Məhkəmə qərarları › İş №e-2-1(112)-6126/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6126/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6126/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu, yəni 01.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur. O, 1976-cı ildən 1979-cu ilə qədər Bakı şəhəri Binə qəsəbəsi 101 nömrəli orta texniki peşə məktəbində elektrik qaz qaynaqçısı kursu üzrə peşə təhsili almışdır. Daha sonra 18.10.1979-cu ildən 16.12.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra 05.04.1982-ci ildən, 17.05.1982-ci ilə qədər Lenin adına üzümçülük sovxozunda 6 nömrəli briqadada fəhlə, 18.05.1982-ci ildən 08.06.1982-ci ilə qədər Lənkəran çay fabrikində ocaqçı, 21.08.1982-ci ildən 27.05.1987-ci ilə kimi P.M.K 30-da elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici, 27.05.1987-ci ildən 05.01.1995-ci ilə kimi 3 nömrəli X9 tikinti trestində elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici), 10.01.1995-ci ildən 30.11.2005-ci ilə qədər "xxxx" X4 elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici), 18.10.2008-ci ildən hal-hazıradək ADDY "xxxx" MMC-də elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici) vəzifəsində işləyir. Onun yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerində verilmiş 27 nömrəli, 24.06.2020-ci il tarixli güzəştli arayış ilə öz təsdiqini tapmışdır. Həmçinin adıçəkilən arayışda şəxsin işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnu qazandığı qeyd olunmuşdur. Bundan sonra, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin ediləsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 04.02.2021-ci il tarixli, **********03 nömrəli cavab məktubu ilə onun ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının sığorta kapitalının miqdarı kifayət qədər yığılmadığınadn onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, ona 57 yaşdan əmək pensiyası təyin edilməsi üçün 01.01.2006-cı il tarixə qədər 25 il ümumi iş stajı, 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Cavabdeh inzibati orqanın imtinasının əsası olaraq qeyd etdiyi sığorta kapitalı anlayışı 01.07.2017-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklik əsasında yaranmışdır. Qeyd edilən sığorta kapitalı anlayışı yalnız yeni pensiyaya çıxmış şəxslərə şamil edilir. Yəni sığorta kapitalı anlayışı hazırda qüvvədə olan qanunvericiliklə 60 yaşı tamam olan və pensiya təyin edilən şəxslərə şamil edilir. Hazırki vəziyyətdə ona pensiya təyinatı köhnə qanunvericiliyin tələblərinə əsasən təyin edilməli olduğuna görə imtina məktubunda qeyd edilən sığorta kapitalı əhəmiyyət kəsb etmir. Hazırki, mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız minimal pensiya sığorta kapitalını mübahisələndirmişdir. Yəni, cavabdeh inzibati orqan onun minimum 12 il 06 ay zərərli iş, 25 il isə ümumi iş stajının olması faktını qəbul etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni 01.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, “X7” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X7” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3-2-cü bəndində göstərilmişdir - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Onu da, qeyd edirlər ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər” Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimlənmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, qadınlar isə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz, onun 01.01.2006-cı il tarixədək güzəştli iş stajı yoxdu və bunu təsdiq edəcək iş yerindən heç bir arayış təqdim edilməyib. Əvvəla onu qeyd etmək istəyirlər ki, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasında onun “X7” Qanun qüvvəyə minənədək işlədiyi hər-hansı peşənin ona güzəştli pensiya hüququ verən peşə olması qeyd edilməmiş, həmçinin iddiaçı həmin dövrədək işlədiyi heç bir müəssisədən işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması barədə arayış təqdim etməmişdir. İddaçının təqdim etdiyi "xxxx" QSC-ti tərəfindən tərtib edilmiş 24.06.2020-ci il tarixli, 27 saylı güzəştli arayışı onun 01.01.2006-cı ilədək işlədiyi peşələrin güzəştli pensiya hüququ verən peşələr olmasının sübut edəcək sənəd kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən müəssisə ancaq həmin müəssisənin tərkibində olan peşlərin güzəştli pensiya hüququ verən peşələr olmasını qeyd edə bilər. Lakin, qeyd edilən müəssisə heç bir əsas və hüququ olmadan iddiaçının həmin müəssisədə deyil, digər müəssisələrdə (Dəmir yoluna aidiyyəti olmayan) 21.08.1982-27.05.1987; 27.05.1987-05.01.1995 və 10.01.1995- 30.11.2005-ci illərdə işlədiyi peşələri də, güzəştli peşə kimi qeyd etməklə açıq-aşkar öz səlahiyyətləri çərçivəsindən çıxmışdır. Həmçinin qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin güzəştli pensiya hüququ verən peşələr kimi göstərilməklə əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “Ümumi Peşələr” adlanan 35-ci bəndinə istinad etmişdir. Halbuki, iddiaçıya münasibətdə həmin dövr üçün,X7 qanunun 9.8-ci maddəsinə əsasən, yəni 01.01.2006-cı il tarixədək qüvvədə normativ hüquqi aktlara istinad edilməlidir. Qeyd edilən tarixdə qüvvədə olmuş peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Ümumi Peşələr” adlanan 23 bəndində iddiaçının işlədiyi elektrik qaz qaynaqçısı-kəsicisi peşəsi qeyd edilməmişdir. Həmçinin, qeyd edilən arayışda istinad edilən 12 saylı qərarda belə, iddiaçının işlədiyi peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmiş, orada qeyd edilən qaz qaynaqçı peşələrin iddiaçının əmək kitabçasında qeyd edilən peşlərin olduğu sahələrdən fərqli sahələrdir. “X7 Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan mətni iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60 qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən güvvəyə minmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla onun 57 yaşı 01 dekabr 2017-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “X7” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. Həmçinin qeyd edilən tarixə iddiaçı, ona güzəştli pensiya hüququnu verən peşələrdə işləməmişdir. İddiaçıya hal-hazırda qüvvədə olan “X7” Qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40400.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 24736.54 manatdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsininin tələblərinə uyğun, lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının 07.01.2021-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq verilmiş 04 fevral 2021-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asili olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli vs ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X7” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda emək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24736,54 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, “X7" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş Б seriyalı, 366866 nömrəli diplomun surətindən görünür ki, o, 1976-1979cu illərdə Binə qəsəbəsi 101 nömərli Orta texniki peşə məktəbində elektrik qaz qaynaqçısı kursu üzrə peşə təhsili almışdır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 18.10.1979-cu ildən 16.12.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.04.1982-ci il tarixdən 17.05.1982-ci il tarixədək, 18.05.1982-ci il tarixdən, 08.06.1982-ci il tarixədək, 21.07.1982-ci il tarixdən 27.05.1987-ci il tarixədək, 10.01.1995-ci il tarixdən, 30.11.2005-ci il tarixədək, 27.05.1987-ci il tarixdən, 05.01.1995-ci il tarixədək, 18.10.2008-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 27 nömrəli, 24.06.2020-ci il tarixli “Güzəştli arayış”-dan görünür ki, İddiaçı həqiqətən "xxxx" QSC-nin Bakı vaqon deposunda elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici) peşəsində çalışır. Onun "xxxx" QSC-nin Bakı vaqon deposunda və əvvəlki iş yerlərində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 21.08.1982 - 27.05.1987-ci illərdə П.М.К 30-da elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici) peşəsində 4 il 10 ay 7 gün çalışmış; 27.05.1987-05.01.1995-ci illərdə 3 №-li X9 tikinti trestində elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısıkəsici) peşəsində 7 il 7 ay 10 gün çalışmış; 10.01.1995-30.11.2005-ci illərdə "xxxx" X2ynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici) peşəsində 10 il 10 ay 21 gün çalışmış, 18.10.2008-ci ildən halhazıradək Bakı Vaqon Deposunda elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı-kəsici) peşəsində 11 il 8 ay 6 gün çalışır. İşdə olan "xxxx" ASC 2 nömrəli Sənaye Kombinatı tərəfindən verilmiş 16 nömrəli, 22.10.2021-ci il tarixli “Güzəştli arayış”dan görünür ki, İddiaçı həqiqətən 3 №-li "xxxx" trestinin 30 №-li X3sinə (PMK- 30) 21 iyul 1982-ci il tarixli, 104 №-li əmrlə 3-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və 26 may 1987-ci il tarixli 60 №-li əmr ilə sabiq X1 dəstəsinə (TSMD) köçürmə yolu ilə işdən azad edilmişdir. Sabiq TSMD-nin 25 may 1987-ci il tarixli, 3 №-li əmri ilə köçürmə yolu ilə 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və sabiq 32 №-li X3 ( 32 №-li SMD) üzrə verilmiş 05 yanvar 1995-ci il tarixli, 1 №-li əmr ilə işdən azad edilmişdir. İşdə olan "xxxx" ASC 2 nömrəli Sənaye Kombinatı tərəfindən verilmiş 21 nömrəli, 25.11.2021-ci il tarixli “Güzəştli arayış”dan görünür ki, F.Ağayev həqiqətən 21.07.1982-ci ildən 29.06.1984-cü ilə qədər sabiq 30 №-li SMD-də (PMK-30) qaynaqçı, 29.06.1984-cü ildən 27.05.1987-ci ilə qədər elektrik qaynaqçısı, 27.05.1987-ci ildən 05.01.1995-ci ilə qədər 3 №-li “Aqrosənaye” Tikinti Trestinin nəzdində olan təşkilatlarda elektrik qaynaqçısı işləmişdir. Onun işlədiyi “qaynaqçı” və “elektrik qaynaqçı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXXİİİ “Ümumi peşələr” adlanan bölməsinin 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşesinə uyğundur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “X7” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlüdür və o, hazırda 01.01.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 01.12.2017-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə cavabdehin iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ilə bağlı mövqeyi ilə bağlı bildirir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq edildiyindən, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “X7” Azərbaycan Respublikası Qanunun tələblərinin araşdırılmasına zərurət yoxdur. “X7” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “X7” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “X7” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “X7” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə eləcə də, iddia tələbinin müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə də, qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““X7” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «X7» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan yəni hüququnun yarandığı, 01.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar