Məhkəmə qərarları › İş №e-2-1(112)-5962/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5962/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5962/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı, üçüncü şəxslər – X3 və X4 “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X4) “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikilidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2015 saylı 05 yanvar 2014cü il tarixli qətnamasinə əsasən iddiaçılar X1 və X2 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, sıra 6 27A saylı evə köçürülmələrinə və İddiaçı həmin evdən çıxarilmağına dair iddiaları təmin edilməmişdir. Bakı şəhəri Binagədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3970/2021 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı ünvan 2nə köçürülməyi qət edilmişdir. Qətnaməyə əsasən verilmiş icra sənədinə uyğun olaraq iddiaçı xx.xx.2021-ci il tarixdəm həmin evə köçürülmüşdür və bu baradə Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. İddiaçı həmin evə qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “...Sizin Binəqədi rayonunda yerləşən mənzilə ailənizlə birgə pasport qeydiyyatına alınmanız üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfinizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsnin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən özbaşına tikilmiş fərdi yaşayış evini onun anası X5 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından qaçqın düşərkən ermənidən almışdır. Onlar qaçqın olaraq bu evdə yaşamağa başlamışlar. Sözügedən evi əldə etdikdən sonra anası həmin evi əsaslı təmir etmişdir. “Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanına və Fərmanın icrasının təmin edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28 avqust 2001-ci il tarixli 571 nömrəli sərəncamına əsasən ermənilərlə dəyişdirilmiş evlərə pasport qeydiyyatına alınmasına və qeydiyyat vəsiqəsinin verilməsinə icazə verilmişdir. İddiaçının anası savadsız olduğundan bu hüquqdan istifadə etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2015 saylı 05 yanvar 2014-cü il tarixli qətnamasinə əsasən iddiaçılar X1 və X2 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, sıra 6 27A saylı evə köçürülmələrinə və İddiaçı həmin evdən çıxarilmağına dair iddiaları təmin edilməmişdir. Bakı şəhəri Binagədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3970/2021 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı ünvan 2nə köçürülməyi qət edilmişdir. Qətnaməyə əsasən verilmiş icra sənədinə uyğun olaraq iddiaçı xx.xx.2021-ci il tarixdəm həmin evə köçürülmüşdür və bu baradə Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olmaları, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ev özbaşına tikili olmaqla heç bir hüquqmüəyyəndici sənədi yoxdur. Bu səbəbdən də, o, yaşadığı ünvan üzrə pasport qeydiyyatına alına bilmir. Onun bu barədə cavabdehə müraciəti də evin hüquqmüəyyənedici sənədinin olmaması səbəbindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabehin imtinası əsassız və qanunsuz olmaqla iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticlənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. İş materiallarında olan qətnamələrdən müəyyən edilir ki, iddiaçının ünvan 2nə köçürülməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Qətnaməyə əsasən verilmiş icra sənədinə uyğun olaraq iddiaçı xx.xx.2021-ci il tarixdəm həmin evə köçürülmüşdür və bu baradə Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-719/2015 saylı 05 yanvar 2014-cü il tarixli qətnamasinə əsasən iddiaçılar X1 və X2 İddiaçı qarşı ünvan 3 evə köçürülmələrinə və İddiaçı həmin evdən çıxarılmasına dair iddiaları təmin edilməmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. Qanunun yuxarıda istinad edilən 5-ci maddəsinin 2-ci hissəsində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri şəxsin yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd hesab edilməlidir. Odur ki, cavabdehin imtiası əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar