Məhkəmə qərarları › İş №e-2-1(112)-6128/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6128/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6128/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Ədalət” vəkil bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 10, 3 saylı mənzil (1-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 35,7 kv m, yaşayış hissəsi 35,7 kv. metr) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2017ci il tarixli 54\7 saylı Sərəncamı ilə ünvan 3 evin 3 saylı mənzilə( 1-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 35,7 kv m, yaşayış hissəsi 35,7 kv m) İddiaçı ilə kirayə müqaviləsi bağlaması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Sərəncama uyğun olaraq İddiaçı ilə Qaradağ rayonu, 109 saylı MKİS arasında xx.xx.2017-ci il tarixli № 54 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçı və onun üç nəfər ailə üzvü X1 (arvadı), X7 (oğlu), Şahaliyeva (İbrəhimov) Türkan Kamil qızı (qızı) qeyd edilən mənzildə 1997-ci ildən daimi qeydiyyatdadırlar və bütün kommunal ödənişlər İddiaçı tərəfindən həyata keçirilir. Lakin, buna baxmayaraq qeyd edilən mənzilə İddiaçının adına qeyri-müəyyən səbəblərdən 2017ci ilə qədər order verilməmişdir. Bu hüquqi fakt Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyətti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli № 951 saylı Arayışı ilə təsdiq edilir. Sonradan xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş zəruri sənədlər əlavə edilməklə müraciət edilmiş və ünvan 3 evin 3 saylı mənzilinə mülkiyyətə dair çıxarışın verilməsi istənilmişdir. xx.xx.2020-ci il tarixli **********91 saylı məktubla qeyd edilən qurum tərəfindən cavab verilmiş və hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Hal-hazırda qeyd edilən imtinanın hüquqi faktiki əsaslar baxımından qanunsuz olduğunu hesab edir. Belə ki, İddiaçı və ailə üzvləri faktiki olaraq 1997-ci ildən qeyd edilən mənzildə qeydiyyatdadırlar və bütün kommunal xərclər onun tərəfindən ödənilir. Eyni zamanda müraciət zamanı qanunvericiliklə nəzərdə tutulan bütün sənədlər ərizəyə əlavə edilməklə təqdim edilmişdir. İddiaçının ailə üzvləri X1, X7, Şahaliyeva (İbrəhimov) Türkan Kamil qızı qeyd edilən mənzilin İddiaçı tərəfindən özlləşdirilməsinə razılıq vermişlər. Bu fakt öz təsdiqini qeyd edilən şəxslər tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi ilə tapır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 30, 3 saylı mənzil (1-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 35,7 kv.m, yaşayış sahəsi 35,7 kv.m) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrlə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 54/7 saylı sərəncamının xx.xx.2017-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizələrin icrası mümkün olmamış, iddiaçıya **********59 saylı, xx.xx.2020-ci il və **********91 saylı, 02.11,2020-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkmə baxışında tədqiq edilmiş: -Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 02 noyabr 2021-ci il tarixli, **********91 saylı məktubdan görünür ki, iddiaçının ünvan 10, 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair müraciətinə əlavə etdiyi Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Dpartamentinin 54/7 saylı sərəncamı 28 avqust 2017-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasını keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommual Təsərrüfatı Departamentinin 54/7 nömrəli, 28 avqust 2017-ci il tarixli “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 30 sayiı evin 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” sərəncamdan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binalan, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1997-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 35,7 kv.metr olan 2 otaqlı 3 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) yaşayır. Qeyd edilənlərin nəzərə alınaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 35,7 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması barədə sərəncam qəbul edilmişdir. - Qaradağ rayon 109 saylı MKİS ilə İddiaçı arasında bağlanan 54 nömrəli 10 sentyabr 2017-ci il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ünvan 5ayış hissəsi 35,7 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün İddiaçı istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 14 oktyabr 2020-ci il tarixdə verilmiş Forma 2 saylı arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 30 ünvanında yerləşən 3 saylı mənzil tam kommunal şəraitlidir. Mənzildə İddiaçı, X1, X7, X3 daimi qeydiyyatdadırlar. - İddiaçı tərəfindən Bakı şəhəri MKTD-nin sədrinə ünvanlanan 16 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasını xahiş etmişdir. - X1 tərəfindən Bakı şəhəri MKTD-nin sədrinə ünvanlanan 16 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X.İbrahimovanın ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etirazı yoxdur. -X6 tərəfindən Bakı şəhəri MKTD-nin sədrinə ünvanlanan 16 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, A.İbrəhimovun ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etirazı yoxdur. - X3 tərəfindən Bakı şəhəri MKTD-nin sədrinə ünvanlanan 16 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, T.Şahaliyevanın ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etirazı yoxdur. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş plan-sxemdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 30 ünvanında yerləşən 3 saylı mənzilin yaşayış sahəsi 35,70 kv.metr təşkil edir. Məhkəmə araşdırması dövründə Bakı şəhər Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenin 54/7 nömrəli, 28 avqust 2017-ci il tarixli “kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi sorğu əsasında Bakı şəhər Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 744 saylı məktubla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 30 ünvanında yerləşən 3 saylı mənzilinə dair Bakı şəhər Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən 54/7 nömrəli, 28 avqust 2017-ci il tarixli “kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Qaradağ” ATSC tərəfindən təsdiq edilən müvəqqəti orderdən görünür ki, həmkarlar komitəsinin və müdriyyətinin 20.1.1999-cu il tarixli 54 nömrəli iclasının qərarına əsasən ünvan 8 ünvanında yerləşən 3 saylı mənzil 4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə müvəqqəti olaraq İddiaçı verilmişdir. Həmin məktuba əlavə edilmiş Forma A arayışından görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə 05 mart 1996-cı il qeyd olunan mənzildə 4 nəfər ailə tərkibi ilə qeydiyyatdadırlar. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrinən Arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, Bakı şəhəri inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texnki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Arayış Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə təqdim edilməsi üçün verilmişdir. Beləliklə işdə olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhər İcra Haimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 09 avqust 2017-ci il tarixli məktubdan görünür ki, ünvan 10 ünvanında yerləşən 3 saylı mənzildə yaşayn İddiaçı tərəfindən adına mənzil kirayə müqaviləsinin bağlanması ilə əlaqədar birliyə müraciət edilmiş, sonuncu qeyd olunan mənzilin İddiaçı adına rəsmiəşdirilməsinə münasibət bildirilməsi xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommual Təsərrüfatı Departamentinin 54/7 nömrəli, 28 avqust 2017-ci il tarixli “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 30 sayiı evin 3 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” sərəncamdan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binalan, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Sərəncamda qeyd edilənlərdən müəyyən edilir ki, Vətəndaş İddiaçı 1997-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 35,7 kv.metr olan 2 otaqlı 3 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) yaşayır. Qeyd edilənlərin nəzərə alınaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 30 saylı evin, yaşayış sahəsi 35,7 kv.metr olan 2 otaqlı 3 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması barədə qərar verilmişdir. Həmin mənzil sözügedən sərəncam və kirayə müqaviləsinə əsasən iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir və hazırda onun qanuni sahibliyində və istifadəsindədir. İş materiallarında olan ərizələrdən görünür ki, istinad olunan sərəncamda iddiaçının ailə üzvləri qeyd olunmuş və hazırda həmin mənzildə daimi qeydiyyatda olan iddiaçının digər 18 yaşına çatmış ailə üzvləri mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına razıdırlar. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sərəncamın 28 avqust 2017-ci il tarixdə verildiyi, 2009-cu il oktyabrın 1dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verildiyi əsas gətirilərək imtina olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsinə əsasən bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlaması digər vətəndaşların öz hüquqlarının itirməsi ilə nəticələnə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlamasını müəyyən edir, həmin kateqoriya vətəndaşların hüqularının mövcudluğunu daha da gücləndirir, bu məcəllə qüvvəyə minən gündən hazırki dövrədək mənzil əldə etmiş vətəndaşların mənzillərini özəlləşdirmək hüququna isə müdaxilə etmir, onlara hər hansı qadağa qoymur. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsi ilə əsaslandırması qanuni və əsaslı sayıla bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ mövcuddur. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur, lakin tələb olunduğu halda belə, iş materiallarından müəyyən edilir ki, üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilə dair iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumu arasında kirayə münasibətləri mövcud olmuş və bu münasibətlər kirayə müqavləsi zəminində rəsmiləşdirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə, ünvan 10, 3 saylı mənzil (1-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 35,7 kv m, yaşayış hissəsi 35,7 kv. metr) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 10, 3 saylı mənzil (1-ci mərtəbədə, 2 otaqlı, ümumi sahəsi 35,7 kv m, yaşayış hissəsi 35,7 kv. metr) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar