Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6187/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNN ETDİ. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddianın əsaslandırılması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ilə vətəndaş X2 Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxt sərəncamın icrası ilə əlaqədar həmin torpaq sahəsi naturada ayrılıb təhvil verilmiş, həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi və digər köməkçi tikililər inşa edilmiş və həmin sahə 30 ildir ki, X1 və ailəsinin istifadəsində olmaqla, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 9-cu döngə, 165 saylı ünvanda yerləşir və onun ailəsinin yeganə yaşayış yeridir. Həmçinin Səbail rayon İcra Hakimiyyəti tərəfində Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ilə vətəndaş X2 ayrılmış Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, 9-cu döngə, 165 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsi X1 qanuni istifadəsində olmaqla, orada inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evində 29 il ailə üzvləri ilə birgə yaşamış və bu müddətdə bütün kommunal xərcləri (işıq, qaz, su və s.) ödəmiş və o, həmin evdə ötən il, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu gün də həmin evdə ailə üzvləri yaşayır. X3 hələ sağlığında həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadədə olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininə xx.xx.2023-cü il tarixli müraciət edilmiş, lakin həmin torpaq sahəsinə heç bir baxış keçirilmədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə bundan imtina edilmiş, bunun da nəticəsində müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, həmin iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra X3 vəfat etmiş, İddiaçı qanun üzrə vərəsə kimi məhkəmə prosesində iştirak etmiş, iddianın dəyişdirilməsi barədə ərizə verilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun X2 məxsus olması haqqında arayışın İddiaçına verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-3387/2024-cü il nömrəli qərarı ilə (sədrlik edən hakim Orxan Həsənov) iddiaçının iddia tələbi təmin edilmiş, sözügedən məhkəmə qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(103)-2579/2024-cü il nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3387/2024-cü il nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin məhkəmə qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində iştirak etmişdir və həmin məhkəmə qərarından apellyasiya və kassasiya şikayəti verilməmişdir. 6 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən verilmiş və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Reyestrdə 2V -703 № ilə qeyd edilmiş (Vərəsəlik işinin nömrəsi: V- 526/2023) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş-X1 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan qızı – İddiaçıdır (AA*******, xx.xx.2021 - Asan 2, FİN:xxxxxxx, d/t:xx.xx.1986) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, giriş 22 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir”. Beləliklə, göründüyü kimi, həmin məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icra olunmuş, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, giriş 22 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarət olmuş, daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli qeydiyyat nömrəli çıxarışa əsasən həmin əmlak, yəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, reyestr nömrəsi: **********60, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024-cü il), bu barədə çıxarış verilmişdir. Həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” (torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, reyestr nömrəsi: **********60) İddiaçı adına tərtib edilmişdir. Bundan sonra iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X2 ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı sərəncamın etibarsılığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8037/2024 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərid İsmayılzadə) İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X2 ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı sərəncamın etibarsılığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İBnin cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı “SOCAR-ın “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nidnaimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X2torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti Başçısının 3149 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının etibarsızlığının tanınması” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dairiddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbi ilə bağlı tərəfimizdən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024cü il tarixli ərizə ilə müraciət edilmişdir. Həmin müraciətə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. fərdi yaşayış evinin yaxınlığında işlək neft quyusu yerləşmir. Bu hal tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. İkincisi, ona görə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmuş və cəmi 2 ay bundan əvvəl, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış çıxarışda və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə həmin fərdi yaşayış evinin yerləşdiyi “torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. hətta əgər fərdi yaşayış evinin yaxınlığında işlək neft quyusu yerləşirsə, onda hansı əsasla həmin ərazidə yerləşən istisnasız olan bütün fərdi yaşayış evlərinə dair digər vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı nəzərə alınmışdır. Bu hal da tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yaxınlığında işlək neft quyusu yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin iştirakı və izahatları:
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir..
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1986-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 19 noyabr 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 25 iyul 2022-ci il tarixli BA-04507-2022 nömrəli məktubuna əsasən X2 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 3149 nömrəli 1 oktyabr 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının 3149 nömrəli 1 oktyabr 1994-cü il tarixli Sərəncamı ilə X2 ayrılmış Badamdar qəsəbəsi 2 yaşayış massivi 9-cu döngə 165 nömrəli 600 k.vm torpaq sahəsinin yerləşmə cizgisi Yasamal RİHB Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə nümayəndəsinin 11211 nömrəli 30 iyun 2009-cu il tarixli arayışında qeyd edilmişdir ki, X2 Səbail rayon İcra Hakimiyyətinin 3149 saylı 01 oktyabr 1994-cü il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 9-cu döngə 165 saylı ünvanda yerləşir və həmin ərazidə onun tərəfindən kiçik həcmli tikililər inşa edilmişdir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli və xx.xx.2009cu il tarixli kommunal xidmətlərinə görə ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3387/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə 165 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3387/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını 2-1(103)-2579/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3387/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8037/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 2619 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün X2 ayrılması barədə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 nömrəli sərəncamının etibarsızlığının tanınması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9cu döngə, 165 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-52139/2024 **********39 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişdə qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yaxınlığında neft quyusu yerləşir.
Məhkəmənin mövqeyi.
8. Məhkəmə iddiaçılarını aşağıda göstərilənlərə görə öz tələblərində haqlı hesab edir:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
11. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: - 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; - 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in hüquq və vəzifələrinə aid edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi konkret və aydındır, yəni iddiaçının hüquqi marağı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Cavabdehin məhkəməyə təqdim etdiyi imtina məktubunda və iddiaya dair etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yaxınlığında işlək neft quyusu yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair verilmiş imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının vərəsəsi olduğu X2 torpaq sahəsi fərdi ev tikmək məqsədi ilə ayrılmış, həmin torpaq sahəsi hal-hazırda iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. İş materiallarında olan kommunal xidmətlərdən istifadə edilməsinə görə ödəniş qəbzlərdən də görünür ki, mübahisəli fərdi yaşayış evində 2009-cu ildə kommunal xidmətlərdən istifadə edilmiş və bu hal həmin evin artıq 2009-cu ildə mövcud olmasını göstərir. Əlavə olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8037/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı iddiasının mümkün sayılmaması qərara alınmışdır.
12. Göstərilənlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina etməsi qanunvericiliyin qaydalarına ziddir və cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
15. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 9-cu döngə, 165 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova