Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6279/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı (3-cü şəxs: Maraqlı şəxs) “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı (3-cü şəxs: Maraqlı şəxs) “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 7E-001 nömrəli, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsinin, Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 soy adı Axundova, Ata adı Natiq kimi göstərilməsinin cavabdeh Bakı Şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü Heydərov X7 Ərəb Əmirliklərində dünyaya gəlmiş, onun doğum qeydiyyatı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən aparılmışdır. xx.xx.2014-cü il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsi anası İddiaçı olmamışdır. İddiaçının vəkili tərəfindənn Ədliyyə Nazirliyi Qeydiyyatvə Notariat Baş İdarəsinə sorğu göndərilərək 1. xx.xx.2014cü il təvəllüdlü X4 doğum haqqında sənədlərinin (akt qeydi, şəhadətnamə, arayış və s) surətlərini, məlumatı, 2. xx.xx.2014-cü il təvəllüdlü X4 doğum akt qeydinin aparılmasına əsas olmuş sənədlərin, uşağa atalığın hansı əsasla verilməsi barədə sənədin (atalığın müəyyən olunması barədə şəhadətnamə və ya nikah haqqında şəhadətnamə) surətlərini, məlumatları, 3. İddiaçı ilə Maraqlı şəxs arasında olan nikah haqqında məlumatı 5 gün müddətinə göndərilməsi, eyni zamanda, Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə sorğu göndərilərək 1. xx.xx.2014-cü il təvəllüdlü X4 doğum haqqında məlumatı, 2. İddiaçı ilə Maraqlı şəxs arasında olan nikah haqqında məlumat ı5 gün müddətinə göndərilməsi xahiş olunmuşdur. X20 Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-20-15/2-7-58383/2023 saylı cavabında qeyd edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs aid nikah haqqında akt qeydi və ya nikahın qeydə alındığını təsdiq edən sənəd aşkar olunmamışdır. Məktuba əlavə olunmuş akt qeydinin məlumatlarından müəyyən olunur ki, X10 xx.xx.2014-cü il tarixdə X9 Dubay şəhərində doğulmuş, anası xx.xx.1981ci il təvəllüdlü İddiaçı, atası xx.xx.1972- ci il təvəllüdlü Maraqlı şəxs. Məlumat verən Maraqlı şəxs, Ata haqqında qeydin əsasları 172005 seriyalı, xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamə. Sorğuya Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-165/4-16-8241/23 saylı cavabında qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə baxış keçirilərkən İddiaçı ilə Maraqlı şəxs aid nikahı, A.Heydərovun isə atalığının müəyyən edilməsi haqqında məlumat aşkar edilməmişdir. Nəzərə çatdırılır ki, İddiaçı ilə Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmamışdır, onlara 172005 seriyalı, xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamə verilməmişdir. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunaraq xx.xx.2014-cü il təvəllüdlü X4 7E-001 nömrəli, xx.xx.2015ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsi və Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 soyadı Axundova, Ata adı Natiq kimi göstərilməsi xahiş olunmuş, sorğuya Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-16-9530/23 saylı cavabında doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, qeydiyyat şöbəsi tərəfindən mümkün olmadıqda isə məhkəməyə müraciət olunması izah olunmuşdur. Bundan sonra iddiaçının vəkili tərəfindən xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinə müraciət olunaraq xx.xx.2014-cü il təvəllüdlü X4 7E-001 nömrəli, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsi, Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 soyadı Axundova, Ata adı Natiq kimi göstərilməsi xahiş olunmuşdur. Səbail rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə düzəlişin edilməsindən imtina olunmuş, məhkəməyə müraciət olunması izah olunmuş, eyni zamanda bildirilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs dair nikah haqqında akt qeydi X1 Sistemində aşkar olunmamışdır. Göründüyü kimi xx.xx.2014-cü il təvəllüdlü X5 atalıq Maraqlı şəxs məlumatı əsasında, yəni Ata haqqında qeydin əsasları 172005 seriyalı, xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamə Maraqlı şəxs dair nikah haqqında akt qeydi, eyni zamanda nikahın qeydə alındığını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. İddiaçı hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 7E-001 nömrəli, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməli, Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X4 soy adı Axundova, Ata adı Natiq kimi göstərilməlidir.
3. Məhkəmənin 2-1(112)-6279/2024 saylı 19 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh iddia tələbinə yazılı münasibətini 07 mart 2024-cü il tarixli məktubla əks etdirmişdir. Məktubda qeyd olunmuşdur ki, Vətəndaşlıq vəziyyəti aktları X1 sistemində İddiaçı ilə Maraqlı şəxs dair nikah haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər” Qaydasının 1-ci bəndində göstərildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi, ona dəyişikliklər və əlavələr edilməsi kifayət qədər əsaslar olduqda, təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən düzəliş və ya əlavə edilir. Vətəndaşa doğum haqqında akt qeydində düzəliş olunması barədə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.
6. Üçüncü şəxs iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəfin iddia tələbi tam aydın deyildir. Belə ki, qarşı tərəf iddia ərizəsinin tələb hissəsində uşağın soyadının və ata adının dəyişdirilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsinə nəzər salsaq tərəfin bu tələbinin əsasını tərəflər arasında nikahın olmaması ilə əlaqələndirdiyi görünür. Qeyd edilməlidir ki, qanunvericilikdə uşağın ata adının dəyişdirilməsinə yalnız 18 yaşından sonra yol verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalari”-nın 6.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Digər tərəfdən uşağın soyadının dəyişdirilməsi üzrə səlahiyyətlər Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin deyil, müvafiq icra hakimiyyətinin, yəni yerli icra hakimiyyəti orqanına aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İş materiallarında belə bir müraciətin olması barədə hər hansı sənəd mövcud deyildir. Soyadın dəyişdirilməsi üçün İddiaçı ilk növbədə aidiyyəti üzrə yerli icra hakimiyyətinə müraciət etməli, yerli icra hakimiyyətindən razılıq aldığı təqdirdə dəyişikliyin edilməsi ilə bağlı rayon qeydiyyat şöbəsinə müraciət edə bilər. Müraciətə imtina edilərsə bu halda inzibati orqanın qərarını məhkəmə qaydasında mübahisələndirə bilərdi. Lakin, hazırkı vəziyyətdə iddiaçının tələbi uşağın soyadının və ata adınını dəyişdirilməsi ilə bağlıdırsa o halda hesab edirlər ki, iddia mümkünsüz hesab edilməlidir. İddiaçı uşağın mənşəyini (bu atadan olması) mübahisələndirirsə onda hesab edirlər ki, bunun qaydası Ailə Məcəlləsinin 47-ci maddəsində açıq aydın göstərilmişdir. Belə ki, həmin maddənin tələbinə görə doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Yəni, digər deyimlə qeyd olunan məsələnin mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti deyil, yalnız mülki məhkəmə icraatının predmeti ola bilər. Hesab edirlər ki, bu mübahisə İddiaçı ilə inzibati orqan arasında deyil, valideynlər arasında yarana bilər və bu halda işə ailə qanunvericiliyin tələbləri nəzərə alınmaqla mülki məhkəmə icraatı qaydasında baxılır. Bu tip mübahisələrə məlum olduğu kimi, uşaqların mənafeyinə birbaşa toxunduğu üçün yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayəçilik orqanı da cəlb edilməklə baxılmalıdır. Yox əgər iddiaçı X4 doğum haqqında akt qeydinə yanlışlıqla soyadı və ata adının düz yazılmadığını iddia edirsə bu halda aşağıdakıları qeyd etməyi zəruri hesab edirik: İddiaçı doğum haqqında akt qeydində sanki uşağın anasının tək ana kimi müraciət etdiyini, lakin akt qeydinə nikah haqqında şəhadətnamə qeyd edilməklə məlumatların yanlış qeyd edilməsi görüntüsü yaratmağa çalışmışdır. Reallıqda isə belə bir hal yoxdur. Belə ki, iş materiallarında ümumiyyətlə uşağının anasının tənha ana kimi uşağın doğum haqqında akt qeydinə məlumatların daxil edilməsi barədə hər hansı müraciəti yoxdur. İddiaçı bununla bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatında uşağın doğum haqqında akt qeydində ata haqqında məlumatların xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnaməyə əsasən aparıldığı, xx.xx.1976-cı il tarixli “Qeydiyyat orqanlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətini göstərən nümunəvi siyahı”ya əsasən doğum haqqında ərizələrin saxlanma müddətinin 1 il olduğu və bu səbəbdən də sənədlərin surətinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi sənədlərin saxlanma müddəti bitdiyindən və həmin sənədlərin məhv edilməsi bu sənədlərin olmaması demək deyildir. Bu məqamda hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi xüsusilə qeyd edilməlidir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın doğum haqqında akt qeydində qeyd edilən xx.xx.2014-cü il tarixli, 112005 nömrəli nikah haqqında şəhadətnamə xarici dövlətdə də verilə, nikah orada bağlanıla bilər. Bununla bağlı məlumatların “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində əks olunmasının mütləqliyinə dair də bir müddəa mövcud deyildir. Həmin sənədlərin əldə edilməsinə zərurət yaranarsa məhkəmə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində (Azərbaycan Respublikası ilə X12 arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında xx.xx.2006-cı il tarixli Müqavilə) xarici dövlətə məhkəmə tapşırığı göndərə bilər. Xarici dövlətə göndərilən məhkəmə tapşırıqlarının göndərilməsi AR Mülki Prosessual Məcəllənin 456-cı maddəsi ilə tənzimlənir. Məhkəmə tapşırığı ilə bağlı məhkəmə qərardad çıxarır. Digər tərəfdən iddiaçının uşağın akt qeydində nikah şəhadətnaməsinin qeyd edilməsindən xəbərinin olmaması və bunu uşağın doğum şəhadətnaməsinin onda olmaması ilə əsaslandırması heç də inandırıcı deyildir. Məhkəmə qərar qəbul edərkən nəzərə almalıdır ki, xx.xx.2014-cü il təvəllüdlü X10 9 aylıq deyil, artıq onun 9 yaşı tamam olmuş, 10 yaşı isə yaxın zamanda tamam olacaqdır. Eyni zamanda Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi də mövcuddur. X10 xx nömrəli məktəbdə təhsil alır, orada onu məhz Heydərov soyadı ilə tanıyırlar. Birdən birə heç bir əsaslı səbəb olmadan soyadının “Axundova” olaraq dəyişdirilməsi ona birbaşa psixoloji təsir göstərə və mənəvi iztirab keçirməsinə səbəb ola bilər. Hesab edirik ki, buna qətiyyətlə yol vermək olmaz. Belə ki, artıq uşaq özünü dərk etmək yaş həddindədir, müəyyən məsələləri anlamaq qabiliyyətindədir. Eyni zamanda məsələ birbaşa uşağın mənafeyinə toxunur və uşağın mənafelərinin qorunması baxımından bununla bağlı həm yerli icra hakimiyyəti orqanının rəyi olmalı, habelə psixoloq tərəfindən məsələyə münasibət bildirməlidir. Məsələyə dair analogiyanı tətbiq etsək qanunvericiliyin bir sıra müddəalarında yetkinlik yaşına çatmayan uşaqlarla bağlı konkret tələblər nəzərdə tutulmuşdur. Göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslə bağlı qanunvericiliyin xüsusi tələbləri müəyyən edilmişdir. Həmin şəxsin soyadının, ata adının dəyişdirilməsi və ya doğum haqqında akt qeydinə dəyişiklik edilməsi heç də birtərəfli qaydada valideynlərdən birinin müraciət əsasında edilə bilməz. Xüsusən də bu hal digər valideyn hazırda təmsil etdiyim Maraqlı şəxs tərəfindən qətiyyətlə etirazla qarşılandığı və valideynlər arasında fikir ayrılığı mövcud olduğu halda uşağın gələcək taleyini həll edəcək bir məsələdə uşağın mənafeyi ziddinə qərar qəbul edilməsi yolverilməzdir. Məhkəmənin diqqətinə bir məsələni də çatdırmağı zəruri hesab edirik ki, X10 atası Maraqlı şəxs himayəsindədir və körpəliyinin ilk vaxtlarından onunla birlikdə yaşayır. Atasının soyadı ilə eyni soyadı daşımasını dərk etmək yaşına çatmışdır. Artıq onun 9 yaşı tamam olmuşdur. Hesab edirik ki, uşağın soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı qərarın qəbul edilməsi yetkinlik yaşına çatmaya şəxsin psixologiyasında müəyyən pozulmalara, özünəqapanmaya və ən əsası təhsil aldığı yerdən soyumasına və təhsildən uzaqlaşmasına gətirib çıxara bilər. Qeyd olunanları təhsil aldığı müəssisədən hazırkı təhsilə davamiyyəti və münasibəti təsdiq edən müvafiq arayışla, eləcə də psixoloji vəziyyətini isə məsələyə dair münasibətini psixoloq rəyi ilə müəyyən etmək mümkündür. Xüsusilə qeyd edilməlidir ki, bu hal uşağın birbaşa mövqeyinə toxunan hal olduğundan məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının da rəyinin alınması zəruridir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. 62749 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X10 Dubay şəhərində anadan olmuşdur. Onun valideynləri Maraqlı şəxs ilə İddiaçıdır. 11.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli 3-20-15/2-7-58383/2023 nömrəli məktubla bildirilmişdir ki, Səfirliyin məktubunda İddiaçı ilə Maraqlı şəxs aid nikah haqqında akt qeydi və ya nikahın qeydə alındığını təsdiq edən sənədin aşkar olunmadığı bildirilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23 dekabr 2023-cü il tarilxi 3-16- 5/4-16-9530/23 nömrəli məktubla bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə baxış keçirilərkən valideynləri Maraqlı şəxs ilə İddiaçı olan xx.xx.2014-cü il təvəllüdlü X4 doğumunun xx.xx.2015-ci ildə ölkəmizin X3 Səfirliyin Konsulluq İdarəsi tərəfindən qeydə alındığı, habelə ata haqqında məlumatların valideynlərin xx.xx.2014cü il tarixli nikah haqqında akt qeydinə əsasən yazıldığı məlum olmuşdur. Halbuki məsələ ilə bağlı əvvəlki müraciətlərinizin araşdırılması nəticəsində informasiya sistemində valideynlərin sözügedən nikahı, eləcə də A.Heydərovun barəsində Maraqlı şəxs atalığının müəyyən edilməsi haqqında məlumat aşkar edilməmişdir. Müraciət edən şəxsin tələbi – akt qeydində ata haqqında məlumatın “nikah haqqında şəhadətnamə”yə əsasən deyil “nikahda olmayan ananın ərizəsi”nə əsasən yazılması xahiş olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2024-cü il tarilxi 3-16- 5//8-16 nömrəli məktubla bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları X1 sistemində X16 ilə Maraqlı şəxs dair nikah haqqıda akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər” Qaydasının 1-ci bəndində göstərildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi, ona dəyişikliklər və əlavələr edilməsi kifayət qədər əsaslar olduqda, təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən düzəliş və ya əlavə edilir. Göstərilənlərlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
14. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən sorğuya cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Birləşmiş X2 20 may 2024-cü il tarixli SABD/158/24 nömrəli məktubundan görünür ki, səfirliyin arxiv sənədlərində xx.xx.2014-cü il təvəllüdlü X5 aid doğum haqqında akt qeydinin yalnız birinci nüsxəsi mövcuddur. Həmin akt qeydinin rəsmiləşdirilməsinə əsas olmuş sənəd, o cümlədən İddiaçı ilə Maraqlı şəxs aid nikah haqqında akt qeydi və ya nikahın qeydə alındığını təsdiq edən sənəd səfirliyin arxiv sənədlərində aşkar edilməmişdir.
15. Səfirliyin arxivində saxlanılan 7E-001 nömrəli 11 yanvar 2015-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 valideynləri Maraqlı şəxs ilə İddiaçıdır. Doğum haqqında akt qeydi 172005 №-li, 15 iyul 2014-cü il tarixli nikah haqqında şəhadətnaməyə əsasən yazılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin və üçüncü şəxsin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə aşağıda qeyd edilən qanunvericilin normalarına əsasən hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Qanunun 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlatının dövlət qeydiyyatı” Qaydasının: -2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. - 2.8.2-ci bəndinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; - 2.8.3-cü bəndinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; - 2.9-cu bəndinə əsasən Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
25. Beləliklə qanunvericliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qeyd olunmalıdır ki, nikahda olmayan valideynlərdən dunyaya gələn uşağın atalığı müəyyən edilərsə, bu zaman onun atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Atalığın müəyyən edilməsi isə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında apaılır.
26. İlk növbədə qeyd olunur ki, soyad və ata adı ilə bağlı dəyişikliyin edilməsi tələb olunan doğum haqqında akt qeydi 20 noyabr 2014-cü il təvəllüdlü X5 məxsusdur. İddiaçı doğum haqqında akt qeydində dəyişikliyin edilməsi zəruriliyini onunla əlaqələndirir ki, akt qeydi və onun əsasında verilmiş doğum haqqında şəhadətnamə tərtib olunarkən mövcud olmayan nikah haqqında şəhadətnaməyə istinad olunmuşdur. Doğrudur ki, məhkəmə araşdırılması zamanı doğum haqqında akt qeydində qeydin yazılmasına əsas kimi istinad olunan 172005 №-li, 15 iyul 2014-cü il tarixli nikah haqqında şəhadətnamə aşkar olunmamışdır.
27. İddiaçının iddia etdiklərini, daha dəqiq desək, 20 noyabr 2014-cü il təvəllüdlü X4 valideynlərinin nikahının olmaması hazırki halda belə uşağın soyadının Axundova (anasının soyadına), ata adının isə Natiq adına dəyişdirilməsinə əsas vermir.
28. Nəzərə alınmalıdır ki, iddiaçının atasının Maraqlı şəxs olması tərəflər arasında mübahisə doğurmayan haldır.
29. Bu səbəbdən də, X4 doğum haqqında akt qeydində soyadı və ata adının dəyişdirilməsi ilə bağlı atasının razılıq ərizəsinin olması isə zəruri hesab edilən hallardan biridir.
30. Yuxarıda adıçəkilən Qaydaların tələblərinə təkrar nəzər yetirdikdə aydın olur ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
31. Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərində bir mənalı olaraq qeyd olunmuşdur ki, nikahda olmayan valideynlərin uşaqlarına ata adının ata və ananın birgə ərizəsi, hətta atanın özünün ərizəsi və ya məhkəmə qərarı əsasında yazılır. Yəni faktiki olaraq uşağın atası haqqında məlumat aşağıda göstərilən hallardan birindən aslıdır: -hər iki valideynin razılığı; -atanın ərizəsi; -məhkəmə qərarı.
32. Məhkəmə qeyd edir ki, 20 noyabr 2014-cü il təvəllüdlü X10 doğulduğu andan etibarən həmin soyadı və ata adını daşıyır, hazırda da Azərbaycan Respublikasının vətəndaşı olması barədə şəxsiyyət vəsiqəsinə malikdir. İndiki halda onun soyadı və ata adının dəyişdirilməsi halına yol verilərsə bu hal onun mənafelərinin pozulmasına, fiziki, psixoloji, sosial və ya emosional inkişafına mənfi təsir edə bilər.
33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin birinci və ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.
34. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
35. Məhkəmə diqqətə çatdırır ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsi)
36. Məhkəmə göstərilən hallara məcmu şəkildə qiymət verərək, eyni zamanda uşağın mənafelərinin üstünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
37. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
38. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
39. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
40. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
42. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
43. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
45. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
48. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
49. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva