Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5807/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə (zəruri cəlbetmə qaydasında cəlb edimiş üçüncü şəxs "xxxx" firması və adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “vergi uçotundan çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəraqrartikinti" ASC-nin filialı olan “Aqrartikintiservis" Firmasının (VÖEN: **********) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən sahənin “vergi ödəyicilərinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektlərinin (obyektləri)” kimi vergi uçotundan çıxarılması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, “Aqrartikintiservis" FİRMASİ (VÖEN: **********) vergi orqanında “Azəraqrartikinti" ASC-nin (VÖEN: **********) filialı kimi qeydiyyata alınmaqla fəaliyyət göstərmişdir və hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır. İddiaçı ASC-nin X6 48 nömrəli, xx.xx.2022-ci il tarixli Əmrinə əsasən Cəmiyyətin filialı olan “Aqraratikintiservis” firmasının (bundan sonra “Filial”) ləğv edilməsi qərara alınmışdır. Filialın ləğv edilməsi ilə bağlı müvafiq ərizə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə Filialın uçotda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilərək, ləğv prosesində olan Filialın vergi orqanında uçotda olan təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması xahiş edilmişdir. Həmin müraciətə cavab olaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotunun təşkili Baş İdarəsinin 6 dekabr 2024-cü il tarixli, 3-21-2-4/2-M- 105xx-xx/2024 saylı məktubu ilə bildirilmişdir ki, “İcarənizdə olan vergi ödəyicilərinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərin) vergi uçotundan çıxarılması haqqında xx.xx.2024-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********305200 nömrəli) Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Bildiririk ki, icarəçilər təsərrüfat subyektinin (obyektin) vergi uçotundan çıxarılması üçün "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında" ərizə ilə vergi orqanına müraciət etməlidirlər.” Məhkəmənin nəzərinə çatdırılır ki, Filialın hər hansı əmlak hüququ olmamışdır və vergi orqanının Filiala ünvanlandığı məktubunda torpaq sahəsinin Filialın icarəsində olmasına dair dəlilinin heç bir hüquqi əsası yoxdur. Hər şeydən əvvəl Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Bundan əlavə Filialın həmin torpaq sahəsinə heç bir hüququnun olmadığı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Filialın ləğv edilməsi prosesi başa çatdıqda məlum olmuşdur ki, Filial ilə X8 arasında xx.xx.2020-ci tarixli, 01 nömrəli “icarə müqaviləsi” adlı sənəd tərtib edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən “sahəsi 20 x 35 olan” torpaq sahəsi Filial tərəfindən X4 (VÖEN: **********) istifadəsinə verilmişdir. Həmçinin məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi ray., ŞTQ 4-cü Mədən küçəsində yerləşən obyekt X4 olduğu yer kimi uçota alınmışdır. Bununla bağlı İddiaçı ASC tərəfindən X5 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə, onun həmin sahədən çıxarılmasına və həmin sahənin fəaliyyət yeri kimi vergi orqanından uçotdan (qeydiyyatdan) çıxarılması üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin X4 üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2185/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq qət edilmişdir ki, İddiaçı ASC-nin "xxxx" firması (Filialı) ilə cavabdeh X8 arasında bağlanmış “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ, 4-cü Mədən küçəsində yerləşən sahəsi “20x35” olan torpaq sahəsinin icarəyə verilməsi” nə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli müqavilə etibarsız hesab edilsin. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Qeyd edilən qətnamədə iddianın digər hissələrinə münasibətdə isə məhkəmə bildirdi ki: “...Məhkəmə prosesinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş registrdən çıxarışdan da müəyyən olunur ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Beləliklə də, "xxxx" firmasının həmin torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadan cavabdehlə icarə müqaviləsi bağladığı məlum olmuşdur. .... “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti .... dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Tələbin digər hissəsinə, yəni cavabdehin həmin sahədən çıxarılması və sahənin fəaliyyət yeri kimi vergi orqanından uçotdan (qeydiyyatdan) çıxarılması üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə bildirir ki, iddiaçının göstərilən torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadığından və daşınmaz əmlak dövlət mülkiyyətində olduğundan onun qeyd edilən tələbi irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə çıxış etmək hüququ iddiaçıya deyil, dövlət mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququna malik olan qurum kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mənsubdur.” Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almadan müraciətə formal cavab verməklə kifayətlənmişdir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə birmənalı olaraq müəyyən edilmişdir ki, iddiaçının həmin torpaq sahəsinə hər hansı əmlak hüququ mövcud deyil. Məlumdur ki, Mülki Məcəllənin 158.1.2 maddəsinə əsasən “əmlakdan istifadə hüququ” da “əmlak hüququ” hesab edilir. Belə olan halda, cavabdeh inzibati orqanın öz məktubunda torpaq sahəsini Filialın “icarəsində olan” kimi qiymətləndirməsi tamamilə əsassız olmaqla, müraciətə əlavə edilən məhkəmə qətnaməsi ilə müəyyən edilən halların inkar edilməsindən başqa bir şey deyildir. Dövlət mülkiyyətində olmaqla, istifadəçisinin Filial deyil, “AZƏRAQRARTİKİNTİ" ASC olduğu halda torpaq sahəsinin guya Filialın icarəsində olmasına istinad edilməklə Filialın vergi uçotundan çıxarılmasına maneə yaradılması qanunsuz və əsassızdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, icarəçilər təsərrüfat subyektinin (obyektin) vergi uçotundan çıxarılması üçun “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə vergi orqanına müraciət etməlidirlər.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi icraatınızda olan e-2-1(112)- 5807/2025 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı iddia ərizəsində bildirmişdir ki, "Filialın hər hansı əmlak hüququ olmamışdır və vergi orqanının Filiala ünvanlandığı məktubunda torpaq sahəsinin Filialın icarəsində olmasına dair dəlilinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, Filialın həmin torpaq sahəsinə heç bir hüququnun olmadığı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Filialın ləğv edilməsi prosesi başa çatdıqda məlum olmuşdur ki, Filial ilə X8 arasında xx.xx.2020-ci tarixli, 01 nömrəli “icarə müqaviləsi” adlı sənəd tərtib edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən “sahəsi 20 x 35 olan” torpaq sahəsi Filial tərəfindən X4 (VÖEN: **********) istifadəsinə verilmişdir.Həmçinin məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ŞTQ 4-cü Mədən küçəsində yerləşən obyekt X4 olduğu yer kimi uçota alınmışdır." Məhkəmənin nəzərinə çatdırılır ki, "xxxx" X13 Cəmiyyətinin "xxxx" Firmasının **********- 10001 kodlu təsərrüfat subyektində (obyektində) icarəçi X3 (VÖEN: **********) tərəfindən xx.xx.2014-cü il tarixli **********686900 ərizəyə əsasən **********-10003 kodlu və digər icarəçi X8 (VÖEN:**********) tərəfindən xx.xx.2015-ci il tarixli **********179200 ərizəyə əsasən **********-10001 kodlu təsərrüfat subyektləri (obyektləri) qeydiyyata alınmışdır. Təsərrüfat subyektinin (obyektin) (kod:**********-10001) vergi uçotundan çıxarılması üçün ilk öncə həmin icarəçilər tərəfindən “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə vergi orqanına müraciət edilməlidir. Eyni zamanda "xxxx" X13 Cəmiyyətinin "xxxx" Firmasının təsərrüfat subyekti (obyekti) xx.xx.2014-cü il tarixli **********035000 nömrəli ərizəyə və bələdiyyə arayışına əsasən Tikinti İşləri Və İcarə obeykti kimi mülkiyyətində qeydiyyata alınmışdır. Filial ilə X8 arasında xx.xx.2011-ci il tarixli 01 nömrəli (AVİS qeydiyyat: xx.xx.2015-ci il tarixli **********179200 nömrəli) müqaviləyə əsaəsn 700 kv.m sahə X5 (**********) X14 istifadəyə verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadəçisinin Filial deyil, “Azəraqrartikinti" ASC olduğu halda torpaq sahəsinin guya Filialın icarəsində olmasına istinad edilməklə Filialın vergi uçotundan çıxarılmasına maneə yaradılması qanunsuz və əsassızdır." "xxxx" X13 Cəmiyyəti tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il taixli 08/95 sənədə əsasən (AVİS qeydiyyat:xx.xx.2014-cü il tarixli **********035000 nömrəli) Bakı şəhəri Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən "1800 kv.m" sahə "xxxx" Firmasının istifadəsində olmaqla filialın balansında olması barədə sənəd vergi orqanına təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən təsərrüfat subyektinin (obyektin) vergi uçotundan çıxarılması mümkün olmamışdır. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 34.3-1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı ASC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Aqrartikintiservis firmasının ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 48 nömrəli Əmrinə əsasən Dövlət Vergi Xidmətinin, qanunvericiliyə uyğun olaraq, “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunması” tələbinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil olan filialların ləğv edilməsi haqqında» İddiaçı ASC-nin Müşahidə Şurasının 24 fevral 2022-ci il tarixli 01 saylı qərarı ilə cəmiyyətin strukturuna daxil olan filialların ləğv edilməsi nəzərdə tutulur. Bununla əlaqədar 13 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin stukturuna daxil olan filialların ləğv edilməsi ilə bağlı tədbirlər» haqqında 05№li əmr verilmişdir. Göstərilən əmrin icrasını təmin etmək məqsədilə komissiya yaradılmış və filialların ləğv olunma prosesində filialların aidiyyəti işçilərinin komissiyanın işinə cəlb olunması nəzərdə tutulmuşdur. Aidiyyəti vergi orqanı tərəfindən SC-nin struktur bölməsi olan "xxxx" firmasına da VÖEN verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq 20 aprel 2022-ci il tarixdən İddiaçı Səhmdar Cəmiyyətinin "xxxx" firmasının ləğv edilməsi əmr edilmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Registrdən Çıxarışa əsasən: № Kod Registr nömrəsi Adı Ünvanı: 1 19848 ***-*******3 İddiaçı ASC-nin ünvan 1 istifadəsində olan torpaq sahəsi
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli Qətnaməsində qeyd olunmuşdur ki, “...İddiaçı ASC-nin Əsasnaməsində qeyd edilmişdir ki, İddiaçı ASC-nin (bundan sonra cəmiyyət) struktur vahidi olan "xxxx" firması İddiaçı Dövlət Şirkətinin ümumi “Aqrartikintitəchizat” birliyinin balansında əks olunmuş əmlakın onun istifadəsinə verilməklə yaradılmışdır. 1.2. Firma hüquqi şəxs deyildir, onun istifadəsində olan əmlak cəmiyyətə məxsusdur. Firma cəmiyyət tərəfindən ona verilən səlahiyyətlər daxilində fəaliyyət göstərir. İcarəyə verən qismində "xxxx" firması ilə icarəçi qismində X8 arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən təhvil verir, icarədar təhvil alır. Firmanın Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ 4-cü Mədən küçəsində yerləşən sahəsi 20x35 olan torpaq sahəsində icarədar şəxsi vəsaiti hesabına X14 inşa etməyi öz üzərinə götürür. Tikiləcək sex tikilib istismara verildiyi gündən hesablanma aparılaraq müqavilə qüvvədə olduğu müddət icarəyə verən tərəfdən sexin inşaası üçün icarədar tərəfindən xərc çəkilmiş pul vəsaitini icarədara ödənilməlidir. Ödəniş başa çatdırıldıqdan sonra həmin sex icarəyə verənin balansına keçir. Sexə aid bütün avadanlıqlar icarədara məxsusdur. 1.3. İcarədar ödəməli olduğu icarə haqqını aylıq icarə haqqı sex istismara verildiyi gündən başlayaraq ödənilir. Aylıq icarə haqqı 240 AZN təşkil edir. 1.5. Müqavilənin müddəti 01 yanvar 2020-ci ildən 31 dekabr 2030-cu ilə kimidir. 2.1. İcarə haqqı hər ayın 5-dən gec olmayaraq ödənilməlidir, hər gecikdirilən günə görə icarədar icarə haqqının 1 %-i qədəri cərimə olunur. İddiaçı ASC tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 48 nömrəli əmrə əsasən 20 aprel 2022-ci il tarixdən ASC-nin "xxxx" firması ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında “qeydiyyat № 7609) olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən İddiaçı ASC-nin istifadəsinə olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi DƏDKR-nın 1 saylı Bakı Ərazi İdarəsinin ********** nömrəli, 31,05.2024-cü il tarixli xidməti məlumatına əsasən dövlət mülkiyyətindədir. ... Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" firması Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ, 4-cü Mədən küçəsində yerləşən sahəsi 20x35 olan torpaq sahəsini cavabdeh X5 icarəyə vermiş, sonuncu bunun müqabilində müqavilə üzrə müəyyən edilmiş icarə haqqının ödənişini həyata keçirmişdir. Hazırda iddiaçı sözügedən müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanmasını iddia edərək etibarsız hesab edilməsini tələb edir. Məhkəmə prosesinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş registrdən çıxarışdan da müəyyən olunur ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Beləliklə də, "xxxx" firmasının həmin torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadan cavabdehlə icarə müqaviləsi bağladığı məlum olmuşdur. ...Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əqdlərin etibarlı sayılması onun əqdin subyektlərinin əldə çalışdıqları hüquqi nətiçəni doğuran hüquqi fakt keyfiyyətinə malik olmasının tanınmasıdır. MM tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fizik şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradənin ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Əqd onun formasına riayət ediləndə hüquq və vəzifələr doğurur. Əqdlərin notariat forması - əqdi bağlayan şəxslərin iradəsinin dövlət tərəfindən qanuniləşdirilməsi-leğitimləşdirilməsi usuludur. Notarius əqdi tərtib edərkən subyektlərin həqiqi iradəsini müəyyən edir. Göründüyü kimi əqdin etibarlı sayılması üçün dörd əsas şərtin mövcudluğu zəruridir. Hazırki halda iddiaçının cavabdehlə icarə müqaviləsinin bağlanması ilə bağlı səlahiyyəti mövcud olmadığından əqdin etibarlı sayılması üçün əsas şərtlərdən biri, yəni lazımı subyektlərin iştirakı ilə bağlı şərtin pozulmasına yol verilmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış icarə müqaviləsi etibarlı sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Azəraqrartikinti” ASC-nin "xxxx" firması (Filialı) ilə X8 arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən “sahəsi 20x35 olan” torpaq sahəsinin icarəyə verilməsinə dair 01.01,2020-ci il tarixli, 01 nömrəli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olan hissədə əsaslı olduğundan təmin edilməlidir. Tələbin digər hissəsinə, yəni cavabdehin həmin sahədən çıxarılması və sahənin fəaliyyət yeri kimi vergi orqanından uçotdan (qeydiyyatdan) çıxarılması üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə bildirir ki, iddiaçının göstərilən torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadığından və daşınmaz əmlak dövlət mülkiyyətində olduğundan onun qeyd edilən tələbi irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə çıxış etmək hüququ iddiaçıya deyil, dövlət mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququna malik olan qurum kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mənsubdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı ASC-nin "xxxx" firması (Filialı) ilə cavabdeh X8 arasında bağlanmış “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ, 4-cü Mədən küçəsində yerləşən sahəsi “20x35” olan torpaq sahəsinin icarəyə verilməsi” nə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli İcra Vərəqəsinə əsasən iddia qismən təmin edilmişdir. İddiaçı ASC-nin "xxxx" firması (Filialı) ilə cavabdeh X8 arasında bağlanmış “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ, 4-cü Mədən küçəsində yerləşən sahəsi “20x35” olan torpaq sahəsinin icarəyə verilməsi” nə dair 01.01,2020-ci il tarixli, 01 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. Məhkəmə aktının qüvvəyə mindiyi tarix: 06 avqust 2024-cü il
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə "xxxx" Firması inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılması öhdəliyin icrası növündə iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti filialı olan “Aqrartikintiservis" Firmasının (VÖEN: **********) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən sahənin “vergi ödəyicilərinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektlərinin (obyektləri)” kimi vergi uçotundan çıxarılmasını tələb etmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********554500 nömrəli əmri ilə təsdiq edilmiş Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası: 2.1.1. Filial – hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən və olduğu yer üzrə vergi orqanlarında uçota alınmış ayrıca bölmədir. 2.1.3. Digər təsərrüfat subyekti (obyekti) – malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən və olduğu yer üzrə vergi orqanlarında uçota alınmış aşağıdakı yerlər: 2.1.3.1. Daşınmaz digər təsərrüfat subyekti (obyekti) – torpaq sahələri, yer təki sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) obyektlər, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən digər yerlər. 2.1.3.2. Daşınar digər təsərrüfat subyekti (obyekti) – malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirilə biləcəyi avtonəqliyyat vasitələri, mühərriki olan və ya olmayan su və hava nəqliyyatı vasitələri, furqonlar, qoşqular (yarımqoşqular), köşklər, digər ticarət-texnoloji avadanlıqlar və təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olan bu kimi əmlakdır. Daşınar digər təsərrüfat subyekti (obyekti) 2 növ (hərəkətli, hərəkətsiz) üzrə təsnifləşdirilir. Hərəkətli və hərəkətsiz daşınar digər təsərrüfat subyekti (obyekti) POS-terminalların, nəzarət-kassa aparatının quraşdırılması məqsədilə uçota alına bilərlər. 2.1.3.2.1. Hərəkətsiz daşınar digər təsərrüfat subyekti (obyekti) – stasionar qaydada (parklarda və ya iri ticarət mərkəzlərinin qarşısında və s.) quraşdırılmış və ya qoyulmuş furqonlar, avtodükanlar, köşklər və digər bu tipli daşınar obyektlər. 2.1.3.2.2. Hərəkətli daşınar digər təsərrüfat subyekti (obyekti)- qeyri-stasionar qaydada fəaliyyət göstərən nəqliyyat vasitələri, o cümlədən mühərriki olan və ya olmayan su və hava nəqliyyatı vasitələri, qoşqular (yarımqoşqular), avtodükanlar, digər ticarət-texnoloji avadanlıqlar.
3. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması 3.7. Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin ünvanı bir rayon (şəhər) ərazisindən digər rayon (şəhər) ərazisinə dəyişdikdə həmin filial və ya nümayəndəlik bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq yeni ünvan üzrə yenidən uçota alınır. Filial və ya nümayəndəliyin əvvəlki ünvan üzrə uçotdan çıxarılması üçün vergi orqanına “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə təqdim edilir. 3.8. Hüquqi şəxsin qərarına əsasən filial və ya nümayəndəlik ləğv edildikdə vergi ödəyicisi tərəfindən vergi orqanına bu Qaydanın 3.7-ci bənddə göstərilən ərizə təqdim edilir. Ərizəyə 3 iş günü ərzində baxılır. 3.9. Vergi ödəyicisinin filialı və ya nümayəndəliyi uçotdan çıxarıldıqda vergi ödəyicisinə 3 iş günündən gec olmayaraq forması bu Qaydanın 2 nömrəli Əlavəsinə uyğun olaraq arayış göndərilir.
7. Vergi ödəyicisinin digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması 7.1. Vergi ödəyicisinin digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması vergi ödəyicisinin təqdim etdiyi “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə əsasında həyata keçirilir. Ərizəyə 5 iş günü ərzində baxılır. 7.2. Vergi ödəyicisinin digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması vergi orqanına daxil olmuş mənbəyi bəlli olan məlumatlar (məhkəmə qərarı, icarəyə verən icarə müqaviləsini ləğv etdikdə, icarəyə verənin müraciəti əsasında, vergi orqanı tərəfindən yerində baxış zamanı digər təsərrüfat subyektində (obyektində) başqa vergi ödəyicisinin fəaliyyət göstərdiyi müəyyən edildikdə, digər təsərrüfat subyekti (obyekti) söküldükdə, fiziki şəxs vəfat etdikdə və s.) əsasında həyata keçirilir. Digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması üçün əsas məhkəmə qərarı, fiziki şəxsin vəfat etməsi barədə sənəd və icarəyə verənin müraciəti, digər hallarda vergi orqanının araşdırmasının nəticəsi hesab olunur. 7.3. Digər təsərrüfat subyekti (obyekti) icarəyə verildiyi halda, icarəyə götürən tərəfindən həmin digər təsərrüfat subyekti (obyekti) uçotdan çıxarıldıqdan sonra icarəyə verən vergi ödəyicisi digər təsərrüfat subyektini (obyektini) uçotdan çıxara bilər. 7.4. Vergi ödəyicisinin müraciəti əsasında digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması həmin digər təsərrüfat subyektində (obyektində) quraşdırılmış nəzarət-kassa aparatı uçotdan, POS-terminal qeydiyyatdan çıxarıldıqdan sonra təmin edilir. Mənbəyi bəlli olan məlumatlar əsasında digər təsərrüfat subyektində (obyektində) vergi ödəyicisinin fəaliyyət göstərmədiyi və həmin təsərrüfat subyektində (obyektində) POS-terminalın qeydiyyatda olduğu müəyyən edildikdə, bu halla bağlı vergi orqanı tərəfindən bank ekvayerə müraciət edilir (əlavə 4). Bank ekvayer tərəfindən müraciət araşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POSterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın 6.1-ci bəndində nəzərdə tutulmuş əsaslardan biri yarandıqda təsərrüfat subyektində (obyektində) quraşdırılmış POS-terminala verilmiş qeydiyyat nömrəsinin (nömrələrinin) ləğv edilməsi üçün vergi orqanına müraciət edilir. 7.5. Digər təsərrüfat subyekti (obyekti) uçotdan çıxarıldıqda vergi ödəyicisinə 3 iş günündən gec olmayaraq forması bu Qaydanın 2 nömrəli Əlavəsinə uyğun olaraq arayış göndərilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 53. Nümayəndəliklər və filiallar 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.
18. Məhkəmə ilk növbədə müəyyən edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********554500 nömrəli əmri ilə təsdiq edilmiş Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydasına uyğun olaraq vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılması üçün yeganə əsas kimi “filialın ləğv edilməsi barədə hüquqi şəxsin qərarı” nəzərdə tutulmuşdur.
19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Aqrartikintiservis firmasının ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 48 nömrəli Əmrinə əsasən Dövlət Vergi Xidmətinin, qanunvericiliyə uyğun olaraq, “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunması” tələbinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil olan filialların ləğv edilməsi haqqında» İddiaçı ASC-nin Müşahidə Şurasının 24 fevral 2022-ci il tarixli 01 saylı qərarı ilə cəmiyyətin strukturuna daxil olan filialların ləğv edilməsi nəzərdə tutulur. Bununla əlaqədar 13 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin stukturuna daxil olan filialların ləğv edilməsi ilə bağlı tədbirlər» haqqında 05№li əmr verilmişdir. Göstərilən əmrin icrasını təmin etmək məqsədilə komissiya yaradılmış və filialların ləğv olunma prosesində filialların aidiyyəti işçilərinin komissiyanın işinə cəlb olunması nəzərdə tutulmuşdur. Aidiyyəti vergi orqanı tərəfindən ASC-nin struktur bölməsi olan "xxxx" firmasına da VÖEN verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq 20 aprel 2022-ci il tarixdən İddiaçı Səhmdar Cəmiyyətinin "xxxx" firmasının ləğv edilməsi əmr edilmişdir.
20. Odur ki, vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılması üçün əsas olan “hüquqi şəxsin qərarı” tələbi vergi ödəyicisi İddiaçı ASC (hazırki iş üzrə iddiaçı) tərəfindən yerinə yetirilmişdir.
21. Cavabdeh orqan vergi ödəyicisinin filialının vergi uçotundan çıxarılmasından imtinanın əsası olaraq bildirmişdir ki, İddiaçı X13 Cəmiyyətinin "xxxx" Firmasının **********-10001 kodlu təsərrüfat subyektində (obyektində) icarəçi X3 (VÖEN: **********) tərəfindən xx.xx.2014-cü il tarixli **********686900 ərizəyə əsasən **********-10003 kodlu və digər icarəçi X8 (VÖEN:**********) tərəfindən xx.xx.2015-ci il tarixli **********179200 ərizəyə əsasən **********-10001 kodlu təsərrüfat subyektləri (obyektləri) qeydiyyata alınmışdır. Təsərrüfat subyektinin (obyektin) (kod:**********-10001) vergi uçotundan çıxarılması üçün ilk öncə həmin icarəçilər tərəfindən “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə vergi orqanına müraciət edilməlidir.
22. Məhkəmə bununla bağlı müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Registrdən Çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı ASC-nin istifadəsindədir (filialı olan "xxxx" Firmasının deyil). № Kod Registr nömrəsi Adı Ünvanı: 1 19848 ***-*******3 İddiaçı ASC-nin ünvan 1 istifadəsində olan torpaq sahəsi
23. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı ASC-nin filialı olan "xxxx" Firmasının müvafiq daşınmaz əmlak (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ 4-cü Mədən küçəsində yerləşən sahə) üzərində hər hansı əmlak hüququnun olmaması və daşınmaz əmlakın dövlət mülkiyyətində olması məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli Qətnaməsində qeyd olunmuşdur ki, “Tələbin digər hissəsinə, yəni cavabdehin həmin sahədən çıxarılması və sahənin fəaliyyət yeri kimi vergi orqanından uçotdan (qeydiyyatdan) çıxarılması üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə bildirir ki, iddiaçının (Azəraqrartikinti” ASC-nin) göstərilən torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadığından və daşınmaz əmlak dövlət mülkiyyətində olduğundan onun qeyd edilən tələbi irəli sürmək hüququ yoxdur”. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli Qətnaməsi ilə İddiaçı ASC-nin "xxxx" firması (Filialı) ilə cavabdeh X8 arasında bağlanmış “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi STQ, 4-cü Mədən küçəsində yerləşən sahəsi “20x35” olan torpaq sahəsinin icarəyə verilməsi” nə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli müqavilə etibarsız hesab edilmişdir. İcarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olaraq müəyyən edilmişdir ki “iddiaçının cavabdehlə icarə müqaviləsinin bağlanması ilə bağlı səlahiyyəti mövcud olmadığından əqdin etibarlı sayılması üçün əsas şərtlərdən biri, yəni lazımı subyektlərin iştirakı ilə bağlı şərtin pozulmasına yol verilmişdir”.
24. Odur ki, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
25. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək iddia tələbinin “X2 ünvan 1 ünvanında qeydiyyata alınmış uçotunun ləğv edilməsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsindən imtina edilmişdir.
26. Məhkəmə hesab edir ki, iddiaçının digər bir şəxsin uçotunun ləğv edilməsini tələb etməyə subyektiv hüquq yoxdur, iddianın dəyişdirilməsinin qəbul edilməsi iddianın mümkünsüzlüyünə səbəb ola bilər. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-2185/2024 nömrəli Qətnaməsi ilə qeyd edilən hala münasibət bildirilmiş və qeyd olunmuşdur ki, “...cavabdehin həmin sahədən çıxarılması və sahənin fəaliyyət yeri kimi vergi orqanından uçotdan (qeydiyyatdan) çıxarılması üçün zəruri hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına münasibətdə isə bildirir ki, iddiaçının göstərilən torpaq sahəsi üzərində hər hansı bir əmlak hüququ mövcud olmadığından və daşınmaz əmlak dövlət mülkiyyətində olduğundan onun qeyd edilən tələbi irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə çıxış etmək hüququ iddiaçıya deyil, dövlət mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququna malik olan qurum kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mənsubdur”.
27. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqi marağı məhz filialın ("xxxx" Firmasının) qeydiyyatdan çıxarılması ilə bağlıdır. Odur ki, iddia tələbi qeyd edilən məzmunda təmin edilməlidir. Filialın vergi uçotundan çıxarılması üçün həyata keçirilməli tədbirlər cavabdeh vergi orqanının vəzifə və funksiyalarına aiddir.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azəraqrartikinti" ASC-nin filialı olan “Aqrartikintiservis" Firmasının (VÖEN: **********) vergi uçotundan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva