Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6215/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan, yəni hüququmun yarandığı, xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi və mənə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2019-cu ildən, yəni 57 yaşından xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsini xahiş edib. Həmin müraciəti xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətimə baxılmışdır, müraciətimizə Fondun aidiyyəti struktur bölməsi tərəfindən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Göründüyü kimi cavabdehə 35 gündən artıqdır ki, müraciət etməyinə baxmayaraq hələ də ərizənin təmin və yaxud imtina edilməsi barədə heç bir məlumat daxil olmamışdır, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, xx.xx.1990-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olub. Birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1992-ci il təvəllüdlü X8, xx.xx.1994-cü il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X10 anadan olmuşdur. Həyat yoldaşı ilə birgə nikahlarından olan xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X5, xx.xx.1994-cü il təvəllüdlü X6 8 yaşlarına qədər (həmçinin 18 yaşlarına qədər) böyüdüb və tərbiyyə edib, onların qayğılarına qalıb. Özü isə xx.xx.1962-ci il təvəllüdlüdür. 2019-cu ilin sentyabr ayının 2-də 57 yaşı tamam olmuşdur. 2020-ci ilin yanvar ayının 1-dək qüvvədə olan Sosial Müavinətlər Haqqında Qanuna əsasən ona xx.xx.2019-cu il tarixdə 57 yaşının tamam olduğu üçün 3 yaşından çox 4 övladını 8 yaşına qədər böyüdüb, tərbiyə etdiyinə görə xx.xx.2019-cu il tarixdən aylıq müavinət düşür. Çünki xx.xx.2019-cu il tarixdə onun 57 yaşı tamam olmuşdur. Göründüyü kimi 2020-ci il yanvar ayının 1-də Sosial Müvainətlər Haqqında Qanuna dəyişiklik edilən tarixə qədər onun xx.xx.2019-cu il tarixdən aylıq müavinət almaq hüququm yaranmışdır. Ona 57 yaşından, yəni hüququnun yarandığı, xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinət təyin edilməlidir və ona ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrdən görünür ki, övladları xx.xx.1991-ci il təvəllüdlü Bünyad (Pələngli) Orxan Əbülfət oğlunu, xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.1994-cü il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X5 8 yaşadək böyüdüb və tərbiyyə edib, hal-hazırda da heç bir yerdə işləmir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin 649 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, mən, DSMF Nərimanov rayon şöbəsində heç bir növ pensiya almır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 57 yaşdan, yəni hüququnun yarandığı, xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi və ona ödənilməsi barədə rəsmi poçt vasitəsi ilə müraciət edib. Poçtun xəbərnaməsindən görünür ki, həmin müraciəti xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna çatdırılıb. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sosial müavinətin təyin edilməsi haqqında rəsmi poçt vasitəsi ilə etdiyi müraciəti xx.xx.2021-ci il tarixdə Fonda daxil olmuşdur və Fondun aidiyyatı struktur bölməsi tərəfindən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdi. Lakin göründüyü kimi müraciəti Fonda rəsmi poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə çatdırılmasından 35 gündən artıq müddət keçməsinə baxmayaraq bu günədək mənə müraciətimin nəticəsi barədə heç bir rəsmi məlumat verilməmişdir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinət təyin edilməsi nəzərdə tutulub. Həmin yaş senzi 57 yaşdır. Onun isə 57 yaşı xx.xx.1962-ci il tarixdə tamam olmuşdur.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların müavinət yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN-**********) qeydiyyatda olduğunuz üçün sizə xx.xx.2019cu il tarixindən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta altsistemində sizin vergi ödəyicisi kimi qeydiyyatınız xx.xx.2021-ci il tarixindən ləğv olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatının ləğv olunmasına baxmayaraq 62 yaş 6 ay müavinət yaşı tamam olmadığı və 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmədiyiniz üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
5. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1984-cü il təvəllüdlü X1 anası İddiaçıdır.
6. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1992-ci il təvəllüdlü X2 anası İddiaçıdır.
7. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə anası İddiaçıdır.
8. Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1994-ci il təvəllüdlü X3 anası İddiaçıdır.
9. Yerli mənzil istismar sahəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı 4 uşağı (xx.xx.1984-cü il təvəllüdlü X5, xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.1991-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1994-ci il təvəllüdlü X6) 8 yaşınadək böyüdüb tərbiyə etmişdir və hazırda heç bir yerdə işləmir.
10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının ərizəsi əsasında 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi və ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi kimi dəyişdirilmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi X11 (VÖEN: **********) barədə müraciətlə bağlı bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə uçot məlumatlarına əsasən, müraciətdə qeyd olunan fiziki şəxs X11 xx.xx.2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2019-cu il tarixdən isə vergi uçotu ləğv edilmişdir. Vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisi X11 (VÖEN: **********) tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il dövlət büdcəsinə 1324,4 manat vergi məbləği ödənilmişdir.
12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
13. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi sosial müavinətin təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
19. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 3 və daha çox uşağı (4 uşağı) 8 yaşınadək tərbiyə edib və 57 yaşı qanuna müvafiq dəyişikliyin qüvvədə mindiyi xx.xx.2020-ci il tarixədək, yəni xx.xx.2019-cu il tarixdə tamam olub. Lakin həmin dövrdə vergi ödəyicisi kimi uçota mövcud olmuş, xx.xx.2019-cu il tarixdən isə vergi uçotu ləğv edilmişdir. Odur ki, həmin tarixdən (ertəsi gündən) onun yaşa görə müavinət almaq hüququ olmuşdur.
20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir (13 may 2022-ci il tarixli 531-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.0-cı maddənin birinci abzasında “Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilmişdir): 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
21. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
22. Nəticə etibarilə iddiaçının yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı “qanuni gözləntisi” var. Belə ki, X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
25. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
27. Məhkəmə hesab edir ki, ötən dövrə münsibətdə müavinət fərqinin ödənilməsinə eyni qayda tətbiq edilə bilər.
28. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Ötən dövr üçün hesablanan müavinət fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva