Məhkəmə qərarları › İş №e-2-1(112)-5888/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5888/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5888/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23 dekabr 2022-ci il tarixli **********246600 nömrəli və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23 dekabr 2022-ci il tarixli **********248000 nömrəli Qərarların ləğv edilməsi və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23 dekabr 2022-ci il tarixli, **********246600 nömrəli qərarı ilə iddiaçı "UNİVERSAL CONSTRUCTİON” məhdud məsuliyyətli cəmiyyətinə 2022-ci ilin 2-ci rübü üzrə 252 (iki yüz əlli iki) manat daşınmaz əmlak üçün icarə haqqından vergi hesablanıb. Qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində hesablamanın səbəbi - “Kamcral hesablamadan sonra bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən kameral hesablama bərpa olunur" göstərilib. Cavabdeh tərəfindən keçirilmiş digər kameral vergi yoxlaması nəticəsində qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 dekabr 2023-cü il tarixli, **********248000 nömrəli Qərarı ilə iddiaçı “UNİVERSAL CONSTRİJCTİON” məhdud məsuliyyətli cəmiyyətinə 2022-ci ilin 2-ci rübü üzrə 252 (iki yüz əlli iki) manat daşınmaz əmlak üçün icarə haqqından vergi hesablanıb. Qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində hesablamanın səbəbi – “Təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınar və daşınmaz əmlak üyün ödənilən icarə haqqı li/.iki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 0 manat məbləği, tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 1800.00 manat azdır" göstərilib. “Vergilərin, sosial sığort.ı və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 dekabr 2022-ci il tarixli, **********240600 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23 dekabr 2022-ci il tarixli. **********24SO00 nömrəli qərarlar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ünvan 1 ünvanında ümumi sahəsi 159.6 kvadratmetr olan qeyri-yaşayış sahəsinə dair 9 dekabr 2021-ci il tarixli (Reyestr M» 3M-654) və ünvan 2 ünvanında ümumi sahəsi 116 kvadratmetr olan qeyri-yaşayış sahəsinə dair 9 dekabr 2021-ci il tarixli (Reyestr № 3M-653) hər bir “İcarə müqaviləsi"nin 4.1-ci bəndinə əsasən, icarə obyekti öz ləvazimatı və digər əşyaları ilə birlikdə ‘Tərəflər"in imzaları və möhürü olan “Tərəfin möhürü ilə təsdiq edilmiş təhvil aktı (bundan sonra - Təhvil aktı) əsasında “İcarəyə verən” tərəfindən "İcarəçi”yə təhvil verilməlidir. Təhvil aktı “Tərəflər”in imzaları və möhürü olan “Tərəf”in möhürü ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. 6.4-cü bəndinə əsasən, icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır. Hər bir icarə müqaviləsi üzrə təhvil aktları bu günədək qüvvəvə minmədiyi səbəbindən bu günədək icarə haqqı hesablanmayıb və ödənilməyib. Nəzərə alnımalıdır ki, hər iki icarə müqaviləsinin şərtlərinin məzmunu tərəflərin istəyi ilə müəyyənləşdirilib, həmçinin daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi ödəmə mənbəyində, yəni ödənildiyi vaxt tutulur. Düzgün qərar qəbul edilməsi üçün əlıəmiyyətli olan bütün halların cavabdehin **********801900 nömrəli və **********692400 nömrəli məktublarına iddiaçının müvafiq olaraq 16 noyabr 2022-ci il tarixli və 14 dekabr 2022-ci il tarixli izahatlarında əks olunması da cavabdehin qanunsuz qərarın qəbul edilməsindən çəkindirməyib. Göründüyü kimi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi iimumuiyyətlə mövcud deyil.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli №**********246600 və №**********248000 qərarlara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 252,00 manat vergi məbləği müəyyən edilmiş və həmin məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” bölməsinin “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 1800,00 manat azdır.

4. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində X1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 159,6 kv.m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 300 (üç yüz) manat olmaqla İddiaçı MMC-yə icarəyə verilmişdir. Qeyd olunan icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2021-ci il tarixində **********-15001 kodu ilə vergi uçotuna alınmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixində Bağırova Hicran Firudin qızına məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 116 kv.m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 300 (üç yüz) manat olmaqla İddiaçı MMC-yə icarəyə verilmişdir. Qeyd olunan icarə müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2022ci il tarixində **********-14001 kodu ilə vergi uçotuna alınmışdır. İşin halları ilə bağlı bildirilir ki, aparılmış araşdırılma zamanı vergi orqanında olan uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqavilələrinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğinin 1800,0 manat müəyyən edilməsinə baxmayaraq, tərəfindən müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilməməsi və ya göstəricilərinin azaldılması ilə təqdim edilməsi vergidənyayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********463700 nömrəli və xx.xx.2022-ci il tarixli **********953100 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin 2-ci rübü üzrə cari, 3-cü rübü üzrə dəqiqləşdirilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin 2-ci və 3-cü rüblərinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 252,0 manat (1500,0*14%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********246600, **********248000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları göndərilmişdir. Qeyd olunan rüblər üzrə vergi ödəyicisinin fəaliyyəti aktiv olmuşdur. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

9. Vergi orqanının mübahisələndirilən qərarları vergi ödəyicisinin fəaliyyətindən ödənilməli olan vergilərlə bağlıdır, eyni əsaslara söykənməklə fərqli dövrlərə (2022-ci ilin ikinci və üçüncü rübünə) aiddir. Odur ki, hər iki mübahisələndirilən qərarlar bir-biri ilə əlaqədardır, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, odur ki, həmin tələblər bir iddiada birləşdirilə bilər.

10. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

11. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilmiş hallar və mübahisənin yaranma əsası

12. X2 (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında ümumi sahəsi 159,6 kv.m olan qeyri-yaşayış sahəsi vergi daxil olmaqla 300 manata icrarəyə verilmiş, müqavilənin müddəti 6 ay müddətinə müəyyən edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır.

13. Bağırova Hicran Firudin qızı (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında ümumi sahəsi 116 kv.m olan qeyri-yaşayış sahəsi vergi daxil olmaqla 300 manata icrarəyə verilmiş, müqavilənin müddəti 6 ay müddətinə müəyyən edilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarə haqqı təhvil aktı qüvvəyə mindiyi tarixdən hesablanır.

İV. Məhkəmənin mövqeyi

14. Mübahisələndirilən qərarlar iddiaçı tərəfindən icarəyə götürülmüş iki icarə obyekti üzrə 2022-ci ilin 2-ci və 3-cü rübləri icarə haqqından ödəmə mənbəyində vergilərin ödənməsi ilə bağlıdır.

15. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, icarə obyektləri üzrə vergi ödəyicisinin quraşdırılmış nəzarət-kassa aparatları üzrə fəaliyyəti olmamışdır.

16. Cavabeh vergi ödəyicisinin ona təhvil verilməmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq aidiyyəti dövr üzrə (2022-ci ilin 2-ci və 3-cü rübləri) ödənilməli olmayan icarə haqları üzrə ödəmə mənbəyində verginin ödənilməli olduğu qənaətindədir. Məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipindən irəli gələrək tərəflərin icarə haqqının ödənməsi üçün icarə obyektinin təhvil verilməsi ilə şərtləndirilməsinə baxmayaraq, ən azı icarə obyektinin fəaliyyətdə olması və ya icarə obyekti üzrə icarə haqqının ödənməsi müəyyən olunmadığı halda, icarə haqqından ödəmə mənbəyində verginin hesablanması qanuni hesab edilə bilməz.

17. Vergi Məcəlləsindən: 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

18. Beləliklə, məhkəmə araşdırması nəticəsində daşınmaz əmlakın təqdim edilməsindən gəlirlərin əldə edilməsi, yəni müvafiq ödəmələrin həyata keçirilməsi, nəticə etibarilə ödəmə mənbəyində verginin hesabatda göstərilən məbləğinin azaldılması müəyyən edilməmişdir.

19. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli №**********246600 və xx.xx.2022-ci il tarixli №**********248000 qərarları ləğv edilməlidir.

20. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli №**********246600 və xx.xx.2022-ci il tarixli №**********248000 qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar