Məhkəmə qərarları › İş №e-2-1(112)-5986/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5986/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5986/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri X92 və X3 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlavə vergilərin hesablanmasına əsas olmuş cavabdehin xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********183886 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” qərarı əsasında İddiaçı MTK-da cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Sözügedən yoxlama xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsində xx.xx.2024-cü il tarixli, **********185249 saylı “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və bunun nəticəsində də iddiaçıya əlavə vergilərin hesablanmasına əsas olmuş xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin Qərar əsasında iddiaçıya 2 197 515,98 manat həcmində əlavə vergilər və 1 098 878,01 manat həcmində isə maliyyə sanksiyası hesablanmışdır. Cavabdehin hazırkı yanaşması tamamilə əsassızdır. Belə ki, sözgedən "Səyyar vergi yoxlaması" aktından və Qərardan göründüyü kimi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 77 saylı Sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,2351 ha torpaq sahəsində 6 blokdan ibarət yeni yaşayış binasının inşasını həyata keçirmişdir. Yoxlama zamanı iddiaçı layihə üzrə nəzərdə tutulan 6 blokdan cəmi 2 blokun inşasını (F və E blokları) həyata keçirmiş, digər blokların isə təməlqoyma işlərinə başlanmamışdır. Yoxlama zamanı mütəxəssis cəlb olunması üçün "X139" MMC dəvət olunmuş və həmin Cəmiyyət tərəfindən verilmiş "Mütəxəssis rəyi"ndən görünür ki, iddiaçı tərəfindən inşa edilən F və E bloklarının ümumi sahəsi 15243,5 kv metr, həmin ümumi sahədən isə satışa yararlı sahənin cəmi 10433,55 kv metr (Zirzəmi üzrə 1008 kv metr, qeyri-yaşayış sahəsi üzrə 780,8 kv metr, yaşayış sahəsi üzrə 8644,75 kv metr) təşkil edir. Yoxlama zamanı qeyd olunan satışa yararlı sahənin hamısı dəvət olunmuş mütəxəssisin rəyi əsasında bazar qiymətləri müəyyən olunmaqla vergiyə cəlb olunmuş və iddiaçıya əsassız əlavə vergilər hesablanmışdır. Aparılmış səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən yoxlamaya inşa olunmuş 2 blok üzrə satılan, mənzil fonduna təqdim edilən və söküntü əvəzinə sakinlərə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə müvafiq sənədlər və hesabatlar təqdim olunsa da, yoxlama tərəfindən buna əhəmiyyət verilməmişdir. Belə ki, inşa olunan F və E blokları üzrə 459,15 kv metr yaşayış sahəsi mənzil fonduna təqdim edilmiş, 6338,34 kv metr yaşayış sahəsi və 327,30 kv metr qeyri-yaşayış sahəsi söküntü əvəzinə sakinlərə verilmişdir. İddiaçı tərəfindən cəmi 1513,14 kv metr yaşayış sahəsi və 453,50 kv metr qeyri-yaşayış sahəsinin satışı həyata keçirilmişdir. “Səyyar vergi yoxlaması” aktınaa nəzərə saldıqda iddiaçıya əlavə vergilərin hesablanması metodu və forması barədə heç bir xüsusata rast gəlinmir. Sanki yoxlama zamanı özlərində tərtib edilmiş heç kimə bəlli olmayan cədvəl əsasında hesablama aparılmış və yekun əldə olunmuş mənbəyi və forması bəlli olmayan rəqəmlər akta əlavə edilmişdir. Bundan başqa, "Səyyar vergi yoxlaması haqqında" aktdan göründüyü kimi yoxlama zamanı "X139" MMC-nin nümayəndəsi mütəxəssis kimi cəlb olunmuş və həmin mütəxəssis inşa olunan binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin bazar qiymətlərini və sahəsini müəyyən etmişdir. Cavabdehin əldə etdiyi “mənbəyi bəlli olan məlumat” barədə heç bir informasiya verilməmiş, həmin maddəyə əsasən səyyar vergi yoxlaması təyin olunması əsaslandırılmamışdır. Səyyar vergi yoxlaması Səyyar vergi yoxlaması "xxxx" MMC-nin rəyləri əsasında aparılmışdır. Həmin müəssisə xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Vergi orqanında mövcud olan fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”ndən ibarətdir. Müəssisənin rəhbəri Avstarliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. İstinad olunan Qərarda əks olunmuş xüsusatlardan da göründüyü kimi, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması həmin Məcəllənin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Yuxarıda qeyd olunan prosesual hüquq normalarının pozulması ilə bərabər maddi hüquq normaları da ciddi şəkildə pozulmuşdur. Tikinti sahəsində heç bir təcrübəsi və xüsusi biliyi olmayan "xxxx" MMC tərəfindən binanın sahəsinin hesablanmasında ciddi səhvlərə yol verilmişdir. Səyyar vergi yoxlaması zamanı bazar qiymətləri tətbiq etmək üçün ekspert rəyinə müraciət olunması üçün istinad olunmuş Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsi xx.xx.2021-ci il tarixli Qanun əsasında qəbul olunmuş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Lakin, buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı MTK-ya mütəxəssis rəyi əsasında əsassız bazar qiymətləri əsas götürülməklə əlavə vergilər hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı MTK tərəfindən daşınmaz əmlakları sökülmüş şəxslərə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri gəlirdən çıxılmalı idi. Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur. Bununla bağlı müvafiq sənədlər yoxlamaya təqdim edilsə də, səyyar vergi yoxlaması zamanı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr may 2021-Aprel 2024-cü illər olmuşdur. Səyyar vergi yoxlaması dövrü ərzində iddiaçı tərəfindən bina inşa edilmiş F və E ( A,B,C VƏ D bloklarının tikintisi təməlqoyma işləri başlamamışdır) vergi tutma metodu ƏDV, mənfəət olmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli **********184582 nömrəli “Mütəxəssis dəvət edilməsi haqqında” Qərar əsasında Mütəxəssis kimi "X139" MMC-nin nümayəndəsi X93 dəvət olunmuşdur və mütəxəssis tərəfindən binaların satışa yararlı sahələri müəyyən edilmiş və rəy təqdim edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyinə əsasən layihə üzrə “E” və “F” bloklarının ümumi sahəsi 15240,50 kv.m (Zirzəminin satışa yararlı sahəsi 1008 kv.m, satışa yararlı qeyri yaşayış sahəsi 780.80 kv.m, Mənzil sahəsi – 8644.75 kv.m, Pilləkən, lift, havalandırma, dəhliz, divaraltı sahə, avtomobil yolları və digər satışa yarasız sahələr- 4806.95 kv.m) müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş satışa yararlı sahələrin orta bazar satış qiymətinin müəyyən edilməsi zərurəti yarandığı üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixli **********184581 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarla ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün “X139” MMC -nin nümayəndəsi X60 ekspert kimi dəvət edilmişdir və rəy təqdim edilmişdir. Rəyə əsasən mənzil sahələrinin yaşayış hazır üzrə 2021-ci il üzrə 1584,86 manat, 2022-ci il üzrə 1686,02 manat, 2023-cü il üzrə 1852,77 manat və 2024-cü il üzrə isə 2081,76 manat göstərilmişdir. Mənzil sahələrinin tikilməkdə olan üzrə 2021-ci il üçün 1426,37 manat, 2022-ci il üzrə 1517,42 manat, 2023-cü il üzrə 1667,49 manat və 2024-cü il üzrə isə 1873,58 manat göstərilmişdir. Qeyri yaşayış sahələrinin tikilməkdə olan üzrə 2021-ci il üzrə 2881,05 manat, 2022-ci il üzrə 3064,95 manat, 2023-cü il üzrə 3368,08 manat və 2024-cü il üzrə isə 3784,36 manat göstərilmişdir. İddiaçı tərəfindən zirzəmi yararlı sahələr üzrə satış müqaviləsi təqdim olunmadığından ekspert tərəfindən rəydə zirzəmi yararlı sahələr üçün hər hansı münasibət bildirilməmişdir. Mənfəət üzrə :Yoxlama dövrü ərzində vergi ödəyicisi 2021-2022-2023-cü illər üzrə Mənfəət vergisi bəyannaməsini təqdim etmişdir, həmin illər üzrə Mənfəət vergisi bəyannaməsində gəlir xərclər göstərilməmişdir və aşağıdakı kimi qeyd olunmuşdur: 2021-ci il kameral hesablama üzrə vergi ödəyicisinin gəlirləri üzrə ildə vergi ödəyicisinin gəlirləri 1259956,99 manat, xərcləri isə 27539 manat əmək haqqı xərcləri 5645.4 manat, sosial sığorta haqqları 1016779,75 manat malın dəyəri və müvafiq olaraq 209992,83 manat mənfəətdən 41998,57 manat mənfəət vergisi kameral hesablama ilə müəyyən olunmuşdur. 2022-ci il üzrə ildə vergi ödəyicisinin gəlirləri 528609.32 manat, xərcləri isə 433419,5 manat əmək haqqı xərcləri, 25667,95 manat icarə haqqı, 1965,23 manat su və kanalizasiya xərcləri, 2728,68 bank xərcləri, 61523,76 manat biləvasitə malların və işlərin xidmətlərin təqdim edilməsi bağlı, 3304,20 sığorta xərcləri, və müvafiq olaraq 0.00 manat mənfəətdən 0.00 manat mənfəət vergisi cari hesablama ilə müəyyən olunmuşdur. 2023-cü il üzrə ildə vergi ödəyicisinin gəlirləri 535754,24 manat, xərcləri isə 60656,75 icarə haqqı, 3600,89 manat bank xərcləri, 261886 manat biləvasitə malların və işlərin xidmətlərin təqdim edilməsi bağlı, 673980,62 manat digər xərclər və müvafiq olaraq 0.00 manat mənfəətdən 0.00 manat mənfəət vergisi cari hesablama ilə müəyyən olunmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində həm kameral hesablama ilə müəyyən edilən 2021-ci illin mənfəət bəyannamələri, həm də vergi ödəyicisi tərəfindən təqdim edilən 2022 və 2023-cü illər üzrə mənfəət bəyannamələrində gəlir məbləğləri gəlir və xərclərin uçotunu hesablama metodu ilə aparan vergi ödəyicisinin malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatlar üzrə bank hesablarına ciddi hesabat blankarından və bank hesablarına mədaxildən formalaşmışdır. 2021-ci ildə vergi ödəyicisi gəlir kimi 1259956,99 manat, ümumi xərcləri isə 1049964,15 manat və müvafiq olaraq 209992,83 manat mənfəətdən 41998,57 manat mənfəət vegisi hesablanmasına baxmayaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müavilələrə və tikintinin beton sınaq aktlarına baxaraq 2021-ci il üzrə mənfəət bəyannaməsi üzrə gəlir 0.00 manat və ümumi xərclərdə 0.00 manat müəyyən olunaraq mənfəət vergisi 0.00 manat hesablanmışdır. 2022-ci ildə vergi ödəyicisinin gəliri 4382061.41 manat yoxlama ilə müəyyən olunmuşdur, belə ki 2022-ci il ərzində vergi ödəyicisi tərərfindən təqdim edilmiş satışa yararlı sahələr üzrə 3110.66 kv.m (421.30 qeyri yaşayış, 2689.36 kv.m mənzil sahələri üzrə) satışı müəyyən olunmuş və müqavilə üzrə 771021,18 manat, ekspert rəyinə əsasən 20% -dən artıq fərq edilən satışa yararlı sahələrin satış fərqindən 3611040,23 manat dəyərində müəyyən olunmuşdur. 2022-ci il mənfəət vergisi bəyannaməsi kassa metodu olmuşdur. Lakin MTK tərəfindən təqdim olunan müqavilələrin dəyəri ******* manatdan artıq olduğu üçün VM-nin 130.4 cü maddəsinə əsasən yoxlama ilə mənfəət vergisi hesablama metoduna keçirilmişdir və təqdim olunan müqavilələrin dəyəri 4382061.41 manat gəlir nəzərə alınmışdır. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədləri tam təqdim etməmişdir, Belə ki vergi ödəyicisi tərəfindən yoxlamaya, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı (xammal və materialların tikinti üzrə silgiləri) yoxlamaya təqdim olunmamışdır. Nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. (4382061,41/100+20*20=730343,56 (730343,56*20%=146068,71) müvafiq olaraq 2022-ci il üzrə mənfəət vergisi 146068,71 manat müəyyən edilmişdir. 2022-ci il üzrə cari hesablama ilə müəyyən edilmiş mənfəət vergisinin 0.00 manat olduğunu nəzərə alsaq, 2022-ci il mənfəəti üzrə kənarlaşma 146068,71 manat aşkar olunmuşdur. Səyyar vergi yoxlaması ilə 2023-cü ilin mənfəət bəyannaməsində gəlir 7669268,13 manat müəyyən edilmişdir və hesablama metodu ilə aparılmışdır, belə ki 2023-cü il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş satışa yararlı sahələr üzrə 5521.62 kv.m (359.50 kv.m qeyri yaşayış, 5162.12 kv.m mənzil sahələri üzrə) satışı müəyyən olunmuş və müqavilə üzrə 1455710,17 manat, ekspert rəyinə əsasən 20% -dən artıq fərq edilən satışa yararlı sahələrin satış fərqindən 6213557,96 manat dəyərində müəyyən olunmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədləri tam təqdim etməmişdir. Belə ki vergi ödəyicisi tərəfindən yoxlamaya, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı (xammal və materialların tikinti üzrə silgiləri) yoxlamaya təqdim olunmamışdır. Nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. 7669268,13/100+20*20=1278211,35 (1278211,35*20%=255642,27) (hesablama cədvəlləri əlavə olunur). Müvafiq olaraq 2023cü il üzrə mənfəət vergisi 255642,27 manat müəyyən edilmişdir. 2023-ci il üzrə cari hesablama ilə müəyyən edilmiş mənfəət vergisinin manat olduğunu nəzərə alsaq, 2023-cü ilin mənfəəti üzrə kənarlaşma 255642,27 manat müəyyən edilmişdir. Müqavilə üzrə təqdim edilən satışa yararlı sahələrin məbləğləri 2023-cü ilədək tam ödənilmədiyindən mənfəət bəyannaməsinin əlavəsində 524688,98 manat depitor borc kimi saxlanılmış və növbəti ilə keçirilmişdir. Beləliklə, kameral hesablama ilə müəyyən edilən 2021-ci və cari hesablama 2022-ci və 2023-cü illərin mənfəət bəyannamələrində mənfəət vergisinin 41998,57 manat olduğunu cari yoxlama ilə 2021-2022 və 2023-cü illərin mənfəət vergisinin 401710, 98 manat hesablandığını nəzərə alsaq mənfəət vergisi üzrə kənarlaşma 359712.41 manat müəyyən edildii və azaldılmış 359712.41 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 200855.5 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin müqavilələrinin dəyərini müəyyənləşdirmək mümkün olmadığından ekspert rəyinə əsasən hesablanmış mənfəətlə əhatə edilmişdir. ƏDV üzrə: Vergi ödəyicisi ƏDV məqsədləri üçün xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 1680429,45 manat, ƏDV məbləği 302477,30 manat, əvəzləşdirilən ƏDV 440286,51 manat, nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 0.00 manat büdcədən qaytarılan ədv 137809,21 manat hesablandığı məlum olmuşdur. Lakin Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin satış dövriyyəsi vergi ödəyicisinin təqdim etdiyi satış müqavilələri ciddi hesabat blankarı və bank hesablarına mədaxil əsasında müəyyən edilmiş və yoxlanılan dövr ərzində ümumilikdə həm kameral hesablama ilə həm də vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamlərə görə aparılmış səyyar vergi yoxlaması ilə MTK-nın satışa yararlı 9091,43 kv.m (8310.63 kv.m mənzil sahəsi, 780.80 kv.m qeyri yaşayış) sahəsi müəyyən edilərək vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 11597572,76 manat (1772974.57 manat təqdim edilmiş müqavilələrdən, 9824598.19 manat isə ekspert rəyinə əsasən bazar qiyməti 2021-ci il üzrə 30%, 2022-ci il üzrə 20%dən artıq orta bazar qiymətindən yaranan fərqə əsasən), ƏDV məbləğinin 2087563,10 manat, əvəzləşdirilən ƏDV məbləğinin 435226,92 manat, nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1652352.56 manat az hesablandığı müəyyən edildi. Beləliklə, vergi ödəyicisi tərəfindən 137809.21 manat ədv-nin qaytarıldığını nəzərə aldıqda azaldılmış 1790145,39 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 898776.60 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması müqavilə üzrə təqdim edilən satışa yararlı sahələrin mədaxilini bank və mədaxil qəbzlərindən araşdırılarkən 524688,98 manat yoxlama dövründə daxil olmamış və dövrün sonuna debitor borc kimi saxlanılmışdır. ƏDV -nin hesablanması zamanı da MTK tərəfindən təqdim edilmiş satışa yararlı sahələr həmçinin əvəzləşmə verilmiş satışa yararlı sahələr eskpert rəyi əsasında hesablanmış və dövriyəyə əlavə edilmişdir. MTK-nın əvəzləşməyə verildiyi sahələrin çıxarışları alt sənədləri yoxlama təqdim edilməmiş və söküntünün faktiki sahəsinin müəyyən etmək mümkün olmamışdır. Xərclərin hesablanması zamanı MTK binanın tikintisinin yəni 1 kv metrə düşən material silgisinin təqdim etməyindən NK 55 qərarı tətbiq olunaraq xərclər gəlirə əsasən müəyyən edilmişdir. MTK hal-hazırda tikinitini davam etdirir. İddiaçı tərəfindən mənzil fonduna ayrılan sahə gəlirə aid edilməmişdir. Həmçinin iddiaçının mənfəət hesablanması zamanı xərclərini müəyyən etmək mümkün olmadığından, yəni iddiaçı tərəfindən mal material tikinti üzrə istifadəsinin uçotu və bir kv metrə düşən mal materialın xərclərin açılışını təqdim edilmədiyindən həmin mənzil fonduna verilən sahə üzrə çəkilən xərclər müəyyən etmək mümkün olmamışdır, həmçinin gəlirə də aid edilməmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********183886 nömrəli qərar ilə iddiaçıda Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi iddia ərizəsində istinad edilən Ali Məhkəmənin qeyd edilən mövqeləri növbədənkənar SVY ilə bağlıdır. VM-in 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Mütəxəssis rəyi verən X2 və İnşaat Universitetinin sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. Ekspert rəyi təqdim edən Cavid Məmmədov isə ADA Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr, X80 ixtisası üzrə magistr təhsili almışdır. Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsində ekspertin cəlb edilməsi halı keçirilmiş SVY-nın əhatə etdiyi dövrdən əvvəlki dövrdə də mövcud olmuşdur. Digər tərəfdən illər üzrə qüvvədə olan Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla bazar qiymətləri müəyyənləşdirilmişdir. Mübahisələndirilən qərar üzrə MTK tərəfindən daşınmaz əmlakları sökülmüş şəxslərə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə çəkilən xərclərin gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin 2024-cü ildən əvvəlki dövr üzrə tətbiqi vergi ödəyicisinin vəziyyətini ağırlaşdırmır. Bu maddə vergi ödəyicisinin 2024-cü ildən əvvəlki dövr üzrə icra etmədiyi öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə tətbiq edilmişdir, yəni bu maddənin tətbiqi ilə əlavə öhdəlik deyil, vergi ödəyicisinin icra etməli olduğu öhdəliklər müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tikinti işlərini aparıb. İddiaçının tikinti işləri apardığı ərazidə keçmiş sakinlərin evləri olub. Həmin evlər razılıq əsasında iddiaçı tərəfindən sökülüb. İddiaçı ilə sakinlər arasında əvəzləşdirmə müqavilələri bağlanıb. Sökülən evlərin əvəzinə inşa edilən binada sakinlərə yaşayış sahələri verilib. Cavabdeh isə nə dövlət mənzil fonduna, nə də sakinlərə verilən mənzilləri nəzərə almayıb və hamısını satış kimi qiymətləndirib. Satılan mənzillərin alqı-satqı müqavilələri var ki, burada qiymətlər öz əksini tapıb. Lakin, cavabdeh mütəxəssis cəlb edib və mənzillərə bazar qiyməti müəyyən edib. Hətta satılan mənzillərin də müqavilə qiymətləri nəzərə alınmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X92 öz izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən Bakı şəhərində yerli icra hakimiyyəti orqanlarının üzərinə xx.xx.2018-ci ilə qədər tikintiyə icazə icraatı başlanmış tikinti layihələrinə münasibətdə köçürüləcək sakinlərin yaşayış sahələri ilə təmin edilmələri və sair vəzifələr qoyulmuşdur. Həmin layihələr “pilot” layihələr hesab edilir. İddiaçının apardığı tikinti isə bu layihələrə aid deyildir. Bu səbəbdən iddiaçının köçürülən sakinlərə yaşayış sahələri verməsi onun xərci kimi nəzərə alına və gəlirdən çıxıla bilməz. Eyni zamanda dövlət mənzil fonduna ayrılan sahələr nəzərə alınıb və iddiaçının xərci kimi gəlirindən çıxılıb. İddiaçı xərclə bağlı sənədləri təqdim edə bilmədiyi üçün şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya xərc hesabkanıb və vergi borcu hesablanıb. Yəni, bütün mənzillərin qiyməti nəzərə alınmaqla borc hesablanmayıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bütün mənzillərin ümumi sahəsi iddiaçının satışı kimi qiymətləndirilib. Yalnız dövlət mənzil fonduna verilmiş 459 kv.metr buradan çıxılıb. Bunlar iddiaçının gəliri kimi nəzərə alınıb. Şərti rentabellik norması tətbiq edilməklə iddiaçıya xərc hesablanıb və ümumi vergi borcu hesablanıb. Söküntünün alt sənədləri olmadığı üçün nə qədər sahənin söküntü sahəsi olması müəyən edilə bilməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıya 2021-ci il mənfəət vergisi üzrə azaldılma müəyyən edilmmiş, 2022-ci il mənfəət vergisi üzrə 146068,71 manat azaldılma müyyən edilmiş, 2023-ci il mənfəət vergisi üzrə 255642,27 manat azaldılma müəyyən edilmiş, 2021-ci il ƏDV üzrə 553075,15 manat azaldılma müəyyən edilmiş, 2022-ci il ƏDV üzrə 777895,92 manat azaldılma müəyyən edilmiş, 2023-cü il ƏDV üzrə 399285,97 manat azaldılma müəyyən edilmiş, 2024-cü il ƏDV üzrə 67296,24 manat azaldılma müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçıya 2022-ci üzrə 144320,43 manat mənfəət vergisi və 72160,22 manat maliyyə sanksiyası, 2023-cü üzrə 255642,27 manat mənfəət vergisi və 127821,14 manat maliyyə sanksiyası, 2021-ci üzrə 553075,15 manat ƏDV və 276537,58 manat maliyyə sanksiyası, 2022-ci üzrə 777895,92 manat ƏDV və 388947,96 manat maliyyə sanksiyası, 2023-cü üzrə 399285,97 manat ƏDV və 199642,99 manat maliyyə sanksiyası, 2024-ci üzrə 67296,24 manat ƏDV və 33648,12 manat maliyyə sanksiyası, olmaqla ümumilikdə 2 190 108,16 manat əlavə vergi və 1 098 878,01 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən iddiaçının xx.xx.2025-ci il tarixinə cəmi vergi borcu 3 234 201,81 manat təşkil edir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 77 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,2351 hektar torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələbləri üçün qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün iddiaçının icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı tərəfindən söküntü aparılan sakinlərlə bağlanmış əvəzləşdirmə müqavilələrinin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin müqavilələrdən görünür ki, iddiaçı ilə X30 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 100 kv.metr, X41 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 116 kv.metr, X28 və X4 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 110 kv.metr, X61 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 70 kv.metr, X98 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80 kv.metr, X31 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 120 kv.metr, X42 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 90 kv.metr, X5 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 60 kv.metr, X12 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24 kv.metr, X43 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 67,08 kv.metr, X94 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 89,07 kv.metr, X44 ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 85 kv.metr, X95 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 90,10 kv.metr, X62 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 29,86 kv.metr, X63 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 64 kv.metr, X18 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 100 kv.metr, X13 ilə bağlanmış xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 71,49 kv.metr, X45 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59,62 kv.metr, X19 ilə bağlanmış xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 29,9 kv.metr, X55 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 84,14 kv.metr, X17 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72 kv.metr, X56 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 72 kv.metr, X20 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 100 kv.metr, X32 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 70 kv.metr, X84 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 60 və 40 kv.metr, X46 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 38 kv.metr, X14 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 49,58 kv.metr, X33 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 29,90 və 35 kv.metr, X7 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 54,90 və 56,46 kv.metr, X34 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 95 kv.metr, X47 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 54,9 kv.metr, X35 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 36,58 kv.metr, X1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 56,46 kv.metr, X73 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 66,48 kv.metr, X74 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 91,46 və 42,55 kv.metr, X6 ilə bağlanmış 8.12.2021-ci il tarixli müqaviləyə əsasən 60 kv.metr, X8 ilə bağlanmış xx.xx.2021 il tarixli müqaviləyə əsasən 63 kv.metr, X48 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 59,63 kv.metr, X36 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 49,56 və 92,90 kv.metr, X64 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,71 kv.metr, X49 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 56,46 kv.metr, X75 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 100 kv.metr, X96 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 56,46 kv.metr, X50 bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,71 kv.metr, X51 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 44,39 kv.metr, X21 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 93,8 kv.metr, X76 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 49,56 kv.metr, X65 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 66,48 kv.metr, X22 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 36,58 kv.metr, X23 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 36,58 kv.metr, X15 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 91,46 kv.metr, X9 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 41,91 kv.metr, X24 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 91,46 kv.metr, X77 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 56,14 kv.metr, X66 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 91,46 kv.metr, X52 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72 kv.metr, X25 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,70 kv.metr, X37 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,71 kv.metr, X26 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,71 kv.metr, X78 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 110,71 kv.metr, X38 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 54,90 kv.metr, X53 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45 kv.metr, X16 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 72,71 kv.metr, X29 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 92,24 kv.metr, X27 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 36,58 kv.metr, X79 ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 56,46 kv.metr yaşayış və qeyri yaşayış sahələri sökülmüş yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində sakinlərə verilmişdir. İddiaçının Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubunda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binalarında bir sıra mənzillərin dövlət mənzil fonduna ayrılması bildirilmişdir. “X139” MMC tərəfindən tərtib edilmiş ekspert rəyində iddiaçı tərəfindən inşa edilmiş yaşayış binalarında yaşayış sahələrinin 1 kv.metrinin yaşayışa hazır mənzillər üzrə 2021-ci il üçün 1584,86 manat, 2022-ci il üçün 1686,02 manat, 2023-cü il üçün 1852,77 manat, 2024-cü il üçün 2081,76 manat, qeyri yaşayış sahələrinin hər kv.metrinin qiyməti 2021-ci il üçün 2881,05 manat, 2022-ci il üçün 3064,95 manat, 2023-cü il üçün 3368,08 manat, 2024-cü il üçün 3784,36 manat, zirzəminin hər kv.metri üçün qiymət 2021-ci il üçün 1478,71 manat, 2022-ci il üçün 1573,10 manat, 2023-cü il üçün 1728,68 manat, 2024-cü il üçün 1943,34 manat müəyyən edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı məhkəməyə xx.xx.2025-ci tarixində müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir (38.1.). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər (38.2.). Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (39.1.). İşin müəyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********183886 saylı qərarı əsasında iddiaçının fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsində xx.xx.2024-cü il tarixli, **********185249 saylı “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və bunun nəticəsində xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Həmin Qərar əsasında iddiaçıya 2 197 515,98 manat həcmində əlavə vergilər və 1 098 878,01 manat həcmində isə maliyyə sanksiyası hesablanmışdır. Qərarın məzmunundan görünür ki, həmin qərar əsasında iddiaçıya yoxlama dövrü üzrə mənfəət və əlavə dəyər vergisi hesablanmışdır. Eyni zamanda yaranmış kənarlaşmalar nəticəsində iddiaçıya maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi Məcəlləsinə əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Həmin Məcəllədə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir (104.2.). Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, səyyar vergi yoxlaması zamanı cavabdeh iddiaçının kameral hesablama ilə müəyyən edilən 2021-ci il və cari hesablama 2022-ci və 2023-cü illərin mənfəət bəyannamələrində mənfəət vergisinin 41998,57 manat olduğu halda, cari yoxlama ilə 2021-2022 və 2023-cü illərin mənfəət vergisinin 401710, 98 manat hesablandığını və bu səbəbdən 359712,41 kənarlaşmanın yarandığını müəyyən etmiş və həmin mənfəət vergisinə 200855,5 manat maliyyə sanksiyası hesablamışdır. Eyni zamanda cavabdeh ƏDV məbləğinin 2087563,10 manat, əvəzləşdirilən ƏDV məbləğinin 435226,92 manat, nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1652352,56 manat az hesablandığını müəyyən edərək, azaldılmış 1790145,39 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 898776,60 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçının əsas dəlillərindən biri ondan ibarət olmudur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yaşayış sahələsinin (F və E bloklarının) ümumi sahəsi 15243,5 kv metr, həmin ümumi sahədən isə satışa yararlı sahənin cəmi 10433,55 kv metr təşkil edir. F və E blokları üzrə 459,15 kv metr yaşayış sahəsi mənzil fonduna təqdim edilmiş, 6338,34 kv metr yaşayış sahəsi və 327,30 kv metr qeyri-yaşayış sahəsi söküntü əvəzinə sakinlərə verilmişdir. İddiaçı tərəfindən cəmi 1513,14 kv metr yaşayış sahəsi və 453,50 kv metr qeyri-yaşayış sahəsinin satışı həyata keçirilmişdir. Lakin, cavabdeh bütün yaşayış və qeyri-yaşayış sahələrini satış kimi nəzərə alaraq iddiaçının gəlirinə hesblamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən məsələlərə aydınlıq gətirilməsi üçün mənfəət və əlavə dəyər vergi növlərinin vergitutma obyektlərinə nəzər yetirilməlidir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi mənfəət vergisinin vergitutma obyekti müəssisənin mənfəətidir. Yəni, mənfəət vergisinə cəlb edilməsi üçün hüquqi şəxslərin mənfəəti mövcud olmalıdır. Bu səbəbdən “mənfəət” anlayışına qiymət verilməsi zəruridir. Belə ki, mənfəət dedikdə gəlirdən xərclər çıxıldıqdan sonra onun yerdə qalan hissəsi nəzərdə tutulur. Yəni, mənfəət vergisinin tutulması üçün mənfəət mövcud olmalıdır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində iddiaçı tərəfindən inşa edilmiş yaşayış sahəsində, yəni hələlik inşa edilmiş F və E bloklarının ümumi sahəsi 15243,5 kv metr, satışa yararlı sahənin cəmi 10433,55 kv metr olmuşdur. İddiaçı həmin sahənin 6338,34 kv metr yaşayış sahəsi və 327,30 kv metr qeyri-yaşayış sahəsinin söküntü əvəzinə sakinlərə verildiyini, lakin, bunun cavabdeh tərəfindən nəzərə alınmadığını bildirir. İddiaçı öz tələbinin əsası kimi sakinlərlə bağlanmış əvəzləşdirmə müqavilələrini məhkəməyə təqdim etmişdir. Həmin əvəzləşdirmə müqavilələrindən görünür ki, təqribən iddiaçının bildirdiyi qədər, yəni 6000 kv.metrdən artıq yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı sakinlərlə əvəzləşdirmə müqavilələri bağlanmış və həmin sahələr sakinlərin istifadəsinə verilmişdir. Cavabdeh isə müstəqil qiymətləndirici cəlb edərək, F və E bloklarının dövlət fonduna verilmiş mənzillərin sahəsi istisna olmaqla, qalan bütün yaşayış və qeyri-yaşayış sahələrinin kv.metrinə görə qiymət müəyyən etmiş və həmin sahələri iddiaçı tərəfindən satılmış kimi qəbul edərək onların qiymətlərini iddiaçının gəlirinə hesablamışdır. Eyni zamanda iddiaçının xərclərinin müəyyən edilmədiyi qənaətinə gələrək şərti rentabellik norması tətbiq etməklə iddiaçıya mənfəət hesablamışdır. Vergi Məcəlləsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar (67.1). Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14-cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9-cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Öncə qeyd edilməlidir ki, inşa edilən yaşayış sahəsində olan bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsinin hər kv.metrinin qiymətinin mütəxəsis tərəfindən müəyyən edilməsinə zərurət yox idi. Belə ki, iddiaçı tərəfindən satılmış mənzillərin dəyəri nəzərə alına bilərdi. Yəni, alqı-satqı müqavilələrində yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri öz əksini tapmışdır ki, həmin müqavilələrdəki qiymətlərin real olması mübahisə predmeti deyildir. Eyni zamanda yalnız satılmış sahələrin dəyəri iddiaçının gəlirləri kimi nəzərə alına bilərdi. Əvəzləşdirməyə görə verilmiş sahələrə görə iddiaçıya hər hansı pul məbləği ödənilmədiyinə görə həmin sahələrin dəyəri də iddiaçının gəliri kimi nəzərə alına və mənfəət vergisinin vergitutma obyekti hesab edilə bilməzdi. Həmin sahələrin dəyəri (həmin sahələrin inşa edilməsinə xərclənən vəsait) isə iddiaçının xərci kimi nəzərə alınmalı idi. Belə ki, nəzərə alsaq ki, binaların inşa edilməsinə görə iddiaçının çəkdiyi məsrəflər onun xərci, yaşayış və qeyri-yaşayış sahələrinin satılmasından gələn vəsait onun gəliri, bunlar arasındakı fərq isə iddiaçının mənfəətidir, bu halda əvəzləşdirmə müqavilələrinə əsasən əvəzsiz verilmiş sahələrə görə iddiaçının gəliri olmadığı üçün onların inşasına sərf edilmiş vəsait yalnız iddiaçının xərci kimi nəzərə alına bilər. Eyni zamanda cavabdeh iddiaçının xərclərini şərti rentabellik norması tətbiq edilməklə hesablasa da, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən digər üsullarla xərclərin müəyyən edilməsinin mümkünsüzlüyü barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, şərti rentabellik nomasının tətbiqini əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən ƏDV-nin hesablanması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda da qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi ƏDV-nin ödənilməsi üçün mal təqdim edilməli, iş və ya xidmət göstərilməlidir. Vergi Məcəlləsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir (13.2.10.). Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir (13.2.11.). Lakin, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən tikilmiş binalardan sahənin 6338,34 kv metr yaşayış sahəsi və 327,30 kv metr qeyri-yaşayış sahəsi sökülmüş yaşayış sahələrinin əvəzinə sakinlərə verilmişdir. Yəni, həmin sahələrin verilməsi malların təqdim edilməsi kimi qiymətləndirilərək onların bütün dəyərinin ƏDV-yə cəlb edilməli əməliyyat kimi qiymətləndirilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən qəul edilmiş xx.xx.2024-cü il tarixli, **********190136 saylı qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********190136 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar