Məhkəmə qərarları › İş №e-2-1(112)-583/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-583/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-583/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “DOST” Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 ərizə və ona əlavə edilmiş müvafiq sənədlərlə müraciət edərək ümumi iş stajını və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını nəzərə alıb qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə uzun müddət rəsmi cavab verilməmiş, müraciətdən dərhal sonra isə iddiaçıya xx.xx.2023-cü il tarixdə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya 05 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İddiaçı bununla razılaşmayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyni in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 ərizə və ona əlavə edilmiş müvafiq sənədlərlə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixindən yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-205800/2023 saylı cavab məktubu ilə ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, o, xx.xx.1978-ci il tarixində X9 Məktəbinin "Elektrik və qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1981-ci il tarixində həmin ixtisası əyani formada bitirmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1985-ci il tarixə kimi Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə əyani təhsil almışdır. xx.xx.1986-cı il tarixindən Bakı Dənizçilik Məktəbində “matros motorist” ixtisasına qəbul olmuş və xx.xx.1987-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. xx.xx.1987-ci iİ tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixindən hal-hazıradək Azərbaycan Dövlət X8nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, bosman vəzifələrində işləmiş və hal-hazırda da həmin vəzifədə işləyir. İddiaçının işlədiyi və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Qeyd olunan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********)1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 nömrəli qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli 13 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Cəhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin Cəmiyyətin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Göründüyü kimi, iddiaçı təhsil haqqında diplomun əslini və notarial qaydada təsdiq edilmiş surətini təqdim etməyinə baxmayaraq onun xx.xx.1984-cü ildən xx.xx.1985-ci il tarixə kimi 7 ay 26 gün Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçumaşinist peşəsi üzrə əyani təhsil aldığı dövr əmək stajına daxil edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı 01 sentyabr 1984cü ildən 27 aprel 1985-ci il tarixə kimi Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbində traktorçu-maşinist peşəsi üzrə əyani təhsil almağı barədə arayış verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdim olunmuş F- 161/25 saylı, 18 mart 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “118 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri peşə təhsili müəssisələrində olmadığı üçün müraciəti təmin etmək imkan xaricindədir.” Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivindən verilən 73 nömrəli, 7 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, “Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbinin 1984-1985-ci illərə aid sənədlər Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir və arxivdə saxlanılmır”. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Ağsu rayon Dövlət Arxivinə vəkil vasitəsilə müvafiq sorğular göndərilmiş, lakin bu barədə rəsmi sənəd əldə etmək mümkün olmamış və həmin sorğuların cavabı cavabdehə təqdim edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı və həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmağı imkan verir ki, ona 57 yaşdan güzəştli şərtlə əmək peniyası təyin edilsin. İddiaçının ilkin hesablamalarına görə hal-hazıradək ümumi iş stajı 42 il 09 ay 17 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 01 ay 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı Mərkəzi Filialın hesabladığı kimi 24 il 9 ay 25 gün deyil, 25 il 5 ay 21 gün təşkil etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçı M.X6 tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 9982/2023 nömrəli qərarla hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən 324,72 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən - xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq ona Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-105597/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Sözügedən cavab məktubu ilə iddiaçıya onun 1984-1985-ci illərdə təhsil aldığı dövrün əyani olub-olmaması bardə sənədin təqdim etmədiyini, müvafiq sənədin təqdim ediləcəyi təqdirdə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı bildirilmişdir. Daha sonra iddiaçı yenidən eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, cavab olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-F- 205800/2023 nömrəli imtina məktubu ünvanlanmışdır. Həmin məktubla M.X5 təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 9 ay 25 gün (xx.xx.1978- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, bu səbəbdən də ona təyin edilmiş əmək pensiyasının 57 yaşdan yenidən hesablanılmasının qanunvericiliyin tələblərinə zidd olduğu bildirilmişdir. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının 57 yaşdan yenidən hesablanmaqla ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajı xx.xx.1978- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər olmaqla ümumilikdə 24 il 9 ay 25 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən edilmiş həddən - 25 ildən azdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi orta 757434 nömrəli orta texniki peşə təhsili barədə diplomda göstərilən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövrə münasibətdə isə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992- ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Lakin İddiaçı həmin dövrdə təhsil almasının əyani formada olub-olmamasını təsdiq edən sənəd iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-F- 105597/2023 nömrəli məktub ilə müvafiq sənədin veriləcəyi təqdirdə əmək pensiyasının hesablanması məsələsinə bağıla biləcəyi bildirilsə də, sözügedən sənəd təqdim edilməmişdir. Bu səbəbdən də sözügedən dövrlərin ümumi iş stajına daxil edilməklə iddiaçının əmək pensiyasının 57 yaşdan - xx.xx.2019-cu il tarixdən yenidən hesablanılması qanunvericiliklə istisna edilir. Cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək mübahisəsiz qəbul edilən ümumi sığorta stajı xx.xx.1978- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-CL il. xx.xx.1986- xx.xx.1987-ci il. xx.xx.1987- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər olmaqla cəmi 24 il 9 ay 25 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək olan güzəştli iş stajı isə xx.xx.1987-xx.xx.2005- ci il tarixləri arasındakı dövrü əhatə etməklə ümumilikdə 18 il 9 ay 18 gün təşkil edir. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən ümumi sığorta stajı Azərbaycan SSR Ağsu rayon 118 №-li orta texniki peşə məktəbində təhsil aldığı xx.xx.1984- cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövrdür. İddiaçı tərəfindən həmin dövrdə təhsil almasının əyani formada olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978xx.xx.1981-ci ilədək 115 nömrəli X13 Texniki Məktəbində elektrik və qaz qaynaqçısı ixtisası ilə təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixindən 12.03. 1987-ci ilədək Bakı Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1987-ci ildən xx.xx.2013-cü ildək , xx.xx.2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət X8ndə üzücü heyətinin nəqliyyat donanması gəmilərində işləyir. 757434 nömrəli Diploma əsasən İddiaçı 01 sentyabr 1984-cü ildə Azərbaycan SSR Ağsu rayonu 118 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 27 aprel 1985-ci ildə 3-cü dərəcəli traktorçu- maşinist peşəsi üzrə təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir; diplom 06 iyun 1985-ci ildə verilmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 sentyabr 2023-cü il tarixli 3-17-1/2-F-205800/2023 saylı “Güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” məktubunda qeyd edilmişdir ki, mərkəzi filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 25 gün (xx.xx.1978xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 18 mart 2022-ci il tarixli F-161/25 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixində X9 Məktəbinin “Elektrik və qaz qaynaqçısı” ixtisasına qəbul olunmuş və xx.xx.1981-ci ildə həmin ixtisası əyani formada bitirmişdir. 757434 nömrəli diplomdan görünür ki, İddiaçı 19840ci ildə Azərbaycan SSR Ağsu raayonu 118 nömrəli orta teniki peşə məktəbinə daxil olmuş və 27 aprel 1985-ci ildə orta texniki peşə məktəbini tam kursunu bitirmişdir. "xxxx" QSC X2 xx.xx.2024-cü il tarixli 13-3-1/3-9-22 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X8nin üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1987-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixindən hal-hazıradək matros, bosman vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 10 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2.bəndinin "b" yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "Azərbaycan X8"Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. "xxxx" QSC X2 xx.xx.2024-cü il tarixli 13-3-1/3-9-97 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X8nin üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1987-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixindən hal-hazıradək matros, bosman vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 4 ay 29 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2.bəndinin "b" yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "Azərbaycan X8"Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. "xxxx" QSC X2 xx.xx.2024-cü il tarixli 13-3-1/3-9-97 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçınəqiqətən Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (АТТЕСТАТ №289) xx.xx.1987-ci dən (xx.xx.1987-ci il tarixli 38/y nömrəli əmr) xx.xx.2013-cü ilə kimi (xx.xx.2013-cü il tarixli 65/ü nömrəli əmr), xx.xx.2013-cü ildən hal-hazıradək Azərbaycan X8nin “Kosta Xetaqurov”, “Cəfər Cabbarlı”. “Qəhrəman Mehti”, “Bakı”, “Nəriman ‘lərimanov”, “Şəmkir”, “Qafur Məmmədov”, “Şamaxı”, “X10” gəmilərində matros vəzifələrində işləyir.Onun tutduğu vəzifələr üzücü heyətə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu ərən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin “b” /arımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYШ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli зэгаппа əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər □əniz Gəmiçiliyinin və Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan X8” QSC-nin 13-3/3-9-91/2024 xx.xx.2024-cü il tarixli arxvi arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (АТТЕСТАТ №289) xx.xx.1987-ci ildən (xx.xx.1987-ci il tarixli 38/y nömrəli əmr) xx.xx.2013-cü ilə kimi (xx.xx.2013-cü il tarixli 65/ü nömrəli əmr), xx.xx.2013-cü ildən halhazıradək Azərbaycan X8nin “Kosta Xetaqurov”, “Cəfər Cabbarlı”. “Qəhrəman Mehti”, “Bakı”, “Nəriman Nərimanov”, “Şəmkir”, “Qafur Məmmədov”, “Şamaxı”, “X10” gəmilərində matros vəzifələrində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” tarixsiz və nömrəsiz qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci ildən (60 yaşından )güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 10 mart 2025-ci il tarixli 3- 29-63/2-221/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.7-ci yarımbəndinə əsasən peşə təhsili müəssisələrində təhsilaalma əyani formada həyata keçirilir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 21.2. sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). - 9.1. axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən: 23003010 1) Üzən heyət 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən:

8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur.

Məhkəmənin mövqeyi:

Məhkəmə qeyd edir ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir.

İddiaçıya cavabdeh tərfindən 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddaiçının iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ona 60 yaşından deyil, 57 yaşı tamam olduğu 05.10 2019-cu ildən təyin edilməsindən ibarətdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən iddiaçıya 57 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi üçün, iddiaçının 2006-ci ilin 01 yanvar tarixinə 25 il ümumi stajı, 12 il 06 ay güzəştli stajın olması zəruri şərtlərdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-ci ilə olan ümumi iş stajı 24 il 9 ay 25 gün, güzəştli iş stajı isə 18 il 9 ay 18 gün hesablanmışdır. Ağsu rayon 118 №-li orta texniki peşə məktəbində təhsil aldığı xx.xx.1984- cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr cavabdeh tərəfindən iddiaçının ümumi stajına əlavə edilməmişdir. Əlavə edilməməsinə əsas kimi həmin dövrdə təhsil almasının əyani formada olub-olmamasını təsdiq edən sənədin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilməməsidir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (“İnzibati icraat haqqında” Qanunun 24.1; 24.4.mad.) Məhkəmə tərəfindən cavabdeh inzibati orqanın imtinasının qanuni olub-olmaması araşdırılmış və iddiaçının ona 57 yaşından, yəni 05.10. 2019-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verdiyi müəyyən olunmuşdur. Belə ki, məhkəmə araşdırılması zamanı əldə edilmiş sübutlar tədqiq edilmiş və iddiaçının Azərbaycan SSR Ağsu rayon 118 №-li orta texniki peşə məktəbində əyani təhsil aldığı müəyyən edilmişdir. İş materiallarında olan “Peşə Təhsili üzrə Dövlət Agentliyinin” məhkəmə təqdim etdiyi məlumatında peşə təhsilinin müəssisələrində təhsilalmanın əyani formada həyata keçirildiyi bildirilmişdir. İnzibati mübahisə üzrə məhkəmə tərəfindən aparılmış araşdırma onunla nəticələnmişdir ki, cavabdeh inzibati orqan qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməmiş, vətəndaş müraciəti üzrə borcu olduğu halda inzibati araşdırma aparmamış, qanun normaları vətəndaşa tətbiq edilməmiş, formal əsaslara əsaslanaraq iddiaçının müraciətinə imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktlarında göstərildiyi kimi, insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati icraat materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-105597/2023 nömrəli məktub (təhsil alının müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edildiyi halda müraciətə baxıla bilər) birbaşa cavabdeh tərəfindən passiv və ya qeyri-məsuliyyətli mövqey sərgilədiyinin açıq aşkar sübutudur. Vətəndaş tərəfindən mübahisəli hal ilə bağlı tələb edilmiş sübutların təqdim edilə bilməməsi, inzibati orqan üzərinə həmin sübutların əldə edilməsi vəzifəsini qoyur. Lakin cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarında hər hansı bir araşdırmanın aparılmaması açıq-aydın aşkar edilir. Vətəndaş müraciətinə əsassız, sübut və dəlillərə əsaslanmadan dövlət orqanı tərəfindən imtina edilməsi, hüquqi dövlət prinsiplərinə zidd olmaqla yanaşı, vətəndaşların dövlət orqanlarına olan etimadının azalmasına və ictimai narazılığın artmasına səbəbdir. Belə hallarda şəffaflıq və məsuliyyət prinsiplərinin pozulması, dövlət-vətəndaş münasibətlərində güvənin zəifləməsinə gətirib çıxarır. Bundan əlavə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.7-ci maddəsində göstərilir ki, peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Ümumiyyətlə qanunla tənzimlənən hal üzrə vətəndaşdan əlavə sübutların təqdim edilməsi vətəndaşların hüquqlarına müdaxilə etmək ilə nəticələnir. Beləliklə iddiaçının 57 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur, xx.xx.2006-cı il tarixə kimi onun ümumi iş stajı təhsil və hərbi xidmət dövrüdə nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə pensiya hüququ verən iş stajı isə 12 il 6 aydan çox olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının 57 yaşından təyin edilməsindən imtina etməklə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur.

İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşından (xx.xx.2019-cu ildən)güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar