Məhkəmə qərarları › İş №e-2-1(112)-6111/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6111/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6111/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 55 yaşına çatdığı zamandan, yəni xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 2017ci ildə 55 yaşı tamam olub. 20 ildən çox sığorta stajı var. Həmin müddətin 14 ilini ağır və zərərli vəzifədə çalışmışdır. Belə ki, xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin Cavabdeh orqanın **********6 nömrəli 15 dekabr 2021-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hesab edir ki, ona güzəştli şərtlərlə pensiya təyinatından imtina əsassızdır. Belə ki, “Respublika Psixiatriya Xəstəxanası” X7 489 nömrəli xx.xx.2021-ci il tarixli arayışı ilə onun bilavasitə xəstələrə xidmət edən işçi siyahısına aid edilməyi, ümumi iş stajı nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 19-cu bəndinə “Səhiyyə və sosial təminat” bölməsinə müvafiq olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu təsdiq olunur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilməsi də iddiaçının pensiya hüququnun pozulması deməkdir. O işlədiyi müddətdə hər ay əmək haqqına uyğun olaraq sosial sığorta haqqlarını vaxtı-vaxtında ödəmişdir və kifayət qədər pensiya kapitalı yığılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Respublika Psixiatriya Xəstəxanası”nın ona dair 6 dekabr 2021-ci il tarixli 489 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən hal-hazıradək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan usaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24662,86 manat təşkil edir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1994-cü il tarixli, ИT-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1989-cu ildə X4 fəhlə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Zuqulba” sanatoriyasına bağban vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə 306 nömrəli bölmədə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsinə təyin edilmiş, xx.xx.2006-cı ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası SN-nin 1 №-li Respublika Psixiatriya Xəstəxanasında ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə Səhiyyə Nazirliyi ərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar xadimə vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar olaraq xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 93 nömrəli məktubunda qeyd olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2008-ci il tarixdən halhazıra kimi psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. xx.xx.2008-ci il tarixində psixiatrik yoluxucu xəstəliklər şöbəsinə ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş (Əmr № 06/xx.xx.2008), xx.xx.2009-cu il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar xadimə vəzifəsinə keçirilmişdir (Əmr № 116/xx.xx.2009). xx.xx.2017-ci il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar olaraq xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir (Əmr № 53/xx.xx.2017). Bu müddət ərzində işlədiyi vəzifələrin adları dəyişdirilsə də, əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır. Yoluxucu xəstəliklərdən müalicə alan psixi xəstələrə qulluq edilməsi, müalicə olunduqları müddətdə onlara lazımi qayğı və diqqətin göstərilməsi, yüksək faizli dezinfeksiya məhlullarından istifadə və infeksion xəstəliklərin şöbə daxilində yayılmaması üçün sanitar-gigiyenik qaydalara ciddi əməl olunması bu şöbədə işləyən işçi heyətinin əmək funksiyasının özəyini təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləği” Qərarının 2.2.1 Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr bəndinə əsasən hər ay vəzifə (tarif) maaşına 25 faiz əlavə haqqı ödənilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı” Qərarına əsasən Psixiatriya müəssisələrində kiçik tibb heyətində çalışanlara şamil olunan 24 gün əlavə məzuniyyət hüququna malikdir. İddiaçı infeksion şöbəsində kiçik tibb heyəti vəzifəsində çalışmasını, xəstələrə xidmət edən işçi siyahısına aid edilməsini, ümumi iş stajını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarının 19-cu bəndinə “Səhiyyə və sosial təminat” bölməsinə müvafiq olaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 224 nömrəli məktubunda qeyd olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2008-ci il tarixindən halhazıra kimi psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. xx.xx.2008-ci il tarixində psixiatrİk yoluxucu xəstəliklər şöbəsinə ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş (Əmr № 06/xx.xx.2008), xx.xx.2009-cu il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinin adı dəyişdirilərək xadimə vəzifəsinə keçirilmişdir (Əmr № 116/xx.xx.2009). Bu müddət ərzində işlədiyi vəzifələrin adları dəyişdirilsə də, əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır (zərərli ağır, yoluxucu xəstəliklər şöbəsi, kiçİk tibb heyəti). xx.xx.2017-ci il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar olaraq xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir (Əmr № 53/xx.xx.2017). İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi xadimə vəzifəsi kiçik tibb heyətinə aiddir. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunsa da, İddiaçı həmin dövrdə Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində-psixiatrik yoluxucu xəstəliklər şöbəsində həm psixi, həm də yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələrə qulluq edən kiçik tibb heyətində çalışmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” X7 yoluxucu xəstəliklər şöbəsində kiçik tibb bacısı vəzifəsində 14 il, 4 ay, 19 gün ümumi iş stajı vardır, bu da əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə bilər. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarının 19-cu “Səhiyyə və sosial təminat müəssisələri” bölməsinin a yarımbəndinə vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində - kiçik tibb heyəti yarımbəndinə aiddir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Respublika Psixiatriya Xəstəxanası”nın ona dair 6 dekabr 2021-ci il tarixli 489 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən Mərkəzi Filiala müraciət etdiyi tarixədək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27421,05 manat təşkil edir. Qeyd olunan səbəblərdən adıçəkilən şəxsə “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq, Qanunun 9.1-ci maddəsinə əsasən qadınların pensiya yaşı 29 iyun 2022-ci il tarixindən etibarən 58 yaşdır. Eyni zamanda, onun işlədiyi “Respublika Psixiatriya Xəstəxanası” uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələri sahəsinə aid deyil. Göstərilən səbəblərdən də hazırda İddiaçı qeyd olunan maddəyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27800,37 manat təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13472,18 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 14328,19 manat olmaqla cəmi pensiya kapitalı 27800,37 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 16 il 6 ay 25 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 13472,18 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 14328,19 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. Maycahan X2 təqdim etdiyi “Respublika Psixiatriya Xəstəxanası”nın ona dair 6 dekabr 2021-ci il tarixli 489 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən Mərkəzi Filiala müraciət etdiyi tarixədək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, İddiaçı ümumi iş stajı 30 il 8 ay 25 gün (2006-cı ilədək 16 il 6 ay 25 gün (xx.xx.1989-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-01.01 2006-cı il tarixləri arasındakı dövrlər), 2006-cı il tarixindən sonra 14 il 2 ay iş stajı) təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 iİ sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Respublika Psixiatriya Xəstəxanası”nın sizə dair 6 dekabr 2021-ci il tarixli 489 nömrəli arayışında xx.xx.2008-ci iİ tarixindən halhazıradək həmin müəssisədə kiçik tibb bacısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24662,86 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının və yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı müraciətinə ƏPQ-nun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən imtina versə də, lakin məhkəmə icraatı gedişində məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda həm də xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQ-nun 9.1-ci maddəsi üzrə qiymətləndirmə aparmaqla iddiaçının müraciətinə bilavasitə hazırkı qanunvericiliyin tələbləri əsasında öz mövqeyini bildirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır və bu halda cavabdeh iddiaçının hazırkı qüvvədə olan qanuna əsasən pensiya təyinatı ilə bağlı iddia qaldırılanadək icraat aparılmadığına və ya inzibati orqanın münasibət bildirmədiyinə istinad edə bilməz. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınlar üçün yaş 58 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2022-ci il tarixdən qadınlar üçün 63 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 10 il güzəştli iş stajı toplaması tələb olunur. Göründüyü kimi qanunun qüvvədə olan tələbləri sırasında güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün pensiya kapitalı ilə bağlı hər hansı tələb nəzərdə tutulmamışdır. Bu əsasdan məhkəmə cavabdehin pensiya kapitalı ilə bağlı dəlilini araşdırmağa zərurət görmür. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 58 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 58 yaşını 2020-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən İddiaçı iş stajı xx.xx.1989-xx.xx.1994-cü ilədək 04 il 08 ay 21 gün, xx.xx.1994xx.xx.1995-ci ilədək 01 il 09 ay 16 gün, xx.xx.1995- xx.xx.2006-cı ilədək 10 il 05 ay, xx.xx.2008- xx.xx.2022-ci il tarixədək 14 il 04 ay 29 gün olmaqla ümumilikdə 31 il 04 ay 06 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə iş üzrə müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulduğunu, iddiaçının isə “Respublika Psixiatriya Xəstəxanası”nda işlədiyi sahənin uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid olmadığını əsas gətirərək iddiaçının güzəştli iş stajına malik olmadığını bildirir. Məhkəmə aşağıdakılara əssaən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: -19. Tibb və sosial təminat müəssisələri bölməsində: a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində adlı yarımbəndində: orta tibb heyəti kiçik tibb heyəti c) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində adlı yarımbəndində: orta tibb heyəti kiçik tibb heyəti vəzifələri zərərli vəzifələr kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının işlədiyi Respublika Psixiatriya Xəstəxanasının uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarəsi olmadığını, bununla da iddiaçının Siyahıda nəzərə tutulmuş sahəyə uyğun gəlmədiyini bildirsə də yuxarıda qeyd eidldiyi kimi Siyahıda “a”-yarımbəndində bütün tibbi sosial təminat müəssisələrinin infeksion bölməsində çalışan kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq da işəgötürən iddiaçının işlədiyi vəzifəni cavabdehin iddia etdiyi “c” yarımbəndindəki uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində kiçik tibbi heyətə deyil, məhz “a” yarımbəndinə infeksion bölmələrdəki kiçik tibb heyətinə aid etmişdir. Bu əsasdan məhkəmə cavabdehin iddiaçının işlədiyi idarənin ümumilikdə adının Psixiatriya xəstəxanası olmasından çıxış edərək onun işlədiyi sahəni uşaq evlərinin psixiatriya müəssisəsi bölməsinə uyğunlaşdırmasını əsaslı hesab etmir. Qeyd edildiyi kimi 19-cu bəndin “a” yarımbəndi bütövlükdə tibb və sosial təminat müəssisələrində infeksion bölmələrində işləyən kiçik tibb heyətini zərərli sahə və peşə kimi nəzərdə tutmuşdur. Hər bir tibb müəssisəsində infeksion şöbə və ya bölmə olması mümkündür. Nəzərə alınsa ki iddiaçının işlədiyi müəssisə ixtisaslaşmış psixiatriya müəssisəsi olmaqla bərabər ilk əvvəl tibb müəssisəsidir və həmin müəssisədə də müvafiq infeksion bölmə mövcuddur. İşəgötürən Respublika Psixiatriya Xəstəxanasının verdiyi ştat cədvəllərində və məhkəmə sorğularına cavab məktublarında xəstəxana daxilində ayrıca infeksion şöbənin olduğu qeyd edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Siyahıda zərərli peşə kimi tibb müəssisəsində infeksion bölmədə kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”nda kiçik tibb heyətinə xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı), təsərrüfat bacısı (qardaşı), tibb müəssisəsinin şöbələrinin bufetçisi, sanitar qadın (sanitar) aid edilmişdir. -Xəstələrə qulluq edən kiçik tibb bacısı (qardaşı): Əmək funksiyası. Tibb bacısının (qardaşının) rəhbərliyi altında xəstələrə qulluq edir. Xəstələrin paltarlarının təmiz və səliqəli olmasını təmin edir. Otaqların təmizliyinə, xəstələrə qulluq göstərilərkən istifadə edilən əşyaların təmizliyinə, düzgün saxlanılmasına və istifadə olunmasına nəzarət edir. Yataq dəstlərinin vaxtında dəyişdirilməsini təmin edir. Yataq xəstələrinin nəql edilməsi işinə köməklik göstərir. Xəstələrin və onların yanına gələn şəxslərin diqqətini müəssisədaxili intizam qaydalarına riayət olunmasına yönəldir. -Sanitar qadın (sanitar): Əmək funksiyası. Müəssisənin sanitar-gigiyena rejiminə uyğun olaraq otaqlarda və dəhlizlərdə təmizlik işlərini yerinə yetirir. Dərman, alət və avadanlıq alınarkən onların şöbəyə daşınması üçün böyük tibb bacısına (qardaşına) köməklik göstərir. Təsərrüfat bacısından yataq dəstlərini, təsərrüfat inventarını və yuyucu vasitələri alır və onların düzgün saxlanılmasını və istifadə olunmasını təmin edir. Hər yemək qəbulundan sonra yataq xəstələrinin çarpayıyanı stollarını yığışdırır. Palata tibb bacısının (qardaşının) göstərişi ilə xəstələri müalicə-diaqnostika kabinetlərinə müşayiət edir. Kuryer funksiyasını yerinə yetirir, tibb müəssisələrində əczaçılıqda istifadə olunan qabları yuyur. Qızdırıcı, su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə təsərrüfat bacısına (qardaşına) xəbər verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. İşəgötürən Respublika Psixiatriya Xəstəxanası tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçının işlədiyi müddətdə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən müəssisədə vəzifələrin adları dəyişdirilmiş lakin, əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır. Belə ki, iddiaçı işlədiyi müddətdə yoluxucu xəstəliklərdən müalicə alan psixi xəstələrə qulluq edilməsi, müalicə olunduqları müddətdə onlara lazımi qayğı və diqqətin göstərilməsi ilə məşğul olmuş, yüksək faizli dezinfeksiya məhlullarından istifadə və infeksion xəstəliklərin şöbə daxilində yayılmaması üçün sanitar-gigiyenik qaydalara ciddi əməl edilməsinə məsul olmuş, onun hər ay vəzifə (tarif) maaşına sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 25 faiz əlavə haqqı ödənilmiş, eyni zamanda 24 gün əlavə məzuniyyət haqqı ilə təmin edilmişdir. Təqdim edilmiş ştat cədvəllərindən müəyyən olunur ki, Səhiyyə Nazirliyi tərəfindən 2008, 2009, 2017-ci illərdə yeni ştat vahidləri təsdiq olunmuş, psixiatrik yoluxucu xəstəliklər şöbəsində kiçik tibb heyətinə aid edilən vəzifələrin adlarında, sayında fərq olmuş, lakin iddiaçının əmək haqqı barədə arayış cədvəllərində hər iki xadimə və ya kiçik tibb bacısı vəzifəsində işlədiyi dövrlər üzrə zərərli işlə bağlı güzəştlər verilməkdə davam etmişdir. Beləliklə, iddiaçının psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən xadimə və kiçik tibb bacısı vəzifələri hər ikisi kiçik tibb heyətinə aid olmuş, hər iki vəzifələr üzrə işlədiyi sahə, əmək şəraiti və əmək funksiyaları eyni olmuş və zərərli işlə əlaqədar əlavə əmək haqqı və əlavə əmək məzuniyyətləri ilə təmin edilmişdir. Məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2008-ci ildən xx.xx.2022-ci ilədək 14 il 04 ay 29 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar