Məhkəmə qərarları › İş №e-2-1(112)-5934/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5934/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5934/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx.xx.N1-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyət siyahısına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində xx.xx.N2-cu ildən xx.xx.N2-cu ilədək Laçın-Şuşa-Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Bu səbəbdən də iddiaçı xx.xx.20N-cu ildə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, iddiası qismən təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayət vermiş və onun şikayəti təmin edilmişdir. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və işə baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə yenidən baxılmış və Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Lakin həmin qərar icra edilməmişdir. İddiaçının hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanılması və digər məsələlər barədə əmrlər verilmişdir.Bu da onu göstərir ki, o həqiqətən də hərbi biletində qeyd edilən vaxtda hərbi xidmətdə olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Mərkəzi Arxivin arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr – dekabr N2-ci il tarixli və N nömrəli hərbi hissə komandirinin 10-24 mart N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İsbəndiyər oğlunun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının və vəkili və nümayəndəsinin çıxışını, cavabdehin etirazını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli əmrilə şəxsi heyətin bütün növ təminatlarına salınmışdır, xx.xx.N4xx.xx.N4-cü illərdə Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmişdir, xx.xx.N4-cü ildə ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir, N nömrəli hərbi hissə komandirinin mart-may N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdehin xx.xx.20N-cu il tarixli məktubuna əsasən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əsas kimi qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması göstərilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N2-ci il tarixli əmrinin 4-cü paraqrafına əsasən iddiaçının xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə qədər hərbi qulluqda olmasının nəzərə alınması əmr edilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 1-ci paraqrafına əsasən iddiaçının N №li hərbi hissənin arayışına əsasən xx.xx.N4-cü ildən həmin hərbi hissədə xidmətdə olmasının nəzərə alınması əmr edilmişdir “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 4-cü paraqrafına əsasən iddiaçının hərbi qulluqdan qayıtması nəzərə alınaraq xx.xx.N4-cü ildən öz iş yerinə bərpa edilməsi əmr edilmişdir. “Aztunelmetrotikinti” mexanikləşdirmə idarəsinin xx.xx.N4-cü il tarixli əmrinin 1-ci paraqrafına əsasən iddiaçının hərbi qulluqda olduğu dövrdə əmək haqqının saxlanılması əmr edilmişdir. İddiaçıya aid ******* nömrəli hərbi biletin 17-ci bəndindəki qeydə əsasən iddiaçı N2-ci ilin mart ayından oktyabr ayına qədər N nömrəli hərbi hissədə xidmət etmişdir, N nömrəli qeydə əsasən həmin ildə Şuşa, Füzuli, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir, hərbi biletin İİİ hissəsinə əsasən xx.xx.N2-ci il (tərxis olunan il) AKM-ll129N markalı döyüş silahını xidmət etdiyi hərbi hissədə təhvil vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının iddiası qismən təmin edilərək iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur, qərar ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsindən hərbi xidmətə getmiş, xx.xx.N2-xx.xx.N2-ci il tarixlərdə Laçın-Şuşa-Füzuli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 4 №-li əmrilə (əsas: səh.16, §1, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4-xx.xx.N4-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmiş, xx.xx.N4-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış, N nömrəli hərbi hissənin arayışına əsasən xx.xx.N4-cü il tarixdən öz iş yerinə bərpa edilmişdir. İddiaçı N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması, həmçinin Laçın-Şuşa-Füzuli uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hərbi biletinə qeydləri həmin dövrdə hərbi hissənin qərargah rəisi X4 tərəfindən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)- N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- 1109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-422/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublarına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N4-cü ildən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-N2/2020 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin etirazına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 1№li, xx.xx.N2-ci il tarixli əmrinə əsasən iddiaçı bütün təminat növlərinə və hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir, 7 nömrəli, xx.xx.N2-ci il tarixli əmrinə əsasən iddiaçı quru yemək və lazımi silahla təmin edilməklə döyüş əməliyyatları rayonuna göndərilmişdir, 29 nömrəli, xx.xx.N1-ci il tarixli, N nömrəli, xx.xx.N2-ci il tarixli əmrlərinə əsasən döyüş əməliyyatları rayonundan qayıtmış iddiaçı qazan təminatına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N4-cü il tarixli əmrinə əsasən iddiaçı 5 gün müddətinə Gəncə-Qazax şəhərlərinə ezam edilmişdir, 50 nömrəli, xx.xx.N4-cü il tarixli əmrinə əsasən iddiaçı N mart N4-cü ildən hərbi hissəyə qayıtmış hesab edilmişdir, 4 nömrəli, xx.xx.N4-cü il tarixli əmrə əsasən iddiaçı həmin hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilmiş hesab edilmiş və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin N nömrəli arayışına əsasən iddiaçı həmin hərbi hissədə xidmət etmiş, qanunsuz erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, aprel N4-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə qədər N nömrəli hərbi hissədə xidmət etmişdir. X1 NN nömrəli, xx.xx.N2-ci il tarixli arayışına əsasən həmin ittifaq Azərbaycanın erməni qanunsuz birləşmələrindən müdafiə edilməsi üçün batalyon yaratmış və buna görə iddiaçının əmək haqqı saxlanılmaqla işdən azad edilməsi iddiaçının işlədiyi müəssisədən xahiş edilmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, N və N nömrəli hərbi hissələrdə hərbi xidmət etmiş, N nömrəli hərbi hissənin tərkibində Şuşa, Laçın və Füzuli uğrunda gedən döyüşlərdə N2-ci ildə iştitak etmişdir, iddiaçının həmin hərbi hissələrdə xidmət keçməsi haqqında hər iki hərbi hissə komandirinin əmrləri və arayışlar mövcuddur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini əsas götürərək cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NNN-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında”. İşin faktiki hallarına əsasən iddiaçının hərbi döyüşlərdə iştirakını həm hərbi biletində olan qeydlər, həm də N nömrəli hərbi hissə komandirinin iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə göndərilməsi haqqında əmrlərindən çıxarışlar təsdiq edir, eyni zamanda iddiaçının hərbi biletində onun N nömrəli hərbi hissədən tərxis olunması, döyüş silahını təhvil verməsi haqqında qeydlər də vardır ki, bu da onun N nömrəli hərbi hissədən qanunuyğun şəkildə tərxis olunmasını təsdiq edir. Bundan əlavə N nömrəli hərbi hissədə də iddiaçının qazan və digər təminatarın siyahısına salınması, həmin hərbi hissədə ezamiyyətə göndərilməsi, hərbi xidmət etdiyi dövr haqqında işlədiyi müəssisəyə arayışın verilməsi onu təsdiq edir ki, iddiaçı N nömrəli hərbi hisssədə də xidmət etmiş və xidmətdən qanuni əsaslarla tərxis olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur..” İddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. Cavabdehin etirazında göstərilən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır, əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyatına alınmasına ehtiyac qalmazdı” kimi dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, həmin dəlil “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasının tələbləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə N nömrəli hərbi hissə komandirinin mart-may N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması əsas gətirilərək iddiaçının həmin hərbi hissələrdə xidmət etməsi barədə məlumatların mövcud olmaması barədə cavabdehin dəlilləri əsaslı qəbul edilə bilməz. Belə ki, iddiaçı inzibati orqanın sənədlərinin saxlanmasına, kargüzarlığının qanunvericiliyin tələblərinə aparılıb-aparılmamasına görə məsuliyyət daşımır. Məhkəmə onu da qeyd edir ki, qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- N2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İddiaçı işlədiyi “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsindən hərbi xidmətə getmiş, xx.xx.N2xx.xx.N2-ci il tarixlərdə Laçın-Şuşa-Füzuli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 4 №-li əmrilə (əsas: səh.16, §1, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4xx.xx.N4-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmiş, xx.xx.N4-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N4-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış, N nömrəli hərbi hissənin arayışına əsasən xx.xx.N4-cü il tarixdən öz iş yerinə bərpa edilmişdir. İddiaçı N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması, həmçinin Laçın-Şuşa-Füzuli uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hərbi biletinə qeydləri həmin dövrdə hərbi hissənin qərargah rəisi X4 tərəfindən edilmişdir.” Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi müəyyən edilmişdir, lakin cavabdeh inzibati orqan bu halı nəzərə almayaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun N.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 6N.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 6N.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 6N, N5 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar