Məhkəmə qərarları › İş №e-2-1(112)-6087/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6087/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6087/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X5 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* qərarın əsassız olduğu üçün ləğv edilməsini və iddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı başlanılmış inzibati xətalar haqqında iş icraata xitam verilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* qərarın əsassız olduğu üçün ləğv edilməsini və iddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı başlanılmış inzibati xətalar haqqında iş icraata xitam verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir, xx.xx.2024-cü il tarixdə isə MN № ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində qeyd edilmişdir guya “X1 xx.xx.2023-cü il tarixindən – xx.xx.2023-cü il tarixinədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir” “Eyni zamanda 2023-cü il oktyabr əmək haqqısı gecikdirilməsi xx.xx.2023-cü il tarixində ödənilmiş, bununla da AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur”. Cavabdeh tərəfindən İddiaçı direktor olduğu "xxxx" MMC-də araşdırmanın başlanılması üçün yeganə əsas işçi X3 ərizəsi olmuşdur. Həmin ərizədən işçi X6 qeyd etmişdir ki, “Mən xx.xx.2023 Aqro dost MMC-də traktor sürücüsü vəzifəsində işləyir, 2023-cü ilin oktyabrın əmək haqqı ödənilməmişdir”. Ərizədən göründüyü kimi, işçi X6 özü şikayət məzmunlu ərizəsində özünün məhz xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-də işə qəbul edildiyini vurğulamış və bu faktı mübahisələndirməmişdir. Bununla yanaşı, cavabdehin sorğu əsasında ona təqdim edilmiş işçi X3 işə qəbul edilməsinə dair ərizədən, əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, bütün həmin sənədlərin tarixləri məhz xx.xx.2023-cü il tarixinə təsadüf edir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilmişdir.” dedikdə nə başa düşülməli olduğunu ümumiyyətlə anlamaq mümkün deyildir. Eyni zamanda, cavabdeh işçi X3 qeyd edilən məsələ ilə bağlı heç dəvət belə etməmiş, izahatını almamış, həmin izahatı işə əlavə etməmiş, izahatın məlumatlarını toplanan digər sənədlər ilə müqayisəli halda araşdırmamış, bununla da faktiki baxımdan şikayətin obyektiv, tam və hərtərəfli araşdırılmasına yönələn inzibati qanunvericilikdə müəyyən edilmiş tədbirləri görməmiş, işin nəticələrinə qərəzli yanaşmışdır, nəticədə də buna dair heç bir hüquqiəsas olmayan xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərar qəbul etmişdir. X2 Lənkəran rayon məhkəməsinin icraatında olan inzibati işin ( 3(049)-24/2024, sədrlik edən hakim Murad Aslanov) icraatı barəsində məlumat verilmiş və o xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol barəsində öz fikrini xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş Lənkəran rayon məhkəməsinə ünvanlanan ərizəsində təkrar olaraq bildirərək qeyd etmişdir ki, “xx.xx.2023-cü il tarixdə mən X7 ərizə ilə müraciət edib, 2023cü ilin oktyabr ayının əmək haqqısının gecikdirildiyi bildirmişdir. Həmin ərizədə də ididaçı "xxxx" MMC-də məhzxx.xx.2023-cü il tarixdən etibarən işlədiyini qeyd etmişdir. O heç bir vaxt, heç bir yerdə xx.xx.2023-cü il tarixdən əvvəl "xxxx" MMC-də hər hansı bir işə cəlb olunmağı və ya həmin Cəmiyyətə digər formada xidmət göstərdiyi haqqında məlumat verməmişdir. Hal hazırda, onun "xxxx" MMC-yə qarşı heç bir iddia və ya şikayəti yoxdur və bunu əsas tutaraq da xx.xx.2023-cü il tarixli ərizə ilə X7 müraciət etmişdir. Bu səbəbdən də, iddiaçının şikayəti əsasında "xxxx" MMC-i və onun direktoru X8 barəsində X10 tərəfindən tərtib edilmiş protokol və qəbul edilmiş müvafiq qərarları əsassız sayılır.” Qeyd edilənlərlə yanaşı, cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq,barəsində inzibati icraat aparılan şəxsi inzibati xəta haqqında işin baxışının keçirildiyi vaxt və yeri haqqında məlumatlandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddia “inzibati tənbeh vermə haqqında qərarın(cərimənin) ləğv edilməsi” tələbindən ibarətdir. Göründüyü kimi iddiaçının tələbi yuxarıda sadalanan iddia növlərinə heç birinə uyğun gəlmir, belə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Məcəllənin 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə(3.2.1.) və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə(3.2.2) şamil olunmur. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* qərarın əsassız olduğu üçün ləğv edilməsini və iddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı başlanılmış inzibati xətalar haqqında iş icraata xitam verilməsi” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar