Məhkəmə qərarları › İş №e-2-1(112)-5944/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5944/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5944/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********189851 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********179866 saylı qərara əsasən dekabr/2020 noyabr/2023 dövrləri əhatə olunmaqla xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********179866 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********189851 nömrəli Qərarla iddiaçı barəsində əlavə vergilər və maliyyə sanksiyası tətbiq edilmişdir. İlk olaraq bildiririk ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Kassasiya instansiyasının vahid təcrübəsinə görə, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Həmçinin, kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 nömrəli Qərarında əks etdirilmişdir ki, “Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir. Məsələn, Məcəllənin 38.3.1ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər”. İddiaya əlavə olunan səyyar vergi yoxlamasının başlanması barədə xx.xx.2023-cü il tarixli Qərardan göründüyü kimi, vergi orqanı mənbəyi bəlli məlumat kimi 2021-ci il üzrə mənfəətin bərabər iqtisadi göstəricilərə malik analoji vergi ödəyicilərindən guya az olduğu qeyd etmişdir. Cavabdehin əsas kimi göstərdiyi qeyd hər bir halda qanunsuz hesab olunmalıdır. Belə ki, ilk sual yaranır ki, hansı analoji vergi ödəyiciləridir ki, 2021-ci ildə iddiaçıdan çox mənfəət bəyan edib. Digər xüsusilə vacib məqam bundan ibarədir ki, yuxarıda qeyd olunan kassasiya instansiyasının mövqeyinə uyğun olaraq, cavabdeh niyə həm də digər vergi növlərini və dövrlərini yoxlama ilə əhatə edib?! Həmin dövrlərdə yoxlama keçirilməsinə əsas verən mənbəyi bəlli məlumat mövcuddurmu?! Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)- 669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2-1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Göründüyü kimi, səyyar vergi yoxlaması əsassız başladığından mahiyyətindən asılı olmayaraq xx.xx.2024-cü il tarixli Qərar qanunsuzdur. Həmçinin, cavabdeh tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən gəlir və xərclərinin uçotu tam şəkildə aparılmış, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bununla yanaşı, sənədlərdə çatışmazlıq olsaydı belə, kassasiya instansiyasının vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması yolverilməzdir və yalnız Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına mənfəətin müəyyən edilməsi mümkün olmadıqda, şərti rentabellik norması tətbiq oluna bilər. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, “Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024 məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar Qeyd olunan normanın məzmunundan göründüyü kimi, əgər vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən deyilsə, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilkin qayda olaraq əlaqəli məlumatlardan istifadə etməklə müəyyən olunmalıdır. Halbuki, iş materiallarından görünür ki, cavabdeh ümumiyyətlə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci və 67.3-cü, 67.4-cü maddələrinin yoxlama dövrü üzrə redaksiyasına görə; 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin əlaqəli məlumatları mövcud olmadığı halda belə şərti rentabellik normasını deyil, analoji vergi ödəyicisinin məlumatları əsasında ödənilməli verginin məbləğini müəyyən etməlidir. Qanunverici şərti rentabellik normasının tətbiqini son zərurət halında, yuxarıda göstərilən qaydalarda verginin müəyyən edilməsi mümkün olmadığı halda şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanmasını müəyyən etmişdir. Bununla bağlı kassasiya instansiyasının çoxsaylı qərar və qərardadlarında (xx.xx.2024-cü il tarixli 2-1(102)- 769/2024 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 saylı, xx.xx.2024-cü il tarixli 2- 1(102)-2433/2024 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-3127/2024 saylı qərardad, xx.xx.2024-cü il tarixli 2-1(102)-2393/2024 saylı qərardad və s.) əsk etdirilən mövqeyə uyğun olaraq hazırki mübahisələndirilən qərar tamamilə qanunsuzdur və ləğv olunmalıdır.

3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafelmetlaxın pərakəndə satışı, kafel-metlaxın topdan satışı, tikinti materiallarının pərakəndə satışı, tikinti materiallarının topdan satışı ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2023-cü il tarixli **********182400 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: dekabr 2020 - noyabr 2023. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü tarixli **********181500 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarı ilə "xxxx" MMC-də AZ1069, ünvan 1 ünvanlarında yerləşən obyektində əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası aparılmışdır. Əmtəə-material ehtiyatlarının, əmlakın faktiki mövcudluğu haqqında məlumatları özündə əks etdirən xx.xx.2024-cü il tarixli “Əmlakın və digər qiymətlilərin inventarizasiyası” barədə Aktı tərtib olunmuşdur. Cəmiyyətin sahibliyində xx.xx.2024-cü il tarixə AZ1069, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində alış dəyəri ilə 415333.9 manat (dörd yüz on beş min üç yüz otuz üç manat, doxsan qəpik) dəyərində mal qalığı olmuşdur. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Vergi Məcəlləsinin 105.1 -ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illərin mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı malların maya dəyəri xərclərini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar, müəssisənin 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi gəlirə görə xərclərin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablandı. Cəmiyyət tərəfindən 2020-ci il üzrə müəssisə tərəfindən vergi orqanına heç bir sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı olan malların maya dəyərini xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qəranna əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisənin 2020-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablandı: Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 5 578 064.93 manat; ümumi gəlirdən çıxılan xərclər 5 224 805.39 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 134 341.48 manat, sosial sığorta haqları 26 697.03 manat, malın dəyəri 4 829 610.84 manat, icarə xərci 5 932.67 manat, yanacaq xərcləri 37 623.33 manat, rabitə xərcləri 8 904.50 manat, bank xidməti üzrə xərclər 28 228.94 manat, reklam xərci 700,00 manat, sair xərclər 41 921.86 manat, amortizasiya ayırmaları üzrə xərclər 5 501.67 manat, təmir xərcləri 2 934.23 manat, nəqliyyat xərcləri 101 928.00 manat, sığorta üzrə xərclər 480.84 manat olmaqla, nəticədə vergiyə cəlb olunan mənfəət 353 259.54 manat göstərilmiş və 70 651.91 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə vergi ödəyicisinin uçot metodu kassa metodu olmuşdur. 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimələrə əsasən bank hesabına daxil olmuş məbləğ nəzərə alınsa da, vergi ödəyicisi tərəfindən pərakəndə satışla bağlı nəzarət kassa aparatı çekləri yoxlamaya tam təqdim edilmədiyi üçün pərakəndə ticarətdən əldə edilən gəlirin müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, 2020-ci il üzrə müəssisənin gəlirləri vergi orqanında olan uçot baza məlumatlarına, əldə edilmiş sənədlərə və vergi ödəyicisi tərəfindən təqdim edilən “2020-ci il üzrə mənfəət və zərər hesabatı ” barədə xx.xx.2024-cü il tarixli **********996000 nömrəli məktuba əsasən 5 578 064.93 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə hesablanmış 929 677.49 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 185 935.49 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 70 651.91 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 115 283.59 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 4 617 550.61 manat, ümumi gəlirdən çıxılan xərclər 4 544 193.28 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 156 653.06 manat, sosial sığorta haqlan 31 141.97 manat, malın dəyəri 3 825 965.58 manat, icarə xərci 77 710.80 manat, ezamiyyə xərcləri 4 045.0 manat, yanacaq xərcləri 36 288.16 manat, rabitə xərcləri 12 289.4 manat, bank xidməti üzrə xərclər 19 531.09 manat, reklam xərcləri 889.98 manat, sair xərclər 115 895.59 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 34 121.98 manat, amortizasiya ayırmaları üzrə xərclər 41 317.07 manat, təmir xərcləri 2 659.14 manat, nəqliyyat xərcləri 182 743.59 manat, sığorta üzrə xərclər 2 940.87 manat olmaqla, nəticədə vergiyə cəlb olunan mənfəət 73 357.33 manat göstərilmiş və 14 671.47 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material cədvəlində malların adlan ümumi yazılaraq, yəni təqdim edilmiş malların keyfiyyət göstəriciləri və mənşə ölkələri ümumiləşdirilmək (kafel 60x60, metlax 30x30 və s.) təqdim edildiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisənin 2021-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır: 2021-ci il üzrə vergi ödəyicisinin gəlirləri Topdan ticarət üzrə təqdim edilmiş elektronqaimə fakturaların dəyəri 3 753 625.97 manat və 2021-ci ilin 12 ayı üzrə online kassa aparatına vurulmuş məbləğlər barədə alınmış məlumatlara əsasən vergi ödəyicisi tərəfindən pərakəndə qaydada satılmış mallar üzrə gəliri 816 420.20 manat ümumilikdə 4 570 046.17 manat olmuşdur. Yoxlama ilə hesablanmış 761 674.36 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 152 334.87 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 14 671.47 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 137 663.40 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 6 443 741.39 manat; ümumi gəlirdən çıxılan xərclər 6 123 002.11 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 199 901.00 manat, sosial sığorta haqları 36 665.28 manat, malın dəyəri 5 573 678.96 manat, icarə xərci 57 836.41 manat, yanacaq xərci 21 071.01 manat, su və kanalizasiya xərcləri 466.07 manat, rabitə xərci 8 729.02 manat, bank xidməti üzrə xərclər 16 470,00 manat, reklam xərcləri 969.52 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 50 152.82 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 37 941.00 manat, amortizasiya ayırmaları üzrə xərclər 34 280.20 manat, təmir xərcləri 2 873.71 manat, nəqliyyat xərcləri 12 154.24 manat, sığorta üzrə xərclər 5 458.30 manat, digər xərclər 63 155.8 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1 198.77 manat olmaqla nəticədə vergiyə cəlb olunan mənfəət 320 739.28 manat göstərilmiş və 64 147.86 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material cədvəlində malların adlan ümumi yazılaraq, yəni təqdim edilmiş malların keyfiyyət göstəriciləri və mənşə ölkələri ümumiləşdirilərək (kafel 60x60, metlax 30x30 və s.) təqdim edildiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisənin 2022-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır: 2022-ci il üzrə vergi ödəyicisinin gəlirləri Topdan ticarət üzrə təqdim edilmiş elektronqaimə fakturaların dəyəri 6 099 312.97 manat və 2022-ci ilin 12 ayı üzrə online kassa aparatına vurulmuş məbləğlər barədə alınmış məlumatlara əsasən vergi ödəyicisi tərəfindən pərakəndə qaydada satılmış mallar üzrə gəliri 313 589.62 manat ümumilikdə 6 412 902.59 manat olmuşdur. Yoxlama ilə hesablanmış 1 068 817.1 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 213 763.42 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2022-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 64 147.86 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 149 615.56 manat azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən büdcəyə ödənilməli olan verginin 2020-ci il üzrə 115 283.59 manat, 2021-ci il üzrə 137 663.40 manat və 2022-ci il üzrə 149 615.56 manat olmaqla, ümumilikdə 402 562.55 manat azaldıldığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 201 281.28 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2019-cu il tarixli **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatən edilən dövrdə təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi 1 204 814.17 manat büdcəyə hesablama aparılmış və cəmi 1 149 099.51 manat büdcədən qaytarılma istənilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətrində əməliyyatlar üzrə cəmi 17 966 523.99 manat dövriyyə (xx.xx.2020-ci il tarixdən daxil olmuş məbləğ üzrə) göstərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara, əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. Vergi Məcəlləsinin 139.2-ci maddəsinin tələblərinə əsasən əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin noyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin 308-ci bəndində göstərilən "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 5.676,50 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 5.332,56 manat göstərildiyi üçün kənarlaşma yaranmış və bununla əlaqədar 343.94 manat (5676.5-5332.56) ƏDV məbləği səyyar vergi yoxlaması ilə əvəzləşdirmədən çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin noyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDR seriyalı 799781 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "SELENİUM PLAZA 21.21" MƏNZİL TİKİNTİ KOOPERATİVİ ( ********** )-a 183.05 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə fakturası (VHF-si) üzrə 183.05 manat əvəzləşdirilmiş ƏDV məbləği səyyar vergi yoxlaması ilə ləğv edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci, 166-cı, 173.1-ci və 175-ci maddələrinin tələblərinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə ayrı-ayrı aylar üzrə əlavə dəyər vergisinin 28 537.95 manat azaldılması və 53 037.00 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin 24 499.05 manat artıq hesablandığı müəyyən edildi. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 28 537.95 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 14 268.98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. 2023-cü ilin aprel ayının əlavə dəyər vergisi bəyannaməsinə kameral vergi yoxlaması ilə 64.35 manat əlavə vergi hesablanmışdı. Hesablanma səbəbi: "İNCİ GROUP OF COMPANİES" QAPALİ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBCM seriyalı 651045 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu üçün kənarlaşma yaranmışdır. Kameral yoxlama ilə hesablanmış məbləğ səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki. yoxlama Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2023-cü il tarixli **********182400 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: dekabr 2020 - noyabr 2023. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsində 38.3.5-ci maddəsi üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın bütün vergi növləri üzrə aparılmaması nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsində konkret olaraq səyyar vergi yoxlamasının konkret vergi növü üzrə aparılması barədə məhdudiyyət yalnız Vergi Məcəlləsinin 38.3.3-cü maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər. Qalan hallarda qanunvericilikdə səyyar vergi yoxlamasının aparılmasına dair hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Cavabdehin əsas kimi göstərdiyi qeyd hər bir halda qanunsuz hesab olunmalıdır. Belə ki, ilk sual yaranır ki, hansı analoji vergi ödəyiciləridir ki, 2021-ci ildə iddiaçıdan çox mənfəət bəyan edib. Digər xüsusilə vacib məqam bundan ibarədir ki, yuxarıda qeyd olunan kassasiya instansiyasının mövqeyinə uyğun olaraq, cavabdeh niyə həm də digər vergi növlərini və dövrlərini yoxlama ilə əhatə edib?! Həmin dövrlərdə yoxlama keçirilməsinə əsas verən mənbəyi bəlli məlumat mövcuddurmu. Yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün təyin edilmişdir. Belə ki, yoxlama xx.xx.2023-cü il tarixli **********928800 nömrəli və xx.xx.2023-cü il tarixli **********182400 nömrəli xidməti məlumatlara əsasən başlamışdır. Həmin xidməti məlumata əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. İddia ərizəsi onunla əsasəlandırılmışdır ki, cavabdeh tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üzrə birbaşa şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən gəlir və xərclərinin uçotu tam şəkildə aparılmış, mənfəətin Vergi Məcəlləsinin 67-ci maddəsi tətbiq olunmaqda müəyyən edilməsi üçün heç bir əsas yaranmamışdır. Bununla yanaşı, sənədlərdə çatışmazlıq olsaydı belə, kassasiya instansiyasının vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik normasına birbaşa istinad olunmaqla mənfəətin müəyyən olunması yolverilməzdir və yalnız Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına mənfəətin müəyyən edilməsi mümkün olmadıqda, şərti rentabellik norması tətbiq oluna bilər. Qeyd edilən əsasan münasibətdə bildiririk ki, 2020-ci il üzrə müəssisə tərəfindən vergi orqanına heç bir sənəd təqdim edilməmiş, 2021 və 2022ci illər üzrə isə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material cədvəlində malların adlan ümumi yazılaraq, yəni təqdim edilmiş malların keyfiyyət göstəriciləri və mənşə ölkələri ümumiləşdirilərək (kafel 60x60, metlax 30x30 və s.) təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illərin mənfəət vergisi bəyannamələri üzrə gəlirin əldə edilməsi ilə bağlı malların maya dəyəri xərclərini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar, müəssisənin 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi gəlirə görə xərclərin müəyyən edilməsi metodu ilə 20 faiz rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmışdır. Həmçinin bildiririk ki, səyyar vergi yoxlamasının keçirilməsi əsasları və vergilərin hesablanması əsasları, ümumilikdə, fərqli anlayışlardır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Göründüyü kimi 67.2-ci maddə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi qaydalarından bəhs edir və bu maddənin tətbiq edilməsi üçün hər üç hal birlikdə mövcud olmalıdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, əgər vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən deyilsə, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilkin qayda olaraq əlaqəli məlumatlardan istifadə etməklə müəyyən olunmalıdır. Halbuki, iş materiallarından görünür ki, cavabdeh ümumiyyətlə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Mənfəət vergisi üzrə Səyyar vergi yoxlaması ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması hallan olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********181060 nömrəli "xxxx" Qərar çıxarılmışdır. Müəssisənin direktoru Qanuni nümayəndə tərəfindən tələbnamədə qeyd edilən sənədlər yoxlamaya qismən təqdim edilmiş və onun iştirakı ilə xx.xx.2024-cü il tarixli **********183123 nömrəli "xxxx" Protokol tərtib olunmuşdur. Göründüyü kimi vergi ödəyicisi tərəfindən tələb olunan sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün xərc və gəlirini müəyyən etmək mümkün olmamışdır. Nəticədə, vergi ödəyicisinin mənfəət vergisi şərti rentabellik norması tətbiq edilərək hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 48-ci maddələrini nəzərə alaraq, məhkəmədən "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz.

4. xx.xx.2023-cü tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********179762 saylı qərarında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-i üzrə dekabr 2020 – noyabr 2023-cü il tarixləri üzrə yoxlama ilə əhatə olunan vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır.

5. xx.xx.2024-cü il tarixli **********179866 nömrəli səyyar yoxlaması aktında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi 29.12 2023-cü tarixli **********179762 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş S.A. Muradbəyli tərəfindən "xxxx" MMC-i üzrə dekabr 2020 - noyabr 2023-cü il üzrə mədən vergisi, 2020-2022-cı il üzrə mənfəət vergisi, dekabr 2020 - noyabr 2023-cü il üzrə aksiz vergisi, dekabr 2020 - noyabr 2023-cü il üzrə yol vergisi, 4-cü rüb 2020 - 3-cü rüb 2023-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 4cü rüb 2020-3-cü rüb 2023-cü il üzrə sadələşdirilmiş vergi, 2020-ci il - 2022-ci il əmlak vergisi, 4-cü rüb 2020 - 3-cü rüb 2023-cü il üzrə ödəmə mənbəyində tutulan vergi, dekabr 2020 - noyabr 2023-cü il üzrə əlavə dəyər vergisi, 2021-ci il - 2023-cü il üzər torpaq vergisi səyyar vergi yoxlaması aparılmışdır. Həmin səyyar yoxlaması aktında daha sonra qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbinin pozulmasına görə büdcəyə əlavə olaraq 402.562,55 manat məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 402.562,55 manat vergi məbləğinin 50 faizi miqdarında 201.281,28 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələbinin pozulmasına görə ümumilikdə 3.971,65 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 7.274,61 manat vergi məbləğinin 50% miqdarında 3.637,3 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175ci maddələrinin tələblərinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə ayrı-ayrı aylar üzrə əlavə dəyər vergisinin 28.537,95 manat azaldılması və 53.037 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin 24.499.05 manat artıq hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 28 537.95 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 14 268.98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə artıq hesablanmış 0.04 manat vergi, mdss, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesabatda göstərilən vergi, mdss, işsizlikdən siğorla və icbari tibbi sığorta məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və va yayındırılmış 0.04 manat vergi, mdss, işsizlikdən siğorta və icbari tibbi sığorta məbləğinin 50 faizi miqdarında, yəni 0.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2023-cü il tarixli **********182400 nömrəli nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Xidməti məlumatda göstərilənlər yoxlamanın gedişində araşdırıldı və yoxlama aktında öz əksini tapmışdır. Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir. Mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılsın yoxlama nəticələrinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilməsi zərurəti yaranmamışdı). Aşkar edilmiş vergi və digər hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklilləri yoxlama zamanı aşkar edilmiş azaldılmış vergi və tətbiq edilməsi təklif olunan maliyyə sanksiyası məbləğlərinin aidiyyatı üzrə ödənilinəsi təmin edilmişdir. Müəssisənin direktoru ilə vergi qanunvericiliyinə riayət edilməsi və aşkar olunmuş nöqsanların aradan qaldırılmasına dair müvafiq düzəlişlərin edilinəsi barədə izahat işi aparmışdır.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189851 saylı qərarında qeyd edilmişdir ki, keçirilmiş səyyar vergi yoxlaması üzrə akta əsasən 2020-ci il mənfəət vergisi üzrə 115.283.59 manat azaldılmış, 115.283.59 manat əlavə hesablama, 57.641,80 manat maliyyə sanksiyası, 2021-ci il mənfəət vergisi üzrə 137.663,40 manat azaldılmış, 137.663,40 manat əlavə hesablama, 68.831,70 manat maliyyə sanksiyası, 2022-ci il mənfəət vergisi üzrə 149.615,56 manat azaldılmış, 149.615,56 manat əlavə hesablama, 74.807,78 manat maliyyə sanksiyası, 2020-ci il ƏDV-si üzrə 2.603,36 manat artıq hesablanmış, 2021-ci il ƏDV-si üzrə 1.803,68 manat azaldılmış, 4.000,69 manat artıq hesablanmış, 2.197,01 manat artıq hesablama, 901,84 manat maliyyə sanksiyası, 2022-ci il ƏDV-si üzrə 8.728,87 manat azaldılmış, 1.570,89 manat artıq hesablanmış, 7.157,98 manat əlavə hesablama, 4.364,44 manat maliyyə sanksiyası, 2023-cü il ƏDV-si üzrə 18.005,40 manat azaldılmış, 44.826,06 manat artıq hesablanmış, 26.856,66 manat artıq hesablama, 9.002,70 manat maliyyə sanksiyası; 2021-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 0,04 manat azaldılmış, 0,04 əlavə hesablama, 0,02 manat maliyyə sanksiyası; 2021-cü il ödəmə mənbəyindən tutulan vergi üzrə 1.128,60 manat azaldılmış, 1.128,60 manat əlavə hesablama, 564,30 manat maliyyə sanksiyası; 2022-ci il ödəmə mənbəyindən tutulan vergi üzrə 1.713,09 manat azaldılmış, 3.302,96 manat artıq hesablanmış, 856,55 manat maliyyə sanksiyası; 2023-ci il ödəmə mənbəyindən tutulan vergi üzrə 4.432,92 manat azaldılmış, 4.432,92 manat əlavə hesablanmış, 2.216,46 manat maliyyə sanksiyası vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdilər.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. İddia tələbi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********189851 saylı Qərarının ləğv edilməsidir.

12. "xxxx" MMC barəsində səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmiş, həmin maddəyə uyğun olaraq yoxlamanın təyin edilməsi əsası kimi göstərilmişdir ki, 2021-ci il üzrə mənfəətin bərabər iqtisadi göstəricilərə malik analoji vergi ödəyicilərindən az olduğu müəyyən edilmişdir. Lakin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır.

13. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlama ilə əhatə olunan vergi dövrü xx.xx.2020– xx.xx.2023-cü illər üzrə aparılmışdır.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;

15. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumat dedikdə, yoxlamaların vahid məlumat reyestrində qeydiyyat aparılmadan hər hansı vergi ödəyicisinin əməliyyatlarının vergi orqanı tərəfindən emal olunaraq bunun əsasında yoxlama təyin edilməsini deyil, digər məlumat mənbələrini nəzərdə tutur. Vergi orqanının hər hansı əsas olmadan öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının təyin edilməsi üçün “növbəti” yoxlama növü mövcuddur. Təsadüfi deyildir ki, “Yoxlamaların vahid məlumat reyestri və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.14-cü bəndinə görə, reyestrə daxil edilməli məlumatlardan biri də yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olduğu halda onun təyin edilməsi üçün əsaslardır.

16. Vergi orqanının reyestrdə qeydə alınmış yoxlama olmadan öz daxili bazası əsasında araşdırma apararaq hələ yoxlamanın başlanması üçün əsas yaratması isə öz-özlüyündə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin mahiyyətinə uyğun deyildir.

17. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. İddiaçının ərizədə qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarında yoxlamanın təyin edilməsinin əsaslandırılmamasına görə keçirilən inzibati icraatın qanunsuz olduğunu müəyyən edilmişdir.

18. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********189851 saylı qərara əsasən İddiaçı MMC barəsində 2020- 2022-ci illər üzrə mənfəət vergisi hesablanmışdır.

19. Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə 2020-cü il üzrə 115283.59 manat əlavə hesablama aparılmaqla 57641.80 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 137663.40 manat əlavə hesablama aparılmaqla 68831.70 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci il üzrə 149615.56 manat əlavə hesablama aparılmaqla 74807.78 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

21. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir.

22. Məhkəmə həmçinin bildirir ki, cavabdeh mənfəət vergisi hesablayarkən yoxlama aktında (səhifə16) iddiaçının xərc sənədlərinin mövcud olmadığına deyil, mal-material cədvəlində malların adlarının ümumiləşdirilərək yazılmasına (kafel 60x60, metlax 30x30) istinad etmişdir. Hazırki mübahisə üzrə iddiaçı xərclərini təsdiq edən sənədləri (e-qaiməfakturalar, gömrük bəyannamələri) məhkəməyə təqdim etmişdir və məhkəmə iclasında iştirak edən cavabdehin səyyar vergi yoxlamasını aparan əməkdaşı həmin sənədlərin mövcudluğunu təsdiq etmişdir. Buna baxmayaraq, mal-material cədvəlində malların adlarının ümumi yazılmasına görə şərti rentabellik normasının tətbiq olunduğunu bildirmişdir. Halbuki, qeyd olunan daxili sənədlərin mövcud olmamasına görə şərti rentabellik normasının tətbiq edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçının ümumi gəliri mübahisəsiz olduğundan və rəsmi xərc sənədləri (e-qaimə-fakturalar, gömrük bəyannamələri) mövcud olduğu üçün həmin sənədlər əsasında vergiyə cəlb edilən mənfəəti və mənfəət vergisi məbləğini birbaşa müəyyən edə bilərdi.

24. Məhkəmə həmçinin bildirir ki, hətta iddiaçının xərc sənədlərində çatışmazlıq olsaydı belə, cavabdeh şərti rentabellik normasını niyə birinci növbədə tətbiq etdiyini əsaslandırmağa borcludur. Yəni, ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına real mənfəətin müəyyən edilməsi imkanları istisna edilməlidir.

25. Vergi Məcəlləsinin 67-ci maddəsinə görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatları, analoji vergi ödəyicisi üzrə məlumatları araşdırmaq vəzifəsindən azad etmir. Yəni, vergi orqanı mənfəəti nəyə görə real mənbələrə əsasən deyil, şərti olaraq tənzimlənən 20 faiz ticarət əlavəsi nəzərə almaqla müəyyən etdiyini açıqlamağa borcludur.

26. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

27. İnzibati icraat haqqında Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə, “Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar

29. Qeyd olunan normanın tələbindən göründüyü kimi, vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən deyilsə, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin hazırki iş materiallarından görünür ki, cavabdeh bu istiqamətdə heç bir araşdırma aparmamışdır.

30. Vergi Məcəlləsinin: 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Yəni, cavabdeh vergi ödəyicisinin əlaqəli məlumatları mövcud olmadığı halda belə real mənfəətin müəyyən olunması istiqamətində qanunvericiliklə müəyyən olunan digər üsul, analoji vergi ödəyicisinin məlumatları əsasında ödənilməli verginin məbləğini müəyyən edə bilərdi.

31. Məhkəmə həmçinin bildirir ki, şərti rentabellik normasının tətbiqi ilə əlaqədar normalar (Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələri, Nazirlər Kabinetinin 55 saylı Qərarı) xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüşdür.

32. VM-nin 67-ci maddəsinin tətbiqi zamanı əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə də əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir.

33. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

34. Qeyd edilənlər mənfəət vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını təsdiq edir.

35. Məhkəmə həmçinin bildirir ki, səyyar vergi yoxlaması cavabdeh tərəfindən prosessual pozuntulara yol verilməklə aparıldığından mübahisələndirilən qərar digər hesablamalara münasibətdə də əsassızdır.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********189851 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilməlidir.

37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********189851 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar