Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6036/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “işə bərpa edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 89-k saylı 21,02.2022-ci il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixindən etibarən boşdayanma günlərinin əvəzinin ödənilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı uzun bır müddət 36 il Yevlax rayon Mədəniyyət Şöbəsində fasiləsiz olaraq işləmişdir. Həmin iş sahəsinin 24 ilini dövlət qulluğunda işləmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının çoxsaylı fəxrifərmanlarını almışdır. YAP-ın yaranmasının yubiley medalı ilə təltif olunmuşdur. Heç bır vaxt əmək intizamını pozmamışdır, və sonuncu dəfə X1 İdarəsində baş məsləhətçi- Yevlax şəhəri üzrə nümayəndə işləmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində 89-k saylı əmrlə öz xahişilə işdən çıxmağı qeyd edilmişdir. İddiaçı qeyd edir ki, rəsmi ərizə ilə işdən çıxmağa məcbur edilmişdir. İddiaçı mübahisə ilə bağlı mediasiya şurasına müraciət etmişdir, lakin işəgötürən mediasiya prosesində iştirak etməmişdir.
3. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən, İddiaçı xx.xx.2023-cü il tarixində ölmüşdür.
4. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
5. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
6. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
7. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva