Məhkəmə qərarları › İş №e-2-1(112)-6061/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6061/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6061/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 noyabr 2017-ci il tarixdən 01 fevral 2020-ci il tarixə qədər 3-cü qrup əlilliyə görə iddiaçıya ödənilmiş pensiya məbləğinin ondan tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə tutulmuş məbləğin iddiaçıya qaytarılması, 01 fevral 2020-ci il tarixdən 2020-ci ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ötən dövr üzrə müddətsiz təyin edilmiş 3-cü qrup əlilliyə görə ödənilməmiş pensiyanın tam həcmdə ödənilməsi və xx.xx.2022-ci il tarixindən hal-hazıradək ödənilməli olan pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi” tələbi üzrə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 noyabr 2017-ci il tarixdən 01 fevral 2020-ci il tarixə qədər 3-cü qrup əlilliyə görə iddiaçıya ödənilmiş pensiya məbləğinin ondan tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə tutulmuş məbləğin iddiaçıya qaytarılması, 01 fevral 2020-ci il tarixdən 2020-ci ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ötən dövr üzrə müddətsiz təyin edilmiş 3-cü qrup əlilliyə görə ödənilməmiş pensiyanın tam həcmdə ödənilməsi və xx.xx.2022-ci il tarixindən hal-hazıradək ödənilməli olan pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 noyabr 2017ci il tarixdən 01 fevral 2020-ci il tarixə qədər 3-cü qrup əlilliyə görə iddiaçıya ödənilmiş pensiya məbləğinin ondan tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə tutulmuş məbləğin iddiaçıya qaytarılması, 01 fevral 2020-ci il tarixdən 2020-ci ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ötən dövr üzrə müddətsiz təyin edilmiş 3-cü qrup əlilliyə görə ödənilməmiş pensiyanın tam həcmdə ödənilməsi və xx.xx.2022-ci il tarixindən hal-hazıradək ödənilməli olan pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 noyabr 2017-ci il tarixdən 01 fevral 2020-ci il tarixə qədər 3-cü qrup əlilliyə görə iddiaçıya ödənilmiş pensiya məbləğinin ondan tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə tutulmuş məbləğin iddiaçıya qaytarılması, 01 fevral 2020-ci il tarixdən 2020-ci ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ötən dövr üzrə müddətsiz təyin edilmiş 3-cü qrup əlilliyə görə ödənilməmiş pensiyanın tam həcmdə ödənilməsi və xx.xx.2022-ci il tarixindən hal-hazıradək ödənilməli olan pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar