İddiaçı mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüquqları tanınmışdır. Göründüyü kimi, qeyd olunan məhkəmə qətnamələri ilə sifarişçinin "Dərəçiçək” MTK ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, 12 aprel 2016-cı il tarixli müqavilənin etibarlılığını şübhə altına alan heç bir hal olmamış, qanuniliyi və mötəbərliyi qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiallıq institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda ünvan 5 ünvanında yerləşən mənzil üzərində X4 və X1 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkünlüyü bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən isə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsi ilə də tənzimlənir. Həmin maddəyə müvafiq olaraq, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 5 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) üzərində iddiaçılar İddiaçı və X1 birgə xüsusi mülkiyyət hüquqları qeydə alınmaqla, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev