Məhkəmə qərarları › İş №e-2-1(112)-6147/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6147/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6147/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərinin əsassız hesab edilməsi və iddiaçıya 01.01.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Neftçala şəhərində doğulmuşdur. İddiaçı 01.09.1974-cü ildən 25.07.1977-ci ilə qədər 2 №-li Peşə Texnikumunda təhsil almışdır. Bundan sonra o, 31.01.1977-ci ildən 06.02.1978-ci ilə qədər "xxxx"inin hərəkətdə olan hərəkət qatarlarına xidmətdə çilingər çilingər elektrik, 06.02.1978-ci ildən 26.09.1978-ci ilə qədər Lokomotivlərin təmiri və baxışı üzrə çilingər, 26.09.1978-ci ildən 17.10.1978-ci ilə qədər "xxxx"nin Nəriman Nərimanov adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi işləmişdir. Sonradan o, 22.10.1978-ci ildən 04.11.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra 28.11.1980-ci ildən 01.05.1996-cı ilə qədər N.Nərimanov adına Elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, 01.05.1996-cı ildən 10.04.1999-cu ilə qədər istismar sahəsində depo üzrə növbətçi, 10.04.1999-cu ildən 18.05.1999-cu ilə qədər istismar sahəsində qatar maşinisti, 18.05.1999-cu ildən 18.07.2014-cü ilə qədər istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist, 18.07.2014-cü ildən 19.10.2015-ci ilə qədər "xxxx"ni QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti, 19.10.2015-ci ildən 01.11.2017-ci ilə qədər depolar üzrə departamentdə 10-cu dərəcəli qatar maşinsti vəzifəsində işləmiş, 01.11.2017-ci il tarixdən hazırkı vaxta qədər isə X1 üzrə iş departamentində qatar maşinisti vəzifəsində işləyir.İddiaçıya 27.07.2016-cı il tarixdən, yəni 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 27.07.2016-cı ildə 31.12.2020-ci il tarixə qədər həmin əmək pensiyasını almaqda davam etmişdir.2021-ci ilin əvvəlindən etibarən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən dayandırılmasına göstəriş verilmiş və həmin göstəriş hazırkı iş üzrə cavabdeh tərəfindən icra edilmişdir.Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən 27.07.2006-cı ildən 31.12.2020-ci ilə qədər iddiaçıya ödənilmiş ümumilikdə 14731 manat, 70 qəpik pul vəsaiti geri tələb edilir.Bütün bu proseslərdən yalnız cavabdeh inzibati orqana etdiyi müraciətə cavab verilən zaman məlumatı olmuşdur. Həmin məktubdan belə müəyyən olunur ki, iddiaçıya DSMF-nin Xətai rayon şöbəsi tərəfindən pensiya təyin olunarkən onun 28.11.1980-ci ildən 18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı maşinist vəzifələrində işləməsi müəyyən edilmişdir. Həmin vəzifələri isə AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu əsasdan aparılmış yoxlama zamanı DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyə zidd olaraq təyin edilməsi aşkar edilmişdir.Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarxli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmədə 5 yarımbölmə mövcuddur və bunlar aşağıdakılardır.“Dəmir yolu nəqliyyatı və Metropoliten” “Dəniz və çay donanması” “Mülki Aviasiya” “Dəmir yolu nəqliyyatı. Dəmir yolu Lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” “Metropolitenlər”.Cavabdeh inzibati orqan təyin edilmiş yaşa görə əmək pensiyasını dayandırarkən ona əsaslanlmışdır ki, iddiaçı metropoliten sahəsində işləmiş və bu əsasdan ona münasibətdə qeyd edilən siyahının yalnız metropoliten adlanan 21.5-ci bəndindəki vəzifələr tətbiq oluna bilər. Həmin bənddə isə qatar maşinisti və təlimatçı maşinist vəzifələri öz əksini tapmamışdır. Hesab edir ki, hazırkı məsələyə sadə məntiq yolu ilə yanaşmaq lazımdır. Metropoliten yeraltında dəmir relslər üzərində fəaliyyət göstərən şəhər nəqliyyatı olmaqla yanaşı dəmir yol nəqliyyatının bir növüdür. İstər yerüstü, istərsə də yeraltı dəmiryol nəqliyyatında qatar maşinsti və təlimatçı maşinist vəzifələrində işləyən şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələri 21.5-ci bənddə deyil. Dəmir yolu nəqliyyatı. Dəmir yolu Lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər “ adlanan 21.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin yarımbölmədə “Teplovoz, Elektrovoz maşinistləri və maşinist köməkçiləri”, “Elektrovozlarda maşinist köməkçiləri”, “Lokomotiv briqadalarının təlimatçıları” vəzifələri qeyd olunmuşdur. Hesab edir ki, yerüstü dəmir yolu nəqliyyatında eyni vəzifələr üzrə işləyən şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda daha ağır şərtlərlə yeraltında işləyən işçilərə pensiyanın təyin edilməməsi məntiqsizlikdən əlavə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş A/46 №-li, 18.02.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 16 % xüsusi zərərli iş şəraitində 29 il, 01 ay, 02 gün işləmiş və onun zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. Eyni zamanda iddiaçının işlədiyi dövrdə qüvvədə olan SSR qanunvericiliyinə əsasən təsdiq edilmiş siyahının “Nəqliyyat” adlanan 30-cu bölməsində Dəmir yolu nəqliyyatı və Metropoliten qeyd edilmişdir. Adıçəkilən bölmədə qeyd edilmiş vəzifələr ayrı seçkilik qoyulmadan hamsı göstərilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı 26 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr müvafiq olaraq: hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 28.11.1980-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı-maşinist vəzifələrində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi onun işlədiyi vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq İddiaçı 27.07.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 27.07.2016- 31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14731,70 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq 12.03.2021-ci il tarixli **********7 nömrəli məktubla ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 29.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı, lazimi sorğulara cavab məktublarının daxil olduğunu üçün şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirərək, mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı 31.01.1977-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. - Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli A/46 nömrəli arayışdan görünür ki, İddiaçı 26.09.1978-ci il tarixindən 17.10.1978-ci il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi peşəsində işləmişdir (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) 28.11.1980-ci il tarixindən 01.05.1996-cı il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışmışdır (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə). 01.05.1996-cı il tarixindən 10.04.1999-cu il tarixinədək istismar sahəsində depo üzrə növbətçi vəzifəsində işləmişdir. 10.04.1999-cu il tarixindən 18.05.1999-cu il tarixinədək istismar sahəsində qatar maşinisti peşəsində çalışmışdır (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə). 18.05.1999-cu il tarixindən 18.07.2014-cü il tarixinədək istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist vəzifəsində işləmişdir (həftədə 36 saat, 16 % xüsusi zərərli şəraiti ilə). 18.07.2014-cü il tarixindən 19.10.2015-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti peşəsində işləmişdir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). 19.10.2015-ci il tarixindən 01.11.2017-ci il tarixinədək Depolar üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisiti peşəsində çalışmışdır. 01.11.2017-ci il tarixindən X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinsti peşəsində işləyir (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə).Yeraltı, həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraitində əmək stajl 29 il, 01 ay, 02 gün (iyirmi doqquz il bir ay iki gün) təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur. - Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.03.2021-ci il tarixli **********7 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət deprtamenti tərəfindən araşdırılmışdır.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr müvafiq olaraq: - hidroqaldırıcıların maşinistləri - zumif aqreqatlarının maşinistləri - daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin olunarkən təqdim etdiyiniz sənədlərinizdə qeyd olunan məlumatlara əsasən 28.11.1980-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı-maşinist vəzifələrində işlədiyiniz müəyyən edilmişdir.Göründüyü kimi işlədiyiniz vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq sizə 27.07.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Qeyd olunanlara əsasən sizə 27.07.2016-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 14731,70 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala tapşırılmışdır.Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 8 may 2021-ci il tarixli **********1 nömrəli məktubda qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır.Bununla əlaqədar olaraq İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 05.01.2021-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. İddiaçının pensiya işi iş materiallarına əlavə edilmişdir. Pensiya işi materiallarından aydın olur ki, iddiaçıya 27.07.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 05.01.2021-ci il tarixdən pensiyası dayandırılmışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddia ərizəsindən, məhkəmə araşdırması zamanı verdiyi izahatdan aydın olur ki, tələbinin əsasında ona 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi durur ki, bunun müəyyən edilməsi üçün ilkin olaraq pensiyanın dayandırılmasının əsaslı olubolmaması araşdırılmalıdır. Cavabdehin etirazının əsasında Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsi durur. Həmin normada qeyd edilir ki, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Cavabdeh Əmək pensiyaları haqqında Qanunun 37.8.3-cü maddəsinə istinad edərək qeyd edir ki, iddiaçıya 27.07.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən düzgün araşdırma aparılmamış, nəticədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğun olmadığı aşkar edilmişdir. Belə ki, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 28.11.1980-18.07.2014-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşınisti və təlimatçı-maşinist vəzifələrində işlədiyi müəyyən edilmişdir. Həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə qeyd olunan vəzifələrə uyğun deyil. Beləliklə, məhkəmə iddiaçıya 27.07.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasını araşdırmaq məqsədilə aşağıdakı qanunvericilik normalarına diqqət çəkir. «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Yuxarıda qeyd olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunu, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 ay olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq, ƏMQ-nın tələbinə görə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . Hər iki qanunvericiliyin müddəalarından irəli çıxdıqda məlum olur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan, onun 57 yaşı 27.07.2016-cı il tarixdə tamam olmuşdur ki, həmin dövrdə pensiya hüququ «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin tələbləri əsasında tənzimlənirdi. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə görə 27.07.2016-cı il tarixə vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağı üçün yaş həddi 57 yaş müəyyən edilmişdir. Belə olan halda iddiaçıya 57 yaşdan pensiya təyin ediləməsi üçün ümumi və güzəştli iş stajı 27.07.2016-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş həddə müəyyən edilməlidir. Təqdim olunmuş əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçının 27.07.2016-cı il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı ilə bağlı şərt ödənilsə də, güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı 26.09.1978-ci il tarixindən 17.10.1978-ci il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, 28.11.1980-ci il tarixindən 01.05.1996-cı il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, 01.05.1996-cı il tarixindən 10.04.1999-cu il tarixinədək istismar sahəsində depo üzrə növbətçi, 10.04.1999-cu il tarixindən 18.05.1999cu il tarixinədək istismar sahəsində qatar maşinisti, 18.05.1999-cu il tarixindən 18.07.2014-cü il tarixinədək istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist, 18.07.2014-cü ildən 19.10.2015-ci ilə qədər "xxxx"ni QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti, 19.10.2015-ci ildən 01.11.2017-ci ilə qədər depolar üzrə departamentdə 10-cu dərəcəli qatar maşinsti vəzifələrində işləmiş, 01.11.2017-ci il tarixdən hazırkı vaxta qədər isə X1 üzrə iş departamentində qatar maşinisti vəzifəsində işləyir. İddiaçı hesab edir ki, metropolitendə qatarda maşinist və təlimatçı-maşinist vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir və işlədiyi həmin dövr əsas götürülərək, ona təyin edilmiş əmək pensiyası bərpa edilməlidir. İddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olması təsdiq olunmur. Həmin vəzifələrin pensiya hüququ verən vəzifələrə aid olması üçün onlar nəzərdə tutulmuş siyahıda göstərilməli və ya müvafiq güzəştli arayış ilə təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. Siyahıda “Dəmiryolu nəqliyyatı” və “Metropoliten” bir-birindən ayrı qeyd edilmiş, elektrik qatarlarının maşinisti vəzifəsi 21.4-cü bölmədə nəzərdə tutulsa da, 21.5-ci bölmədə nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi maşinist vəzifəsi Siyahıda nəzərdə tutulan Metropoliten yarımbölməsində əksini tapmadığından güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişini dayandırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar