Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5952/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçıin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçıin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçıin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə DMX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-71/1 nömrəli qərarının ləğvi və İddiaçı-ə siyasi sığınacaq verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hindistan Respublikası vətəndaşı, milliyətcə hindu İddiaçı xx.xx.2023-cü il tarixində DSX-nin əməkdaşları tərəfindən barəsində Hindistan Respublikası tərəfindən beynəlxalq axtarış elan edilməsinə istinadən Azərbaycan Respublikasının Heydər Əliyev adına X4 sərhəd keçid məntəqəsində saxlanılaraq Hava NPİ-nə təhvil verilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4(003)327/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində xx.xx.2023-cü il tarixdən etibarən 30 (otuz) gün müddətində həbs növündə qətimkan tədbiri seçilmiş, onun saxlanılması üçün AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı ekstradisiya məsələsi həlledilənədək barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Hindistan Respublikası və Azərbaycan Respublikası arasında Ekstradisiya haqqında müqavilənin 3-cü maddəsinin (d) bəndinə müvafiq olaraq, ekstradisiya olunmaq üçün axtarılan şəxsə - konkret halda İddiaçıə ölkə ərazisində sığınacaq verildikdə onun ekstradisiyasından imtina edilir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi ilə nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım anlayışına daxil olan hüquqi yardım göstərərək, 12 sentyabr 2023-cü il və 18 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə İddiaçıin etiqad etdiyi dinə və dini baxışlara görə Hindistan Respublikasına ekstradisiyasından imtina edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi və müvəkkilimə müvəqqəti sığınacaq verilməsi məsələlərində köməklik göstərilməsi barədə onun vəkili tərəfindən müraciət ünvanlanmışdır. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinə ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli müraciətdə İddiaçıin etiqad etdiyi dinə və dini baxışlarına görə - konkret olaraq siqh icmasına mənsub şəxs kimi Hindistan Respublikasına ekstradisiya ediləcəyi təqdirdə orada işgəncə və qeyri-insani rəftara məruz qalma riskinin olması barədə məlumat verilmişdir. İş materiallarında olan HNPİ-nin Cinayət-axtarış şöbəsinin axtarış üzrə baş ə/m polis mayoru X6 tərəfindən tərtib edilən 07 iyul 2023-cü il tarixli tutma haqqında protokolda İddiaçıin şübhəli şəxs qismində saxlanıldığı qeyd olunsa da, həmin prosessual sənədin tutma üçün sübut hissəsində İddiaçıin narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə Hindistan Respublikasının CMnin 21, 25, 29-cu maddələri ilə təqsirləndirildiyi qeyd olunmuşdur. Ziddiyət təşkil edən digər məqam, iş materiallarında olan İnterpol tərəfindən tərtib edilən və onun vəkili barədə məlumatları özündə əks etdiyi sənəddə qeyd olunur ki, İddiaçı Hindistan Respublikası “Narkotik vasitələr və psixotrop maddələr haqqında” 1985-ci il tarixli Qanununun 21, 25, 29-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir, lakin istintaq orqanı tərəfindən tərtib edilən və iş materiallarında olan 07 iyul 2023-cü il tarixli tutma haqqında protokolda İddiaçıin Hindistan Respublikasının Cinayət Məcəlləsinin 21, 25, 29-cu maddələrində nəzərədə tutulmuş əməlləri törətməsinə görə axtarışa verildiyi qeyd edilir. Həmçinin www.aljazeera.com – internet informasiya resursundan Siqhlərin işgəncə və qeyri-insanı rəftara məruz qalmaları barədə çıxarışa əsasən, 1992-ci ilin sentyabrında Pəncab polisi qətl və adam oğurluğu da daxil olmaqla, barələrində yüzlərlə cinayət işi başlanan dörd silahlını öldürdüyünü söylədi. Polis iddia edirdi ki, üç nəfər - Sahib Sinq, Dalbir Sinq və Balvinder Sinqh- Udoke Kalan kəndindən Bachan Sinqhin qətli ilə bağlı həbsdədirlər. Daha sonra polis bildirib ki, terrorçu üç nəfəri (Sahib Sinqi, Dalbir Sinqi və Balvinder Sinqhi) azad etmək istəyərkən sonuncular Dhar Deoda atışma nəticəsində öldürülüblər. Lakin məhkəmə prosesi zamanı polis qeyd olunanları sübuta yetirə bilmədi və avqustun 12-də məhkəmə sabiq Amritsar rayonunda yerləşən X5 İdarəsində işləyən baş müfəttiş Tarsem Lalın və sabiq müfəttiş Kişan Sinqhin təqsirli olmaları qənaətinə gələrək onları ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Odur ki, 30 il əvvəl yalan atışma zamanı güllələnən 3 Siqhin ailə üzvləri Mohali məhkəməsinin iki keçmiş polisə verdiyi hökmdən məmnun olduqlarını bildiriblər. Ailələrin ədalət uğrunda uzun sürən mübarizəsindən sonra Məhkəmə siqhlərə qarşı qanunsuz və əsassız hərəkətlərə yol verən şəxsləri ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etdi və həmçinin hər qurbanın yaxınlarına 1 milyon rupi təzminat ödədi. Sahib Sinqhin qardaşı Sartaz Sinqh qeyd etdi: “Biz məhkəmənin qərarından razıyıq. 30 illik gecikmədən sonra nəhayət ki, qardaşım ədalətə qovuşdu”. O, nənə-babasının və atasının ədalət gözləyərək dünyasını dəyişdiyini deyib. Dedi ki, qardaşımı qətlə yetirəndən sonra da polis bu və ya digər bəhanələrlə onların ailəsini sıxışdırır ki, işi araşdırmasınlar. Xalistan hərəkatının üzvü olduğu üçün həbs edilmiş siqh-Şera ləqəbli Xardib Sinqx bəyanat vermişdir ki, Nyu Dehli həbsxanasının rəhbərliyi ona elementar saxlanma şəraiti yaratmamaqla, həmçinin işgəncə, ayrı-seçkilik və təqibə məruz qoymaqla mütləq yaşamaq hüququndan məhrum edir. Dehli yüksək məhkəməsi Xardib Sinqxin müraciəti ilə bağlı vəziyyətlə əlaqədar həbsxana rəhbərliyindən hesabat tələb etmişdir. Xardib Sinqxin atası oğlunun vəkili X13 vasitəsilə etdiyi müraciətində oğlunun ifadə etdiyi qanunsuzluqlarla yanaşı həbsxana rəhbərliyi tərəfindən Xardib Sinqxə zədə və xəsarətləri ilə əlaqədar ağrılarının olmasına baxmayaraq tibbi yardım göstərilmədiyini, Pəncabdakı ailə üzvləri ilə görüşməsinə imkan verilmədiyini göstərmişdir. Vəkil X13 məhkəmədəki dinləmələr zamanı həmçinin bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Xardib Sinqxin həbsxanadan ailə üzvləri ilə telefon əlaqəsi yaratmasına həbsxana müdiriyyəti tərəfindən şərait yaradılmamasıaşkar ayrı-seçkilikdir, halbuki digər saxlanılan şəxslərə həbsxana təlimatına uyğun olaraq ailə üzvləri ilə telefon əlaqəsisaxlamağa şərait yaradır. Xalistan hərəkatının güclənməsi ilə bərabər Pəncab təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin də hakimiyyət tərəfindən genişləndirilməsi dini və siyasi görüşlərinə görə şəxslərin işgəncələrə məruz qalması və zorakı şəkildə oğurlanaraq azadlıqdan məhrum edilmələri ilə nəticələnir. Digər bir qanunsuzluq faktı Qurmec Kaurun 12 yaşlı oğlu Suxdevin odlu silah və döyüş sursatı saxlaması ittihamı ilə həbs olunmasıdır. Bu Pəncabda adi hadisə hesab edilir. Qurmecin qızı Qurmit bəyan etmişdir ki, Pəncabda polis dinc sakinləri zorakılıqla oğurlayaraq həbs etməklə işgəncələrə məruz qoyur. 12 yaşlı Suxdevin 7 ay qanunsuz olaraq həbsdə saxlanılmasından sonra məhkəmə ona elan edilmiş ittiham üzrə bəraət vermişdir. Lakin Qurmit bildirmişdir ki, qardaşının bəraət almasından sonra da polis ona və ailə üzvlərinə qarşı qanunsuzluqlarını davam etdirərək, mütəmadi onlara qarşı fiziki zorakılıq tətbiq etməklə təhqir və şərəf və ləyaqətlərini alçaltmışlar. Bu qanunsuzluqlar nəticəsində o məcbur qalaraq təhsilini dayandırmış, yaşadığı mənzilini tərk edərək kirayə evdə gizlənmişdir. Qurmit bəyanatında həmçinin polis tərəfindən dəfələrlə ailəsinin tarladakı hazır məhsulları məhv edilmiş, yaşadıqları tikili isə yararsız hala salınmışdır. Bir neçə il sonra polis bu dəfə onun digər qardaşı Kauru şahidlərin gözü qarşısında oğurlayaraq sonradan həbs etmişdir. Sonradan ailə üzvləri Kaurun polis tərəfindən güllələnərək qətlə yetirildiyini mətbuat vasitəsi ilə öyrənmişdir. Bu hadisələrdən təxminən 1 il sonra ailənin 21 yaşlı 3-cü oğlu X10 şəhərində yaşadığı yataqxanadan oğurlanmış və həmin gündə qətlə yetirilmişdir. Qurmit atası və kiçik qardaşını Batala şəhərində ziyarətə getdikdə polislərin onun ailəsinin yaşadığı evi mühasirəyə almaqla ailə üzvlərini zorakılıqla apardığının şahidi olmuşdur. Polis tərəfindən Pəncabda “üsyançılarla mübarizə” bəhanəsi ilə minlərlə sinqh ya öldürülmüş, ya da naməlum şəraitdə itkin düşmüşdür. İctimai fəal X11 Hindistan Ali Məhkəməsinə müraciət edərək Pəncabda 25000 meyitin polis tərəfindən tanınmayan və ya yaxınları olmayan adlandırılmaqla kremasiya bildirmişdir. X14 məlumat vermişdir ki, vəkil kimi 10 illik araşdırmaları nəticəsində insanların zorakılıqla oğurlanaraq itkin düşməsi və qanunsuz kremasiya ilə bağlı 8257 fakt müəyyən etmişdir. Dövlət Miqrasiya Xidmətinin 19 dekabr 2023-cü il tarixli, İQ-71/1 nömrəli qərarında qaçqın statusunun verilməsindən imtinanın əsası kimi ərizəçi İddiaçıə milliyəti və dini etiqadına (siqh) görə təhdidə və ayrı seçkililiyə məruz qalmaması göstərilmişdir.İstinad olunan qərarda göstərilən əsas formaldır, şəxsi mülahizəyə əsaslanır və iş materialları ilə tam təkzib olunur. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Hindistanda (Pəncab vilayətində) mövcud dini dözümlülük, siyasi və dini əqidəsinə görə təqiblər, siqh icmasının üzvlərinə qarşı qeyri-insani və qəddar rəftar hallarının mövcudluğu araşdırılmamış, iş materiallarına əlavə olunmuş təqdim etdiyimiz sübutlar araşdırılmamışdır. Lakin İddiaçıin Hindistan Respublikasına ekstradisiya edildiyi halda işgəncə və qeyri-insanı rəftara məruz qalacağına dair əsaslar olmasına baxmayaraq, DMX-nin xx.xx.2023-cü il tarixli, İQ-71/1 nömrəli qərarı qəbul etməsini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh DMX-nin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsasandırılmışdır ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı (pasport nömrəsi: P*******) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-71/1 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Ərizəçi məqsədinin Kanadaya viza almaq olduğunu bildirmiş, 2. Şəxs Hindistan Respublikasının Cinayət Məcəlləsinin 21, 25 və 29-cu maddələri ilə təqsirləndirilmiş və İNTERPOL üzrə beynəlxalq axtarışdadır, 3. Azərbaycan Respublikasına gələnədək hər hansı təqibə və təhdidə məruz qalmamış; Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Əfqanıstan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçıin nümayəndəsi və vəkili Vəkil izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür.
Faktiki hallar və sübutlar:
DMX-nin “Qaçqın status verilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, İQ-71/1 №-li Qərarının surətindən müəyyən olunur ki; Hindistan Respublikasının vətəndaşı, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (Pasport: № P*******) vəkili vasitəsilə 12 oktyabr 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə DMX-yə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün DMX tərəfindən qeydiyyata alınmış, onun adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Hindistan Respublikasının Pəncab ştatının Amritsar şəhərində doğulduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə siqx olduğunu, 2010-cu ildə Pəncab ştatının Chamyari kəndində “X15 sector school” adlı məktəbdə 12 illik orta təhsil aldığını, 1 may 2013 - 8 aprel 2023-cü il tarixlərdə Hindistanın sərhəd təhlükəsizliyi qüvvələrində xidmət etdiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi X16 adlı qadınla evləndiyini, valideynlərinin və 1 qardaşının Dubayda yaşayıb işlədiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Hindistanın təhlükəsizlik orqanlarının onun Avropada yaşayan və “Xalistan” adlı müstəqil siqx dövlətinin yaradılmasına və Kəşmirin Hindistandan ayrılmasına yönəlmiş separatizmin maliyyələşdirilməsində təqsirləndirilən əmisi oğlu Navpreet Singh ilə əlaqədə olduğunu hesab edərək, əvvəl atasını və sonra onu şübhəli şəxs qismində dindirildiyini, əmisi oğlunun dəqiq yerini demədiyi təqdirdə onu həbs etməklə və sərhəd təhlükəsizliyi qüvvələrində işə qayıtmağa mane olacaqları ilə hədələdiklərini bildirmişdir. Ərizəçi əmisi oğlunun yerini dəqiq dedikdən sonra əmisi oğlunun ondan Hindistanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməsinə və xəyanətə görə qisas alacağından ehtiyat etdiyini, bu səbəbdən də 2023-cü ilin aprel ayında Hindistanı tərk edib X2 Dubay şəhərinə valideynləri və qardaşı Manvinder Singhin yanına köçdüyünü qeyd etmişdir. İddiaçı müsahibə zamanı Azərbaycan Respublikasına gəlməkdə əsas məqsədinin bir neçə ölkəyə ardıcıl səfərlər etdikdən sonra Kanadaya viza almaq üçün müraciət etməklə bağlı olduğunu etiraf etmiş, bu məqsədlə 2023-cü ilin iyun ayında müvəqqəti yaşadığı Dubay şəhərindən Tbilisiyə və oradan Bakıya gəldiyini, burada bir həftə qaldıqdan sonra yenidən Gürcüstan vasitəsilə Dubaya qayıtmaq istəyərkən Hindistan dövlətinin İNTERPOL-a verdiyi sorğu əsasında beynəlxalq axtarışda olduğu üçün X7 Aeroportunda sərhəd təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını, Hindistana ekstradisiya edilmək üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verildiyini və hazırda Bakıda 3 saylı istintaq təcridxanasında saxlanıldığını söyləmişdir. O, ölkəsinə qaytarılacağı təqdirdə Hindistanın hüquq-mühafizə orqanları tərəfindən əsassız təqiblərə məruz qalacağını əsas gətirərək vəkili vasitəsilə qaçqın statusu əldə etmək üçün müraciət etdiyini bildirmişdir. DMX-ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-10705/2023 nömrəli məktuba qoşulmuş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-327/2023 nömrəli qərarından məlum olmuşdur ki, Prabhdep Singhin beynəlxalq axtarışa verilməsinin səbəbi onun Hindistan Respublikası Cinayət Məcəlləsinin 21, 25, 29-cu (narkotik maddələrin və psixotrop vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirləndirilməsi olmuşdur. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçinin vəklili İddiaçıin pasportunun surətini təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi İddiaçıin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi 1 may 2013-8 aprel 2023-cü il tarixlərində Hindistanın sərhəd təhlükəsizliyi qüvvələrində Hindistanın müxtəlif bölgələrində xidmət etdiyi dövrlərdə milliyəti və dini etiqadına görə siqx olduğuna görə təhdidə və ayrı-seçkiliyə məruz qalmamışdır. İddiaçıin dediklərindən həmçinin Hindistanda ölkədə separatizmi dəstəkləyən, terrora maliyyə yardımı ayıran ayrı-ayrı şəxslərə, qruplara qarşı mübarizədə hüquqmühafizə orqanlarına kömək məqsədilə cinayətdə ittiham olunan əmisi oğlu Navpreet Singhin yerinin müəyyən olunması ilə bağlı istintaqa cəlb olunduğu, lakin sonradan istintaq orqanlarına xəbər vermədən ölkəni tərk etdiyi məlum olmuşdur. Ərizəçi bu səbəbdən axtarışa verildiyini bildirsə də, onun istintaqa cəlb edildiyi halda ölkəni heç bir maneə olmadan tərk edə bilməsi onun axtarışa verilməsinin səbəbi ilə bağlı dediklərini şübhə altına almışdır. Bundan əlavə, ərizəçinin təqdim etdiyi sənədlərdən və şəxsi işinə əlavə edilən məhkəmə sənədlərindən Hindistan Respublikasının hüquq-mühafizə orqanlarının onu beynəlxalq axtarışa verməsinin başqa cinayətlərlə bağlı olduğu aydın olmuşdur. İddiaçıin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçıin şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 19 dekabr 2023-cü il tarixli, 23 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) status haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” status verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-cü və 13-cü bəndlərini rəhbər tutaraq Hindistan Respublikasının vətəndaşı İddiaçıə qaçqın statusu verilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq.
“Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyası
A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur. 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır. B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1dək baş vermiş hadisələr” sözləri ya a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdən baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərbarədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir. 2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər. C. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şamil edilmir: 1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya 2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya 3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya 5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur: 6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur. D. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur. Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər. E. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir. E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir: a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər; b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər; c) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
... Maddə 12.Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir Bənd 1. ... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) xxxnə təhvil verir.
... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə xxxnin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır
Məhkəmənin mövqeyi.
Göründüyü kimi, iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarına görə, iddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qaçqın statusu almaq əsas məqsədi ölkəsindəki iqtisadi vəziyyətilə əlaqədardır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Hindistan Respublikası, yəni vətəndaşı olduğu dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, habelə 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən ona qaçqın statusu verilə bilməz. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübut yetirilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış və heç bir sosial qrupa qoşulmamışdır. Həmçinin iddiaçının öz ölkəsində yaşadıqları dövrdə dövlət orqanları tərəfindən siyasi əqidəsinə, irqi və milli mənsubiyyətinə görə təqibə məruz qaldığı da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər. Nəzərə almaq lazımdır ki, fərd olaraq məhz iddiaçıya yönəlik təqib ehtimalı və bunun üzərindən təqib riski real səbəblərdən və faktlardan qaynaqlanmalıdır. Bunun əksinə olaraq, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatçılıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Həmçinin mənşə ölkəsində qeyri-sabit vəziyyətin mövcud olması, işsizlik, perspektiv inkişaf imkanının yoxluğu qaçqın statusunun verilməsi üçün yetərli əsas qismində çıxış edə bilməz. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs digər əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur
NƏTİCƏVİ HİSSƏ
Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev