Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6138/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi və kameral yoxlamalı məbləğin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməinə müraciət edərək cavabdeh tərəfindən İddiaçı (VÖEN: **********) hesablanmış 55.255,46 ( əlli beş min iki yüz əlli beş manat qırx altı qəpik ) borcun ləğv edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) uzun illərdir ki, fərdi sahibkarlıq subyekti olaraq fiziki və hüquqi şəxslərə xidmət göstərir. Ümumi fəaliyyət dövründə onun dövlət büdcəsinə hər hansısa geciktirilmiş və ya vaxtlı-vaxtında ödənilməmiş borcu olmamışdır. Lakin cavabdeh tərəfindən ona məlum olmayan qaydada ona 55.255,46 ( əlli beş min iki yüz əlli beş manat qırx altı qəpik ) vergi borcu hesablanmışdır. Bundan əlavə cavabdeh hər dəfəsində fərqli rəqəmlərdə borc məbləği barədə iddiaçıya bildirişlər təqdim edir ki, bu borcun hansı üsulla və konkret olaraq hansı əsaslarla onun üzərinə hesablanması ona məlum deyil və o cavabdeh tərəfindən hesablanmış 55.255,46 (əlli beş min iki yüz əli beş manat qırx altı qəpik ) vergi borcunu tamamilə qanunsuz, əsassız və ədalətsiz hesab edir. İddiaçı borcunun son durumu və ya həcmi barədə məlumatı, cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış və xüsusi icraat qaydasında baxılacaq ərizəsindən əldə etmişdir, belə ki cavabdeh Şirvan Kommersiya Məhkəməsinə ünvanlamış olduğu ərizəsində onun dövlət büdcəsinə 55.255,46 (əli beş min iki yüz əli beş manat qırx altı qəpik) borcunun olması barədə məlumat təqdim edir. İddiaçı dəfərlərlə cavabdehə borcunun hardan və necə yaranması barədə ona qanunvericiliyə uyğun qaydada rəsmi və ətraflı məlumatın verilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İlk öncə cavabdehin iddialarına görə onun dövlət büdcəsinə 6.000 (altı min) manat, daha sonra 17.000 (on yeddi min) manat və təqdim edilmiş xəbərnaməyə əsasən 22.615,89 (iyirmi iki min altı yüz on beş manat səksən doqquz qəpik) göstərilmiş və artıq cavabdeh Şirvan Kommersiya Məhkəməsinə müraciət edərkən ərizəsində borcunu 55.255,46 (əlli beş min iki yüz əlli beş manat qırx altı qəpik) olaraq göstərir. İddiaçı hesab edir ki, cavabdehin bu qanunsuz, əsassız və ədalətsiz iddialarına məhkəmə hüquqi qiymət verməlidir. Eyni zamanda hazırki iş üzrə borc məbləğinin müvafiq ekspertiza tərəfindən mütəxəssiz rəyi əsasında müəyyən edilməsi hesab edir ki, zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6138/2024 nömrəli qərardadına əsasən İddiaçı "xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və çap tarixi xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə daxil edilmiş kameral yoxlama məbləğinin (34.795,91 manat) silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6138/2024 nömrəli Qərardadında qeyd olunur ki, İddiaçı "xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi və şəxsi hesab vərəqəsinə daxil edilmiş kameral yoxlama məbləğinin (34.795,91 manat) silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh terefinden İddiaçı hesablanmış 55.255.46 manat borcun ləğv edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanırıda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "sair mühəndis avadanlıqlarının quraşdırılması"ndan ibarət olduğu və Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana), Dərnəgül Şossesi, məhəllə 6023 ünvanında yerləşən ümumi sahəsi 400 m2 olan xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış (obyektin kodu: **********-15001) "konteyner quraşdırılması obyekti" adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Aparılmış araşdırılma zamanı uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il üzrə elektron qaimə-fakturalar əsasında 102 239,0 manat məbləğində malların (işlərin, xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********121800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş lakin vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin "Gəlir vergisinin bəyannaməsi"ne 20 343,40 manat vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********033600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün kassa metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsinin "Hesabat dövrünün gəlirləri hissəsinin sahibkarlıq fəaliyyəti üzrə 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrində 102 794,00 manat, "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissesinde 6 456,28 manat (o cümleden: 1226.1-ci "Əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində 1 800,00 manat, 1226.2-ci "Sosial sığorta haqları sətrində 522,0 manat, 1226.5-ci "İcarə haqqı sətrində 2 400,00 manat, 1226.7-ci (Enerji xərcləri) 1020,0 manat, 1226.10-cu (Su və kanalizasiya xərcləri) 120,0 manat, 1226.13-cü (Bank xidməti üzrə xərclər) sətrində 594, 28 manat məbləğ qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə edilməklə 4 816,89 manat gəlir vergisi hesablanmışdır. Kameral vergi yoxlaması zamanı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ne-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmiş və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları'nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və qeyd olunanlar ilə əlaqədar olaraq təqdim edilmiş bəyannamə göstəricilərinə ve uçot-baza məlumatlarına əsasən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi orqanı tərəfindən 2022-ci ilin gəlir vergisi bəyannaməsinə 15 526,51 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********166100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.Qərardan narazı qalan iddiaçı tərəfindən inzibati qaydada şikayət verilmiş və xx.xx.2023-cü il tarixli **********006600 nömrəli Qərarı ilə, şikayət qismən təmin edilmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********166100 nömrəli qərarı 14 927,65 manat verginin hesablanması hissesinde esasli hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmış, 598,86 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Qismən təmin edilmə əsası olaraq göstərilmişdir ki, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində 102 239,00 manat məbləğində 20 FT konteynerin təmiri və satışı, 12x2.40 ölçüdə ofis konteynerin təmiri və satışı, mühafizə köşkünün təmiri və satışı, konteyner sanitar qovşağın təmiri və satışı (1,20x1,20 ölçüdə), köşkün əlavə təmiri (2x2), mühafizə köşkü (3,50 x 2), 1,50x1,50 ölçüdə mühafizə köşkü konteynerin tamiri və satışı, 12 x 2,40 ölçüdə anbar konteynerin təmiri və satışı adlı malların (İşlərin, xidmətlərin) teqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyini, mal alışı ilə bağlı elektron qaimə-fakturaların və malların elektron alış aktlarının əldə edilmədiyini, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri bazasında əmək müqaviləsi bağlanmış İşçisinin olmadığını, aylıq icarə haqqı məbləği 200,00 manat olmaqla icarə müqaviləsi əsasında icarəyə götürülmüş obyektinin olduğunu, fərdi sahibkarın səlahiyyətli nümayəndəsi A.Abdulov araşdırmaya təqdim etdiyi izahatında sifarişçi vergi ödəyiciləri tərəfindən müqaviləyə əsasən konteyner və köşklərin təmir üçün fərdi sahibkara təqdim olunduğunu və təmirdən sonra sifarişçiyə qaytarıldığını, vergi ödəyicisinin konteynerləri ümumi təmir etdiyini, soyuducu sistemlər yaratdığını, mebel ilə təchiz etdiyini, bəzilərində isə televizorla təmin etdiyini, istifadəyə yararlı hala gətirdiyini, yəni ofis vəziyyətinə gətirərək sifarişçiyə təhvil verdiyini bildirməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən elektron qaimə-faktura təqdim edilmiş vergi ödəyicilərindən bir neçəsinin araşdırmaya təqdim etmiş olduğu sənədlər və məktublarda konteynerlərin onlara məxsus olmadığını, konteynerlərin alqı- satqı müqaviləsi əsasında təmir edilmiş vəziyyətdə İddiaçı alındığını və qeyd edilənlərin alqı-satqı müqavilələrində, qiymətlərin razılaşdırma protokollarında, malların təhvil-qəbul aktlarında öz əksini tapdığını bildirildiyini, bununla da vergi ödəyicisinin fəaliyyətinin xidmət deyil malların təqdim edilməsi olduğunu, lakin təqdim edilmiş mallar ilə bağlı hər-hansı təsdiqedici sənədlərinin olmadığını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin təqdim edilmədiyini, bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirmiş hesab edildiyini və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində İcarə haqqı xərclərinin, bank xidməti üzrə xərclərin uçot-baza məlumatlarında öz əksini tapdığını nəzərə alınmışdır. Müvafiq qərarı nəzərə alaraq, xx.xx.2023-cü il tarixli **********166100 nömrəli qərar ləğv edilərək, xx.xx.2023-cü il tarixli **********830000 nömrəli Qərarla 2022-ci il gəlir vergisi üzrə İddiaçıya 14927,65 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının şəxsi hesab vərəqəsində Kameral yoxlanılmalı məbləğlə bağlı bildirilir ki, bugünə qədər həmin məbləğə münasibət bildirilə bilməməsinin səbəbi onun riskli vergi ödəyicisi olması ilə bağlıdır. Belə ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən əvvəlki ilin sonuna mal calığı nəzərə alınmaqla idxal əməliyyatları, elektron qaimə-faktura məlumatları və bəyannamə melumatlarına əsasən 2022-ci il ərzində xərclərinin gəlirlərindən çox olmasına (və ya mal qalığının masina) baxmayaraq göstəricilərinin azaldılmaqla təqdim edildiyi müəyyən edilmişdir (Qoşmada cədvəl əlavə olunur). Həmçinin, vergi ödəyicisinin gəlirlərinin və xərclərinin uçotunu qanunvericiliyə uyğun olaraq aparmadığı müəyyən edilmişdir ki, bu da həmin ödəyicinin mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən, riskli əməliyyatların araşdırılması üçün iddiaçıya xx.xx.2023-cü il tarixli **********610300 nömrəli bildiriş göndərilərək, iddiaçıdan riskli əməliyyatların araşdırılması üçün müvafiq sənədlərin və izahatların araşdırılmaya 5 iş günü ərzində təqdim olunması tələb edilmişdir. Lakin iddiaçı tərəfindən, həmin bildirişdə tələb olunan sənədlərin təqdim edilməməsinə görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il **********349400 nömrəli "Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri sıyahısına daxil edilməsi barədə Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Əgər iddiaçı tərəfindən riskli vergi ödəyicisi olması barədə əsaslar aradan qalxarsa, həmin kameral yoxlanılmalı məbləğə münasibət bildiriləcəkdir. İddiaçı xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumilikdə 56509,67 manat borcu, o cümlədən 15893,19 manat vergi borcu, 34795,91 manat kameral yoxlanılmalı məbləğ üzrə borc ve 5820,57 manat faiz borcu vardır. Həmçinin, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 416/2024 saylı Qətnaməsinə əsasən, cavabdeh İddiaçı qarşı 55.255.46 manat dəyərində vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət olunmuşdur. Həmin Qətnamə öz qüvvəsini almış və iddiaçı tərəfindən hər hansı şikayət edilməmiş və şikayətin verilməsi müddəti ötürülmüşdür. Əlavə olaraq bildirilir ki, borc əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə İşləndiyindən tələb etmə müddəti keçmiş borc sayıla bilməz. VM-nin 85-ci maddəsinə əsasən, Vergi orqanları vergiya celb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilen hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergiler, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. VM-nin 93-cü maddəsinə əsasən, Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların ve faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Yuxarıda qeyd olunan işin hallarından və VM-nin müvafiq maddələrindən də görüldüyü kimi, iddianın təmin olunması üçün heç bir əsas mövcud deyildir. Cavabdeh vergi orqanı üzərinə düşən hərəkətləri qanunvericiliyə uyğun olaraq, həyata keçirmişdir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını esaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin iddiaya etiraza əlavəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli dəqiqləşmiş ərizə verərək, xx.xx.2023-cü il tarixli **********830000 nömrəli və xx.xx.2024-cü il tarixli **********939800 nömrəli qərarların ləğv edilməsi və şəxsi hesab vərəqəsinə daxil edilmiş kameral yoxlama məbləğinin (34.795,91 manat) silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli iddia ərizəsinə dəqiqləşmə barədə qərardadı qəbul edilmişdir. Cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddia tələbinə etiraz edir və əvvəl verilmiş etiraza aşağıdakıları əlavə edir. Uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "sair mühəndis avadanlıqlarının quraşdırılması” ndan ibarət olduğu və Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana), Dərnəgül Şossesi, məhəllə 6023 ünvanında yerləşən ümumi sahəsi 400 m2 olan xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış (obyektin kodu: **********-15001) "konteyner quraşdırılması obyekti” adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir.İddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı mikro sahibkarlıq üçün nəzərdə tutulmuş güzəştdən istifadə edildiyi, lakin Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********349400 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********491200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il gəlir vergisi üzrə 14927.65 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********166100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricisiz bəyan edildiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********928600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-gəlir vergisi üzrə real gəlir və xərcə əsasən 25 690.12 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********939800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Yuxarıda qeyd olunan işin hallarından və VM-nin müvafiq maddələrindən də görüldüyü kimi, iddianın təmin olunması üçün heç bir əsas mövcud deyildir. Cavabdeh vergi orqanı üzərinə düşən hərəkətləri qanunvericiliyə uyğun olaraq, həyata keçirmişdir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********033600 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və sosial sığorta haqqı: 20.343,40 manat; əlavə hesablanmış vergi və sosial sığorta haqqı məbləği: 20.343,40 manat təşkil edir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********166100 nömrəli qərarı ilə 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və sosial sığorta haqqı məbləği 15.526,51 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********006600 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin terefindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********166100 nömrəli qərarı 14 927,65 manat verginin hesablanması hissəsində əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmış, 598,86 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə bu qərarın 2-ci bəndinin icrası ilə İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********830000 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən 2022-ci ilin gəlir vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və sığorta haqqı 20.343,40 manat; əvvəlki aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və sosial sığorta haqqı: 20.343,40 manat ; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və sosial sığorta haqqı:19.744,54 manat, verginin azaladılmış məbləği və ya sığorta haqqı:-598,86 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********349400 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarına əlavə olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********939800 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən 2023-cü ilin gəlir vergisi üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən olunmuş vergi və sosial sığorta haqqı 25.690,12 manat; əlavə hesablanmış vergi və sosial sığorta haqqı məbləği: 25.690,12 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, çap olunma tarixi: xx.xx.2024-cü il, çap tarixinə faiz borcu: 5.057,39 manat, kameral yoxlanılmalı məbləğ 34.795,91 manat, çap tarixinə saldo: -20.961,05, cəmi ödənilməli borc: 55.756,96 manat. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixə 26463,74 manat (kameral yoxlanılmalı məbləğ nəzərə alınmadan) məbləğində vergi və ona hesablanmış faiz məbləği üzrə borcun olduğu müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi aşağıdakılardan ibarətdir: -**********830000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğvi, -**********939800 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğvi, -şəxsi hesab vərəqəsinə daxil edilmiş kameral yoxlama məbləğinin (34.795,91 manat) silinməsi. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin hər iki qərarını mübahisələndirmə üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı müvafiq sübut təqdim etmədiyindən həmin inzibati akta münasibətdə iddiaçı iddia müddətini ötürmüş hesab edilə bilməz. Eyni zamanda xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra mübahisələndirildiyindən həmin qərara münasibətdə də 30 günlük iddia müddətini ötürülməmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia tələbinin 3-cü hissəsi- şəxsi hesaba yazılmış kameral yoxlama məbləğin silinməsinə gəlincə nə qədər ki, həmin məbləğlə bağlı inzibati orqan tərəfindən inzibati akt qəbul edilməmiş, lakin həmin təsdiqlənməmiş azalmanın tutulması ilə bağlı hərəkətlərə yol vermişdir (dondurma və alınma barədə sərəncamların verilməsi və s.) məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü "sair mühəndis avadanlıqlarının quraşdırılması"ndan ibarət olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana), Dərnəgül Şossesi, məhəllə 6023 ünvanında yerləşən ümumi sahəsi 400 m² olan xx.xx.2023-cü il tarixdə (obyektin kodu: **********-15001) "konteyner quraşdırılması obyekti" adlı təsərrüfat subyekti (obyekti) uçota alınmışdır. 2022-ci ilin gəlir vergisi üzrə: İddiaçı üçün ilkin olaraq xx.xx.2023-cü il tarixli **********033600 nömrəli qərarla 2022-ci ilə dair elektron qaimə-fakturalar əsasında 102239,0 manat məbləğində malların (işlərin, xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2022-ci il üçün gəlir vergisi beyannamesinin göstəricisiz teqdim edilmesi əsası ilə 20343,40 manat vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və bəyannamədə hesabat dövrü üzrə 102 794,00 manat gəlir, 6 456,28 manat (o cümlədən: 1226.1-ci Əmək haqqı və ona bərabər tutulan ödəmələr sətrində 1 800,00 manat, 1226.2-ci "Sosial sığorta haqları" sətrində 522,0 manat, 1226.5-ci "İcarə haqqı sətrində 2 400,00 manat, 1226.7-ci (Enerji xərcləri) 1020,0 manat, 1226.10-cu (Su və kanalizasiya xərcləri) 120,0 manat, 1226.13-cü (Bank xidməti üzrə xərclər) sətrində 594,28 manat məbləğ qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə etməklə 4 816,89 manat gəlir vergisi bəyan etmişdir. Vergi orqanı xx.xx.2023-cü il tarixli **********166 100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 2022-ci ilin gəlir vergisi bəyannaməsinə 15 526,51 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının inzibati şikayəti əsasında xx.xx.2023-cü il tarixli **********166100 nömrəli qərarı 14 927,65 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmış, 598,86 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilmişdir. Bundan sonra iddiaçı barəsində **********830000 nömrəli xx.xx.2023-cü il tarixli qərarla 2022-ci ilin gəlir vergisi üzrə 19.744,54 manat əlavə vergi hesablanmış, 598,86 manat azaldılma aparılmışdır. Hazırda iddiaçı barəsində 2022-ci ilin gəlir vergisi üzrə qüvvədə olan xx.xx.2023-cü il tarixli qərarın ləğvini mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçı 2022-ci il ərzində anbar konteynerin təmiri və satışı adlı malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaiməfakturalarının təqdim etsə də, malların alışı ilə bağlı elektron qaimə-fakturalar və malların elektron alış aktlarını təqdim etmədiyindən, bununla da iddiaçının 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığını əsas götürərək iddiaçının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt hüququnu itirmiş vergi ödəyicisi kimi qəbul edərək iddiaçını həm riskli vergi ödəyicisi siyahısına daxil etmiş, eyni zamanda əlavə gəlir vergisi hesablamışdır. Cavabdehin istinad etdiyi 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan qanunvericilik mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi qədər azalmasını yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicilərinə şamil edilməsini nəzərdə tutumuşdur. Və qanunvericilik vergi ödəyicisinin gəlir və xərcinin uçotunun aparılmasını ilk öncə vergi ödəyicisinə həvalə etmiş, bu zaman vergi ödəyicisinin apardığı uçotun uçot qaydasının tələblərinə uyğun olmadığını sübut etməyi də vergi nəzarəti orqanına həvalə etmişdir. Hazırkı iş üzrə iddiaçı 2022-ci il ərzində görülmüş işlər, xidmətlər və təqdim edilmiş mallar barədə müqavilələr, qiymətlərin razılaşdırma protokolları, malların təhvil-qəbul aktlarını cavabdehə təqdim etmiş, kassa metodu ilə təqdim edilmiş vergi bəyannaməsində gəlirini və gəlirdən çıxılan xərclərini bəyan etmişdir. Hazırkı iş üzrə cavabdeh iddiaçının gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi kimi qəbul etməməyini onunla bağlayır ki, iddiaçının malları əldə edilməsini təsdiq edən sənədləri yoxdur. Halbuki, bu halın olması belə vergi orqanına iddiaçının ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə gəlir vergisi hesalamağa əsas vermir Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Məhkəmə işin bu halında vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına: 1.vergi ödəyicisinin gəlirini müəyyən etmək, 2.gəliri birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini həvalə etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmayan lakin təqdim etməsi olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. İddiaçının mübahisələndirdiyi 2023-cü ilin gəlir verigisi üzrə hesablanmış xx.xx.2024-cü il tarixli **********939800 nömrəli qərarına gəldikdə isə məhkəmə cavabehin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi göstəricisiz (0 bəyannamə) ilə bəyan etmişdir. Vergi orqanı iddiaçıya xx.xx.2024-cü il tarixli **********928600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb etsə də, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından cavabdeh 2023-cü ilin gəlir vergisi üzrə real gəlir və xərcə əsasən əlavə vergi məbləği hesablamaqda haqlı olmuşdur. İddiaçının şəxsi hesab vərəqində kameral yoxlanılmalı məbləğin silinməsi tələbinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqları, 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. -32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. -36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qanunvericiliyin sadalanan normalarından müəyyən olunur ki, kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannaməsi əsasında, həmin bəyannamənin verildiyi gündən 60 iş günü müddətində keçirilir. Vergi orqanı vergi ödəyicisinin hesabladığı və bəyannamədə göstərdiyi vergi məbləği ilə razılaşmadığı halda vergilərin hesablanmasına dair qərar qəbul edir, vergi ödəyicisinə hesablanmış vergi borcunun ödənilməsini tələb edən bildiriş göndərir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ (təsdiqlənməmiş azalma) kimi 34.795,91 manat göstərilmiş, lakin qeyd edilən məbləğin hansı vergi yoxlaması nəticəsində müəyyən edildiyi və bu barədə vergi orqanının müvafiq qərarının qəbul edildiyi müəyyən olunmur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına görə hazırkı halda vergi ödəyicisinə müvafiq yoxlama məbləği üzrə hesablanmış vergi borcu yoxdur. İş üzrə yekunlaşmış kameral vergi yoxlaması və yoxlamanın nəticəsi kimi vergi borcunun hesablanması barədə inzibati orqan inzibati akt qəbul etməmişdir. Cavabdehin istinad etdiyi iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edildiyindən şəxsi hesab vərəqəsində qeyd edilən 34.795,91 manat təsdiqlənməmiş azalmanın göstərilməsinin əsaslı olması ilə bağlı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd edilməlidir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda Vergi Məcəlləsində vergi orqanına növbədənkənar vergi yoxlaması keçirmək (VM maddə 38.3.8- 1); operativ vergi nəzarəti keçirmək (VM maddə 50.2.5); vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq (VM maddə 83.7); vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb etmək (VM maddə 89.3) kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə vergi orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ adı altında 34.795,91 manat məbləği göstərməsi vergi orqanının riskli vergi ödəyicisinə münasibətdə tətbiq edə biləcəyi qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun deyildir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində kameral araşdırılmalı məbləğ adı ilə və yaxud təsdiqlənməmiş azalma kimi qeyd edilən məbləğin göstərilməsi iddiaçıda vergi öhdəliyi barədə qeyri-müəyyənlik yaradır. Halbuki, vergi ödəyicisinin vergi məbləğini hesablamaq, ödəmək vəzifəsi olduğu kimi nə qədər və hansı əsasla vergi borcunun olubolmamasını müəyyən etmək və ona uyğun fəaliyyətini təşkil etmək kimi hüququ da vardır. Həmçinin qeyd edilməlidir ki, şəxsi hesab vərəqəsində 34.795,91 manat məbləğin təsdiqlənməmiş azalma kimi göstərilməsi iddiaçının normal fəaliyyətinə də maneə təşkil edə bilir. Belə bir maneənin nəticəsidir ki, vergi orqanı həmin məbləği borc kimi qeydə alaraq iddiaçıdan tutulması ilə bağlı hərəkətlər etmiş, o cümlədən həmin məbləğdə iddiaçının bank hesabına müvafiq alınma və dondurulma barədə sərəncamlar qoymuşdur. İddiaçı tərəfin verdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əsasında Bakı İnzibati Məhkəməsinin 15(112)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vergi orqanı tərəfindən İddiaçı şəxsi hesab vərəqəsinə xx.xx.2024-cü il tarixə kameral yoxlanılmalı məbləğ kimi göstərilmiş (təsdiqlənməmiş azalma) 34.795,91 manat məbləğin tutulması və həmin məbləğ ilə bağlı iddiaçının mövcud bank hesablarında olan pul vəsaitlərinin dondurulması və alınması ilə bağlı sərəncamların qoyulması vergi orqanına qadağan edilmişdir. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə görə vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Eyni Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********830000 nömrəli qərarı ləğv edilməli, İddiaçı şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi göstərilmiş (təsdiqlənməmiş azalma) 34.795,91 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********830000 nömrəli qərarı ləğv edilsin. İddiaçı şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi göstərilmiş (təsdiqlənməmiş azalma) 34.795,91 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********939800 nömrəli qərarının ləğv edilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6138/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6138/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver